28
19.5.12Avtonəqliyyat vasitəsinin talan olunması (qaçırılması) halında, Sığortalının razılığı ilə,
sığorta ödənişi Sığortalıya dəyəri sığorta ödənişi məbləğində olan avtonəqliyyat vasitəsinin
təqdim olunması (verilməsi) yolu ilə həyata keçirilə bilər.
19.5.13.Avtonəqliyyat vasitəsi sığorta hadisəsinin baş verməsi nəticəsində özü hərəkət edə bilmirsə,
Sığortaçı avtonəqliyyat vasitəsinin hadisə yerindən təmir mərkəzinə və ya dayanacağa
aparılmasını təşki edir və bununla bağlı çəkilmiş xərclərin əvəzini ödəyir.
19.5.14.Sığorta ödənişinin həcmi Sığortalının (Faydalanan şəxsin) üçüncü tərəfdən aldığı məbləğin
çıxılmasından sonra və ya bir neçə sığorta şirkəti ilə sığorta müqavilələrinin bağlandığı
halda hazırkı Qaydalar əsasında bağlanılmış sığorta müqaviləsi üzrə sığorta məbləğinin
bütün digər sığorta müqavilələri üzrə ümumi sığorta məbləğinin nisbətinə müvafiq olaraq,
azadolmanın tətbiq olunması şərti ilə müəyyən edilir. Sığortalı belə məbləğlərin alınması
barədə Sığortaçıya dərhal məlumat verməlidir.
19.6. Avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası bölməsi üzrə baş vermiş
hadisə ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsi qaydası:
19.6.1 Sığorta ödənişinin məbləği Sığortaçı tərəfindən üçüncü şəxslərin və sərnişinlərin həyatına,
sağlamlığına və ya əmlakına zərərin dəyməsi faktını və məbləğini təsdiqləyən sənədlərin
əsasında Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin və hazırkı
Qaydaların müddəalarına müvafiq olaraq müəyyən edilir.
19.6.2.Sığorta ödənişinin məbləği aşağıdakılardan ibarət ola bilər:
Fiziki şəxsin həyat və sağlamlığına zərər dəydikdə, Azərbaycan Respublikasının mülki
qanunvericiliyinə müvafiq olaraq ödənc almağa hüququ olan zərər çəkmiş şəxslərə dəymiş
zərərin əvəzinin ödənilməsi ilə bağlı xərclərdən;
Fiziki və hüquqi şəxslərin əmlakına zərər dəydikdə, əmlakın məhv olması və ya zədələnməsi
nəticəsində dəymiş real zərərin əvəzinin ödənilməsi ilə bağlı xərclərdən.
Əmlakın tam məhv olması halında real zərər məhv olmuş əmlakın real dəyərindən onun
istifadə üçün yararlı qalıqlarının dəyərinin və köhnəlməyə görə müvafiq məbləğin çıxılması
yolu ilə müəyyən edilir.
Əmlakın zədələnməsi halında (qismən zərərin dəyməsi halında) real zərər əmlakın sığorta
hadisəsinin baş verməsindən əvvəl mövcud olan vəziyyətinə gətirilməsi üçün tələb olunan
xərclərə bərabər tutulur.
19.6.3. Əgər sığorta müqaviləsində və ya sığorta müqaviləsinə qəbul edilmiş müvafiq Əlavələrdə
şərtsiz azadolma, yəni sığorta hadisəsi baş verdiyi halda Sığortaçı tərəfindən ödənilməyən
Sığortalının xərclərinin bir hissəsi müəyyən edilmişdirsə, sığorta ödənişi azadolma
məbləği(ləri) çıxılmaqla həyata keçirilir.
19.6.4. İddia və tələblər məhkəmədən kənar qaydada həll edildikdə yuxarıda qeyd olunan xərclərin
məbləği Sığortaçı və iddianı irəli sürmüş şəxsin qarşılıqlı razılığı əsasında, danışıqlarda
Sığortalının (avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxsin) iştirak etməsi
şərti ilə müəyyən edilir. Əgər tərəflər danışıqlar yolu ilə razılığa gəlməzsə, dəymiş zərərin
ödənilməsi üzrə xərclərin məbləği məhkəmə qərarı əsasında müəyyən edilir.
19.6.5. Sığortaçı hazırkı bölmə ilə nəzərdə tutulan sığorta hadisəsinin baş verməsi ilə əlaqədar
Sığortalının (avtonəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxsin) məhkəmə
xərclərini (dövlət rüsumları və işə baxılması ilə əlaqədar olan məsrəflər) və ya ona qarşı irəli
sürülmüş tələbin məhkəmədən kənar həll edilməsi üçün cəlb edilmiş vəkilin göstərdiyi
29
yardıma görə xərcini də təmin edir, bu şərtlə ki, göstərilən xərclər Sığortaçının razılığı və ya
göstərişi ilə çəkilmiş olsun.
19.6.6. Baş vermiş sığorta hadisəsi ilə əlaqədar Sığortalıya (avtonəqliyyat vasitəsini idarə etmək
hüququna malik olan şəxsə) qarşı irəli sürülmüş əsaslı iddiaların (tələblərin) təmin olunması
ilə bağlı xərclərlə Sığortalının məhkəmə və cəlb edilmiş vəkilin göstərdiyi yardıma görə
xərclərinin ödənilməsi üzrə həyata keçirilən sığorta ödənişi Sığorta Şəhadətnaməsində
avtonəqliyyat vasitəsi sahibinin mülki məsuliyyətinin sığortası bölməsi üzrə göstərilən
sığorta məbləği ilə məhdudlaşır və ondan çox ola bilməz.
19.6.7. Sığortaçı zərər çəkmiş şəxslərin Sığortalıya (avtonəqliyyat vasitəsini idarə etmək hüququna
malik olan şəxsə) qarşı irəli sürdükləri iddiaların (tələblərin) əsaslı olduğunu müəyyən
etdikdən və hadisəni sığorta hadisəsi kimi tanıdıqdan sonra sığorta ödənişini zərər çəkmiş
şəxslərə, hazırkı Qaydaların şərtlərinə müvafiq olaraq həyata keçirir.
19.7. Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası bölməsi üzrə baş vermiş hadisə
ilə əlaqədar sığorta ödənişinin həyata keçirilməsi qaydası:
19.7.1. Sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası bölməsi üzrə sığorta hadisəsi baş
verdikdə, sığorta ödənişinin məbləği bir şəxs üzrə razılaşdırılmış sığorta məbləğinə
ödənişlər cədvəlində göstərilən faizlərin tətbiq olunması yolu ilə müəyyən edilir və hazırkı
Qaydaların şərtlərinə müvafiq olaraq həyata keçirilir.
19.7.2. Ödənişlər cədvəli:
SIĞORTA HADİSƏSİ
FAİZLƏR
A.
Ölüm üzrə
100
B.
hər hansı iki ətrafın (qol və ya ayaq)
itirilməsi üzrə
100
C.
çiyin oynağından bir qolun itirilməsi üzrə
60
D.
dirsək oynağından bir qolun itirilməsi
üzrə
45
E.
bir biləyin oynaqdan itirilməsi üzrə
25
F.
bir ombanın itirilməsi üzrə
55
G.
bir baldırın itirilməsi üzrə
45
H.
bir pəncənin itirilməsi üzrə
40
X.
bir (əl və ya ayaq) barmağın itirilməsi
üzrə
5
İ.
iki gözün görmə qabiliyyətinin tam və
bərpaedilməz şəkildə itirilməsi üzrə
100
J.
bir gözün görmə qabiliyyətinin tam və
bərpaedilməz şəkildə itirilməsi üzrə
50
K
iki qulağın eşitmə qabiliyyətinin tam və
bərpaedilməz şəkildə itirilməsi üzrə
50
Q.
bir qulağın eşitmə qabiliyyətinin tam və
bərpaedilməz şəkildə itirilməsi üzrə
15