Hisse 01 uz qabigi



Yüklə 7,1 Mb.
Pdf görüntüsü
səhifə52/211
tarix30.09.2017
ölçüsü7,1 Mb.
#2500
1   ...   48   49   50   51   52   53   54   55   ...   211

Profil yayma 

 

100 


 

hazırlanmasıdır.  Profil  yaymada  pəstaha  batan 

alət, materialı sıxışdırıraq profil tilləri arasında 

olan  sahəyə  axıdır.  Mexaniki  yükləmə  altında 

deformasiya  olan  səth  müxtəlif  xassələrə  yi-

yələnir, çünki tilin materiala batdığı yerdə ma-

terial  daha  çox  təzyiqə  məruz  qalır  və  uyğun 

olaraq  bərkiyir.  Profillərin  yayma  ilə  pəstaha 

köçürülməsi  üç  yolla aparıla  bilir.  Burada  eni-

nə  verişlə,  uzununa  gedişli  və  bunların  kom-

binasiyası kimi olan üsul fərqlənirlər (şəkil 1). 

 

 



 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 1. Profil yayma sxemləri 

a-yandan  görüş,  b-uzununa  gedişli,  c-eninə  verişlə, 

d-kombinasiya  olunmuş,  1-  dişli  val,  2-lünet,  3-

pəstah, 4-ilkin konus   

 

Eninə  verişlə  profil  yaymada  pəstah  oxboyu  



hərəkət  almır,  alət  isə  eninə  verişlə  ona  daxil 

olaraq  səthdə  verilmiş  profili  yaradır.  Bu  üsul 

kiçik  uzunluqlu  yivlərin  və  dişli  çarxların 

emalında  tətbiq  olunur.  Böyük  ölçülü  yivli 

valların  və  dişli  çarxların  emalının  uzununa 

gedişli  profil  yayma  ilə  aparılması  məq-

sədəuyğundur.  Kombinasiya  olunmuş  üsulda 

işçi vallar çəpinə yerləşir.  

 

(alm. das Profilwalzen,  ingl. Shape rolling



 

Profilometr  səthin  nahamarlıqlarını  ölçmək 

üçün cihazdır (şəkil 1). Bu cihaz çox vaxt səth-

lərdə 



kələkötürlüyün  qiymətini  əldə  etmək 



üçün  tətbiq  edilir.  Cihazın  işləmə prinsipi  val-

larda musiqinin səsləndirilməsinə bənzəyir. Ci-

hazın ölçmə başlığına bərkidilmiş almaz iynəsi 

səth  üzərindəki  nahamarlıqlar  boyunca  irə-

liləyərək  tutqaca nisbətən  yuxarı-aşağı hərəkət 

edir.   


Bu  hərəkət  veriş  sisteminə  inteqrasiya  olun-

muş mexaniki-elektrik çeviricisinin köməyi ilə 

elektrik  impulslarına  çevrilir.  Nəticədə  ölçmə 

aparılan səthin rəqəmli şəkildə  ikiölçülü profi-

loqramı əldə edilir. Sonra bu profil ISO 11562-

ə  əsasən  emal  olunaraq  səthin  həndəsi  para-

metrləri qiymətləndirilir.

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Şəkil 1. Profilometr 

 

Səthi  səciyyələndirən  standartlaşdırılmış  pa-

rametrlərə  malik  profillərin  (kələkötürlük, 

dalğavarilik,  forma  xətaları)  alınması  üçün 

ümumi  profiloqram  filtrdən  keçirilir.  Burada 

profil  kiçik  və  böyük  dalğa  uzunluqlarına 

parçalanır.  Filtr  parametri  kimi  İSO  4288-də 

normativləşdirilmiş dalğa uzunluqlarından (

λ

c)



Profilometr 

 

101 


 

  

Cədvəl 1. 

λ

c-nin standartlaşdırılmış  qiymətləri   

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 2. Səthin profiloqramının emalı

 

 



istifadə  edilir. 

λ

c  kələkötürlük  və  dalğavarilik 



arasında  keçidi  müəyyən  edir.  Bunun  üçün 

profil Furye sıralarına ayrılaraq bu sıradan əv-

vəlcə    böyük    dalğa  uzunluğuna  malik  meyil-

lənmələr  çıxarılır.  Beləliklə,  profildə  yalnız 

kələkötürlük  qalır.  Növbəti  addımda  kiçik 

dalğa  uzunluğuna  malik  meyillənmələr  çıxa-

rılaraq  dalğavariliyin qiyməti əldə  edilir (şəkil 

2).  Filtrin  seçilməsi  səthin  xarakterindən  asılı 

olaraq  aparılır. 

λ

c-nin  müxtəlif  qiymətləri  



cədvəl 1-də verilmişdir. 

Texnikada  profilometrlərdən  əsasən  maşın-

qayırmada,  cihazqayırmada  profili  düz  xətt 

təşkil edən hissələrin həm laboratoriya, həm də 

iş şəraitində ölçülməsi üçün istifadə edilir. 

 

(alm. das Tastschnittgerät, ingl. Styles instrument



 

Proqressiv  texnologiya maşın hissələrinin ha-

zırlanmasında  yüksək  məhsuldarlıq  şərti  da-

xilində  yüksək  dəqiqlik  və  keyfiyyət  para-

metrlərini  təmin  edən  emal üsullarını özündə 

 

 

 



cəmləşdirir.  Maşın, mexanizm, aparat və cihaz  

istehsalının  artımı  ilə  eyni  tipli  maşınların 

istehsalı  da  artır.  Fərdi  və  seriyalı  istehsalda 

hazırlanan  maşınların  çeşidliyi  üstünlük  təşkil 

etsə  də,  illik  istehsal  olunan  maşınların  müx-

təlifliyi  milyonlarla  ölçülülr.  İstehsalın  ixti-

saslaşması  və  maşınların  unifikasiya  olunması 

buna  əlverişli  şərait  yaradır.  Seriyalı istehsalın 

artımı 

texnologiyanın 



inkişafını 

istiqa-


mətləndirən  əsas  amillərdən  biridir.  Texno-

logiyanın  inkişafında  konstruksiyaların  key-

fiyyət  göstəricilərinin  dəyişməsi  də  əhəmiy-

yətli  rol  oynayır.  Maşınlarda  avtomatlaş-

dırılmış ötürmələrin, həmçinin idarə və nəzarət 

sistemlərinin tətbiqi getdikcə artmaqdadır. Ma-

şınların hissələrinin götürdükləri güc,  sürət və 

istilik yükləmələri maşınların inkişafı və tətbiq 

sahəsinin  müxtəlifliyi  əsasında  artmaqdadır. 

Müasir  maşınların  istehsalında  getdikcə  çətin 

emalolunabilən  materiallardan  istifadə  edilir. 

Maşınların  mürəkkəbləşməsi  onların  his-

sələrinin  də  mürəkkəbləşməsinə  və  bununla 

onların  emalı  texnologiyasının    çətinləşməsinə 

aparır. 

Bütün 


bunlar  mövcud 

texnoloji 

proseslərin,  emal  üsullarının  öyrənilib  inkişaf 

etdirilməsini  tələb  edir.  Yeni  kəsici  ma-

terialların  (→almaz,  →kibik  nitrid    bor), 

→çatdırma  əməliyyatlarının  inkişaf  etdiril-

məsi, →elektrofiziki və →elektrokimyəvi emal 

üsullarının  tətbqinin  genişlənməsinə  gətirib 

çıxarmışdır.       

   →Maşınqayırma  texnologiyası  istehsalın  çe-

vik  sazlanması  və  mobil  olması  üçün  də 

çalışmalıdır. Texnoloji proseslərin, alət və ava-

danlıqların  avtomatlaşdırılmış  layihələndirmə 

sistemləri,  NC  idarə  olunan  yüksək  sürətli  və 

yüksək  məhsuldarlıqlı  emal  dəzgahları,  həm-

çinin hissənin tam emalı üçün bir neçə əməliy-



Periodik profil 

Qeyri periodik profil 

Sərhəd dalğa uzunluğu 

Baza uzunluğu 

Şırımın eni 

R

Sm

 (mm) 



Rz 

(μm) 


 

Ra 


(μm) 

λc 


(mm) 

lr / ln 


(mm) 

>0,013÷ 0,04 



< 0,1 

< 0,02 

0,08 


0,08 / 0,4 

>0,04 ÷0,13 

>0,1 ÷ 0,5 

>0,02 ÷0,1 

0,25 

0,25 / 1,25 



>0,13 ÷ 0,4 

>0,5 ÷ 10 

>0,1 ÷ 2 

0,8 


0,8 / 4 

>0,4 ÷ 1, 3 

>10 ÷ 50 

>2 ÷ 10 


2,5 

2,5 / 12,5 

>1,3 ÷ 4 

>50 ÷ 200 

>10 ÷ 80 

8 / 40 




Yüklə 7,1 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   211




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə