I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə159/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   151   152   153   154   155   156   157   158   159

399

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Cicimli kəndi XIX əsrin sonu XX əsrin əvvəllərində Zəngəzurda İdarə mərkəzi ol-

muşdur. 


Təsəvvüf ədəbiyyatının böyük nümayəndəsi 

Xalqın  yaddaşından  unutdurulmağa  çalışılan  böyük  mütəfəkirlərdən  biri  də 

təsəvvüf ədəbiyyatının böyük nümayəndəsi, dahi şəxsiyyət Laçın rayonunun Cicimli 

kəndində doğulub boya-başa çatmış Mir Həmzə Nigaridir. O, Qarabağ (Laşın) aşıq 

şerlərinin bilicisi, divan sahibi və təsəvvüf ədəbiyyatının dəyərli bir şairi olmuşdur. 

Eyni zamanda o haqq eşqi ilə alışıb-yanan qəlbinin sultanı olmuş bir Nəqşibəndi 

şeyx olmuşdur. Mir Həmzə Seyid Nigari Qarabağ xanlığının (Zəngəzur qəzasının) 

indiki Laçın rayonunun Cicimli kəndində 1805-ci ildə (bəzi deyimlərə görə 1795-ci 

ildə) Seyid ailəsində dünyaya gəlmişdir. Atası Mirpaşa (Türk mənbələrində o, seyid 

Əmir Paşa kimi tanınır) təxəllüsü ilə taninan Mir Rüknəndin Əfəndi, anası isə Qız 

xanım adı ilə tanınan Xeyrənsə xanım olmuşdur.

Belə  danışırlar  ki,  Həmzə  əfəndinin  həzrəti  Zəhranın  övladlarından  olan  ulu 

babaları  hicrətin  birinci  və  ikinci  əsrlərində  sülalələri  ilə  birlikdə  uzaq  bir  ölkədə 

gizlənmək və yaşamaq məcburiyyıtində qalmışlar. Onlar həmin zamanda Qarabağ 

vilayətinə-  indiki  Laçın  rayonunun  Cicimli  kəndinə  köçərək  burada  yerləşmişlər. 

Cicimli  kəndi  elə  qədim  zamanlardan  ulu  seyidlərin 

müqəddəs məskəni olan bir yer olmuşdur. Firudin bəy 

Köçərli də Nigarinin ailəsinin Cicimlidəki məşhur seyid 

ocaqlarından  birinə  mənsub  olduğunu  və  bu  ocağın 

bir çox xəstəliklərə şəfa olduğunu bildirmişdir ( 5,142). 

Hətta  tarixi  ədəbiyyatlarda  özünə  yer  tapmasa  da 

deyilənlərə görə XIX əsrin ortalarında Cicimli kəndində 

mədrəsə fəaliyyət göstərmişdir. Molla Məhəmməd adlı 

şəxs 25 nəfərə mədrəsədə dərs deyirmiş. Qubadlı rayo-

nunun Mirlər kəndində yaşamalarına baxmayaraq əslən 

Cicimli kəndindən olan Mir Paşa ağa, Mir Sədi ağa, oğlu 

Mir Məhəmməd ağa nəsli və Molla Dəmir, Molla Şəm-

səddin kimi imanlı–dinli insanların fəaliyyətləri də bunu 

təsdiq edir. 

Mir Həmzə 15 yaşına qədər sistemli təhsil almamış, molla yanına göndərilsə də 

ora getməkdən imtina edir. O kənddən qaçaraq Qaraqaş kəndində məçhur olan 

Mahmud Əfəndinin yanına gedir (10). Ondan dərs alır. Qaraqaşda təhsil aldığı za-

man Nurəddin adlı bir şəxs və onun xanımı Nigar (Mir Həmzənin doqquz yaşında 

olanda yuxusunda gördüyü) Həmzə Əfəndinin bütün ehtiyaclarını təmin edir. Onun 

təhsili üçün hər cür yardlm göstərir. Bu xanımın göstərdiyi yardıma və dəstəyinə 

görə  Seyid  Həmzə  özünə  “Nigari”  təxəllüsünü  götürmüş  və  öz  divanında  da  bu 

təxəllüsdən istifadə etmişdir.

Şairin Nigar təxəllüsü alması haqqında digər bir fikirdə var ki, yazılanlara görə 

Mir Həmzə doqquz yaşında olanda yuxusunda Qarabağ məmləkətindən Nigar xa-

nım adlı gözəl bir qadını görüb ona aşiq olmuşdur. On il sonra təhsil almaq üçün 

Şirvana  gedərkən“Nigar  xanım”  adlı  bir  müsafirxanada  gecələyir  və  orada  Nigar 

xanımla qarşılaşır. Nigar xanımın ona- gördüyün yuxu yadındadır? deyə soruşma-

ğıyla ikisi də cazibəyə düşür. Deyilənə görə bu hadisədən sonra Mir Həmzə mənən 

kamilləşir və Nigari təxəllüsünü götürür. 




400

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Qaraqaşda  təhsil  aldıqdan  sonra  isə  Mir  Həmzə  Nigarinin  Şəkinin  Dəhnə 

kəndinə  yaşayan  şikəst  Abdulla  Əfəndidən  dərs  alması  haqqında  məlumat  veri-

lir. Həmzə Nigari təhsilini Şəkinin Dəhnə kəndində dövrün alimlərindən dərs alıb 

tamamladıqdan sonra özünə rəhbər (mürşid) axtarmaq məqsədi ilə axtarışa çıxır. 

Səyahəti vaxtı o, Xalid Bağdadinin adını eşitdiyinə görə Bağdada getmək qərarına 

gəlir. Xarputa çatanda Xalidin vəfat etməsi xəbərini eşidir. Oradan Sivasa gəlir, son-

ra isə Laçına qayıdır. Deyilənə görə ona göstərilən mənəvi təsir sayəsində İsma-

yıl Şirvaniyə mürid olmaq üçün Kürdəmirə gəldikdən sonra Şeyx İsmayılın müridi 

olmuşdur. Həmzə Nigari öz şeyxinin arxasınca Anadoluya gedib çıxır. O, Sivas və 

Amasiyada 20 ildən çox Şeyx İsmayılın yanında yaşamışdır. Həmzə Nigari təsəvvüf 

bilgilərini başa vurduqdan sonra İsmayıl əfəndidən razılıq alaraq ziyarət etmək üçün 

əvvəlcə  Konyaya  Mövlanə  Cəlaləddin  Rumi  türbəsinə,  sonra  isə  Məkkə,  Mədinə, 

Şam, Qüds şəhərlərinə getmişdir. Ziyarətini başa vurduqdan sonra Amasiyaya qa-

yıtmış və 1834-cü ildə Qarabağa (Laçına) qayıtmışdır. 

Həmzə  Nigari  öz  təsəvvüf  fəaliyətinə  indiki  Qubadlı,  Laçın  və  Bərdə  rayonu 

ərazilərində başlamışdır. Vətəni Qarabağda və daha çox Qazax mahalının Xanlıqlar 

kəndində yaşamışdır.

Həmzə əfəndi və Ağdaşlı Əhməd əfəndi Şuşada Qarabağ xanının imarətində bir 

məclisdə olarkən İslam dininə mənsub bir millətin rus işğalı altında qalmasının müm-

kün olmaması ətrafında gedən müzakirə zamanı qərar qəbul edilir ki, Osmanlı və 

Rus hökuməti arasında müharibə başlayarsa Qarabağda Hacı Həmzə əfəndi, Şəkidə 

Əhməd əfəndi və Dağıstanda Xasay xan dərhal fəaliyyətə başlayacaq və Ocmanl ordu-

suna dəstək olacaqlar. Bu qərar iki nəfər tərəfindən Qarsa çatdırılması həvalə olunur. 

Ancaq xain xan xidmətçisi məclis və qərar barəsində rus hökumət nümayəndələrinə 

xəbər çatdırılır. Xasay xan hadisələrdən xəbər tutan kimi Həmzə Nigariyə və Əhməd 

əfəndiyə xəbər göndərir. Hacı Həmzə əfəndi Arazı keçərək xilas olsa da Əhməd əfəndi 

tutularaq  Sibirə  sürgün  edilir.  Həmzə  əfəndi  Bəyazid  yolu  ilə  Ərzuruma  gedir(10). 

Rusiya ilə Osmanlı dövləti arasında olan Krım müharibəsindən sonra Həmzə Nigari 

1851-1867-ci illərdə müxtəlif illərdə Ərzurumda və İstanbulda yaşamışdır. Mənbələrə 

görə Nigari 1859-1862-ci illər arasında İstanbulda olarkən, bəzi dövlət başçıları ilə 

də görüşmüşdür (9, 58). Seyid Nigari Krım müharibəsindən sonra dövlət tərəfindən 

500  quruş  maaşla  Ərzurumda  Bakırlar  məhəlləsindəki  camidə  üç  il  dərs  demişdir. 

Nigarinin şerləri və qəzəlləri hələ də o yerlərdə indi də əzbərdən oxunmaqdadır. Şair 

Azərbaycana qayıdır ailəsi oğlu Siracəddini Ərzuruma gətirir və bir müddətdən sonra 

oradan ailəlikcə Amasyaya köçür. Amasiyada uzun müddət təfsir və hədis dərsləri 

deyir. Bunula birlikdə təsəvvüf fəaliyyəti ilə də məşğul olmuşdur. 1867-ci ildən sonra 

isə ailəsiylə birlikdə Amasyanın Mərzifon rayonuna gəlmiş və 1884-cü ilədək burada 

mürşidlik etmişdir. 1865-66-cı illər arasında yeganə oğlu Siracəddin gənc yaşında (22 

yaş) vəfat edir. Bu faciə onu çox sarsıldır. 

Çox  keçmir  ki,  onun  fəaliyyətini  qəbul  etməyənlərin  şikayyətlərindən  sonra 

Həmzə Nigari Xarputa sürgün edilir. Bunun müxtəlif səbəbləri olmuşdur. Bunlar-

dan biri sufi şair olan Nigarinin müxtəlif görüş və təsəvvüfi fikirlərinin yaşadığı mü-

hit tərəfindən rəğbətlə qarşılanaraq şairin şöhrət və nüfuzunun yayılmasından na-

rahat olanların ona iftira ataraq dövlət və millət əleyhinə üsyan qaldıracağı barədə 

şayə yaymaları olmuşdur (3,12). Şairə o zamanın puluyla 1500 quruş maaş təyin 

olunaraq onun Amasyadan köçməsi haqqında fərman verilir. O öz istəyi ilə Xarput 

şəhərini seçmişdir. 



401

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Həmzə Nigari 1885-ci ilin fevralında ailəsiylə Samsun şəhərinə gedir. Ərzurumlu 

İzzət Əfəndidən aldığı teleqramla İstanbula dəvət olunur. Bir qədər İstanbulda onun 

evində qalır. Onun İstanbulda olduğu vaxt dövlət rəsmisi Kazım Paşa da işə qarışa-

raq Həmzə Nigarini sürgündən qurtarmaq üçün çalışmış ancaq müsbət bir nəticəyə 

nail ola bilməmişdir. 1885-ci ilin 20 mayından ailəsi və yaxın adamları ilə birlikdə 

Xarputa köçmüşdür. Elə oradaca 1885 (1886)-cı il iyulun 29-da bəzi deyimlərə görə 

isə oktyabr ayında vəfat etmişdir.

Həmzə  Nigarinin  nəşi  vəziyyətinə  uyğun  olaraq  Şeyxinin  yanına  Amasiyaya 

gətirilmişdir.  Bu  barədə  belə  bir  rəvayətdə  gəlib  bizlərə  çatmışdır:  Hicri  1303-cü 

ilin Qurban bayramında Mir Həmzə əfəndinin yanına bayramlaşmağa gəlmiş vali 

Hacı Həsən Paşa ilə söhbət əsnasında “vaxtının yaxınlaşdığına işarə edərək vəfat 

etdikdə  cənazəsinin  Amasiyaya  göndərilməsini,  orada  oğlu  ilə  bir  məkanda  yat-

maq istədiyini və ondan bu lütfi əsirgəməmələrini” rica və vəsiyyət etmişdir. Vali 

Paşa bu vəsiyyət üzərinə Həmzə əfəndiyə uzun ömür dilədiyini, yox əgər belə bir 

hal yaşanarsa, Xarputda məzarının üzərinə gözəl bir türbə tikdirəcəyini söyləmişdi. 

Ancaq vəsiyyətində israrlı olduğunu görən Mir Həmzə əfəndiyə: “Əfəndim təkrar 

edirəm, Allah qorusun. Əfəndimizin qəlbinin saflığına tam etimadım olduğundan 

ərz edim ki, belə bir halda havalar isti, Amasiya isə on, on iki günlük bir məsafədə 

yerləşdiyindən mübarək nəşiniz yollarda narahat olar” deyir. Cavabdan nə demək 

istədiyini başa düşən bu arif pir “ Səksən ildir bu vücud Allah demişdir. Ondan baş-

qasını zikr etməmiş, ondan qeyrisini görməmişdir. Səkkiz gün içərisində çü-rüyüb 

iylənəcəksə, qoy olsun” demiş. Bu izahatdan mütəssir olan vali Paşa həzrət-ləri üzr-

xahlıq etmişdir. 

Mir Həmzə Nigari həzrətlərinin cənazəsi vəsiyyətinə uyğun olaraq Xarputdan 

on günlük bir məsafədə yerləşən Amasiyaya gətirilmışdır. Dəfn edilməzdən əvvəl 

jandarma  komandanı,  məclisi-idarədən  bir  nümayəndə,  bələdiyyə  hakimi  gəlmiş 

və tabutun qapağını açaraq, cəsəddə dəyişmə əlamətləri olub-olmadığını tədqiq 

etmişlər. Heç bir dəyişiklik olmadığını görən nümayəndələr cəsədin mumyalanma-

sından şübhələnərək sinəsini, bağrını açmışlar və buna dair heç bir əlamət tapma-

dıqda təəccüb içində qalmışlar. 

Həmzə əfəndinin müridi, Qazaxlı Hacı Mahmud əfəndinin səyi ilə Qarabağ, Qa-

zax və Borçalıdakı müridlərdən toplanan ianə və əmisi oğlu Mir Həsən əfəndinin 

yardımı  ilə  onun  üçün  türbə  və  yanında  da  cami  (məscid)  inşa  edilmiş-dir.  Bu 

məscid indi də Amasiyada “Şirvanlı camisi” adı ilə tanınır. 

Mir  Həmzə  Nigari  sufi  şairdir.  O,  Nizami  Gəncəvi,  İmadəddin  Nəsimi,  Yəh-ya 

Şirvani, Məhəmməd Füzuli, Yunus Əmrə kimi Həmzə Nigari də şeirlərində təsəvvüf 

mövzuları işlətmişdir. XIX əsrdən sonra Azərbaycanda həm əruzla, həm xalq şeri-

nəzm şəkilləri ilə heca ölçüsündə təsəvvüfi şer yazan divan sahibi şairdir. Şerlərində 

Allah,  peyğəmbər,  əhli  beyit  və  məhəbbəti  sözlər  işlənmişdir.  O,  “vətən  sevgisi 

imandandır” sözünü əsas götürərək Azərbaycan və Qarabağı (Laçını) şerlərində heç 

vaxt unutmamışdır.

Həmzə  Nigarinin  Muhyiddin  Arabinin  “Fütuhatı  –Məkkiyə”  əsərinə  yazdığı 

Təvzihat, türkcə və farsca divani, ayrıca “Nigarnamə” və “Saqinamə” adlı əsərləri 

vardır. Onun şerləri Amasiya ətrafınada, Şərqi Anadoluda, Borçalı, Qazax və Qara-

bağda yaşayan türklər tərəfindən əzbərdən deyilir, zövqlə oxunurmuş. 

Mir Həmzə Nigari doğulub-boya-başa çatdığı Laçın və Cicimliyə, ümumi-likdə 

Qarabağa çox böyük məhəbbət bəsləyərmiş. Türkiyədə yaşadığı illərdə Qara-bağa 



402

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

(Laçına) olan həsrətini şerlərində dilə gətirmişdir. 

Mir Həmzə Nigari Çar rusiyasının Qarabağı işğal etdikdən sonra yazdığı şerində 

necə izdirab çəkdiyi açıqca görünür. Bununla birlikdə, sanki o, Qarabağın 

 

Erməni quldurları tərəfindən vəhşicəsinə yandırılmış Mir Həmzə Nigarinin 



doğulduğu Cicimli kəndinin bugünkü görüntüsü.

(Laçının) ermənilər tərəfindən talan ediləcəyini hiss etmiş, bu günkü mənzərəni 

öz şerində əks etdirmişdir:

Sinəmə çəkilən qara dağımdır,

Qara bağrım qanlı Qarabağımdır.

Qan əkər, odlar tökər Miri-Nigari məgər,

Yad qılıbdır yenə Qarabağ torpağını.

Eşqin kanı Qarabağdır məkanım, 

Bülbülü-şeydayam, cənnət yerimdir.

Əvvəl başdan Qaraqaşdır bostanım,

İndi gülüstanım Qarapirimdir.

Bir qönçə gülünün tarımarıyam, 

Görüm abad olsun ol Qarabağı.

Bir gözəl ceyranın giriftarıyam,

Şənlik olsun dağı, bağı, ovlağı

Gözlərimdən hər dəm qan-yaş tökülür,

Sərvtək qamətim yaytək bükülür.

Sinəmə çal-çarpaz dağlar çəkilir,

Yadıma düşəndə Çilgəz yaylağı.

Xabları Huridir, Mələk mənzərdir,




403

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Sözləri şirindir, şehdü-şəkərdi.

Cənnəti-Məvadır, Hovzi-Kövsərdir,

Qaraqaş yaylağı, Həmzə bulağı.

Ey Nigari, ömrün erişdi payə,

Salmadı başıma ol sərvi sayə.

Can qurban eylərəm peyki səbayə,

Xəbər versə bir gün ol Qarabağdan.

Şerin misralarından da görünür ki, Mir Həmzə Nigari Qarabağ deməklə əsasən 

indiki Laçını təsvir edir və onun üçün çox nigarançılıq çəkirmiş. 

Bir  sözlə  bu  qənaətə  gəlmək  olur  ki,  XIX  əsrdə  yaşayıb  yaratmış  Mir  Həmzə 

Nigarinin  Cicimlidən  Amasiyaya  gedən  yolu  onu  bütün  türk  dünyasında  ta-

nıtdırmışdır.  Elə  buradan  da  görünür  ki,  Mir  Həmzə  Nigari  kimi  türk  millətinin 

təsəvvüf  mədəniyyətinin,  mənəviyyat  dünyasının,  irfan,  divan  ədəbiyyatının 

zənginləşməsində misilsiz rol oynamış neçə-neçə vətən oğullarının fəaliyyətlərinin 

araşdırılmasıvə xalqımıza çatdırılması böyük əhəmiyyət kəsb edir. 

2012-ci ilin 31 may-1 iyun tarixində Türkiyənin Amasiya universitetində “Qa-

rabağdan Amasiyaya könül körpüsü: beynəlxalq Seyid Mir Həmzə Nigari” adlı si-

pozium  keçirildi.  Simpoziumda  iştirak  etməyimlə  yanaşı  “Cicimlidən  Amasi-yaya 

gedən  təsəvvüf  yolu”  adlı  mövzuda  çıxış  da  etdim.  Conda  oxucuları  məlumat-

landırmaq məqsədilə bildirirəm ki, Amasiya Simpoziumunda Azərbaycandan da bir 

qrup  alim  və  ictimai  xadim  iştirak  edirdi.  Həmin  günlərdə  türk  millətinin  təsəv-

vüf mədəniyyətinin, mənəviyyat dünyasının, irfan, divan ədəbiyyatının zənginləş-

məsində  misilsiz  rol  oynamış  Seyid  Mir  Həmzə  Nigari  və  onun  fəlsəfəsi  barədə 

ətraflı  çıxışlar  oldu.  Türkiyəli  natiqlərin  çıxışlarında  Nigarinin  söylədiyi  “nə  sün-

niyəm nə şiə, müsəlmanam müsəlman” sözləri böyük rəğbətlə qarşılandı. 

Konfransda Azərbaycan Milli Məclisinin üzvü, Qənirə Paşayeva, Amasiya univer-

sitetinin rektoru Metin Orbay, Giresun universitetinin rektoru, əslən azərbay-canlı 

olan Aygün Attar və başqaları məzmunlu çıxışlar edərək Mir Həmzə Nigari-nin bö-

yük bir din, elm adamı olması ilə bərabər bir vətən, millət Qarabağ sevdası oldu-

ğunu da söylədilər. 

İstifadə olunmuş ədəbiyyat

1.  Azərbaycan Ədəbiyyatı tarixi, c.2, Azərbaycan SSR Elmlər Akademiyası Nəşriyyatı Bakı 1960, 906 s. 

2.  Abbasov F. Laçın. Bakı, 1978.

3.  Bilgin. A.Azmi: Divan-i Seyyid Nigari, Kule Yayınları, İstanbul. 2003. s. 12

4.  Çələbi Y. Seyid Nigari, Xaki-Payin Taci-Sərim. Azərbaycan Nəşriyyatı. Bakı, 2004, 335 s.

5.  Köçərli.F.B. Azərbaycan ədəbiyyatı. Elm c 2. Bakı 1978. s. 142

6.  Qasımzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı tarixi. Bakı, Maarif, 1974, 487 s. 

7.  Qasımov Ş.M. Xalq qəhrəmanı Sultan bəy, Bakı, Elm, 2009, 438s.

8.  Qasımov Ş.M. “Əsirlikdə qalan Laçın” Bakı, Elm, 2012, 205s.

9.  Türk dili ve Edebiyyatı Ansiklopedisi. Dergah Yayımları. c.7. İstanbul 1990. s. 58

10.   www. zaman.az



404

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




405

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

FOTOLAR



406

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




407

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




408

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




409

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




410

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




411

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




412

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




413

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




414

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




415

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




416

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə