Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə50/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   46   47   48   49   50   51   52   53   ...   211

Presləmə maşını 

 

96 


 

maksimal  gücü  100  MN,  vintli  maşınınkı  isə 

125 MN-dur. 

 

(alm. die Pressmaschine, ingl.



 

Press machine )  

 

Prizma dəzgah tərtibatı  olub, metalkəsən dəz-

gahlarda  pəstahların  emal  zamanı  sərt  bər-

kidilməsində,  həmçinin  ölçmə  maşınlarında 

nəzarət  işlərinin  icra  olunmasında  tətbiq  tapır. 

Konstruksiyasından  asılı  olaraq  prizmalar 

hərəkətli,  yerləşdirmə,  dayaq  və  tərpənməz 

olaraq təsnifatlaşdırılırlar (şəkil 1).  

  

 

Şəkil 1. Prizmanın növlərinə aid misallar 



a, b- dayaq prizmaları, c,d,q-mərkəzləyici prizmalar 

Prizma  üzərində  hissə  xarici  əyrixətli  səthi 

üzrə  oturur.  Məsələn,  şatunların  və  qolların 

emalında  pəstahın  yerləşməsi  başlıq  və  xarici 

əyrixətli  səthlər  boyunca  baş  verir  (şəkil  2). 

Ümumi tərtibat üzərində bərkidilmiş prizmanın 

biri  hərəkətli  yerləşir.  O,  pəstahı  digər 

prizmaya  sıxır.  Pəstah  yuxarıya  qalxmasın 

deyə prizmanın işçi səthləri aşağıya tərəf maili 

hazırlanır.  Prizma  pəstahı  onun  simmetriya 

oxu boyunca mərkəzləyir. 

Özümərkəzləyən 

tərtibatlarda 

prizmaların 

tətbiqi  pəstahın  iki  perpendikulyar  müstəvi 

üzrə yerləşməsini təmin edir. Bu halda priz 

malar  eyni  zamanda  mərkəzə  tərəf  hərəkət 

edirlər.  Prizma  əsasən  20X  poladından  və  ya 

mexaniki  göstəriciləri  ondan  yaxşı  olan  polad 

markalarından hazırlanır. Prizma termiki emala 

uğradıldıqdan  sonra  onun  işçi  səthlərinin 

bərkliyi 56

÷

61 HRC-ə çatır. Yeyilmənin qarşı-



sını  almaq  üçün  işçi  səthlər  əlavə  olaraq 

0,8


÷

1,2 mm qalınlığında sementitləşdirilir. 

 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil  2.  Pəstahın  tərtibatda  prizmanın  köməyi  ilə 

bərkidilməsi 

(alm.  prismatische  Auflage,  ingl.    Prismatic  bea-



ring

 

ProEngineering (həm də ProE) 3D-CAD sis-

temi  olub,  hissələrin  parametrik  modelləş-

dirilməsinə  imkan  verir.  Bu  sistemin  köməyi 

ilə müxtəlif obyektlər  3D şəklində qurula bilir 

və  ondan  cizgilər  əldə  olunur.  ProE-nin  əsas 

xüsusiyyətləri bunlardır: 

 

Tam  parametrik:  həndəsənin  bütün  ölçüləri 



verilir, bir ölçünün dəyişdirilməsi uyğun ola-

raq  yerdə  qalan    həndəsənin  dəyişilməsinə 

gətirib çıxarır.  

 

Biderksional  assosiativlik:  Həndəsi  modeldə 



edilən  dəyişiklik  düyüm,  cizgi  və  ya  alınmış 

NC-modelini avtomatik aktuallaşdırır. Cizgi-

də  edilmiş  ölçü  dəyişikliyi  əks  istiqamətdə 

təsir  edərək  3D  modelinin  əsas  formasının 

dəyişməsinə gətirir. 

 

Konstruksiya elementinə əsaslanan: Modellər 



çox az sayda elementlərdən təşkil olunur ki, 

bu da onların hərəkətini asanlaşdırır.    




ProE 

 

97 


 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Qayış ötürməli mexanizmin ProE ilə konst-

ruksiya edilmiş rəqəmsal maketi 

 

ProE  sistemi  avtomobil  sənayesində  güc 

ötürmə  sistemlərinin  layihələndirilməsində, 

maşınqayırmada  və  yüngül  sənayedə  geniş 

istifadə  olunur.  Onun  tətbiq  sahələrindən  biri 

də maşın mexanizmlərinin rəqəmsal modelinin 

yaradılması  və  kinematik  hərəkətlərin  simul-

yasiyasıdır. 

 

(alm. das ProEngineering, ingl.  ProEngineering)



 

 

Profil presləmə

 

üsulu metalların təzyiq altında 



emalı  üçün  tətbiq  olunan  presləmə  üsuludur. 

Proses  zamanı  qızdırılmış  metal  blok  kamera 

daxilinə  qoyularaq  presləmə  ştampı  vasitəsilə  

basılır.  Nəticədə matrisanın  gözündən  keçən 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

metal  onun  formasını  alır  (şəkil  1).  Defor-



masiya  olunmuş  metal  qıfa  bənzər  gözlük-

lərdən keçərək içiboş və bütöv profilli müxtəlif 

uzunsov hissələrin hazırlanmasına imkan verir. 

Materialın  en  kəsiyinin  dəyişməsi  100-10000 

arasında yerləşə bilir. Presləmə zamanı sərt və 

maye  təsiri  ilə  işləyən  alətdən  istifadə  olunur. 

Alətin  işçi  hissələri  xüsusi  profillərə  malik 

matrisalardan  ibarətdir  (şəkil  2).  Matrisalar 

profil  presləmənin  məhsuldarlığını  təyin  edir-

lər.  Onlar  çətin  iş  şəraitində  işlədiklərindən 

yüksək  keyfiyyətli  poladlardan  hazırlanırlar. 

Presləmə aləti müxtəlif güc mənbələrinə malik 

presləmə    maşınlarında  (→presləmə  maşını)  

oturdulur.  




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə