Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə49/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   45   46   47   48   49   50   51   52   ...   211

Presləmə  

 

94 


 

kət  yolu    böyük  olduğundan  proses  yüksək 

temperatur  ayrılması  ilə  müşaiyət  olunur.  Bu 

üsuldan  əsasən  məftillərə  başqa  metaldan  üz 

qatının çəkilməsində istifadə olunur (şəkil 3b).

 

Presləmə prosesi həm isti, həm də soyuq hal-



da  aparıla  bilir.  Soyuq  halda  emal  asan  

deformasiya  olunabilən  metalların  (qalay, 

qurğuşun,  təmiz  aluminium),  isti  halda  emal 

isə  müxtəlif  metal  və  xəlitələrin,  o  cümlədən 

aluminium,  titan,  mis,  nikel  və  çətin  əriyən 

metalların  emalını  əhatə  edir.  Ən  yüksək  işçi 

temperatur  volfram  və  molibdenin  emalında 

tətbiq olunur və 1600-1800 ° arasında yerləşir.  

 

(alm. das Pressen, ingl. Press



 

Presləmə  forması  materialların  (metal,  plast-

mas,  rezin,  mum,  keramika  və  s.)    təzyiq  al-

tında emalında istifadə olunan alətdir. Bu alət, 

bir-birinə  →çivi  ilə  birləşdirilən  yuxarı  hissə 

və  ona  uyğun  alt    hissədən  ibarətdir.  Hissələr 

çivi  və  ya  oymaqlar  boyunca  bir-birinə  tərəf 

hərəkət  edə  bilirlər.  Emal  olunan  hissənin  öl-

çüsündən  asılı  olaraq    bir  yerli  və  ya  çoxyerli 

presləmə  alətləri  mövcuddur.  İkinci  halda  bir 

dəfəyə  çoxlu  sayda  kiçik  hissələr  hazırlamaq 

mümkündür.  

Şəkil  1-də  sadə  presləmə    forması  gös-

tərilmişdir.  Yuxarı  hissə  aşağıdakı  hissənin 

içərisinə  daxil  olaraq  formanı  kip  bağlayır  və 

proses  zamanı  materialın  kənara  çıxmasının 

qarşısını alır.   

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Presləmə forması 

 

Hərəkətli hissələr arasında 0,3÷0,4 mm qədər 



boşluq  götürülür  ki,  onlar  bir-birini  zədələ- 

məsinlər.  İtələyicilər  formanın  konstruksiya-

sından  asılı  olaraq  həm  yuxarı,  həm  də  aşağı 

hissədə  yerləşə  bilər.  Presləmə  formasının 

konstruksiyası  hətta  gizli  səthlərə  malik  his-

sələrin  hazırlanmasına    imkan  verir.  Bu  halda 

formanın  konstruksiyası  nisbətən  mürəkkəb 

alınır.  

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil  2.  Süni  materialların  püskürtməkıə  preslən-

məsi üsulları 

 

Süni  materialların  (plastik)  preslənmə  forması 

material  püskürdücüsü  vasitəsilə  forma  ilə 

əlaqədə  olan    xüsusi  kameraya  malikdir. 

Püskürtməklə  presləmədə  yuxarıdan,  aşağıdan 

və  yandan  presləyici    formalardan  istifadə 

olunur  (şəkil  2).  Yuxarıdan  presləmə  istənilən 

süni  qətran    maşınında  yalnız  bir  presləmə 

porşeni  ilə  mümkündür.  Aşağıdan  presləmədə 

isə  əlavə    porşenə  ehtiyac  yaranır.  Yandan 

presləmə  konstruktiv  olaraq  üfüqi  vəziyyətdə 

yerləşmiş porşenlərin köməyi ilə aparılır. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 3. Plastik şüşə üçün presləmə forması    




Presləmə forması 

 

95 


 

Hazırlanan  materialın  xassələrindən 

və 

hissəyə  qoyulan  tələblərdən  asılı  olaraq  pres-



ləmə  forması  xüsusi  temperatur  balansına 

malik  olmalıdır.  Bunu  tənzimləmək  üçün 

gövdə  daxilindəki  kanallardan  axan  buxar  və 

ya sudan istifadə olunur. Presləmə formalardan 

əsasən  seriyalı  və  kütləvi  istehsalda  istifadə 

edilir (şəkil 3). 

 

(alm. die Pressform, ingl. Die )  



 

Presləmə  ilə  qaynaq  üsulu  lent  və  ya  lövhə 

şəkilli materiallardan uzununa qaynaq edilərək 

boruların hazırlanmasında istifadə olunur. İlkin 

material  isti  və  ya  soyuq  halda  boru  halında 

qaynaq  oluna  bilir.  Burada  fasiləsiz  əymə  və 

ayrı-ayrılıqda əymə üsulları fərqlənir. Fasiləsiz 

əymədə  diyircək  fasiləsiz  olaraq  lenti  götürür 

və  onu  boru  formasına  salır.  Fərdi  halda 

emalda bir lövhə boru halına salınır və qaynaq 

olunur.  

    

(alm. das Preßschweißverfahren,  ingl. Pressure 



welding)    

 

Presləmə  maşını  materialların  təzyiq  altında 

emalı  üçün  tətbiq  olunan  statik  hərəkət  edən 

maşındır.  Preslər  sənayenin  müxtəlif  sahə-

lərində metal,  plastmas,  rezin  və  s.  material-

ların  emalında,  həmçinin  onların  xassələri-

nin öyrənilməsində  istifadə  olunur.  Buraya 

metalların →döymə, →ştamplama, →presləmə 

(sıxma) ilə  emalını,  mexaniki  sınamasını  və  s. 

misal göstərmək olar. 

 Preslərin əsas hissələri: sürüngəc, yönəldici-

lərə  malik  çatı,  ötürmə,  idarəetmə  mexanizmi, 

alətdən ibarətdir. Alətin hərəkətli hissəsi, irəli-

geri  hərəkət  edən  →sürüngəcə,  hərəkətsiz 

hissəsi  isə  stola  bərkidilir.  Pəstah  bu  iki  hissə 

arasında  sıxıldıqda  deformasiyaya  uğrayaraq 

lazımi formanı  alır.  Presləmə  maşının  əsas 

texnoloji  imkanlarını  və  konstruktiv  xüsusiy-

yətlərini təyin  edən  parametrlər  nominal  güc, 

gediş  yolu,  sürüngəcin  sürəti  və  stolun 

ölçüsüdür. 

Presləmə  maşınlarının  əsas  növləri  ötürmə 

mexanizminin işləmə prinsipinə əsaslanır: hid-

ravlik,  mexaniki  (çartxqollu-sürüngəcli,  vintli, 

sürtünməli)  və  hidromexaniki  (şəkil  1).  → 

Hidravlik preslər sürüngəcin təzyiqi altında  

silindrə daxil olaraq plunjeri (→porşen) itələyn 

maye ilə hərəkətə gətirilir. →Çarxqollu-sürün-

gəcli  presləmə  maşının    işləməsinin  əsasında 

ötürmənin  fırlanma  hərəkətinin  çarxqollu-sü-

rüngəc  mexanizminin  köməyi  ilə  irəli-geri hə-

rəkətə  çevrilməsi  durur.  →Şpindelli  presləmə 

maşınlarında özü əylənməyən yivə malik şpin-

dellərin  köməyi  ilə   hərəkət  sürüngəcə  ötü-

rülür.  Şpindel  →elektrik  mühərriki,  sürtünmə 

(friksion)  ötürməsinin,  və  ya  maye  təzyiqi-

nin  köməyi ilə fırladılır.  

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 1. Presləmə maşınlarının sxemləri 

a-hidravlik,  b-çarxqollu-sürüngəcli,  c-sürtünməli,  d-

hidrovintli,  1-işçi  silindr,  2-plunjer,  3-sürüngəc,  4-

alət,  5-çatı,  6-dirsəkli  val,  7-sürgü  qolu,  8-friksion 

ötürmə, 9-şpindel  

 

Təyinatına  görə  preslər  sürüngəcin  vəziy-



yətinə  görə  şaqüli  (məsələn:  ştamplamada)  və 

üfüqi  (məsələn:  presləmə  əməliyyatında)  olur-

lar. Ən güclü presləmə maşını hidravlik ötürmə 

mexanizminə  malikdir  (gücü  735  MN  -ə  qə-

dər).  Çarxqollu-sürüngəcli  presləmə  maşının



Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə