Oturma koğuşu
16
prosesi burada daha uzun çəkir və bununla
oturma koğuşu töküyün daxilindən xaricə
çıxır. Bu üsulun tökmədə uğurlu tətbi-
qi tökülən metalın xassələrindən asılıdır. Yəni
metalın bərkiməsi zamanı incə və mikro
koğuşlar yox, makro koğuşların yaranması
məqsədəuyğundur. Makro koğuşlar yaranan
metallarda, ərinti töküyün bütün həcmi boyun-
ca bərkiyir, sonda isə qidalandırıcıda bərkimə
baş verir. Simmetrik formaya malik olan
tökükdə qabıq formalı bərkimə nəticəsində
makro oturma koğuşları yaranır. Bu təmiz
metallar və kiçik bərkimə intervalına malik
xəlitələr üçün tipikdir (şəkil 1). Bərkimə
intervalı böyük olan xəlitələr daha çox incə
koğuşların yaranmasına meyillidirlər (şəkil 2).
Soyuma sürətini artırmaqla boşluqların yaran-
masının qarşısını almaq olur (məsələn: kokildə
tökmədə).
Şəkil 1. Makro koğuşun yaranması
a,b-bərkimə
başlayandan
dərhal
sonra,
c-
bərkimənin sonunda
Şəkil 2. Cu-Zn xəlitəsində mikro koğuşlar
(böyürtmə:50:1)
→
Tökükdə yaranan oturma boşluqlarının
divarları kələ-kötürlü olurlar və divarları
hamar olan qaz boşluqlarında fərqlənirlər.
Boşluqlar qapalı və ya açıq ola bilir. Daxildə
yaranan qapalı boşluqlar o zaman baş verir ki,
tökükdə kifayət qədər qidalandırcı nəzərdə
tutulmasın və bərkimə frontu dayansın. Təzyiq
altında tökmədə də oturma boşluqları yarana
bilər. Tökük nə qədər qalın divara malik olarsa
və tökmə vaxtı nə qədər çox olarsa, boşluqların
yaranma ehtimalı bir o qədər artır. Buna görə
də təzyiq altında tökülən hissələr həmişə nazik
divarlı layihələndirilirlər. Prosesin sonunda
verilən təzyiq kəskin artırılaraq töküyün daha
da sıxlaşmasına cəhd edilir.
(alm. der Lunker, ingl.
Sinkhole)
Otbiçən kombayn qida bitkilərinin (silonun)
biçilməsi, xırdalanması və əkin arabalarında
nəqli üçün tətbiq olunan kənd təsərrüfatı
maşınlarına aid edilir. Əsas tətbiq sahəsi ot-
ların və qarğıdalı zəmilərinin biçilməsidir.
Qarğıdalı yığımında böyük gücə (40÷50 kVt)
malik →traktorlar tələb olunur. Bu qurğu
həmçinin yemlərin və ot unlarının hazırlan-
masında tətbiq oluna bilir. Otbiçən kombaynın
sxematik təsviri şəkil 1-də verilmişdir.
Şəkil 1. Otbiçən kombayn
1-yükləyici
nəqledici,
2-bıçaqlı
baraban,
3-
xırdalayıcı aparatın qabığı, 4-biçmə qolları, 5-bitki,
6- biçmə mexanizmi, 7- biçmə mexanizminin
nəqledicisi, 8- aşağı diyircək, 9-xırdalayıcı aparatın
qarşı lövhəsi, 10-gediş sistemi.
Biçmə mexanizmi bitkinin saplaqlarını kəsir,
nəqlediciyə yığır və sonra biçilmiş bitki
kütləsini qidalandırıcı aparatın yuxarı və aşağı
diyircəklərinə ötürür. Diyircəklər saplaqları
Otbiçən kombayn
17
tutaraq onu qabaqdakı kəsici lövhəyə ötürür.
Ot, üzərində bıçaqlar olan baraban tərəfindən
doğrandıqdan sonra o yükləyici nəqledicinin
üstünə tökülür. Bu yolla xırda doğranmış ot
kütləsi hazır şəkildə arabaya doldurulur.
Nəqledici kimi traktorların arxasına qoşulmuş
dördtəkərli arabalardan istifadə edilir. Otbiçən
kombayn və araba traktorun arxasına qoşulur
və traktorçu tərəfindən idarə edilir.
(alm. der Feldhäcksler, ingl. Field chopper )
Otto mühərriki ilk dəfə olaraq alman mühən-
disi Nikolasus Otto tərəfindən ixtira edilən,
benzinlə işləyən
→
daxili yanma mühərrikidir
(şəkil 1).
Hal-hazırda bu mühərrik növü →Dizel
mühərrikləri ilə ən geniş yayılmış qüvvə mən-
bələridir. Otto mühərrikində hava-yanacaq
qarışığı porşenlə sıxılmanın sonunda alışqan
vasitəsi ilə yandırılır.
Otto mühərrikləri adətən →dördtaktlı və
→ikitaktlı mühərrik şəklində hazırlanıb tətbiq
olunurlar. Bir silindrdə yanacaq-hava qarışığı
sorma-sıxma-yanma-xaricetmə mərhələlərin-
dən keçərək malik olduğu enerjini porşen-dir-
səkli val mexanizminin köməyi ilə mexaniki
enerjiyə çevirir. Digər silindrlərdə də eyni
proses vaxt etibarı ilə sürüşdürülmüş şəkildə
baş verir. Verilən yanacaq qarışığını silindrlər
arasında optimal paylamaq üçün paylayıcı
dirsəkli vallardan istifadə olunur. Bu vallar
əsas dirsəkli valdan iki dəfə kiçik sürətlə
fırlanır.
Kiçik iş taktına malik Otto mühərrikləri mo-
tosikl və velosipedlərdə tətbiq tapır. Avtomo-
billər üçün su ilə soyudulan mühərriklərdən
daha çox istifadə olunur və onlar 4 silindrdən
ibarət olur. 6 silindrli bir cərgəli Otto mü-
hərriki kütlələrin tarazlaşdığı quruluşdur. 3 və
5 silindrli mühərriklər də bir cərgədə hazır-
lanır. 8 və 12 silindrli Otto mühərrikləri üçün
V qürülüşü (→V mühərriki) səciyyəvidir.
İdman təyyarələrində hava ilə soyudulan
Otto mühərriklərindən istifadə edilir, çünki bu
mühərriklər Dizel mühərriklərindən kiçik və
yüngüldür. Bunun müqabilində bu mühərriklər
çox yanacaq işlədir. Ona gərə də, böyük
güclərdə işlədilən Otto təyyarə mühərrikləri
→qaz turbinləri ilə rəqabətə girə bilmirlər.
Şəkil 1. Dördtaktlı Otto mühərrikinin sxematik
təsviri
a-eninə kəsiyi, b-uzununa kəsiyi
(alm. der Ottomotor, ingl. Petrol engine)
Oval
dişli
çarxlar nasoslarda, toxuma
maşınlarında və ya sınaq maşınlarında xüsusi
ötürmə vəzifəsini həyata keçirmk üçün təbiq
olunurlar. Çarxın forması oval və ya eksentrik
şəkildə hazırlanır.
Bir dövrdə ötürmə ədədi dəyişəndir. Uyğun
olaraq diyirlənmə nöqtəsi C orta xətt üzrə öz