1
Təsdiq edilmişdir:
HÜQUQİ ŞƏXSLƏRƏ və HÜQUQİ ŞƏXS YARATMADAN
SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN FİZİKİ
ŞƏXSLƏRƏ MƏXSUS
AVTONƏQLİYYAT VASİTƏLƏRİNİN SIĞORTASI
QAYDALARI
Razılaşdırılıb:
Təsdiq edilmişdir:
Azərbaycan Respublikası
Maliyyə Nazirliyinin
Dövlət Sığorta Nəzarəti Xidmətinin
rəisi N.C.Xəlilov
“Günay Sığorta” ASC-nin
İdarə Heyətinin sədri vəzifəsini
icra edən V.Rəcəbov
___________________________
__________________________
İmza M.Y.
İmza M.Y.
Tarix: /___/__________2011-ci il
Tarix: /___/__________2011-ci il
2
Hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası
QAYDALARI
Hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki
şəxslərə məxsus avtonəqliyyat vasitələrinin sığortası Qaydaları (bundan sonra mətndə
«Qaydalar» adlandırılacaq) Azərbaycan Respublikası qanunlarının və digər normativ hüquqi
aktlarının tələblərinə müvafiq işlənib hazırlanmışdır və Hüquqi şəxs və hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə məxsus avtonəqliyyat
vasitələrinin sığorta müqaviləsinin (bundan sonra mətndə «sığorta müqaviləsi»
adlandırılacaq) ayrılmaz tərkib hissəsidir.
A. ÜMUMİ MÜDDƏALAR
Hazırkı Qaydalar əsasında «Günay Sığorta» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə
«Sığortaçı» adlandırılacaq) hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxslərə məxsus avtonəqliyyat vasitələrinin, avtonəqliyyat vasitəsinə
əlavə quraşdırılmış avadanlıqların, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən və
avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin könüllü sığortasını həyata keçirir və
sığorta müqaviləsi bağlayır.
Hazırkı Qaydalar Sığortalının (Faydalanan şəxsin, avtonəqliyyat vasitəsini idarə etmək
hüququna malik olan şəxsin) avtonəqliyyat vasitəsinə və əlavə quraşdırılmış avadanlığa
sahibliyi, ondan istifadəsi və ona sərəncam verməsi, sürücü və sərnişinlərin həyat və
sağlamlığı və avtonəqliyyat vasitəsinin istifadə olunması nəticəsində üçüncü şəxslərin və
sərnişinlərin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzinin ödənilməsi ilə
bağlı olan əmlak mənafelərinin könüllü sığortası müqavilələrinin bağlanması, icra edilməsi və
xitam olunmasının qayda və şərtlərini müəyyən edir.
Bu qaydalarda müəyyən olunan sığorta növü avtonəqliyyat vasitələrinin sığortası,
avtonəqliyyat vasitələrinin saahiblərinin mülki məsuliyyətinin sığortası və fədi qəza və
xəstəlik sığortası siniflərinə aiddir.
1.
QAYDALARDA İSTİFADƏ OLUNAN ƏSAS ANLAYIŞLAR
Aşağıda göstərilən anlayışlar bu Qaydaların mətnində istifadə olunduğu yerdən asılı
olmayaraq eyni məna daşıyırlar:
sığorta riski – ehtimal olunan və onun baş verməsinə qarşı sığorta aparılan hadisədir;
sığorta hadisəsi – sığorta müqaviləsi ilə nəzərdə tutulan və Sığortaçının sığorta ödənişini
həyata keçirmək öhdəliyinin yaranmasına səbəb olan baş vermiş hadisədir;
sığorta məbləği – sığorta müqaviləsinə müvafiq olaraq sığorta obyektinin sığortalandığı,
Sığortaçının öhdəliklərinin son (maksimal) həddi olan və əsasında sığorta haqqı hesablanan
məbləğdir;
3
sığorta haqqı – sığorta müqaviləsinə müvafiq olaraq şərtləşdirilmiş qayda və vaxt ərzində
Sığortalı tərəfindən sığorta təminatının verilməsi üçün Sığortaçıya ödənilən məbləğdir;
azadolma – sığorta müqaviləsində müəyyən edilmiş və Sığortaçı tərəfindən təmin olunmayan
dəymiş zərərin bir qismidir;
avtonəqliyyat vasitəsi – daxili işlər orqanları tərəfindən qeydiyyata alınması tələb olunan,
yolda hərəkət üçün konstruksiya imkanları olan və insan tərəfindən idarə edilən asma
mühərrikli, özügedən qurğudur;
sığortalanmış avtonəqliyyat vasitəsi – xüsusiyyətləri (markası, modeli, dövlət qeydiyyat
nişanı, ban və ya şassi nömrəsi və s.) Sığorta Şəhadətnaməsində göstərilmiş avtonəqliyyat
vasitəsidir;
avtonəqliyyat vasitəsinə əlavə quraşdırılmış avadanlıq ( əlavə quraşdırılmış avadanlıq) –
sığortalanmış avtonəqliyyat vasitəsinə daimi quraşdırılmış, istehsalçının sənədlərinə
(avtonəqliyyat vasitəsinin normativ-texniki sənədlərinə) görə avtonəqliyyat vasitəsinin
komplektliyinə daxil olmayan mexanizmlər, qurğular, cihazlar və digər avadanlıqlardır;
sığortaçının eksperti – Sığortaçının əməkdaşı olan və ya Sığortaçı tərəfindən ekspertizanın
keçirilməsi üçün kənardan cəlb edilən müəyyən sahə üzrə mütəxəssisdir.
2.
SIĞORTA SUBYEKTLƏRİ
2.1.
Sığortaçı - Azərbaycan Respublikasında sığorta fəaliyyətinə nəzarəti həyata keçirən müvafiq
icra hakimiyyəti orqanından xüsusi razılıq almış «Günay Sığorta» Açıq Səhmdar
Cəmiyyətidir.
2.2. Sığortalı - Sığortalı ilə sığorta müqaviləsini bağlamış, təşkilati-hüquqi formasından asılı
olmayaraq hüquqi şəxslər.
2.3. Faydalanan şəxs – Sığorta müqaviləsi xeyrinə bağlanmış şəxsdir.
2.4. Sığorta olunan şəxs – sığorta müqaviləsinin şərtlərinə müvafiq olaraq, hazırkı Qaydaların
sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası bölməsi üzrə verilən sığorta təminatı ilə
əhatə olunan və sığorta hadisəsi baş verdiyi an sığortalanmış avtonəqliyyat vasitəsində oturan,
hərəkət edən, yaxud həmin avtonəqliyyat vasitəsinə minən və ya ondan düşən sürücü və ya
sərnişindir.
2.5. Sığorta müqaviləsi sığortalanmış avtonəqliyyat vasitəsinin qorunub saxlanılmasında, qanuna,
digər normativ-hüquqi akta, müqaviləyə və ya notariat qaydasında təsdiq edilmiş
etibarnaməyə əsasən marağı olan şəxsin (Sığortalının və ya Faydalanan şəxsin) xeyrinə
bağlana bilər. Sığortalının və ya Faydalanan şəxsin sığortalanmış avtonəqliyyat vasitəsində
qanuni marağı olmadığı halda bağlanmış sığorta müqaviləsi bağlandığı andan etibarsızdır.
2.6. Sığortalıya aid olan öhdəliklərin Faydalanan şəxs və ya avtonəqliyyat vasitəsini idarə etmək
hüququna malik olan şəxs tərəfindən yerinə yetirilməsi və ya, sığorta müqaviləsi ilə digər
şərtlər nəzərdə tutulmayıbsa, sığorta müqaviləsinin Faydalanan şəxsin xeyrinə bağlanması
Sığortalını həmin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsindən azad etmir.
3.
SIĞORTALANMIŞ AVTONƏQLİYYAT VASİTƏSİNİ İDARƏ ETMƏK HÜQUQU
3.1. Hazırkı Qaydalar əsasında bağlanmış sığorta müqaviləsi ilə verilən təminat yalnız
Sığortalanmış avtonəqliyyat vasitəsi notariat qaydasında təsdiq edilmiş etibarnaməyə və ya