14
7.1.11.
Sığortaçı ilə razılaşdırılmış hallardan başqa, Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsində
göstərilmiş avtonəqliyyat vasitəsinin yedəyə alınması, digər avtonəqliyyat vasitəsinə
yüklənilməsi, ondan boşaldılması və ya hər hansı digər avtonəqliyyat vasitəsi ilə daşınması
nəticəsində baş vermiş hadisələr;
7.1.12.
Sığorta Şəhadətnaməsinə qəbul edilmiş Əlavələrdə göstərilmiş avtonəqliyyat vasitəsi:
avtonəqliyyat vasitəsinin növünə aid qüvvədə olan sürücülük vəsiqəsi olmayan;
Sığortalanmış avtonəqliyyat vasitəsinin sahibi tərəfindən verilmiş və müvafiq qaydada
təsdiq edilmiş etibarnamə və ya yol vərəqəsi olmayan;
spirtli içkilərin, narkotik və ya toksik maddələrin, istifadə olunmasından sonra avtonəqliyyat
vasitəsinin idarə olunmasına qadağa qoyulmuş (diqqəti və çevikliyi azaldan) dərmanların
təsiri altında olan şəxs tərəfindən idarə olunduğu halda baş vermiş hadisələr;
7.1.13.
Sığortalanmış avtonəqliyyat vasitəsinin sürət, davamlılıq və digər sınaqlardan keçirilməsi,
yarışlarda, rallilərdə, avtoyürüşlərdə, sürət müsabiqələrində və ya təlim məqsədləri üçün
istifadə olunması nəticəsində baş vermiş hadisələr;
7.1.14.
Sığortalanmış avtonəqliyyat vasitəsinin təyinatından kənar, yaxud Sığortalının bəyan
etdiyindən fərqli məqsədlər üçün istifadə olunması;
7.1.15.
Sığortalanmış avtonəqliyyat vasitəsi nasaz və ya zədələnmiş vəziyyətdə olduğu halda onun
istifadə olunması nəticəsində baş vermiş hadisələr (sığortalanmış avtonəqliyyat vasitəsinin
bilavasitə sığorta hadisəsi baş verməzdən əvvəl hərəkət etdiyi zaman qəflətən əmələ gəlmiş,
qarşısını avtonəqliyyat vasitəsini idarə edən şəxsin ala bilmədiyi, aradan qaldırılması üçün
zəruri vaxta malik olmadığı, yaxud ona məlum olmayan və sığorta hadisəsinin baş
verməsinə səbəb olan nasazlıq və zədələrdən başqa);
7.1.16.
Sığortalanmış avtonəqliyyat vasitəsinin təmir olunması nəticəsində dəymiş zərərlər;
7.1.17.
Avtonəqliyyat vasitəsini idarə edən şəxsin ruhi-əsəb xəstəliyi, əsəb sarsıntısı, epileptik
tutma, insult və ya infarkt keçirməsi nəticəsində baş vermiş hadisələr, bir şərtlə ki, həmin
şəxsdə hadisənin baş verməsi anına qədər qeyd olunan xəstəliklər aşkar olunmuş olsun;
7.1.18.
Sığortalanmış avtonəqliyyat vasitəsini idarə edən şəxsin özünə qəsd etməsi və ya buna cəhd
göstərməsi nəticəsində baş vermiş hadisələr;
7.1.19.
Sığortalının Sığortaçı ilə razılaşdırdığı müddət ərzində sığorta riskinin baş verməsi
ehtimalını artıran amillərin aradan qaldırmaması nəticəsində baş vermiş hadisələr;
7.2.
Sığortaçı bilavasitə və ya dolayı olaraq aşağıda göstərilənlərin nəticəsində baş vermiş
hadisələr üzrə heç bir məsuliyyət daşımır:
7.2.1. Nüvə partlayışının, ionlaşdırıcı radiasiya şüalarının, radioaktiv elementlərin, qeyri-radiasiya
tərkibli nüvə yanacağının, yanmış nüvə yanacağının, partlayıcı nüvə tərkibli elementlərdən
və ya onların komponentlərindən ibarət təhlükəli radioaktiv, zəhərli, partlayıcı və digər
maddələrin təsiri;
7.2.2. Toksik və kimyəvi maddələrin təsiri;
7.2.3. Ətraf mühitin çirklənməsi və zəhərlənməsi;
7.2.4. Müharibə (elan edilib-edilməməsindən asılı olmayaraq), vətəndaş müharibəsi, hərbi
əməliyyatlar, təcavüz, istila, işğal, düşmənçilik aktları, xarici düşmənlərin aksiyaları, üsyan,
qiyam, tətil, inqilab, ictimai ixtişaşlar, xalq hərəkatı, çevriliş, silahlı yolla hakimiyyətin qəsb
edilməsi, terrorizm, sabotaj və bunların nəticələri;
15
7.2.5. Dövlət orqanlarının sərəncamı ilə və ya hərbi ya da mülki hakimiyyət və siyasi təşkilatlar
tərəfindən siyasi tədbirlərin görülməsi nəticəsində sığortalanmış avtonəqliyyat vasitəsinin
müsadirə, rekvizisiya, həbs, məhv edilməsi və ya milliləşdirilməsi nəticəsində baş vermiş
hadisələr.
C. SIĞORTA MÜQAVİLƏSİ
Sığorta müqaviləsi Sığortaçı ilə Sığortalı arasında yazılı formada bağlanan, Sığortalının ödədiyi
müvafiq sığorta haqqı müqabilində sığorta obyektinin məruz qala bildiyi müəyyən risklərin baş
verməsi nəticəsində, sığorta müqaviləsində göstərilən sığorta məbləğindən çox olmaması şərti ilə,
dəyən zərərin əvəzinin və ya müəyyən bir hadisənin baş verməsi ilə hər hansı pul məbləğinin
Sığortaçı tərəfindən Sığortalıya (Faydalanan şəxsə) ödənilməsini nəzərdə tutan sazişdir.
8.
SIĞORTA MÜQAVİLƏSİNİN FORMASI
8.1.
Sığorta müqaviləsi müqavilə üzrə tərəflərin sayından asılı olaraq tələb olunan sayda,
Azərbaycan dilində və sığorta müqaviləsinin hər tərəfi üçün bir nüsxədə tərtib olunur.
Nüsxələr eyni hüquqi qüvvəyə malikdir. Sığorta müqaviləsi hər hansı xarici dilə tərcümə
olunduğu halda onun mətninin təfsir edilməsi üçün Azərbaycan dilindəki mətn əsas
götürülməlidir.
8.2.
Sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi və ya Sığorta Şəhadətnaməsinin müvafiq
Əlavəsi) Sığortalı tərəfindən itirilərsə, Sığortalının müraciətinə əsasən Sığortaçı müqavilənin
(Sığorta Şəhadətnaməsinin və ya Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsinin) yeni
nüsxəsini (dublikatını) ona təqdim edə bilər. Sığorta müqaviləsinin (Sığorta
Şəhadətnaməsinin və/və ya Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsinin) yeni nüsxəsinin
(dublikatının) verilməsinə görə rüsum ödənilmir. Sığorta müqaviləsinin (Sığorta
Şəhadətnaməsinin və ya Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsinin) yeni nüsxəsinin
(dublikatının) verilməsindən sonra itirilmiş sığorta müqaviləsi (Sığorta Şəhadətnaməsi və ya
Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsi) etibarsız hesab olunur.
9.
SIĞORTA MÜQAVİLƏSİNİN MÜDDƏTİ (SIĞORTA MÜDDƏTİ)
9.1.
Sığorta təminatının qüvvədə olma müddəti tərəflərin razılığı ilə sığorta müqaviləsində
müəyyənləşdirilir və «sığorta müddəti» adlandırılır.
9.2.
Sığorta muqaviləsi (sığorta təminatı) Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsində
göstərilmiş sığortanın qüvvəyə minmə tarixində Bakı vaxtı ilə gündüz saat 12:00-da
qüvvəyə minir və Sığorta Şəhadətnaməsinin müvafiq Əlavəsində göstərilmiş sığorta
təminatının qüvvədən düşmə tarixində Bakı vaxtı ilə gündüz saat 12:00-da qüvvədən
düşmüş hesab edilir.
9.3.
Sığorta müddəti bitdikdən sonra sığorta təminatının arası kəsilmədən sığorta müqaviləsinin
yeni müddətə bağlanılması üçün Sığortalıya 10 gün ərzində güzəştli müddət verilir.
9.4.
Güzəştli müddət ərzində baş vermiş hadisə Sığortalının hadisə baş verməzdən əvvəl
Sığortaçıya sığorta müqaviləsinin yeni müddətə bağlanılması ilə bağlı müraciət etməsi və
sonradan (hadisədən sonra, lakin güzəştli müddət bitənədək) yeni müddət üçün hesablanmış
sığorta haqqını ödəməsi şərti ilə təmin olunur.
9.5.
Güzəştli müddət ərzində Sığortalı Sığortaçıya sığorta müqaviləsinin yeni müddətə
bağlanılması ilə bağlı müraciət etdikdə yeni bağlanılan sığorta müqaviləsi üzrə sığorta