Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə196/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   192   193   194   195   196   197   198   199   ...   211

Yumrucuq mexanizmi  

 

388 


 

sürəti (v) idarəetmə vaxtını və onun xarakterini 

müəyyənləşdirir.   

Yumrucuq  mexanizmləri  sənayenin  bir  çox 

sahələrində tətbiq olunur. Məsələn, daxili yan-

ma  mühərrikləri,  metalkəsən  dəzgahları,  ye-

yinti maşınları və bir çox digər maşınların sərt 

proqramla 

idarə 

olunmasında 



yumrucuq 

mexanizmindən hələ də istifadə olunur.   

 

(alm. der Kurvensteuer, ingl. Cam drive)  



 

Yunq  modulu  dartılmada  materialın  elastiki  

deformasiya zamanı göstərdiyi müqaviməti xa-

rakterizə  edir.  O,  ingilis  fiziki  Tomas  Yunqun 

şərəfinə adlandırılmışdır.  Dinamik  proseslərdə 

Yunq  modulu  mühit  və  prosesin  funksionalı 

kimi  baxılır.  Yunq  modulu  aşağıdakı  kimi 

ifadə olunur: 

 

 



 

 

   



burada:  

E —elastiklik moduludur, Pa, 

F — təsir edən qüvvədir, N, 

S — qüvvənin təsir etdiyi sahədir, mm

2



l  —  deformasiya  olunan  çubuğun  uzun-

luğudur, mm, 



x  —  elastiki  deformasiya nəticəsində  çubu-

ğun dəyişmə moduludur, mm.  

   

Düsturdan  göründüyü  kimi  Yunq  modulu 



materialın  elastiklik  modulunu  ifadə  edir.  Bu 

modul  xətti  elastiki  deformasiya  olunan  mate-

rialda  gərginlik  və  uzanma  arasındakı  mü-

nasibəti təsvir edən material göstəricisidir. Ma-

terialın deformasiyaya qarşı müqaviməti böyük 

olduqca  onun  elastiklik  modulu  (Yunq  mo-

dulu) da böyük olur. Yəni ki, yüksək elastiklik 

moduluna  malik  material  (polad)  daha  sərt, 

aşağı  elastiklik  moduluna  material  isə  (rezin) 

elastiki olur. 

 Elastiklik  modulu  Huk  qanununda  mütə-

nasiblik  əmsalı  kimi  istifadə  olunur.  Kristal 

materiallarda  E-modulu  istiqamətdən  asılıdır 

və  elastiki  sabitlərdən  ibarət  elastiklik  tenzoru 

ilə  təsvir  olunmalıdır.  Elastiklik  sabitləri  kimi 

buraya material sabitləri daxil edilir.  

 E-modulu material sabiti kimi təcrübi yolla  

təyin  olunub  cədvəl  şəklində  verilir.  Onun 

qiymətləri  ətraf  mühitin  temperaturu,  nəmiş-

liyi, həmçinin deformasiya sürətindən asılı ola-

raq variasiya edə bilər. 

 

(alm. das Elastizitätsmodul, ingl. Young's modulus)  



 

Yük arabası kənd təsərrüfatında tətbiq olunan 

özüyığan,  yükləyən,  doğrayan,  sıxlaşdıran, 

nəqledən və boşaldan  maşındır. Yük arabaları 

traktorla dartılır (şəkil 1).  

 

 

 



 

 

 



 

 

 



Şəkil 1. Yük arabası 

a-nəqledici  üzv,  doğrayıcı  ilə  birlikdə  b-  dozlama 

qurğusu, c-eninə nəqledici, d-altlıq, e-yığıcı tərtibat, 

f-qatlanan qoşqu qolu 

 

Transmissiya,  dozlama  mexanizmi  -kübrə-



səpən maşında, yığma tərtibatı isə -yığma pre-

sində  olduğu  kimi  işləyir.  Bu  araba  qədimdə 

tətbiq  olunan  yük  maşınları  əsasında  yaran-

mışdır.  Ötürmə  kanalındakı  stasionar  bıçaqlar 

son  vaxtlarda  daxil  edilmişdir.  Nəqliyyat  or-

qanı  yığılan  bitkinin  4  sm  uzunluğunda  kəsil-

məsinə şərait yaratmaq üçündür. Burada biçmə 

mexanizmindən  fərqli  olaraq  xüsusi  kəsmə 



işinə az ehtiyac vardır (şəkil 2).  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  2.  Yük  arabasına  quraşdırılmış  kəsici  mexa-



nizmi

Sx

Fl

l

x

S

F

E

=

=



/

/



Yük arabası 

 

389 


 

 

Yük  arabası  çox  hallarda  qabaq  biçmə 



mexanizmi  ilə  birlikdə  qidaların  yığılmasında 

istifadə  olunur.  Müasir  yük  arabaları  böyük 

yükgötürmə  qabiliyyətinə,  doğrama  mexaniz-

minə,   dozlama  tərtibatına,  rabitə  idarə  siste-

minə, nəzarət sisteminə və böyük təkərlərə ma-

likdirlər. 

 

(alm. der Ladewagen, ingl.  Loader wagons ) 



 

Yük  diyircəkləri  lentli  və  diyircəkli  konve-

yerlərin əsas  elementi  olub,  yükün  bir  başa  və 

ya  lent  üzərində  nəqlinə  imkan  verir.    Tətbiq 

olunan  diyircəklər  adətən  silindrik  formada 

hazırlanırlar. Diyircəklər boru daxilində yerləş-

dirilərək  hər  iki  tərəfdən  yastıqda  oturdulur. 

Diyircəyin  daxilinə  çirklərin  daxil  olmaması 

üçün  o,  hər  iki  tərəfdən  kipləşdirilir.  Tətbiq 

sahəsindən  asılı  olaraq  yük  diyrcəkləri  polad 

və ya süni materialdan hazırlanır və işçi sahəsi 

yeyilməyə qarşı materialla örtülür. 

Nəql edilən materialın həcmindən asılı olaraq 

müxtəlif  ölçülü  yük  diyircəkləri  mövcuddur. 

Bir-biri ilə hərəkətli əlaqələndirilmiş yük diyir-

cəkləri  çələng  adlanır.  Yük  diyrcəklərinin  öl-

çüləri standartlaşdırılıb cədvəl şəklində verilir. 

 

 

  



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Müxtəlif konstruksiyalı yük diyircəkləri 

 

(alm. die Tragrollen, ingl. Transporting rollers



Yükqaldırıcı  maşın  yükün  şaquli  və  ona 

yaxın bucaq altında olan müstəvidə qaldırılma-

sına  xidmət  edir.  Bu  anlayış  həm  də 

dom-



krat, 

polipast, 



kran,  avtoyükləyici  kimi 

qurğuları  da  əhatə  edir.  Yükqaldırıcı  maşınlar 

təyinatından  asılı  olaraq  stasionar,  özüyeriyən, 

hərəkətli,   fasiləli  və  ya  fasiləsiz,  

elektrik  



mühərrikli  və 

daxili  yanma  mühərrikli 



olaraq  fərqlənirlər.  Maşınların  yükqaldırması 

bir  neçə  kq-dan  tutmuş  yüz  tonlarla  ola  bilir. 

Bir  çox  yükqaldırıcı  maşınlar  yükün  qaldı-

rılması,  endirilməsi,  lazım  olan  səviyyədə  tut-

maqdan  əlavə  onları  üfüqi  müstəvidə  hərəkət 

etdirməyə  şərait  yaradır  (kranlar).  Qaldırma 

mexanizmlərinin  eyni  zamanda  işə  salınması 

ilə  yükü  fəzada  istənilən  trayektoriya  üzrə 

hərəkət  etdirmək  olar.  Yükqaldırıcı  maşınların 

əsas  hissəsi  gövdə,  qaldırma  mexanizmi  və 

yüktutucu  tərtibatlardan  ibarətdir.  Özüyeriyən 

maşınlar həm  də hərəkət mexanizmi  ilə təchiz 

olunurlar.  Maşının tərkib hissəsi olan yüktutu-

cu tərtibatların konstruksiyası hərəkət etdirilən 

yükün  çəkisi  və  ölçüsündən,  eləcə  də  istehsal 

prosesindən asılı olaraq təyin olunur.  

(alm. die Hebemaschine, ingl. Hoisting machine

Yük  qarmağı  yükqaldırıcı  maşınlarda  yüklə-

rin,  yüktutan  tərtibatların  məftillərə  və  ya  qal-

dırıcı  zəncir  mexanizminə  asılmasında  tətbiq 

edilir (şəkil 1). Bundan əlavə o, nəqliyyat ma-

şınlarda  yüklərin  dartılması  üçün  gücün 

ötürülməsinə  xidmət  edən hissə  kimi  də  tətbiq 

tapır  (məsələn:  traktor  və  qoşqu  arasında). 

Konstruksiyasına  görə  birbuynuzlu  və  ya  iki-

buynuzlu  olur.  Qaldırma  qabiliyyəti  75  t-a  qə-

dər  olan  qarmaqlar  tökmə,  ondan  yuxarı  isə 

ştamplama üsulu ilə hazırlanırlar. Yük qarmaq-

ların əsas parametrləri standartlaşdırılmışdır. 

 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Bir buynuzlu yük qarmağı 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   192   193   194   195   196   197   198   199   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə