16
müddətinin başlanğıc tarixi kimi əvvəlki müqavilə üzrə sığorta müddətinin bitmə tarixi
göstərilir.
10.
SIĞORTA TƏMİNATININ ЪОЬРАФИ ƏHATƏ ƏRAZİSİ
10.1. Sığorta təminatı yalnız sığorta müqaviləsində göstərilən ъоьрафи ərazidə qüvvədədir.
10.2. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, avtonəqliyyat vasitəsi tikinti
sahəsinin ərazisində, hava limanının təyyarə meydanında, uçuş-enmə zolağında və ya bu
kimi yerlərin hər hansı bir hissəsində olduğu zaman sığorta təminatı ilə əhatə olunmur və baş
vermiş hadisələr üzrə heç bir ödəniş həyata keçirilmir.
10.3. Sığorta müqaviləsinin qüvvədə oluğu müddət ərzində hər hansı inzibati-ərazi vahidinin və
ya rayonun ərazisində hərbi əməliyyatlar aparılarsa (müharibənin elan edilib-
edilməməsindən asılı olmayaraq) sığorta təminatı həmin ərazilərdə qüvvəsini itirir.
10.4. Avtonəqliyyat vasitəsi sığorta təminatının qüvvədə olduğu ъоьрафи ərazini tərk etdikdə
sığorta müqaviləsi üzrə verilən təminat qüvvəsini itirir.
11.
SIĞORTA HAQQI
11.1
Sığorta haqqı Sığortalı tərəfindən təqdim edilmiş məlumat əsasında Sığortaçı tərəfindən
hesablanır və Sığorta Şəhadətnaməsində və ya sığorta müqaviləsinə qəbul edilmiş
Əlavələrdə göstərilir.
11.2. Sığorta haqqı Sığortalı tərəfindən Sığortaçının təqdim etdiyi hesab və ya sığorta haqqının
məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər sənəd alındıqdan sonra
ödənilir. Sığorta haqqı birdəfəlik və ya, tərəflərin razılaşmasına əsasən, hissə-hissə, Sığorta
Şəhadətnaməsində və ya Sığorta Müqaviləsinə qəbul edilmiş Əlavələrdə qeyd olunan
ödənişlər cədvəlinə müvafiq olaraq ödənilə bilər.
11.3. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nağdsız haqq-hesab zamanı sığorta
haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta
haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi hesabın şərtlərinə müvafiq olaraq
Sığortaçının bank hesabına köçürülməsi yoli ilə ödənilir.
11.4. Sığorta müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, nağd haqq-hesab zamanı sığorta
haqqı Sığortalı tərəfindən tam məbləğdə, sığorta haqqı hissə-hissə ödənilirsə sığorta
haqqının birinci ödənişi Sığortaçının təqdim etdiyi qəbzin şərtlərinə müvafiq olaraq
Sığortaçının kassasına və ya nümayəndəsinə verilməsi yoli ilə ödənilir.
11.5. Sığorta haqqının ödənilməsi günü aşağıdakılar hesab olunur:
nağdsız haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının hesabına daxil olması günü;
nağd haqq-hesab zamanı – pul vəsaitlərinin Sığortaçının kassasına və ya nümayəndəsinə
verilməsi günü.
11.6. Sığorta haqqı və ya onun birinci hissəsi Sığortaçı tərəfindən təqdim olunmuş hesabda və ya
sığorta haqqının məbləği və ödənilmə qaydası barədə məlumatı özündə əks edən digər
sənəddə göstərilmiş müddət ərzində ödənilmədikdə, Sığortaçı sığorta müqaviləsindən imtina
etmək və ya Sığortalı üçün əlavə ödəmə müddətini təyin etmək hüququna malikdir. Əgər
sığorta hadisəsinin baş verməsi günü sığorta haqqı və ya onun birinci hissəsi müqavilənin
şərtlərinə uyğun hələ də ödənilməyibsə, Sığortaçı öz öhdəliklərindən azad edilir.
11.7. Hissə-hissə ödənilən sığorta haqqının növbəti ödənişi ödənilmədiyi, vaxtından gec və ya az
məbləğdə ödənildyi halda, Sığortaçının sığorta müqaviləsi üzrə öhdəlikləri sığorta haqqının
17
ödənilməli gündən sonrakı növbəti 15 təqvim günü ərzində qüvvədə qalır və sığorta
ödənişinin həyata keçirilməsi zamanı sığorta haqqının gecikdirilmiş (natamam həcmdə
ödənilmiş) hissəsi Sığortaçı tərəfindən ödənişdən tutula bilər. Əgər həmin borc müqavilə ilə
sığorta haqqının ödənilməsi günü kimi şərtləşdirilmiş gündən sonra 15 təqvim günü ərzində
ödənilməyibsə Sığortaçı sığorta müqaviləsində göstərilən sığorta hadisələri üzrə məsuliyyət
daşımır.
Sığortaçının məsuliyyəti borcun, yəni gecikdirilmiş (natamam həcmdə ödənilmiş) ödənişin,
ödənildiyi gün gündüz saat 12:00-dan bərpa olunur və Sığortaçının məsuliyyəti bərpa
olunduqdan sonra baş vermiş, sığorta müqaviləsində şərtləşdirilmiş sığorta hadisələrini əhatə
edir.
11.8. Sığortalının sığorta haqqını ödəməməsi səbəbindən Sığortaçı tərəfindən sığorta
müqaviləsinin ləğv edilməsi, Sığortalını Sığortaçıya, onun öz öhdəliklərini yerinə yetirdiyi
müddət üzrə, sığorta haqqının ödənilməli olan hissəsini ödəməsindən azad etmir.
12.
GÜZƏŞTLƏR VƏ YÜKLƏMƏLƏR
Sığorta müqaviləsinin qüvvədə olduğu müddət başa çatdıqdan sonra sığorta müqaviləsi
növbəti il üçün bağlanarkən, başa çatmış Sığorta ilinin nəticələrindən asılı olaraq, Sığortaçı
tərəfindən Sığortalıya ilkin (orijinal) sığorta tarifinə güzəştlər və ya yükləmələr tətbiq edilə
bilər.
13.
SIĞORTA MÜQAVİLƏSİNƏ XİTAM VERİLMƏSİ
13.1. Sığorta müqaviləsinə aşağıdakı hallarda xitam verilir:
13.1.1. sığorta predmeti Sığortaçının razılığı olmadan özgəninkiləşdirildikdə. Bu halda Sığortaçı ilə
Sığortalı və ya sığorta predmeti xeyrinə özgəninkiləşdirilən şəxs arasında yeni sığorta
müqaviləsi bağlanıla bilər;
13.1.2. sığorta müqaviləsinin qüvvədə olma müddəti bitdikdə;
13.1.3. Sığortaçı Sığortalı qarşısında öz öhdəliklərini tamamilə yerinə yetirdikdə;
13.1.4. Sığortalı sığorta haqqını sığorta müqaviləsində müəyyən edilən qaydada ödəmədikdə;
13.1.5. Sığortalı vəfat etdikdə (o halda ki vərəsəsi olmasın);
13.1.6. Sığortalının
fəaliyyət
qabiliyyəti
məhdudlaşdırıldıqda
(fəaliyyət
qabiliyyətinin
məhdudlaşdırılması barədə qərarın çıxarılması anından);
13.1.7. məhkəmə sığorta müqaviləsinin etibarsız olduğu barədə qərar verdikdə;
13.1.8. sığorta obyektinin mövcudluğu bitdikdə (yox olduqda);
13.1.9. qanunvericiliklə nəzərdə tutulmuş qaydada Sığortaçı ləğv edildikdə;
13.1.10.sığorta müqaviləsinin və hazırkı Qaydaların müddəa və şərtləri yerinə yetirilmədikdə;
13.1.11.tərəflərin razılaşmasına əsasən;
13.1.12.qanunvericiliklə və sığorta müqaviləsi ilə nəzərdə tutulmuş digər hallarda.
13.2. Sığorta hadisənin baş vermə ehtimalı itdikdə və sığorta riskinin mövcudluğu sığorta
hadisəsindən fərqli digər səbəblər ücbatından bitdiyi halda sığorta müqaviləsi dərhal
qüvvədən düşür. Sığorta müqaviləsinin bu bənddə göstərilmiş səbəblər ücbatından vaxtından
əvvəl qüvvədən düşməsi halında Sığortaçı, sığortanın qüvvədə olması müddəti üzrə,
proporsional surətdə hesablanmış sığorta haqqının hissəsini özündə saxlaya və ya tələb edə
bilər.