18
13.3. Sığorta müqaviləsinə həm Sığortaçının, həm də Sığortalının 30 gün əvvəl qarşı tərəfə yazılı
şəkildə xəbərdarlıq verməsi yolu ilə vaxtından əvvəl xitam verilə bilər. Yazılı xəbərdarlıq
tərəflərin müqavilədə göstərilən ünvanlarına göndərilməlidir.
13.4. Tərəflər müqaviləyə xitam verməkdən əvvəl müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərini tam
yerinə yetirməlidirlər.
14.
SIĞORTA MÜQAVİLƏSİNƏ VAXTINDAN ƏVVƏL XİTAM VERİLDİKDƏ
QAYTARILMALI OLAN SIĞORTA HAQQININ HESABLANMASI
14.1. Müqavilənin Sığortaçının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı
Sığortalının sığorta haqqlarını bütünlükdə qaytarır; əgər bu tələb Sığortalının sığorta
qaydalarını yerinə yetirməməsi ilə bağlıdırsa, Sığortaçı çəkilmiş xərclər çıxılmaqla
müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını qaytarır.
14.2. Müqavilənin Sığortalının tələbi ilə vaxtından əvvəl xitam olunması halında, Sığortaçı
çəkilmiş xərclər çıxılmaqla müqavilənin qurtarmamış hissəsi üçün sığorta haqqını ona
qaytarır; əgər bu tələb Sığortaçının sığorta qaydalarını pozması ilə bağlıdırsa o, sığorta
haqlarını Sığortalıya bütünlüklə qaytarır.
14.3. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək
sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqına bərabər və ya ondan çox miqdarda
sığorta ödənişi verilmişdirsə, sığorta haqqı sığortalıya qaytarılmır.
14.4. Sığorta müqaviləsinə vaxtından əvvəl xitam verildiyi halda, əgər xitam verilmə anınadək
sığortaçı tərəfindən sığortalıya ödənilmiş sığorta haqqından az miqdarda sığorta ödənişi
verilmişdirsə, həmin sığorta haqqı məbləği ilə sığorta ödənişi məbləği arasındakı fərq
miqdarında sığorta haqqının sığortalıya qaytarılması müvafiq olaraq bu Qaydaların 14.1-ci
və 14.2-ci maddələrində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
15.
SIĞORTA MÜQAVİLƏSİNƏ ƏLAVƏLƏRİN QƏBUL EDİLMƏSİ
Sığorta müqaviləsi şərtlərinin dəyişdirilməsi tərəflərin razılığı əsasında müqaviləyə Əlavənin
qəbul edilməsi yolu ilə həyata keçirilir. Əlavələr yazılı şəkildə tərtib olunur və sığorta
müqaviləsinin ayrılmaz tərkib hissəsi hesab olunur. Sığorta müqaviləsinin şərtləri
dəyişdirildiyi halda, tərəflər arasında əldə olunmuş razılaşmadan və ya müqaviləyə edilən
dəyişikliklərin mahiyyətindən digəri irəli gəlmirsə, öhdəliklər Əlavənin imzalanması
anından dəyişilmiş hesab olunurlar.
D. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ VƏ MƏSULİYYƏTİ. ZƏRƏRİN MÜƏYYƏN
EDİLMƏSİ VƏ SIĞORTA ÖDƏNİŞİNİN HƏYATA KEÇİRİLMƏSİ QAYDASI
16.
TƏRƏFLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
16.1. Sığortalının (Faydalanan şəxsin) vəzifələri:
16.1.1. Sığorta müqaviləsi ilə müəyyən edilmiş məbləğdə və qaydada sığorta haqqını ödəmək;
16.1.2. Avtonəqliyyat vasitəsinə baxışın keçirilməsini təmin etmək;
16.1.3. Müraciət formasında və sığorta müqaviləsinin bağlanması zamanı sığorta riskinin
qiymətləndirilməsi üçün əhəmiyyətli olan bildiyi bütün məlumatları, bu sahədə quvvədə
olan digər sığorta müqavilələri və sığorta müddəti ərzində baş vermiş sığorta riskinin
19
dərəcəsinə təsir göstərə biləcək hər hansı bir dəyişikliklər barədə Sığortaçıya məlumat
vermək. Sığortalı Sığortaçıdan riskin dərəcəsinə təsir göstərə biləcək məlumatları gizlədibsə
və ya Sığortaçının riskin sığortalanması üzrə qərarına təsir edə biləcək faktlar üzrə yanlış
məlumat veribsə, belə halda həmin müqavilə etibarsız hesab edilir və iddia üzrə heç bir
ödəniş verilmir;
16.1.4. Sığorta hadisəsinin baş verməməsi, sığorta hadisəsi baş verdikdə isə sığortalanmış
avtonəqliyyat vasitəsinin xilas edilməsi və dəyə biləcək zərərin azalması üçün bütün
mümkün və məqsədəuyğun tədbirləri görmək. Sığorta hadisəsinin baş verməsinin qarşısının
alınması, avtonəqliyyat vasitəsinin xilas edilməsi və dəyə biləcək zərərin azalması üzrə
Sığortaçının verdiyi bütün tövsiyə və məsləhətlərini yerinə yetirmək;
16.1.5. Sığorta hadisəsi baş verdikdə, hazırkı Qaydalarda göstərilən müddət ərzində Sığortaçını və
hadisənin mahiyyəti bunu tələb edirsə, müvafiq səlahiyyətli orqanları baş vermiş hadisə
haqqında məlumatlandırmaq;
16.1.6. Zədələnmiş avtonəqliyyat vasitəsinin və əlavə quraşdırılmış avadanlığın təmir olunması
qaydasını Sığortaçı ilə razılaşdırmaq;
16.1.7. Sığorta hadisəsi nəticəsində zədələnmiş avtonəqliyyat vasitəsi təmir olunduqdan sonra
baxışın keçirilməsi üçün onu Sığortaçıya təqdim etmək. Sığortalı hazırkı öhdəliyini yerinə
yetirmədikdə və ya yetirməkdən imtina etdikdə Sığortaçı sonradan baş vermiş hadisə(lər)
üzrə məsuliyyət daşımır və heç bir ödəniş vermir;
16.1.8. Talanmış avtonəqliyyat vasitəsi və ya əlavə quraşdırılmış avadanlıq tapılarsa və ya
Sığortalıya onların olduğu yer məlum olarsa dərhal Sığortaçıya bu barədə məlumat vermək;
16.1.9. Avtonəqliyyat vasitəsinin daxili işlər orqanlarından qeydiyyatdan çıxarılması və ya digər
şəxsin adına qeydə alınması, qeydiyyat nişanlarının və sənədlərinin dəyişdirilməsi haqqında
üç təqvim günü ərzində Sığortaçıya məlumat vermək;
16.1.10.Sığortalını hazırkı Qaydalara və ya qanunvericiliyə əsasən sığorta ödənişini almaq
hüququndan məhrum edən səbəb aşkar olunarsa, sığorta müqaviləsinə müvafiq olaraq
alınmış sığorta ödənişini (və ya onun müvafiq hissəsini) Sığortaçıya qaytarmaq;
16.1.11.Talanmış avtonəqliyyat vasitəsi və ya əlavə quraşdırılmış avadanlıq tapılarsa sığorta
müqaviləsinə müvafiq olaraq alınmış sığorta ödənişini qaytarmaq və ya tapılmış
avtonəqliyyat vasitəsini və ya əlavə quraşdırılmış avadanlığı Sığortaçıya təhvil vermək;
16.1.12.Faydalanan şəxsi və avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxsləri
hazırkı Qaydaların və sığorta müqaviləsinin şərtləri ilə tanış etmək;
16.1.13.Sığorta müqaviləsi ilə nəzərdə tutulan digər öhdəliklərini yerinə yetirmək.
Hazırkı Qaydaların 16.1.2.-16.1.9. bəndlərində göstərilən Sığortalının (Faydalanan şəxsin)
vəzifələri eyni zamanda avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxslərə də
aiddir.
16.2. Sığortalının hüquqları:
16.2.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan qaydada sığorta
müqaviləsinə xitam vermək;
16.2.2. Sığorta müqaviləsini (Sığorta Səhadətnaməsini) itirdiyi halda onun yeni nüsxəsini
(dublikatını) almaq;
16.2.3. Sığorta hadisəsinin qarşısının alınması və dəyə biləcək zərərin azalması üçün zəruri olan
məlumat və məsləhətləri Sığortaçıdan almaq;