I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə25/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   21   22   23   24   25   26   27   28   ...   159

58

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



the fourteenth century. These are the tombs of “Sheys Babi” and “Ahmedalilar” in 

Fizuli, “Demirchiler” in Gubadli, “Yahya Muhammedoglu” in Zangilan, “Gutlu Musa” 

in Aghdam, “Malik Ajdar” in Jabrail and “Mir Ali” in Lachin regions.

Azərbaycanın ortaçağ memarlığında XIII yüzilin ortasından XIV yüzilin ortasına 

qədər sürən Elxanlılar zamanı parlaq bir gəlişmə olmuşdur. Hülakü xanlarının yay-

laq yerlərindən biri olan Qarabağ bölgəsində bu gəlişmə özünü daha çox xatirə 

memarlığında göstərmişdir. Bu çağda ucaldılan türbələrin çoxu din xadimlərinin, 

təriqət  başçılarının  məzarları,  üzərində  tikilmiş,  zaman  keçdikcə  ziyarətgahlara  – 

tapınaqlara çevrilmişdir.

Elxanlılar  dönəmində  Qarabağda  inşa  edilmiş  türbələrdə  Səlcuqlu  türbə  me-

marlıq gələnəkləri davam etdirilmişdir. Ancaq həmin türbələrdə bölgəsəl memar-

lıq üslubunun özəllikləri və yenilikləri də aydın görülməkdədir. Bölgənin ən yayğın 

türbə tipi iki qatlı quruluşu olan qülləvarı türbədir. Səkkizbucaqlı (poliqonal) və ya 

dairəsəl planları olan bu türbələr gövdənin biçimindən asılı olaraq poliqonal sivri, 

konik, ya da piramidal günbəzlə örtülürdü. Onlardan tarix sırasıyla ən əskisi Şeyx 

Babi Yaqubun türbəsidir.

Füzuli rayonunun Babı kəndində uçuq minarə, türbə, məscid və qala divarla-

rı qalıqlarından ibarət iri bir memarlıq kompleksi – xanəgah Elxanlılar dönəminin 

əsəridir. Yerli camaatın «Şeyx Babalı» adlandırdığı türbə bu xanəgahın mərkəzi tiki-

lişi olmuşdur. Türbənin giriş qapısının alınlığına bərkidilmiş daş kitabənin kufi xətli 

yazısında bildirilir ki, «Bu məşhədin kamil zahid (əl-zahid əl-kamil) Şeyx Babi Yaqub 

üçün tikilməsinə… 672-ci ildə əmr edilmişdir». Bu məlumata görə türbə XIII yüzilin 

çox nüfuzlu din xadimi olmuş Şeyx Babi Yaqubun məzarı üzərində miladi tarixlə 

1273-cü ildə ucaldılmışdır.

Elxanlılar çağının böyük tarixçisi – vəzir Fəzlullah Rəşidəddinin yazdığına görə 

Hülaku  xanları  «Şeyx  Babiyə  böyük  sayğı  göstərirmişlər»  və  hətta  Təkudər  xan 

(1282-1284) bir zaman «… Şeyx Babi və onun müridlərini müdafiə etmiş və onlar-

dan yardım diləmişdi». Şeyx Babinin nüfuzunu və gücünü onun böyük karvan yolu 

üstündə saldırdığı iri memarlıq kompleksi də təsdiq edir.

Səkkiz  üzlü  gövdəsi  olan  Şeyx  Babı  türbəsi  yaxşı  yonulmuş  ağ  əhəng  daşın-

dan  tikilmişdir.  İkiqatlı  quruluşu  olan  türbənin  hər  iki  qatı  planda  səkkizbucaqlı 

biçimdədir. Ayrıca qapısı olan yeraltı qat yelkənlərə dayanan sivri biçimli günbəzlə 

örtülüdür.  Yerüstü  kamera  1,5  metr  hündürlüyü  olan  küzsülük  üzərinə  qaldırılıb. 

Onun bir ox üzərində yerləşən iki açırımından biri – quzeydəki üst qata giriş qapısı-

dır. Güneydəki açırım isə içəridə mehrab kimi tərtib olunmuşdur. Türbənin prizmatik 

gövdəsi ona uyğun poliqanal biçimli tək qatlı sivri günbəzlə örtülüdür.

Türbənin gövdəsinin hər üzündə yuxarısı pilləli olan dayaz tağça vardır. Gövdənin 

künc qabırğaları və onları yuxarıda birləşdirən eyni qalınlıqlı üfqi zolaq pilləli tağ-

çaları  haşiyələyir.  Bu  pilləli  tağlar  Şeyx  Babi  türbəsinin  sərt  və  özümlü  kompozi-

siyasının təşkilində önəmli rol oynayır. Gövdənin dış tutumunun quzey üzü içinə 

giriş qapısını və tikinti kitabəsini alan baştağ şəklində, güney üzü isə daş yelənli 

düzbucaqlı pəncərə şəklində işlənmişdir. Qapı və pəncərə gözləri, eləcə də doğu 

və batı üzlərdəki tağçaların yuxarısında qoyulmuş kiçik pəncərə yarıqları türbənin 

yerüstü kamerasını yaxşı işıqlandırmaqla yanaşı ona ifadəli fəzalıq da gətirir. Şeyx 

Babı türbəsinin bir az ağır və mütənasib həcmi, bitkin ayrıntıları bu dəyərli abidənin 

ustad bir memarın əsəri olduğunu göstərməkdədir.

Füzuli rayonunun Əhmədalılar kəndində qalan türbə təkcə üslubca deyil, tarixcə 

də Şeyx Babı türbəsinə ən yaxın abidədir. Bunu hər iki türbənin analoji həc-məkan 




59

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

həlli,  eləcə  də  bir  xalq  rəvayəti  təsdiq  edir.  Həmin  rəvayətə  görə  Əhmədalılar 

kəndindəki  türbəni  Şeyx  Babı  türbəsinin  memarının  şagirdi  onunla  eyni  vaxtda 

ucaltmışdır. Əhmədalılar türbəsinin memarının və banisinin kimliyini, eləcə də tikin-

ti tarixini dəqiq bildirən bəlgə, kitabə qalmamışdır. 

Türbə həcm-məkan həlli baxımından Şeyx Babı türbəsini, demək olar ki, təkrar 

edir.  Ancaq  Əhmədalılar  kəndindəki  türbənin  üst  kamerasının  günbəzi  ikiqat-

lıdır,  güneyə  və  quzeyə  yönələn  iki  qapısı  var  və  onlar  müstəvi  baştağ  şəklində 

işlənmişdir. Baştağın yelənləri elmi ədəbiyyatda «Səlcuq zənciri» adlanan həndəsi 

naxış zolaqları ilə bəzədilmiş, qapı gözlərinin yanlarında dairəvi sütuncuqlar qoyul-

muşdur. Baştağ kompozisiyasının üstü isə bir ölçülü kiçik daş lövhələrdən yığılmış 

və bəzəkli kərpic hörgüsünü yamsılayan üzlüklə doldurulmuşdur.

Türbənin  dış  həcmi  səkkizüzlü  prizmatik  gövdə  və  onu  qapayan  səkkiztinli 

günbəzdən  qurulmuşdur.  Günbəzin  təpəsinə  fiqurlu  daş  detal  bərkidilmişdir. 

Gövdənin  hər  bir  üzü  düzbucaqlı  dayaz  tağça  şəklində  həll  edilmişdir.  Onun 

içərisində isə ikinci bir dayaz tağça yerləşir. İçəridəki tağça pilləli olub abrisi düz 

xətlərdən yaradılmışdır. Bu tağçaların vertikal ritmi türbənin ağır nisbətli prizmatik 

həcmini xeyli yüngülləşdirir. Üstündə inşaat kitabəsi qalmasa da, Füzuli rayonunun 

başqa bir dəyərli abidəsi olan Şeyx Babı türbəsi ilə kompozisiya eyniliyi Əhmədalılar 

türbəsinin XIII yüzilin sonlarında tikildiyinə şübhə oyatmır. Ola bilsin ki, bu iki birtipli 

memarlıq əsərinin müəllifi də bir sənətkar olmuşdur.

Həkəri çayının Araz çayına töküldüyü vadidə qalan türbələr qrupu həcm-məkan 

həllinə  görə  Füzuli  rayonundakı  türbələrdən  seçilir.  Memarlıq  özəlliklərinə  və 

ölçülərinə əsaslanaraq araşdırıcılar bu türbələrin böyük nüfuzu və imkanları olma-

yan yerli feodalların xatirəsinə inşa edildiyi qənaətinə gəlmişlər. Yeraltı və yerüstü 

iki qatlı quruluşu olan bu gülləvarı türbələrin hamısı daşdan ucaldılmışdır. Onlardan 

ikisi Qubadlı rayonunun Dəmirçilər kəndi ərazisindədir.

Dəmirçilər  kəndindəki  birinci  türbə  kiçik  dağ  çayı  Ağaçayın  sağ  sahilində 

yerləşir. Meşəyə bitişik meyvə bağında ucalan bu türbənin bir tərəfi 1,9 metr olan 

səkkizbucaqlı  planı  var.  Türbənin  yeraltı  hissəsini  öyrənmək,  uçqun  səbəbindən 

mümkün  olmamışdır.  Yerüstü  həcmin  interyeri  təmiz  yonulmuş  daş  lövhələrlə 

üzlənmiş, güney divarında kiçik və dayaz sivri tağça şəklində mehrab quraşdırılmış-

dır. İnteryerin tək bəzək detalı batı üzündə günbəzin lap altına bərkidilmiş və üzərinə 

günəş təsviri çəkilmiş daş lövhədir. Belə bir təsvir gövdənin dışarısında – güney-batı 

üzündə də vardır. Üst kameraya giriş qapısı yerdən 1,2 metr yüksəklikdədir. İçəridə 

səkkizüzlüdən  günbəzin  dairəvi  əsasına  keçid  künclərə  bütöv  daşdan  yonulmuş 

tromplar qoyulmaqla həll edilmişdir. Sferik günbəz bu trompların üstündəki karnizə 

söykənir. Türbənin iç hündürlüyü 4,5 metrdir.

Çoxüzlü türbənin səkkiz üzünün hamısı Elxanlılar dönəminin bütün Arazboyu 

türbələri üçün səciyyəvi olan çiyinli (pilləli) dayaz tağça şəklində işlənmişdir. An-

caq  Dəmirçilər  kəndindəki  türbədə  çiyinlər  Füzuli  türbələrindən  fərqli  olaraq  uf-

qidir. Həm də bu türbədə tağçaların çiyinüstü bölümləri üçqanadlı sivri tağçalarla 

tamamlanır.  Türbənin  doğu  və  batı  üzlərindəki  tağçaların  ortasında  dar  və  kiçik 

pəncərə gözü qoyulmuşdur. Gövdənin quzey üzündə isə üstü iri yastı bir daşla qa-

panmış düzbucaqlı qapı gözü relyefli yelənlə haşiyələnmişdir. Enli yelənlər türbənin 

girişinə sivri tağ görünüşü vermişdir.

Türbənin  yüksəkliyi  5  metrə  yaxın  olan  prizmatik  gövdəsi  səkkiz  üzlü  piramidal 

günbəzlə  örtülmüşdür.  Bu  dış  günbəzlə  iç  sferik  günbəz  arası  məkanda  boş  küplər 

yerləşdirilmişdir.  Səkkizüzlü  gövdə  iri  daşlardan  hörülmüş  iki  pilləli  kürsülük  üzərinə 

qaldırılmışdır. Türbə bütünlüklə tünd qonur rəngli daşdan hörülmüşdrü. Onun gülləvarı 



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə