I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə157/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   151   152   153   154   155   156   157   158   159

394

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

qapısından artıq içəri daxil olmuş və öz sözü ilə desək

“Ateşi mihr-i ebed sineden eksik olmaz,

Çünki ferman-ı İlahi ile yanmış bu ocaq”.

O, həyatı boyu Allahı zikr etmiş, varlıq kitabını örtmüş, bəşəri istəklərdən qur-

tulmuş, fani olan hər bir dünya malından imtina etmiş, İlahi qüdrət və gözəllik qar-

şısında sərxoş olmuşdur. Nigari öz varlığını Haqqın varlığında yox edərək gerçək bir 

qul olmağı bacarmışdır ki, İlahi hidayət və kəramət ona bəxşiş olaraq verilmişdir. Al-

lahın təqdiri onun şeirini hikmət xəzinəsi kimi insanlığa təqdim etmiş, nəinki Haqq 

dostu, insanlığın dostuna çevirmişdir.

İstifadə olunmuş ədəbiyyat

1.  Babayev Y.  Təriqət ədəbiyyatı: sufizm, hürufizm. Bakı, Nurlan, 2007.

2.  İslam dininin əsasları-I (Əqidə), Bakı, “Nurlar” Nəşriyyat-Poliqrafiya Mərkəzi, 2010.

3.  Mevlana Halid-i Bağdadi. Risale-i Halidiyye tercümesi-İsmail Fakirullah, Yasin yayınevi, İstanbul, 2007.

4.  Nigari. Divan. Hazırlayan: Prof. Dr. Azmi Bilgin. İstanbul, 2010.




395

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



CICIMLIDƏN AMASIYAYA GEDƏN 

TƏSƏVVÜF YOLU 

Prof.Dr. Şikar QASIMOV

*

Flora QASIMOVA

**

 

Xülasə

Azərbaycan  dövlət  müstəqilliyini  bərpa  etdikdən  sonra  tariximizin  bütün 

dövrlərinin  obyektiv  şəkildə  öyrənilməsinə  başlanılmışdır.  Sovet  imperiyası  uzun 

illər  Azərbaycan  tarixini  saxtalaşdırmağa,  ədiblərin  və  dahi  şəxsiyyətlərin  adlarını 

unutdurmağa çalışmışdır. Sovet hökuməti İslam dinini unutdurmaq üçün uzun illər 

mübarizə aparmışdır. Bu mübarizədə, xüsusilə XX əsrin 30-cu illərində yüzlərlə şeyx 

və iman sahibləri edam edilmiş və yaxud da represiyaya məruz qalmışlar.

Xalqın  yaddaşından  unutdurulmağa  çalışılan  böyük  mütəfəkirlərdən  biri  də 

təsəvvüf ədəbiyyatının böyük nümayəndəsi, dahi şəxsiyyət, Laçın rayonunun Ci-cimli 

kəndində doğulub boya-başa çatmış MirHəmzə Nigari olmuşdur. Məqalədə Qara-

bağ (Laçın) aşıq şerlərinin bilicisi, divan sahibi və təsəvvüf ədəbiyyatının də-yərli bir 

şairi olmuş Mir Həmzə Nigarinin həyatı, fəaliyyəti və yaradıcılığl barədə açıqlama 

verilmişdir. Eyni zamanda məqalədə Mir Həmzə Nigarinin doğulub boya-başa çatdı-

ğı, Azərbaycanın dilbər guşələrindən biri, qədim oğuz-türk yurdu olan Laçın rayonu 

haqqında söz açılır. XIX əsrdə yaşayıb yaratmış Həmzə Nigarinin Cicimlidən Amasi-

yaya gedən yolunun onu bütün türk dünyasında tanıtdırmasından danışılır. 

Açar sözlər: İslam dini, represiya, aşkarlıq, Xarput, Şeyx Shikar Gasimov, Flora 

Gasimova

THE WAY IS GOING FROM JIJIMLI TO AMASIA

Abstract

When the restoring independence of Azerbaijan State, it has begin to learning 

in the objective picture of all times of our history. Soviet empire to falsify Azerbaijan 

history long years, also, to cause to forget has worked of the name of the writers and 

geniuses personalities. The Soviet empire was fighting for forget Islam religion long 

years. Especially were killed sheikhs and faith masters in this fighting in the 30 years 

of XX century. 

 Soviet government has fight long years for causing to forget Islam religion. 

In this article was research one of the famous literature, poems of Mir Hamza 

*.Professor, Azərbaycan Texniki Universiteti

**.Baş müəllim, Azərbaycan Dövlət Pedoqoji Universiteti 



396

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



Nigar. Hundreds of sheikhs and faith masters in the 30 years of XX century executed 

this fighting. Same time is spoken Lachin city of Azerbaijan Republic. In this article is 

given information life creative work, activities of Mir Hamza Nigar. Also in this article 

are spoken introducing in all the Turkish World the way going to Amasiya of Hamza 

Nigar in XIX century.

Keywords: Islam religion, reprise, publicity, Kharput, sheikh

Giriş 

Azərbaycanın  siyasi  müstəqillikdən  məhrum  olduğu  tarixi  dövrlərinin  obyek-

tiv  şəkildə  araşdırılmasına  xüsusilə  böyük  ehtiyac  var.  Çünki,  dövlət  müstəqilliyi 

olmayan xalqın mədəni dəyərləri əsasən daha çox talanır, tarixi saxtalaşdırmalara 

məruz qalır, qəhrəmanları və dəyərli insanları isə üzə çıxarılmır. Azərbaycan dövlət 

müstəqilliyini bərpa etdikdən sonra tariximizin bütün dövrlərinin obyektiv şəkildə 

öyrənilməsinə başlanılmışdır. Şükürlər olsun ki, müstəqillik illərində bir daha yəqin 

edilmişdir ki, ictimai elmlər qarşısında nankor, unutqan yaddaşdan təmizlənmədən 

daha  vacib  məqsəd  dayanmır.  70  illik  yasaqdan  və  təhrikdən  sonra  indi  aşkarlıq 

işığında aparılan tədqiqatlar və araşdırmalar nəticəsində aydın olmuşdur ki, tarixə 

və soykökə bağlılıq, yaxın milli tariximizin öyrənilməmiş səhifələrinin araşdırılması 

indi daha mühüm əhəmiyyət kəsb edir. 

Sovet imperiyası uzun illər Azərbaycan tarixini saxtalaşdırmağa, ədiblərin və 

dahi şəxsiyyətlərin adlarını unutdurmağa çalışmışdır. Bu yolla sovet hökuməti İs-

lam dinini unutdurmaq üçün 70 il müddətində mübarizə aparmışdır. Bu mübari-

zənin gedişində, xüsusilə XX əsrin 30-cu illərində yüzlərlə şeyx və iman sahibləri 

edam edilmiş və yaxud da represiyaya məruz qalmışlar. Bu işdə sovet və partiya 

orqanları yaradıcılıq təşkilatlarından və xüsusilə ədəbiyyatın gücündən bacarıq-

la istifadə etmişlər. Və acıda olsa demək olar ki, çox vaxt öz məqsədlərinə nail 

ola bilmişlər. Belə ki, Azərbaycan ədəbiyyatının roman və dram janrında yazılmış 

əsərlərinin bir qismi İslam dinini və ona xidmət edənləri gözdən salmaq işinə həsr 

olunmuşdur. 

       

Həmzə Nigarinin doğulduğu Cicimlinin tarixindən

Azərbaycanın dilbər guşələrindən biri, qədim oğuz-türk yurdu olan Laçın rayo-

nunun inzibati sərhədlərini Dəlidağ, İşıqlı, Qırxqız dağ silsilələri cızmışdı.



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə