7
Hüseyn Cavid – 130
3.
Hüseyn Cavidin həyat və yaradıcılığının əsas tarixləri
1882 Naxçıvan şəhərdə anadan olmuşdur
1891 – 1895 Naxşıvan şəhərində mollaxana təhsili almışdır
1895 – 1898 Məhəmmədtağı Sidqinin”Məktəbi – tərbiyə” məktəbində oxumuşdur
1899 – 1903 Təbrizin Talibiyyə Talibiyyə mədrəsəsində təhsil almışdır
1905 Türkiyə Respublikasının İstanbul şəhərinə getmiş və Darülfünun
ədəbiyyat şöbəsinə daxil olmuşdur
1906 “Salik” təxəllüsü ilə ilk şeiri “İrşad” qəzetində dərc olunmuşdur
1909 Təhsilini başa vurub, Naxçıvana qayıtmışdır
1909 - 1910 “Ana” pyesini, “Məsud və Şəfiqə” əsərlərini yazmışdır.
1913 “Ana” pyesini və “Keçmiş günlər” şeirlər toplusu çapdan çıxmışdır
1915 Bakıda “Səfa” məktəbində müəllimlik etmişdir
1916 “Şeyx Sənan” faciəsi “Açıq söz” qəzetində bütünlüklə dərc olunmuşdur
1918 Naxçıvana qayıtmış “Rüşdiyyə” məktəbində müəllim işləmişdir
1919 Bakıya dönərək Azərbaycan Xalq Cümhuriyyətinin maarif və təhsil
işlərində fəal iştirak etmişdir.
1920 Dekabrın 21- də Azərbaycan Dram Teatrında “İblis” pyesi tamaşaya
qoyulmuş və Azərbaycan teatrı bu tamaşa ilə fəaliyyətə başlamışdır.
1920 - 1925 Azərbaycan Dövlət Darülfünunda müəllimlik etmişdir.
1922 “Peyğəmbər” əsərini yazmışdur
1926 Noyabrın 15-də “Topal Teymur” dramının ilk tamaşası olmuşdur
1929 “Knyaz” pyesi tamaşaya qoyulmuşdur
1933 “Səyəvuş” əsərini yazmışdır
1935 - 1936 “Xəyyam” və “İblisin intiqamı” əsərlərini yazmışdır.
8
Hüseyn Cavid – 130
1937 “Pantürkist”, “Panislamisi” damğası ilə günahlandırılaraq, repressiyaya məruz
qalmış və həbs olunaraq Sibirə (İrkusk vilayətinə)
sürgün edilmişdir
1941 Dekabrın 5- də İrkutsk vilayətinin Tayşet rayonu Şevçenko kəndində vəfat
etmişdir
1956 Martın 6 - da SSRİ Ali Məhkəməsinin qərarı ilə ölümündən sonra bəraət
verilmişdir
1981 Naxçıvanda ev-muzeyi yaradılmışdır
1982 Cənazəsi Sibirdən Vətən gətirilərək Oktyabrın Naxçıvanda dəfn
olunmuşdur
1982 Naxçıvanda “Hüseyn Cavid Poeziyası Teatrı” açılmışdır
1984 Dövlət səviyyəsində 100 illik yubileyi qeyd edilmişdir
1992 110 illik yubileyi qeyd edilmişdir
1993 Bakıda şairin əzəmətli abidəsi ucaldılmışdır
2002 Oktyabrın 25-də Bakıda şairin ev – muzeyinin açılışı olmuşdur
2004 120 illik yubileyi təntənə ilə qeyd edilmişdir.
2005 “Əsərləri” 5 cilddə latın qrafikası ilə çap olunmuşdur.
2012 130 illik yubileyin keçirilməsi haqqında Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır.
9
Hüseyn Cavid – 130
4.
Görkəmli şəxslərin Hüseyn Cavid haqqında fikirləri
Hüseyn Cavidin bütün yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan xalqının
mədəniyyətini yüksəklərə qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən
ibarət olmuşdur. Onun bütün yaradıcılığı Azərbaycan xalqını milli azadlığa,
müstəqilliyə çağırıbdır.
Heydər Əliyev
Ümumilli lider
“Xalqımız, tariximiz nə qədər yaşayacaqsa Hüseyn Cavid irsi də o qədər
yaşayacaq və xalqımız ondan istifadə edəcəkdir”.
Heydər Əliyev
Ümumilli lider
Hüseyn Cavid XX əsrin Azərbaycan ədəbiyyatının inkişafında misilsiz rol
oynamış qüdrətli sənətkarlardandır.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Hüseyn Cavid Şərqin estetik fikri tarixi və dünya romantizm ənənələri ilə
sıx bağlı olmuşdur.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Hüseyn Cavid Azərbaycan xalqının Şekspiridir.
Mikayıl Müşfiq
Cavid dramaturgiyası Azərbaycan dramaturgiyası tarixində xüsusi,
orijinal
bir mərhələ təşkil edir.
Məmməd Cəfər