4
Sığortalanmış avtonəqliyyat vasitəsinin sahibi tərəfindən verilmiş və müvafiq qaydada təsdiq
edilmiş yol vərəqəsinə əsasən sığortalanmış avtomobili idarə etmək hüququna malik olan hər
hansı bir şəxs(lər) tərəfindən, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin
avtonəqliyyat vasitələrini idarə edən şəxslərə dair tələblərinə riayət olunması şərti ilə idarə
olunduqda qüvvədədir.
3.2. Sığortalanmış avtonəqliyyat vasitəsini idarə etmək hüququnu aşağıda göstərilən sənədlər
təsdiq edir:
Sığortalanmış avtonəqliyyat vasitəsinin növünə aid qüvvədə olan sürücülük vəsiqəsi;
Sığortalanmış avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi;
Sığortalanmış avtonəqliyyat vasitəsinin sahibi tərəfindən verilmiş və müvafiq qaydada təsdiq
edilmiş etibarnamə və ya yol vərəqəsi.
3.3. Sığortalanmış avtonəqliyyat vasitəsinin hazırkı bölmənin birinci bəndində göstərilən
şəxslərdən başqa hər hansı digər şəxs(lər) tərəfindən idarə olunması, o cümlədən notariat
qaydasında təsdiq edilmiş etibarnamə olmadıqda, lakin adı çəkilən şəxslərin yanında oturaraq
sığortalanmış avtonəqliyyat vasitəsinin hər hansı digər şəxs tərəfindən idarə olunması zamanı
baş verən hadisələr üzrə heç bir sığorta ödənişi həyata keçirilmir.
B. SIĞORTA TƏMİNATI VƏ İSTİSNALAR
4.
AVTONƏQLİYYAT VASİTƏSİNİN MADDİ ZƏRƏRDƏN SIĞORTASI
Sığorta haqqının ödənilməsi şərti ilə, sığortalanmış avtonəqliyyat vasitəsi sığorta müddəti
ərzində və hazırkı Qaydaların 4.2. bəndində göstərilən risklərin baş verməsi nəticəsində
itirilərsə, məhv olarsa və ya zədələnərsə (bu Qaydaların şərtlərinə, müddəalarına, istisnalarına
və təminatına müvafiq olaraq) Sığortaçı Sığortalıya həmin avtonəqliyyat vasitəsinin
zədələnməsi, itirilməsi və ya məhv olması anına olan bazar dəyərini və ya dəyən zərərin
məbləğini ödəyəcək və ya sığortalanmış avtonəqliyyat vasitəsini və ya onun bir hissəsini
bərpa və ya eyni tipli ehtiyyat hissəsi (avtonəqliyyat vasitəsi ilə əvəz edəcək köhnəlməyə görə
müvafiq məbləğin və əgər sığorta müqaviləsi ilə şərtləşdirilibsə, azadolma məbləğinin
çıxılması şərti ilə).
4.1. SIĞORTA OBYEKTİ
4.1.1. Avtonəqliyyat vasitəsinin maddi zərərdən sığortası bölməsinə müvafiq olaraq, sığorta obyekti
Sığortalının (Faydalanan şəxsin) sığortalanmış avtonəqliyyat vasitəsinə sahibliyi, ondan
istifadəsi və ona sərəncam verməsi ilə bağlı olan Azərbaycan Respublikasının
qanunvericiliyinə zidd olmayan, əmlak mənafeləridir.
4.1.2. Bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsi ilə Sığortalının (Faydalanan şəxsin)
mülkiyyətində olan və ya qanuna, digər normativ-hüquqi akta, müqaviləyə, notariat
qaydasında təsdiq edilmiş etibarnaməyə əsasən istifadə etdiyi və:
qanunvericilikdə nəzərdə tutulmuş qaydada daxili işlər orqanları tərəfindən qeydiyyata alınmış
və dövlət texniki baxışından keçmiş, və ya;
Azərbaycan Respublikasının ərazisində yerləşən ticarət təşkilatlarından (mərkəzlərindən)
alınmış və ya xarici dövlətdə alınaraq Azərbaycan Respublikasının ərazisinə gətirilmiş və
gömrük rəsmiləşdirilməsindən keçmiş, lakin hər iki halda sığorta müqaviləsi bağlanan zaman
daxili işlər orqanları tərəfindən qeydiyyata alınmamış, və ya;
5
sığorta müqaviləsinin bağlanması anına qüvvədə olma müddəti bitməmiş «tranzit» nişanlı
avtonəqliyyat vasitəsi sığortalana bilər.
4.1.3. Azərbaycan Respublikasının ərazisində yerləşən ticarət təşkilatlarından (mərkəzlərindən)
alınmış və ya xarici dövlətdə alınaraq Azərbaycan Respublikasının ərazisinə gətirilmiş və
gömrük rəsmiləşdirilməsindən keçmiş, lakin sığorta müqaviləsi bağlanan zaman daxili işlər
orqanları tərəfindən qeydiyyata alınmamış avtonəqliyyat vasitəsi yalnız o şərtlə sığortalana
bilər ki, sığorta müqaviləsinin bağlanması anına onun qanunla müəyyən edilmiş qeydiyyata
alınma müddəti bitməmiş olsun.
4.1.4. Daxili işlər orqanları tərəfindən qeydiyyata alınmamış avtonəqliyyat vasitəsinə dair
Sığortaçının oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq və quldurluq riskləri üzrə məsuliyyəti
onun qanunvericilikdə müəyyən edilmiş qaydada qeydiyyata alınmasından və bu barədə
Sığorta Şəhadətnaməsində müvafiq qeydin edilməsindən sonra qüvvəyə minir.
4.1.5. Bu Qaydalar əsasında mənfəət götürmək məqsədi ilə hər hansı ictimai sərnişin daşımaları
üçün istifadə olunan nəqliyyat vasitələrinə (taksi, marşrut taksisi, şəhərlər arası və şəhər daxili
sərnişin nəqliyyatı və s.) dair sığorta müqaviləsi bağlanılmır.
4.2.
SIĞORTA RİSKLƏRİ
Bu Qaydalar əsasında bağlanmış sığorta müqaviləsi ilə aşağıda göstərilən risklər
nəticəsində baş vermiş hadisələr üzrə təminat verilir:
Yanğın, partlayış, ildırım vurması və onların nəticələrinin aradan qaldırılması,
yol-nəqliyyat hadisəsi,
bütün təbii fəlakətlər,
ağacların (daşların və digər predmetlərin dəyməsi) düşməsi,
üçüncü şəxslərin qərəzli və qanuna zidd olan hərəkətləri,
oğurluq, qaçırma, dələduzluq, soyğunçuluq, quldurluq və bunlarla məhdudlaşmamaq şərti ilə,
hazırkı Qaydalarla istisna olunan hallardan başqa, sığortalanmış avtonəqliyyat vasitəsinə zərər
dəyməklə nəticələnən qəflətən və gözlənilmədən baş vermiş bütün hadisələr.
Hazırkı Qaydalara müvafiq olaraq yol-nəqliyyat hadisəsi, təbii fəlakət, oğurluq, qaçırma,
dələduzluq, soyğunçuluq, quldurluq riskləri aşağıda göstərilən mənalarda başa düşülməlidir:
yol-nəqliyyat hadisəsi — yollarda, küçələrdə, meydanlarda, dəmiryol keçidlərində nəqliyyat
vasitələrinin hərəkəti prosesində baş verən və adamların həlakına və ya müxtəlif dərəcəli
bədən xəsarəti almasına, heyvanların və ya hərəkətsiz maneənin vurulmasına, nəqliyyat
vasitələrinin, yolların, qurğuların zədələnməsinə və ya başqa maddi zərər dəyməsinə səbəb
olan hadisə;
təbii fəlakət – təbii qüvvələrin təsiri nəticəsində əmələ gələn (su basması, zəlzələ, yer
sürüşməsi və s.), əhalinin normal həyat tərzini pozan, insanların və maddi dəyərlərin tələf
olmasına səbəb olan, insanın qarşısını ala bilmədiyi fövqəladə hal.
oğurluq - özgənin əmlakını gizli olaraq talama;
qaçırma - avtonəqliyyat vasitəsini talama məqsədi olmadan qanunsuz ələ keçirmə;
soyğunçuluq - özgənin əmlakını açıq talama;