“Qlobal rəqabətqabiliyyətlilik
2017-2018” indeksinin versiya-
sına əsasən dünya ölkələrinin
yollar üzrə siyahısı tərtib olunub.
Dünyanın 137 ölkəsinin daxil
olduğu siyahıda yolların keyfiyyəti 7
ballıq şkala ilə qiymətləndirilib. Bu-
nunla yanaşı, ölkələrdən heç biri ən
yüksək balı toplaya bilməyib.
Dünyanın ən pis yolları cəmi 2
bal yığa bilən Mavritaniyada qeydə
alınıb. Onun ardınca hər biri 2,1 bal
toplayan Konqo Demokratik Res-
publikası və Haiti gəlir. Madaqas-
kar və Qvineya hər birinə 2,2 balla
dördüncü və beşinci yerləri bölüşür.
Sıyahıda növbəti yerlərin sahibi
Yəmənə 2,3 bal, Paraqvay və Uk-
raynanın hər birinə 2,4 bal, Mozam-
bik və Moldovanın hər birinə isə 2,5
bal verilib.
Birləşmiş Ərəb Əmirlikləri (6,4
bal), Sinqapur, İsveçrə (hər biri 6,3
bal), Honkonq (6,2 bal), Niderland,
Yaponiya (hər biri 6,1 bal), Fransa,
Portuqaliya və Avstriya (hər biri 6
bal), həmçinin ABŞ (5,7 bal) ən yaxşı
yolları olan ölkələr kimi reytinqin ilk
sıralarında qərarlaşır.
Azərbaycan bütün postsovet
ölkələrini qabaqlayaraq siyahıda 36-
cı yeri tutur. Yaxın qonşularımız olan
Türkiyə 30-cu, İran 71-ci, Gürcüstan
82-ci, Ermənistan 85-ci, Rusiya 114-
cü yerdədir.
Almaniyalı ekoloqlar Böyük
Britaniyada başlayan plastik çu-
buqların qadağan edilməsi hərə-
katını alqışlayırlar, amma plastik
zibilin digər təhlükəli növləri
olduğunu göstərirlər. Londonun
ekoloji siyasətinə nəzərdə tutulan
dəyişiklikləri Almaniya Təbiəti
Mühafizə İttifaqında (NABu) belə
şərh ediblər.
Plastik zibil probleminə müna-
sibətin radikal şəkildə dəyişməsi son
həftələr təkcə Aİ-nin siyasi dairələ-
rində deyil, Avropa cəmiyyətində
də hiss olunur. Jurnalistlərin çoxu
düşünür ki, 2017-ci ilin sonunda
BBC-də yayımlanan “Mavi planet”
televiziya serialı hərəkata emosional
təkan verib. Dünyanın ən məşhur te-
leaparıcılarından və naturalistlərin-
dən biri olan Devid Attenboro dəniz
və okeanların çirkləndirilməsinin
heyvanlar üçün dəhşətli nəticələrini
nümayiş etdirib.
Ekspedisiyalar zamanı dünya
okeanında ekoloji durumun pisləş-
məsinin şahidi olan ekoloq və alim-
lərin çoxsaylı dəlilləri də öz işini
görüb. Bundan əlavə, Kosta-Rika sa-
hilində tısbağanın burun deşiyindən
plastik çubuğun çıxarılması barədə
vaxtilə “YouTube”da yayımlanan
klip yenidən populyarlaşmağa baş-
layıb. Zənnimizcə, hətta kiçik ver-
siyası yalnız əsəbləri möhkəm olan
adamların baxması üçün yararlı olan
bu klip artıq milyonlarla baxış sayı
toplayıb.
Nəhayət, hazırda ekologiyaya
münasibətin dəyişməsi üçün uğurlu
siyasi məqam yetişib.
Almaniya hökuməti plastik
kütlədən hazırlanmış bəzi birdəfə-
lik məmulatın, o cümlədən kokteyl,
pambıq və içmə çubuqlarının qada-
ğan edilməsi üzərində çalışır. Qada-
ğa 2019-cu ildə qüvvəyə minə bilər
və hələlik yalnız AFR ərazisində
qüvvədə olacaq.
Statistika narahat edir. ABŞ-ın
“One Less Straw” ictimai təşəbbüsü-
nün məlumatına görə, hər il dünyada
plastik kütlə qırıntılarını udması nə-
ticəsində 100 min dəniz heyvanı və 1
milyon dəniz quşu həlak olur. ABŞ-
da təkcə bir gün ərzində tullanan bü-
tün plastik çubuqların uzunluğu isə
Yer kürəsinin perimetrindən 2,5 dəfə
çoxdur.
Vüqar Seyidov
14 ийун 2018-ci il № 45-48 (9231)
7
yaRızaRafat,
yaRıgeRçək
bekar adam yoxdur. təkcə arxamızda
nə qədər iş görənlər var.
layiq olduğun şeyi istə, verim. lap ürə-
yim olsun.
adamları dəyişə bilməyən qaydaları də-
yişirlər.
bəziləri naqis cəhətlərini heç qırx saniyə
də gizlədə bilmirlər:gözlərindən oxunur.
maaşa baxmayanlar görəsən mənə niyə
birtəhər baxırlar?
heç vaxt yaxşılıq etməmək bəzi adamla-
rın amalıdır?
isti havada daha soyuqqanlı olmaq la-
zımdır.
yaxşı adam hətta yuxuda da pislik et-
məz.
ağıllı və təhsilli uşaqlar gələcəyimizə
qoyulan ən böyük sərmayədir.
doğru bildiyimizi yox, doğru olanı et-
məliyik.
Vicdanının səsindən başqa hər şeyə qu-
laq asan var.
pisi tərifləmək yaxşını pisləməkdən
daha pisdir. çünki pisləməklə yaxşı dönüb
pis olmur. amma pis daha da azğınlaşır.
bəzi adamları görəndə özümü yellən-
cəkdə hiss edirəm. sizin də ürəyiniz bula-
nır?
pis adamlara hər şey verəndə yaxşıya
heç olmasa rahat nəfəs almaq imkanı ver-
mək lazımdır.
ağac kəsən ömründən kəsir.
nədən nə qədər qorxsan, o qədər də üs-
tünə gələcək.
pisliyin qapısını döyməyə ehtiyac yox-
dur. pisliyə tərəf boylanmaq kifayətdir ki,
qapısı üzünüzə tam açılsın.
hətta yatanda da yaxşılıq libasını əy-
nindən çıxarma.
həyatda heç kəsə yaxşılıq etməyən ci-
bində saman çöpü gəzdirsə yaxşıdır.
saxlaya bilməyən papaq niyə qoysun?
indi ən çox səsi olmayanların səsi gəlir.
layiq olmayan daha çox şey istəyər.
bəzilərinin nə istədiyini anlamaq üçün
dahi olmaq vacib deyil.
indi heç qırxında da öyrənmək istəmir-
lər.
böyük məmnuniyyətlə yalan danışmaq
olarmış.
hər birimizin səhvi olduğu üçün dünya
həbsxanaya dönüb?
əsas o deyil ki, gündə neçə saat yatır-
san. əsas odur ki, neçə saat ayıq olursan.
yalanlar övladlar kimi gözümüzün
önündə böyüyr.
bəzi adamlar qazandıqları hər şeyə görə
yalanlarına borcludurlar.
söhbətin nədən getdiyini bilməyənlər
uzağı nə qədər dərinə gedə bilərlər?
bəzi müğənnilər elə oxuyurlar, sanki
onların ətini kəsirlər.
heç kəsin inanmadığı yalanı danışmağa
nə boyda cəsarət gərəkdir.
nə elədiklərini özləri də bilməyənləri
anlamağa çalışmıram.
sözü bal olan da var, kal olan da.
indiki zamanda ən yaxşı qonaqlar səbə-
bindən asılı olmayaraq gələ bilməyən qo-
naqlardır.
bəziləri elə bilir ki, tənbəl olduğum
üçün pulun dalınca qaçmıram.
eyni ağılda olanların və ağlı heç olma-
yanların sözləri bir-biri ilə yaxşı tutur.
hər yer tutulan yerdə haqq yerini necə
tuta bilər?
deyəsən işə götürəndə daha çox na-
mizədlərin qulaqlarına baxmaq lazımdır.
yıxılmasan, “bərk” getməyə nə var ki...
“tarix-nadir”i yarıyacan oxuyanlarla
heç vaxt mübahisə etmədim. qoy güclərini
qalan yarısını oxumağa sərf etsinlər.
düşüncələri çirkli olan adama əlləri tə-
miz olanda da əl verməyin.
bütün natamamlar həmişə mənə nəyisə
sübut etməyə çalışıblar.
bütün əyri yollar “gəl-gəl” deyər.
Vaxtın çox olanda da qısa və aydın da-
nış.
kiminin əlindən tuturlar, kiminin də di-
lindən.
indi çox rahatam:güvəndiyim kimsə
yox.
başıboş adamlar nəyi bacarmasalar da,
“müdrik görünməyi” bacarırlar.
səhv etməməyə çalışın. səhvlər gec-tez
adamı ələ verir.
Rasif TAHİRoV
www.seanews.az
Alimlər buz dövrü insan-
larının Asiyadan Sakit okean
sahillərini keçərək şimali Ameri-
kaya köçünü göstərən izlər aşkar
ediblər.
“The New York Times” qəzeti
xəbər verir ki, arxeoloqlar buz döv-
rü insanlarının Asiyadan Amerikaya
səyahət macərasının iki marşrutla
həyata keçdiyini ehtimal edirlər:
Birincisi, Alyaskadan keçməklə
materikin içərisinə hərəkət etmək,
ikincisi isə Sakit okean boyu cənub
sahillərinə çatmaq. Bu fərziyyələrə
son qoyan tapıntı Britaniya Kolum-
biyasındakı adada aşkar edilən və
13 min il əvvələ aid olduğu bildi-
rilən nəhəng ayaq izləridir. İndi ge-
oloqlar Alyaskanın şimal-şərqindəki
adalarda 17 min il əvvəl buzlaşmaya
məruz qalmayan və ilk insanların
səyahəti üçün əlverişli olan yol aş-
kar ediblər. Buffalo Universitetinin
əməkdaşı Alia Lesnek bildirib ki,
Asiyadan Amerikanın şimalına köç
edənlər sahilboyu marşrutla hərəkət
ediblər. “Science Advantage” jur-
nalında dərc edilən məqalədə də bu
ehtimalın düzgün olduğu bildirilir.
2015-ci ilin yayında Alia Les-
nek Alyaskanın şimal-şərqindəki
Beyker adaşında ilk insanın nəhəng
ayaq izlərini aşkar edib. Sonrakı
araşdırmalar zamanı Aleksandr arxi-
pelaqında da analoji izlər tapılıb. La-
boratoriya analizlərinə görə, 15 min
il əvvəl bu ərazilərdə buz təbəqəsi
əriyib və insanların hərəkəti üçün
əlverişli şərait yaranıb. Arxeoloji və
genetik dəlillər də Amerikaya miq-
rasiya prosesinin də bu dövrə təsa-
düf etdiyini göstərib. Tədqiqatların
rəhbəri Ceyson Braynerin sözlərinə
görə, sahildəki mağaralardan tapı-
lan və 16 min il əvvələ aid olan suiti
sümükləri göstərir ki, bu ərazilərə
köçən ilk insanlar yemək tapmaq
imkanına da malik olublar.
Nyu-Meksiko Universitetinin
alimi Ceyms Dikson isə arxeoloq
və geoloqların birgə tədqiqatlarının
nəticələrini ilk insanların Amerika-
ya köçü hipotezini gücləndirən elmi
faktlar kimi dəyərləndirib.
Yay fəslinin ən gözəl
istirahət məkanlarından
olan çimərlik mövsümü
başlamaq ərəfəsindədir.
Lakin çimərlik istirahət
məkanı olmaqla yanaşı,
həm də sağlamlıq və şəfa
mənbəyidir.
Bir sıra xəstəliklərin sa-
ğalmasında dəniz qumunun
müalicəvi əhəmiyyəti var.
Mütəxəssislərin dedi-
yinə görə, çimərlikdəki qum
dənizdə çimmək və günəş
vannası qəbul etmək qədər
insan orqanizmi üçün faydalıdır.
Dəniz qumu təbii pilinq təsiri göstə-
rir. Hətta keçmişdə şahzadələr də tə-
bii pilinq kimi yalnız dəniz qumun-
dan istifadə edirdilər. Qum qulunc
xəstəliyinə və miqrenə də müsbət
təsir göstərir. İslanmış dəniz qumun-
da gəzmək qan damarlarının
genişlənməsinə kömək edir, ar-
terial təzyiqi tənzimləyir. Rev-
matizmdən əziyyət çəkənlərə
də qum üzərində gəzmək məs-
ləhət görülür. Üzü dəniz qumu
ilə yumaq onun daha təmiz və
canlı görünməsinə kömək edir.
Lakin mütəxəssislər dəniz
qumunun faydası ilə yanaşı,
zərərli tərəflərinin olduğunu da
bildirirlər. Məsələn, qumda çox
qalmaq iflic olma riski yaradır.
Bundan əlavə təzyiq, şəkər və
ürək-damar sistemi xəstəliklə-
rindən əziyyət çəkənlərin də uzun
müddət qumda basdırılmış vəziy-
yətdə qalması məsləhət görülmür.
buz döVRü insanlaRının ameRikaya köç etməsinə daiR izləR tapılıb
dünya ölkələRinin yollaRın
keyfiyyəti üzRə Reytinqi açıqlanıb
həR il dünyada plastik kütlə qıRıntılaRını
udması nətiCəsində 100 min dəniz heyVanı
Və 1 milyon dəniz quşu həlak oluR
Xilasedicilər
indiyə qədər
Tunis sahillərində
qanunsuz mü-
hacirləri daşıyan
gəminin qəzaya
uğraması nəticə-
sində həlak olan
74 nəfərin cəsədi-
ni aşkarlayıblar.
Bu barədə məlumat Tunisin
Daxili İşlər Nazirliyi tərəfindən ya-
yılıb.
Xatırladaq ki, iyunun 4-nə
keçən gecə Tunis sahilləri yaxınlı-
ğında böyük gəmi qəzası baş verib.
Göyərtəsində təxminən 180 nəfər
qanunsuz mühaciri daşıyan balıqçı
gəmisi Tunisin Sfaks liman şəhə-
rindən 16 dəniz mili məsafəsində
batıb. Hadisə yerinə göndərilən
xilasedicilər 68 nəfəri xilas etməyə
müvəffəq olub.
Tunis prokurorluğu insan ölü-
münə səbəb olan qanunsuz xidmət
maddəsi üzrə təhqiqata başlayıb.
Hadisə ilə əlaqədar Tunisin daxili
işlər naziri Lütfi İbrahim və nazir-
liyin gəminin dənizə çıxdığı yerdə
xidmət göstərən 10 yerli əməkdaşı
istefaya göndərilib.
Somalidən Yəmənə getməyə
çalışan azı 46 miqrant gəminin
batması nəticəsində boğularaq
həlak olub.
“BBC Türk” xəbər verir ki,
pis hava şəraiti səbəbindən daha 16
nəfərin də itkin düşdüyü bildirilir.
Beynəlxalq Miqrasiya Təşki-
latının məlumatına görə, gəmi iyu-
nun 6-da Aden Körfəzində batıb.
Ölənlərin 37-sinin kişi, 9-nun qa-
dın olduğu qeyd edilir. Miqrantlar
Efiopiya vətəndaşlarıdır.
Qəzadan sağ qurtaran 100 miq-
rant isə Yəməndə və digər ölkələr-
də iş tapmağa müvəffəq olacaqları-
na ümid edir.
68 nəfəRi Xilas etmək mümkün olsa da...
yəmən sahilləRində gəmi qəzası
nətiCəsində 46 miqRant boğulub
Deyirlər dəniz və musiqi bir-bi-
rinə çox yaxındır. Həmsöhbətimiz
Aref kemal həm dənizçi, həm də
musiqiçi kimi bu deyimin həqiqət-
dən uzaq olmadığını sübut edən
kəslərdəndir.
Hər iki peşənin vurğununun
uşaqlıqdan dənizçiliyə və müğən-
niliyə böyük marağı olub. Artıq 10
ildən çoxdur ki, “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər
Dəniz Neft Donanmasının gəmilə-
rində gəmi sürücüsü işləyən Aref
2013-cü ildən həm də müğənniliklə
məşğuldur. Deyir ki, dənizçiliyin və
müğənniliyin oxşar tərəfləri çoxdur.
Hər iki peşə insandan istedad və ürək
tələb edir.
-Dənizdə çalışan adam tez-tez
sərt dalğalarla üzləşir,-deyir.- Belə
çətin vəziyyətlərdən üzüağ çıxmaq
üçün təkcə peşəkarlıq yox, istedad və
ürək də tələb olunur. Əks halda, fır-
tınaya qalib gəlmək mümkün deyil.
Müğənnilik də eyni ilə belədir. Xüsu-
si istedada və böyük ürəyə sahib ol-
mayan ifaçı, nə qədər çalışsa da, uğur
qazana bilməyəcək.
Bir yandan dənizçilik, bir yan-
dan müğənnilik Aref Kemala qanad
verir. O deyir:
- Mən sevərkən, ayrılarkən, nə-
yisə ümidlə gözləyərkən – hər halım-
da limanlara üz tuturam. Ucu-buca-
ğı görünməyən dənizi seyr etməklə
mənəvi rahatlıq tapıram. Uzaqlardan
gələn, qəlbə sığal çəkən dalğalar san-
ki nəğmə oxuyur. Bu nəğmələr insanı
ifaçılığa daha da həvəsləndirir.
Peşəkarlıq müsahibimiz üçün
ən vacib amillərdəndir. Bunun üçün
daim üzərində işləyir, kamilliyə can
atır.
Aref Azərbaycan Dəniz Balıq Sə-
nayesi Kollecini bitirib. Orada gəmi
sürücülüyü ixtisası üzrə təhsil alıb.
Hazırda “Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz
Neft Donanmasının balansında olan
“Atlet-5”gəmisində kapitanın 2-ci
köməkçisi işləyir.
Onun musiqi təhsili də var. 2013-
cü ildə Azərbaycan Dövlət Mədə-
niyyət və İncəsənət Universitetinin
müsiqi sənəti fakültəsinə qəbul olub.
Respublikanın xalq artisti Nazpəri
Dostəliyevadan vokal ifaçılığının sir-
lərini öyrənib.
“Uşaqlıqdan korifey sənətkarları
– Mirzə Babayevi, Şövkət Ələkbəro-
vanı dinləmişəm, hətta onların ifaları-
nı gizli təqlid etmişəm. Əvvəllər uta-
nırdım, elə bilirdim alınmır. Amma
bu sahədə təhsil almağa başladığım
dövrdən özümə inamım artdı. İndiyə-
dək bir çox müsabiqələrə qatılmışam.
“Azərbaycanın səsi” layihəsində iş-
tirakçı olmuşam. Gələcəkdə “O səs
Türkiyə” yarışmasında da özümü
sınamağı düşünürəm. İspan, ital-
yan, ingilis dillərində də mahnılar ifa
edirəm”.
Aref Kemalın bütün ifaları
özünəməxsusluğu ilə seçilir. Amma
dostları və həmkarları onun ifasında
“Limanlar” mahnısını daha çox sevir-
lər. Elə Arefin özünə də bu ifası ayrı
bir zövq verir.
“Bu mahnını unudulmaz sənətka-
rımız Mirzə Babayevin ifasında eşit-
mişəm və çox bəyənmişəm. Onu hər
dəfə oxuduğum zaman kövrəlirəm.
Necə deyərlər, “Limanlar”ın musiqi-
si ruhuma çox yaxındır. Bu mahnıya
obraz lazım deyil. Mahnı özü dinləyi-
ciyə hər şeyi deyir”.
Aref Kemal həm dənizçiliyi, həm
də müğənniliyi öz istəyi ilə seçib.
Ona görə də heç biri ilə yollarını ayır-
maq fikrində deyil. Əksinə, ikisini bir
arada davam etdirmək, dənizləri və
ürəkləri fəth etmək istəyir.
Rövşən Abdurəhmanov
dənizləRi Və üRəkləRi fəth etmək istəyən gəmi süRüCüsü
dəniz qumu üzəRində gəzmək faydalıdıR