4
Hüseyn Cavid – 130
1.
Hüseyn Cavidin 130 illik yubileyinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin sərəncamı
2012-ci ilin oktyabr ayında Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, böyük
şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadənin) anadan
olmasının 130 illiyi tamam olur.
Hüseyn Cavid dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə
ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoymuşdur. Sənətkarın dünya
romantizm ənənələri zəmnində bəşəriyyətin mənəvi həyatı ilə bağlı axtarışlarının ifadəsi
olan lirik əsərləri, mənzum faciə və tarixi dramları qiymətli söz inciləri kimi xalqımızın
zəngin bədii fikir xəzinəsində layiqli yer tutur. Ölkəmizdə teatr mədəniyyətinin yüksək
nailiyyətlər qazanmasında Cavid dramaturgiyası mühüm rol oynamışdır.
Azərbaycan ədəbiyyatının inkişafında müstəsna xidmətləri olan Hüseyn
Cavidin 130 illik yubileyinin keçirilməsini təmin etmək məqsədi ilə, Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara
alıram:
1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan
Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə, Azərbaycan Yazıçılar Birliyinin
təkliflərini nəzərə almaqla, Hüseyn Cavidin 130 illik yubileyinə həsr olunmuş tədbirlər
planı hazırlayıb həyata keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn
məsələləri həll etsin.
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 fevral 2012-ci il
5
Hüseyn Cavid – 130
2.
Hüseyn Cavid
(Həyat və yaradıcılığı haqqında qısa məlumat)
Hüseyn Cavid XX əsrdə Azərbaycan
ədəbiyyatının, mədəniyyətinin, bütöv türk
dünyasının ən görkəmli bir simasıdır, təkrar
olunmaz bir şəxsiyyətidir, bir şairidir, yazıçısıdır.
Heydər Əliyev
Ümummiilli lider
Mütəfəkkir şair, görkəmli dramaturq Hüseyn Cavid Azərbaycan ədəbiyyatı
tarixində orijinal ədəbi simalardan biridir. Cavid Azərbaycanımızın mənəvi varlığını
təmsil edən, öz yolu, öz zirvəsi, öz aləmi olan bir sənətkardır. Öz qaynağını milli
mədəniyyətin ən dərin qatlarından alan Hüseyn Cavid yaradıcılığı Şərqin estetik fikir
tarixi və dünya romantizm ənənələri ilə sıx bağlı olmuşdur.
Azərbaycanda şeirlə yazılmış pyeslərin ilk müjdəçisi, mütərəqqi romantizmin
carçısı, yeni şeirin qadir ilhamçısı olan Hüseyn Cavid elə sənətkardır ki, müasirləri və
xələfləri ondan hər zaman faydalanmış, həqiqi sənətin incəliklərini, bədiilik sirlərini
duyğularla xitab etməyi ondan öyrənmişlər. Cavid sənəti Müşfiq demişkən : “Açarı
qeyb olan bir xəzinədir”.
Hüseyn Cavidin adı Azərbaycan tarixinə böyük şair, dahi dramaturq və
görkəmli maarif xadimi, Azərbaycanda ilk mənzum faciənin müəllifi kimi qızıl hərflərlə
yazılmışdır.
Hüseyn Cavid Abdulla oğlu Rasizadə 1882-ci ildə Naxçıvanda ruhani ailəsində
anadan olmuşdur. İlk təhsilini mollaxanada, sonra isə Məhəmmədtağı Sidqinin
“Tərbiyə”adlı yeni üsullu məktəbində almışdır
.
1898-ci ildə məktəbi bitirən şair, Cənubi
Azərbaycana getmiş, Təbrizin Talibiyyə mədrəsəsində təhsilini davam etdirmişdir.
Özünü dolandırmaq və təhsilini davam etdirmək üçün, o burada ticarətlə məşğul
olmuşdur. 1903-cü ildə şair ali təhsil almaq məqsədi ilə İstanbula getmişdir. 1909-cu
ildə İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirmişdir. Təhsil illərində ərəb, fars və
türk dillərini mükəmməl öyrənən Hüseyn Cavid Şərq və Qərb ədəbiyyatı ilə, həmçinin
təsəvvüf fəlsəfəsi ilə yaxından tanış olmuşdur. 1910-cu ildə Naxçıvana qayıdaraq
müəllimlik etmiş, Tiflisdə, Bakıda pedaqoji işlə məşğul olmuşdur.
İlk gənclik illərindən yaradıcılığa başlamış, “Gülçin” və “Salik” təxəllüsü ilə
şeirlər yazmışdır. “Keçmiş günlər” adlı ilk şeir kitabı və “Ana” faciəsi 1913-cü ildə
çap edilmişdir.
6
Hüseyn Cavid – 130
1915-ci ildən etibarən Cavid Bakıda yaşamış “Səfa məktəbində” müəllim
vəzifəsində çalışmış, “Açıq söz” qəzetində əməkdaşlıq etmişdir. Müxtəlif illərdə
“İblis”, “Şeyda”, “Uçurum”, “Afət”, “Peyğəmbər”, “Topal Teymur”, “Azər”, “Knyaz”,
“Telli saz”, “Səyavuş”, “Şəhla”, “Xəyyam”, “İblisin intiqamı” və sairə əsərlərini yazıb
sona çatdırmışdır.
Hüseyn Cavid qələmindən çıxmış əsərlərin əsas ideyasını insanın, cəmiyyətin
mənəvi oyanışı və azadlığı, bəşəriyyətin mənəvi eybəcərlik və məşəqqətlərdən xilası,
gözəllik, həqiqət və xeyirxahlıq təşkil edir. Bir sözlə desək, Cavid uca ideallar şairidir.
Caviddə məhəbbət bəşəridir. Cavid üçün hər şey bəşəriləşir, məhəbbət, sevgi, eşq
bəşəriləşərək insanın ruhuna hopur, “fikrinə, sözünə, əməlinə” dönür. Belə ideallarla
yaşayan şair çox keçmir ki, iblis xislətli məmurların əli ilə 1937- ci il iyunun 4 - də öz
evində həbs edilir, “xalq düşməni” damğası alır. Günahsız şairə 8 il həbs cəzası kəsilir
və 1938-ci ildə cəzasını çəkmək üçün Maqadana, 1940-cı ildə isə İrkutsk vilayətinə
sürgün edilir. Ağır işgəncələrə, sərt və amansız həbsxana həyatına dözməyən həssas,
incə ruhlu şair
1941-ci il dekabrın 5-də Rusiyanın İrkutsk vilayətinin Tayşet rayonu
Şevçenko kəndində vəfat edir.
1956-cı ildə Cavidin saxta ittihamlarla həbs edildiyi sübuta yetirilmiş və ona
bəraət verilmişdi.
Cavidin 100 illik yubileyi ərəfəsində canazəsi Azərbaycan xalqının böyük
oğlu Heydər Əliyevin təşəbbüsü ilə İrkutsk vilayətindən Naxçıvana gətirildi və buradakı
ev muzeyinin yaxınlığında dəfn edildi.1996-ci ildə böyük sənətkarın qəbri üzərində
möhtəşəm məqbərə ucaldıldı.
Hüseyn Cavidin yubileyləri ilə əlaqədar (100,120) Heydər Əliyevin verdiyi
tarixi sərəncamlar ulu və azman sənətkarın parlaq yaradıcılığını bir daha dolğunluğu ilə
üzə çıxartdı. Ulu öndərin layiqli davamçısı olan İlham Əliyev də görkəmli şair
dramaturqu yaddan çıxarmamış və 16 fevral 2012- il tarixində H. Cavidin anadan
olmasının 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam vermişdir.
Sərəncama uyğun olaraq dahi şairin anadan olmasının 130 illik yubileyi
dövlət səviyyəsində qeyd olunacaq. Hüseyn Cavid dünənli, bu günlü və sabahlı
sənətkardır. O, bir əsr üçün yox, bütün zamanlar üçündür. Bunu zaman , şair-
dramaturqun bəşəri ideyalı əsərləri aydınlığı ilə sübuta çatdırır. Cavid öz yaradıcılığı ilə
təkcə Azərbaycan xalqına deyil, bütün mütərəqqi bəşəriyyətə, xidmət edir. Bu böyük
tarixi missiya bu gün də sənətkarın ölməz əsərləri ilə davam etdirilməkdədir.
Səməd Vurğun adına Mərkəzi Kitabxana əməkdaşlarının
böyük şair-
dramaturq Hüseyn Cavidin anadan olmasının 130 illiyi münasibətilə tərtib etdiyi
biblioqrafik göstərici
2 dildə - Azərbaycan və rus dilindədir.
Vəsaitdən istifadəni asanlaşdırmaq üçün əlifba və əks xronoloji düzülüş
qaydası tətbiq olunmuşdur.