84
B i r i n c i h a y d u t
(yola baqar)
Bir səfil iştə, o çılğın, şaşqın...
Bu halda İ x t i y a r – Xavərin babası – başıaçıq olaraq pərişanhal və məcnunanə bir
qiyafətdə ağacların arasından çıqar.
İ x t i y a r
(həyəcanlı və çılğınca bir fəryad ilə)
Ah, bilməm ki, bu aləm nerəsi?
Bana bir söylə, cəhənnəm nerəsi?
Şu sönük qəlbimə atəş dilərim,
Ağlamaq istər ikən həp gülərim.
(çılğınca bir qəhqəhədən sonra)
Ah, Xavər! Sana kim qıydı, gülüm!
Bən dururkən sana layiqmi ölüm?
Onlar, eyvah, o səfil insanlar,
Qəlbi, vicdanı sönük qaplanlar!..
E l x a n
(sözünü kəsərək)
Söylə, aç söylə, bilinsin dərdin,
O sönük qəlbi ısındırmaq için,
Nə dilərsin yaparım, etmə kədər...
İ x t i y a r
İntiqam istərim, ancaq bu qədər!..
E l x a n
Söylə kimdən? Əcəba kimlərdən?
85
İ x t i y a r
Tanrıdan, yırtıcı sərsəmlərdən,
Şu batan qanlı günəşdən, göydən.
Hiçliyin qəhqəhəsindən...
(göyə doğru)
Ey sən!
Sən ki, fəxr etmədəsin ədlinlə,
Bu nə xilqət, bu nə hikmət? Söylə!
İ b l i s
(mə’nalı qəhqəhə ilə)
Fəzlə, həp fəzlə bütün qəhrü niyaz,
Üzülüb durma, o hiç aldırmaz.
Bir çocuqdur ki, o pək bipərva,
Bir oyuncaqdır onunçin dünya;
Həm yapar, həm də qırar əylənərək,
(qəhqəhə)
Bu da bir başqa məraq olsa gərək...
E l x a n
Bir xəyal iştə – mühal olsa da – bən
Tanrı olsaydım əgər, gerçəkdən,
Ya bu insanları xəlq etməz idim,
Əgər etsəm, yaşatırdım daim
Şadü məs’ud... o da olsaydı mühal,
Yaqaraq həp kül edərdim dərhal.
(qəhqəhə)
Sanki sərsəm yaşayışdan nə çıqar!?
Bəncə bilmərrə bütün insanlar
Həp gözəl olmalı, yaxud çirkin,
86
Həp fəqir olmalı, yaxud zəngin,
Həp həkim olmalı, yaxud nadan,
Həp mələk olmalı, yaxud şeytan.
İ b l i s
(yarımqəhqəhə ilə)
Səni pək aldatıyor hissiyyat,
Öylə yekrəng olaraq keçsə həyat,
Bıqar insan, yaşamaqdan yorulur,
Yaşayış bəlkə də mə’nasız olur.
İ x t i y a r
(müztərib)
Bana imdad edin, eyvah, imdad!
Əmr edin, şimdi bulunsun cəllad!
İ b l i s
Bulunub gəlsə o xain, əcəba,
Nə yaparsın?
İ x t i y a r
Veririm dürlü cəza,
Didərim, parçalarım, məhv edərim.
İ b l i s
(istehzalı qəhqəhə ilə)
Bən sən olsam, onu həp əfv edərim,
İbn Yusif diri olsaydı, əvət
1
.
O da əfv etməni istərdi fəqət.
1
Yaxud: Şimdi İsa dirilib gəlsə, əvət
87
İ x t i y a r
Atdım insanlığı, oldum canavar,
İntiqam istərim, ancaq bu qadar!..
X a v ə r i n x ə y a l ı
(görünür və çəkilib gedər)
İntiqam!..
İ x t i y a r
İştə o, dilbər mələyim!
Getmə dur, bən də bərabər gələyim.
Çılğınca qəhqəhələrlə onu izlər. İslıq səsi eşidilir.
E l x a n
Gör o kimdir?
B i r i n c i h a y d u t
(yola baqar)
O da bir başqa yigit,
(İbn Yəmini göstərir)
Buna düşman kəsilən bir zabit...
V a s i f v ə İ b n Y ə m i n i n çavuşu iki nəfər başqa haydutla gəlir.
E l x a n
(Vasifə)
Gəl, yaqın gəl!.. Əcəba söylə niçin
Buna kin bəsləyərək izlərsin?
88
Hiç məraq etmə, əzizim, burası
İştə haydut və qaçaqlar yuvası!..
R ə’ n a
Söylə, həp söylə!
V a s i f
(Rə’nayə)
Şu zalım xunxar,
Babanın qatili olmuş...
R ə’ n a
(İbn Yəminə)
Canavar!
V a s i f
(yanındakı əskərə işarətlə)
Bana anlatdı şu sadiq əskər,
(cibindən iki məktub çıqarır)
Bu kağızlar dəxi isbat eylər.
R ə’ n a
Ah, aman!..
E l x a n
İstəməz artıq həyəcan,
Yerdə qoymaz qanı adil Yaradan.
89
İ b l i s
(istehzalı qəhqəhə ilə)
Əvət, əzsən də, əzilsən də, əvət,
Yenə adildir o müdhiş qüvvət!
R ə’ n a
(qoynundan küçük bir xəncər çıqarır. İbn Yəmini yaralamaq istər)
Qara əf’i!..
E l x a n
(onun əlini yaqalar)
Ona əl vurma, saqın!
Daha xoşdur yara bağlarsa qadın.
Onu öldürsə şu mə’sum əllər,
Can çəkişdikcə, inan ruhu gülər.
Azacıq bəklə, bulur şimdi cəza.
İ b n Y ə m i n
Ah, bəyim!..
E l x a n
(növbətçiyə)
Al bunu, söylətmə daha!
İbn Yəmin növbətçinin göstərdiyi yerdə çəkilib durur. Bu sırada ıslıq səsi eşidilir.
Müxtəlif qiyafətli dörd-beş qaçaq önlərində bir p a p a s , bir xaxam, bir iranlı şeyx və
iranlı qiyafətində ixtiyarca, qara çarşaflı xəstə bir q a d ı n , on yaşında q a n b u r ,
qaşları tökülmüş, gözləri mə’yub, səqət bir çocuğun əlindən tutmuş olduğu halda
gəlirlər.
Dostları ilə paylaş: |