2014-cü ildə uzun fasilədən sonra
Azərbaycan Respublikasının Preziden-
ti İlham Əliyevin tapşırığına əsasən
xarici sulardakı fəaliyyətini bərpa
edən “Azərbaycan Xəzər Dəniz Gəmi-
çiliyi” Qapalı Səhmdar Cəmiyyəti bu
istiqamətdə ardıcıl və effektiv addımlar
atır. Belə ki, son dörd ildə Xəzər-
dənkənar hövzələrdə – Azov, Qara,
Aralıq dənizlərində üzən gəmilərimizin
sayı 13-ə çatdırılıb. onların 11-i quru
yük gəmisi, 2-si tankerdir. üçrəngli
bayrağımız altında xarici sularda üzən
həmin gəmilərin daha səmərəli istisma-
rını isə Gəmiçilik tərəfindən Türkiyədə
təsis edilən “Caspdry” və “Casptan-
kers” şirkətləri həyata keçirir.
Bütün bunlar onu deməyə imkan
verir ki, artıq Azərbaycan Xəzər Dəniz
Gəmiçiliyi xarici bazarlarda öz mövqeyi-
ni xeyli möhkəmləndirib. İndi “AXDG”
QSC beynəlxalq sularda quru və maye
yük daşımalarında lider şirkətlərdən bi-
rinə çevrilməyi qarşısına məqsəd qoyub.
Şübhəsiz ki, AXDG-nin bu is-
tiqamətdə aktiv fəaliyyəti və durmadan
inkişafı azərbaycanlı dənizçilərin bey-
nəlxalq sularda üzmə imkanlarını da ar-
tırır. Bu, Gəmiçiliyin kadr potensialının
möhkəmləndirilməsi, yüksək ixtisaslı
dənizçilərin yetişdirilməsinə birbaşa təsir
göstərir.
“Azərbaycan Xəzər Dəniz Gəmiçili-
yi” QSC xarici sularda fəaliyyətinin daha
da genişlənməsi və möhkəmləndirilməsi
məqsədi ilə daha bir uğurlu addım atıb.
Belə ki, bundan sonra AXDG-nin vacib
dəniz nəqliyyatı arteriyaları üzərində
yerləşən Yunanıstanın paytaxtı Afinada
nümayəndəliyi fəaliyyət göstərəcək.
Yeni təsis olunan nümayəndəliyin
açılış mərasimində Azərbaycanın Yuna-
nıstandakı səfirliyinin müvəqqəti işlər
vəkili Eldar Əliyev, nüfuzlu beynəlxalq
təsnifat cəmiyyətləri və gəmiçilik şirkət-
lərinin əməkdaşları, o cümlədən iş
adamları iştirak ediblər.
Mərasimdə çıxış edən “Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri
Rauf Vəliyev qonaqlara son zamanlar
ölkəmizdə həyata keçirilən irimiqyaslı
nəqliyyat-infrastruktur layihələri haqqın-
da ətraflı məlumat verib. Bildirib ki,
Azərbaycan artıq Asiya və Avropa qitələ-
rini birləşdirən bir “Hub” rolunu oyna-
yır. Şərq-Qərb, Şimal-Cənub nəqliyyat
dəhlizləri barədə ətraflı məlumat verən
Rauf Vəliyev Çin və Avropa bazarlarını
birləşdirən Transxəzər Beynəlxalq Nəq-
liyyat Marşrutundan və onun əsas iştirak-
çılarından biri olan və 160 illik yubile-
yini qeyd etməyə hazırlaşan Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyi haqqında söz
açıb. Qeyd olunub ki, gündən-günə in-
kişaf edən bu marşrut üzərində yeni ça-
ğırışlara cavab vermək üçün Gəmiçilik
öz donanmalarını müasir gəmilərlə ye-
niləyir, kadr bazasını möhkəmləndirir.
Vurğulanıb ki, 9 mindən artıq əməkdaşı
olan Gəmiçiliyin iki böyük donanması
mövcuddur. Dəniz Nəqliyyat Donan-
masının tərkibində 52, Xəzər Dəniz Neft
Donanmasının tərkibində isə 212 müxtə-
lif təyinatlı gəmi istismar edilir. Həmçi-
nin “AXDG” QSC-nin nəzdində Gəmi
Təmiri və Tikintisi zavodları, Azərbay-
can Dövlət Dəniz Akademiyası və Təlim
Tədris Məkəzi fəaliyyət göstərir. Bu da
Gəmiçiliyin beynəlxalq bazarlarda rəqa-
bət qabiliyyətliliyini daha da artırır.
Tədbirdə həmçinin “B2B” formatın-
da işgüzar görüşlər də baş tutub. Azər-
baycan Xəzər Dəniz Gəmiçliyi ilə bir
sıra beynəlxalq şirkətlərin əməkdaşlıq
perspektivləri müzakirə olunub.
Mərasimdə Azərbaycanın əlveriş-
li coğrafi məkanını, təbiət, mədəniyyət
və tarixini, iqtisadi inkişafını, aparı-
lan irimiqyaslı nəqliyyat-infrastruktur
layihələrini, o cümlədən Azərbaycan
Xəzər Dəniz Gəmiçiliyinin inkişafını əks
etdirən videoçarx da nümayiş etdirilib.
Yunanıstanın paytaxtı Afi-
nadakı “Metropolitan expo”
mərkəzində dünyanın ən böyük
dənizçilik sərgilərindən sayılan
25-ci “Poseydoniya-2018” sərgisi
keçirilib.
Builki sərgidə 160 illik yubileyini
qeyd etməyə hazırlaşan və ölkənin qo-
caman şirkətlərindən biri – “Azərbay-
can Xəzər Dəniz Gəmiçiliyi” QSC də öz
stendi ilə təmsil olunur. Stenddə ölkəmi-
zin dənizçilik sahəsi, o cümlədən Azər-
baycan Xəzər Dəniz Gəmiçiliyi, Bakı
Gəmiqayırma Zavodu haqqında məlu-
matlar, videoçarxlar nümayiş etdirilib.
Stendin özəlliklərindən biri də bur-
da yaradılan milli güşədir. Milli süvenir
və əşyalarla bəzədilən güşədə ölkəmizin
tarixi, mədəniyyəti, mətbəxi tərənnüm
olunur. Bütün bunlar Gəmiçiliyin sten-
dinə marağı bir qədər də artırıb.
“Azərbaycan Xəzər Dəniz Gəmi-
çiliyi” QSC-nin sədri Rauf Vəliyevin
rəhbərlik etdiyi nümayəndə heyəti sər-
gi çərçivəsində “B2B” formatında bir
sıra işgüzar görüşlər keçirib, dənizçilik
sahəsində nüfuzlu beynəlxalq şirkətlərlə
müzakirlər aparıb. Danışıqlarda Gəmiçi-
liyin fəaliyyət istiqamətləri, Xəzərdə və
xarici sularda üzən donanmaları haqqın-
da ətraflı məlumat verilib.
Qeyd edək ki, “Azərbaycan Xəzər
Dəniz Gəmiçiliyi” QSC-nin də təmsil
olunduğu nüfuzlu biznes platformalar-
dan sayılan və iki ildən bir keçirilən sər-
gidə bu il ümumilikdə 92 ölkədən 1900-
dən çox şirkət iştirak edir. Bu da 2016-cı
ildəki iştirakçıların sayından 16% çox-
dur. Onların arasında dənizçiliklə əlaqəli
qurumlar, müxtəlif beynəlxalq təşkilat-
lar, təsnifat cəmiyyətləri, təhsil müəs-
sisələri yer alıb. Sərgiyə dünyanın ən
böyük gəmi istehsalçıları Çin, Yaponiya
və Cənubi Koreyadan da nümayəndələr
qatılıb.
Sərgidə şirkətlər xüsusi stendlərdə
öz məhsullarını nümayiş etdirməklə ya-
naşı, işgüzar əlaqələr də qurublar.
www.seanews.az
14 ийун 2018-ci il № 45-48 (9231)
3
gəmiçiliyin yunanıstanda
nümayəndəliyi fəaliyyətə başlayıb
25-Ci “poseydoniya-2018” səRgisində
gəmiçiliyin stendinə maRaq böyük idi