Hörmətli həmkarlar! Sizi Ümummilli liderimiz Heydər Əli


ийун 2018-ci il   № 45-48 (9231)



Yüklə 451,35 Kb.
Pdf görüntüsü
səhifə2/8
tarix18.06.2018
ölçüsü451,35 Kb.
#49295
1   2   3   4   5   6   7   8

14 ийун 2018-ci il   № 45-48 (9231)

www.seanews.az

2

(Əvvəli 1-ci səhifədə)

Milli  Məclisin  1993-cü  il  iyunun 

15-də keçirilən iclasındakı çıxışında Ulu 

Öndər Azərbaycan dövlətçiliyinin gələ-

cək  inkişaf  strategiyasını  elan  etdi  və 

sonrakı illərdə onu həyata keçirdi. Əgər 

müstəqilliyi  qazanmaq  ilkin  şərt  idisə, 

ikinci vacib məsələ onu qoruyub inkişaf 

etdirmək idi və bu, Ümummilli Liderin 

iradəsi sayəsində reallığa çevrildi. Hey-

dər Əliyev milli dövlətçiliyimizin kon-

sepsiyasını  yaratdı.  Bütün  maneələrə 

baxmayaraq  ən  qısa  müddətdə  ölkədə 

ictimai-siyasi  sabitlik  bərpa  olundu. 

AXC-Müsavat hakimiyyəti isə təbii ki, 

Heydər Əliyevin uğurlarını qısqanclıqla 

qarşılayıb ona mane olmağa çalışdı. Və-

ziyyətdən səbirlə çıxan Prezident Hey-

dər  Əliyev  televiziya  vasitəsilə  xalqa 

müraciət  etdi.  İyunun  20-də  Azərbay-

can həqiqətlərinin dünya ictimaiyyətinə 

çatdırılması  məqsədilə  yerli  və  xarici 

jurnalistlər üçün brifinq keçirdi. İyunun 

21-də isə bir sıra ölkələrin diplomatları 

ilə  görüşdü.  Bu  sahədə  yürüdülən  si-

yasət respublikanı informasiya blokada-

sından çıxardı. Dünyada ölkəmizlə bağlı 

formalaşan fikir müsbət yönümdə dəyiş-

di. Məhz belə bir mürəkkəb siyasi şəra-

itdə  Heydər  Əliyevin  böyük  potensialı 

Azərbaycanın müstəqilliyinin qarantına 

çevrildi.  Ümummilli  Liderin  şəxsiyyə-

ti,  onun  özünəməxsus  siyasi  idarəetmə 

qabiliyyəti,  xarizması,  qətiyyəti,  uzaq-

görənliyi  böhrana  son  qoydu,  xalqımız 

Azərbaycan və azərbaycançılıq ideyala-

rı ətrafında birləşdi. Ümummilli Liderin 

müdrikliyi və qətiyyəti sayəsində Azər-

baycan  müstəqil,  demokratik,  hüquqi 

və dünyəvi dövlət kimi inkişaf etməyə 

başladı. Respublikanın qarşısında duran 

problemlər  mərhələlərlə  həll  olundu, 

əmin-amanlıq,  siyasi  sabitlik  yarandı. 

İctimai-siyasi,  sosial-iqtisadi,  elmi  və 

mədəni  həyatda  əsaslı  dönüş  başlandı, 

xalqımızın bütövlüyü, həmrəyliyi, milli 

birliyi təmin edildi.

Ulu öndər Heydər Əliyevin həyata 

keçirdiyi  təxirəsalınmaz  sosial-iqtisa-

di,  siyasi  və  mənəvi  tədbirlərin  nəti-

cəsi  kimi,  bir  tərəfdən  Milli  Ordunun 

formalaşdırılması,  Azərbaycanın  milli 

mənafelərini qorumağa qadir olan niza-

mi  silahlı  qüvvələrin  yaradılması,  tor-

paqlarımızın müdafiə olunması ilə bağlı 

mühüm  addımlar  atılmağa  başlandı, 

digər tərəfdən, bütün siyasi və diploma-

tik vasitələrin işə salınması ilə 1994-cü 

ilin may ayında həyati əhəmiyyət kəsb 

edən atəşkəs əldə edildi. Atəşkəsin hə-

yati  əhəmiyyəti  onda  idi  ki,  məhz  bu 

müqavilədən  sonra  ölkəmizin  dünya 

birliyinə  inteqrasiyası  sürətləndi,  öz 

iqtisadi  potensialından  səmərəli  istifa-

də edərək dünya bazarına daxil olmağa 

şərait  yaradan  beynəlxalq  müqavilələr, 

razılaşmalar və s. əldə edildi. Ölkə daxi-

lində  yaranmış  nisbi  sabitlikdən,  həm-

çinin  beynəlxalq  aləmdə  Azərbaycana 

münasibətdə  artan  inam  və  maraqdan 

istifadə edərək 1994-cü ilin sentyabrın-

da  “Əsrin  müqaviləsi”nin  imzalanması 

və onun gerçəkləşdirilməsi də məhz ulu 

öndər Heydər Əliyev tərəfindən işlənib 

hazırlanan  və  müstəqil  Azərbaycanın 

iqtisadi  inkişaf  konsepsiyasının  əsasını 

təşkil  edən  neft  strategiyasının  həya-

ta  keçirilməsinin  parlaq  təzahürüdür. 

Heydər Əliyevin rəhbərliyi ilə respubli-

kamız qədim İpək Yolunun bərpası, Ba-

kı-Tbilisi-Ceyhan,  Bakı-Tbilisi-Ərzu-

rum neft və qaz xətlərinin çəkilişi kimi 

qlobal  layihələrin  fəal  iştirakçısına  və 

təşəbbüskarına  çevrildi.  Həyatın  bütün 

sahələrində tərəqqi və dirçəliş baş ver-

di. Heydər Əliyev dühasının xidmətləri 

olan bu nailiyyətlər Azərbaycanı məhv 

olmaqdan qurtardı, müstəqilliyimizi da-

imi, əbədi, sarsılmaz, dönməz etdi. Bü-

tün bunlar 1993-cü il 15 iyun tarixinin 

nailiyyətləridir. Heydər Əliyevin xalqı-

mız  və  tariximiz  qarşısında  ən  böyük 

xidmətləri  kəskin  geosiyasi  ziddiyyət-

lərin mövcud olduğu bir şəraitdə Azər-

baycan  dövlətçiliyini  xilas  etməsində, 

ölkəmizi parçalanıb yox olmaq təhlükə-

sindən qurtarmasında idi. Dövlətimizin 

qorunub  saxlanması  isə  azadlığımızın, 

müstəqilliyimizin  qorunub  saxlanması, 

qurtuluş deməkdir.

Ulu  öndər  Heydər  Əliyev  Azər-

baycanı  qüdrətli,  nüfuzlu,  demokratik 

dövlət kimi görmək istəyirdi, onun hər 

addım və hərəkətləri məhz buna yönəl-

mişdi. Məhz Ümummilli Liderin uzaq-

görən  siyasəti  nəticəsində  1995-ci  ilin 

noyabrında demokratik, hüquqi dövlətin 

təməlini təşkil edən Konstitusiya qəbul 

olundu.  Beləliklə,  ölkədə  daha  geniş 

miqyaslı  islahatların  aparılması  üçün 

normativ-hüquqi bazanın formalaşdırıl-

masına başlandı. Odur ki, Milli Qurtuluş 

Günü  Azərbaycan  dövlətçiliyinin  xilas 

günüdür.  Qurtuluş  günü  Azərbaycanın 

xaosdan, anarxiyadan, hərc-mərclikdən, 

özbaşınalıqdan, parçalanma təhlükəsin-

dən qurtulduğu, sabitliyə, əmin-amanlı-

ğa,  demokratiyaya  qovuşduğu  gündür. 

Ümummilli Liderin qətiyyəti xalqa ruh 

yüksəkliyi  gətirdi,  inamımızı  özümüzə 

qaytardı. 15 İyun tarixi təkcə dövlətçi-

liyimizin  xilası  deyildi.  Bu  tarix  həm 

də  Azərbaycanın  bu  gününü,  sabahını 

müəyyənləşdirdi.

Heydər  Əliyevin  yenilməz  iradəsi, 

uzaqgörənliyi,  fədakarlığı  onu  bütün 

dünya  azərbaycanlılarının  lideri  edib, 

ömür  yolu  doğma  Vətənə  xidmət  nü-

munəsinə  çevrilib.  Bütün  şüurlu  hə-

yatını  canından  artıq  sevdiyi  xalqına, 

ölkəsinə  həsr  etmiş  bu  müdrik  siyasi 

və dövlət xadimi tariximizdə müstəqil-

liyimizin memarı və qurucusu kimi yer 

tutub. Heydər Əliyev fenomeninə məx-

sus iti zəka, müdriklik, uzaqgörənlik və 

əzmkarlıq ona əvəzsiz ümummilli lider 

mövqeyi qazandırıb. Çoxşaxəli və zən-

gin  fəaliyyəti,  misilsiz  insani  keyfiy-

yətləri  sayəsində  o,  zəmanəmizin  əbə-

diyaşar  dahisinə  çevrilib.  Azərbaycan 

xalqı haqlı olaraq Heydər Əliyev irsini 

müstəqilliyinin  təminatçısı  kimi  qəbul 

edir.  Qədirbilən  xalqımız  böyük  xilas-

karının xidmətlərini unutmur və 15 İyun 

- Milli Qurtuluş Gününü hər il yüksək 

əhval-ruhiyyə ilə qeyd edir.

Bu  il  Azərbaycan  müstəqilliyinin 

26-ci  ilini  yaşayır.  Ötən  illər  ərzində 

Azərbaycan böyük inkişaf yolu keçib. 

Ölkəmizin  inkişaf  strategiyası  məhz 

ulu  öndər  Heydər  Əliyev  tərəfindən 

müəyyənləşdirilib. Azərbaycanda Hey-

dər Əliyev siyasətinin alternativi yox-

dur.


Qazanılan  bütün  nailiyyətlərin 

əsasında  Ümummilli  Lider  tərəfindən 

müəyyənləşdirilən  siyasi  kurs  və  Pre-

zident  İlham  Əliyevin  bu  siyasi  kursu 

uğurla  davam  etdirməsi  faktı  dayanır. 

Bu günün fövqündən baxanda Azərbay-

canın gələcəyi işıqlı və firavan görünür. 

Çünki müstəqil Azərbaycanın idarəçilik 

sükanı ulu öndər Heydər Əliyevin siyasi 

varisi Prezident İlham Əliyevin əlində-

dir. Prezident İlham Əliyevin bu siyasə-

ti  uğurla  həyata  keçirməsi  nəticəsində 

Azərbaycan  dünyanın  dinamik  inkişaf 

edən, modernləşən, beynəlxalq miqyas-

da nüfuzu gündən-günə artan dövlətinə 

çevrilib,  ötən  dövr  ərzində  möhtəşəm 

iqtisadi uğurlara imza atılıb. Bunu tək-

cə Azərbaycan vətəndaşları deyil, bütün 

dünya  təsdiq  edir.  Azərbaycana  gələn 

hər  bir  şəxs  ölkəmizdə  gedən  inkişafa 

heyran  qalır.  Bu  gün  xalqımız  əmindir 

ki, müstəqil Azərbaycan Heydər Əliyev 

ideyaları  işığında  Prezident  İlham  Əli-

yevin rəhbərliyi ilə daha yüksək zirvələr 

fəth edəcək.

İyunun 11-13-də Bakıda 

XVII Xəzər Beynəlxalq Nəqliy-

yat, Tranzit və Logistika (Trans-

Caspian/Translogistika 2018) 

sərgisi keçirilib.

XVII Xəzər Beynəlxalq Nəqliyyat, 

Tranzit  və  Logistika  (TransCaspian/

Translogistika  2018),  VIII  Xəzər  Bey-

nəlxalq  Yol  İnfrastrukturu  və  İctimai 

Nəqliyyat  (Road&Traffic  2018)  sər-

gilərinin  açılış  mərasimində  nəqliyyat, 

rabitə  və  yüksək  texnologiyalar  naziri 

Ramin  Quluzadə  deyib  ki, Azərbaycan 

son  dövrlər  nəqliyyat  sahəsində  böyük 

layihələr  həyata  keçirir.  Bakı-Tbili-

si-Qars dəmir yolunun istifadəyə veril-

məsi,  Ələt  qəsəbəsində  yerləşən  Bakı 

Beynəlxalq Dəniz Ticarət Limanının bi-

rinci fazasının açılışı, yüksəkkeyfiyyətli 

avtomobil  yollarının  qurulması,  hava 

nəqliyyatında  əldə  olunan  nailiyyətlər 

görülən işlərə nümunədir. Bu işlər Azər-

baycanı regionun əsas tranzit mərkəzinə 

çevirir.


Qeyd  edək  ki,  sənaye  müəssisələ-

rinin  yeni  məhsul  və  nailiyyətlərini 

nümayiş etdirən və mahiyyət etibarı ilə 

bir  çox  cəhətdən  nəqliyyat  sektorunun 

gələcək inkişaf vektorunu müəyyənləş-

dirən bu sərgi Xəzər regionunda aparıcı 

nəqliyyat tədbirlərindən biridir. Sərgidə 

əsas  dövlət  nəqliyyat  qurumları,  eləcə 

də  dəmiryol  sektoru,  dəniz  sənayesi, 

aviasiya,  kommersiya  təyinatlı  nəq-

liyyat,  daşıma  və  logistika  xidmətləri 

sahəsində  fəaliyyət  göstərən  kommer-

siya  şirkətləri  bir  arada  toplanır.  Sərgi 

Azərbaycan  Respublikası  Nəqliyyat, 

Rabitə  və  Yüksək  Texnologiyalar  Na-

zirliyi,  TRACECA,  Azərbaycanda  İx-

racın və İnvestisiyaların Təşviqi Fondu 

(AZPROMO)  və  Azərbaycan  Respub-

likası  Sahibkarlar  (İşəgötürənlər)  Təş-

kilatları  Milli  Konfederasiyası  (ASK) 

tərəfindən dəstəklənir.

“TransCaspian/Translogistica”  sər-

gisi  Böyük  Britaniyanın  “ITE  Group” 

şirkətlər qrupu tərəfindən təşkil olunan 

“TransRussia”  (Moskva),  “TransPo-

land”  (Varşava),  “TransUzbekistan” 

(Daşkənd),  “TransUkraine”  (Kiyev)  və 

“TransKazakhstan”  (Almatı)  kimi  ix-

tisaslaşmış  nəqliyyat-logistika  sərgilə-

ri,  eləcə  də  “BreakBulk”  beynəlxalq 

sərgilər  (Antverpen,  Hyuston,  Şanxay, 

Əbu-Dabi, Kuala-Lumpur) və digər təd-

birlər silsiləsinə daxildir. Bu il “Trans-

Caspian/Translogistica” 

sərgisində 

dünyanın  15  ölkəsini  təmsil  edən  85 

şirkət iştirak edib. Azərbaycan, Belarus, 

Litva,  Rusiya,  Türkmənistan,  Türkiyə, 

Ukrayna,  Yunanıstan  və  digər  ölkələri 

təmsil  edən  şirkətlər  nəqliyyat  sahəsi-

nin  geniş  məhsul  və  xidmətlər  çeşidi-

ni  (yükdaşımalar,  lokomotiv,  sərnişin 

və  yük  vaqonlarının  istehsalı,  hərəkət 

heyətinin  təmiri,  dəmiryol  nəqliyyatı 

üçün  komplektləşdirici  hissələr,  gə-

miqayırma  və  gəmi  təmiri,  liman  xid-

mətləri, kommersiya təyinatlı nəqliyyat 

vasitələri üçün ehtiyat hissələri və sair) 

təqdim edib. Sərgidə nəqliyyat şirkətləri 

ilə yanaşı, “Azərbaycan Dəmir Yolları” 

QSC,  “Bakı  Beynəlxalq  Dəniz  Ticarət 

Limanı”  QSC,  “Azərbaycan  Xəzər 

Dəniz  Gəmiçiliyi”  QSC  və  Azərbay-

can  Respublikası  Nəqliyyat,  Rabitə  və 

Yüksək Texnologiyalar Nazirliyi yanın-

da Dövlət Dəniz Agentliyi kimi dövlət 

nəqliyyat  qurumları  da  iştirak  ediblər. 

Qeyri-neft sektorunun artması ilə əlaqə-

dar olaraq, respublikada logistika şirkət-

lərinin  sərgisinə  marağı  əhəmiyyətli 

dərəcədə artıb. Sərgi iştirakçılarının 30 

faizdən  çoxunu  debütantlar  təşkil  edir 

və  onların  arasında  dəniz  daşımalarını 

həyata keçirən şirkətlər (Abşeron Logis-

tika Mərkəzi, Türkmənbaşı Beynəlxalq 

Dəniz  Limanı),  dəmir  yolu  daşımaları 

sahəsində  ixtisaslaşan  şirkətlər  (“ADY 

Container”),  avtomobil  nəqliyyatı  ilə 

beynəlxalq daşımalar üzrə şirkətlər (Be-

larusun  “APS  Solver”  şirkəti,  Litvanın 

“Arijus UAB” şirkəti), hava nəqliyyatı 

şirkətləri (“Silk Way Group” şirkəti) yer 

alıb.  Sərgidə  bir  sıra  yeniliklər  təqdim 

olunub.  Belə  ki,  “AzRusTrans”  şirkəti 

tranzit  daşımalar  üzrə  alternativ  im-

kanları nümayiş etdirib, “Texnovotum” 

şirkəti  isə  ziyarətçilərə  avtomatlaşdı-

rılmış  lazer  skaneri  və  defektoskopiya 

kimi məhsullarını təklif edib.

 “Azərbaycan Xəzər Dəniz Gəmiçi-

liyi” QSC Bakı Ekspo Mərkəzində keçi-

rilən XVII Xəzər Beynəlxalq Nəqliyyat, 

Tranzit  və  Logistika  (“TransCaspian/

Translogistica  2018”)  sərgisində  öz 

stendi ilə iştirak edib.

Geniş  ərazidə  quraşdırılmış  stend 

Gəmiçiliyin  bir  sıra  mühüm  element-

lərini özündə əks etdirib və unikal tər-

tibatına  görə  xüsusi  fərqlənib.  Burada 

son illər AXDG-nin donanmasının müa-

sirləşdirilməsi  istiqamətində  görülən 

tədbirlər və gələcək layihələr haqqında 

ziyarətçilərə  ətraflı  məlumat  verilib. 

Bununla yanaşı, sərgidə AXDG-nin fəa-

liyyətini əks etdirən müxtəlif çap məh-

sulları,  foto  və  videoçarxlar  nümayiş 

olunub. Bu səbəbdən Gəmiçiliyin stendi 

həm  yerli,  həm  də  xarici  ziyarətçilərin 

xüsusi marağına səbəb olub.

Sərginin  açılış  mərasimində  iştirak 

edən nəqliyyat, rabitə və yüksək texno-

logiyalar naziri Ramin Quluzadə Gəmi-

çiliyin  stendi  ilə  yaxından  maraqlanıb. 

Nazirə  məlumat  verilib  ki,  builki  sərgi 

Azərbaycan  Xəzər  Dəniz  Gəmiçiliyi-

nin  160  illik  yubileyi  ilə  üst-üstə  dü-

şür. Ölkənin ən qocaman şirkətlərindən 

olan AXDG dəyərlərinə və missiyasına 

hər zaman sadiqdir və prezident İlham 

Əliyevin  rəhbərliyi  ilə  durmadan  in-

kişaf  edir.  Belə  ki,  Azərbaycan  Xəzər 

Dəniz  Gəmiçiliyi  yerli  və  beynəlxalq 

daşımaların artırılması, ölkənin rəqabət 

qabiliyyətinin  və  tranzit  potensialının 

gücləndirilməsinə  layiqli  töhfə  vermək 

üçün bütün imkanlarını səfərbər edib.

Sərgilərin  təşkilatçıları  qismində 

“Iteca Caspian” və “ITE Group” şirkət-

ləri çıxış ediblər. 

XVıı XəzəR beynəlXalq nəqliyyat, tRanzit Və logistika 

(tRansCaspian/tRanslogistika 2018) səRgisi keçiRilib

milli quRtuluş günündən azəRbayCanın 

döVlət müstəqilliyinin əbədiliyinə doğRu 



Yüklə 451,35 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə