I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə154/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   151   152   153   154   155   156   157   158   159

387

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Bərgüşad mahalının Cicimli kəndində anadan olmuş. Mir Həmzə təhsilini Şəkinin 

kiçik Dəhnə kəndində tamaladığdan bir müddəd sonra Nəqşibəndi Mənsublarının 

Şirvanda toplamış olmaları səbəbi ilə bu şəhərə getmişdir.Krım müharibəsi isə onu 

həmşəlik Osmanlı dövlətinə mühacirət etməsinə səbəb olmuşdur.

Seyid Mir həmzə Nigari bir müddət Ərzurumda yaşayıb və orada dərs deyib.

Ərzurumdan İstanbula, oradan da Amasyaya gəlmiş,burda məskunlaşaraq təfsir və 

hədis  dərsləri  deməklə  yanaşı, təsəvvüv  fəaliyyəti  ilə  də  məşğul  olmuşdur.  Lakin 

onun fəaliyyətindən xoşlanmayan çox sayda muridinin olması ilə ətrafının durma-

dan genişlənməsindən qıcıqlanan Sultan Əbdül həmid Mir Həmzə Nigarinin Xar-

puta sürgün edilməsi haqqında fərman imzalamışdır.O,1886-cı ildə orda vəfat etmiş 

və Amasyaya gətirilərək dəfn edilmişdir.

XIV əsrin böyük övliyalarından biri olmuş Bəhaəddin Şahi Nəqşibəndə söykənən 

Nəqşibənd- müsəlman qardaşlığı təriqətinin davamçılarından dərs almış Şıx İsma-

yıl  Əfəndinin  üsuli  –  təriqət  təliminə  yiyələnmişdir.  Ustadı  Kürdəmirli  Sıx  İsmayıl 

Siracəddin özü də qısa müddətdə mürşidi – kamil səviyyəsinə yüksəlmişdir. 

O, son nəfəsinədək Allahı zikr edən “virdimdir Allah ” deyən Şıx əfəndi yaradıcı-

lığında Allah eşqinə bol-bol zikr nəğmələri düzənlənmişdir. O, yazdığı və habelə Sü-

leyman Çələbidən əxz etdiyi zikr nəğmələrini şikəstə üstə avazla oxuyar, nəqarətini 

iki mötivlə - Allahın vəhdəniyyətinə imanı nurlandırmaq və Allaha bel bağlamaq, 

Cənabi – Haqdan kömək diləmək nəqarətini təkrar səsləndirərək müridlərini etiza-

za, vəcdə gətirdi.

Seyid Nigarın həmyerlisi olan 1885 – ci ildə anadan olmuş, 1938 – ci ildə Sovet 

dönəmində güllələnmiş tədqiqatçı alim Bəhul Bəhcətin verdiyi məlumata görə Se-

yidi Nigarın ulu babaları vaxtilə Türkiyədən Qarabağa gəlmişdir. 

 Anadoluda kiçik bir dövlət təşəkkül etmişdi. Bu dövlətin mərkəzi Konya şəhəri 

olub, o zamankı adı ilə Qaraman vilayəti və ya Qaraman eli deyə adlanırdı.

“Qaraman oğluları” deyə adlanan bu dövlət Osmanlı dövləti tərəfindən məhv 

edildikdən sonra o camaata yenə də Qaramanlılar və Qaraman eli deyirlərdi. Bu ca-

maat onların başçıları olan Qaraman bəylərinin atası Nur Sofunun təriqəti ilə bağlı 

olub təsəvvüfçü bir xüsusiyyətə malik idi. Demək olar ki, Qaramanlılar bir neçə dəfə 

üsyançı çıxışları ilə Osmanlı Sultanlarına məlum olmuşlar. 

2. Dini təriqətlərə qarşı mübarizə.

Lakin bu növ təriqətçilər də var ki, onların təriqətləri kim bilir hansı ictimai və 

iqtisadi fikrin məhsulu olaraq ortaya çıxmış idi. Bu kimi təriqətçilər Osmanlı sultan-

larının xoşlamadıqları adamlar idi. Belələri çox idi: əxilər, ismavilər, babailər. Cəlalilər 

bunların ən görkəmliləri idi. 

Əxilik, fütüvvət yeni cavanlıq, ərginlik adı ilə çox mühüm təşkilatlardan idi. Demək 

olar ki, əxilər öz dövrlərində müştərək zəhmət hasilatı ilə yaşamaq istəmişdilər. On-

ların  cəmiyyətinə  yalnız  müəyyən  sənət  sahibi  olanlar  daxil  ola  bilərdi.  Beləliklə, 

qüvvətlənmiş və Anadoluda bir çox yerlərə yayılmışdılar. 

Bədrəddin Simavinin başçılıq etdiyi bu təriqətçilər hətta beynəlmilər bir təşkilat 

olmuşdur.  Osmanlı  Sultanları  üçün  təhlükə  təşkil  edən  bu  dəstə  məhv  edildi. 

Bədrəddin Simavi tutulub edam edildi, onun köməkçiləri olan Börkçü Mustafanın 

başı kəsildi. 

Cəlalilər daha geniş qüvvətə malik olub Osmanlı dövlətinə qarşı böyük üsyan-




388

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

lar etmişlər. Bu təriqətçi qiyamçıları məhv etmək üçün IV Sultan Məhəmməd özü 

gəlmişdir. Onun baş vəziri olan Köprülü Məhəmməd Paşa Cəlaliliyə mənsub olanları 

Sultanın hüzurunda qılıncdan keçirdi. 

Osmanlı  dövlətinin  ixtiyarında  olan  Anadolu  əyalətlərində  olan  vəziyyətlə 

əlaqədar olaraq oradakı müəyyən cərəyanlara mənsub olan təriqətçilər öz yurdları-

nı tərk edib başqa yerlərə hicrət edirdilər. Belə hicrət edənlərdən bir dəstə də bizim 

tərcümeyi -halını yazmaq istədiyimiz bayatı şairi Sarıca Nəbi gəlirdi. 

Bu dəstə ilə gələnlər çox deyildi. Dəstəyə başçılıq edən Mir Ağa Balım, onun fikir 

yoldaşları Hacı Qaraman, Qara Pirim və Sarıca Nəbi idi. 

Bu dəstə o zaman Səfəvi şahlarına tabe olan “Qarabağ” vilayətinə gəlmişdir. Bu 

vaxtlar ikinci Şah Abbasın hökmranlığı dövrü idi. Təriqətçilikdən zühura gəlmiş olan 

Səfəvi şahlarını bu mühacirlərə himayə edəcəkləri yəqin idi.



3. Dini təriqətlərin Azərbaycanda genişlənməsi

 Dörd nəfər yoldaşdan ibarət olan dəstə Qarabağa gələrək indiki Laçın rayonda 

olan Cicimli kəndinin yerində bir kiçik obaya çatır. Obada qoca bir qadın onların 

qarşısına çıxır, onları çörək və ayran verir.

Ağa Balım qoca qadına təşəkkür edərək ona “cicim olasan” - deyir. 

Yoldaşlar bir neçə gün qoca qadının komasında qaldılar. Dəstədən ən əvvəl ay-

rılan Hacı Qaraman ilə Qara Pirim olmuşdur. Onlar Ağa Balımdan ayrılıb Həkəri ça-

yının məcrası ilə aşağı enmişlərdi. Bu yoldaşlar, yəqin ki, müəyyən təbliğat vəzifəsilə 

Ağa Balımdan ayrılmışdılar. Daha sonra Hacı Qaraman indiki Cəbrayıl rayonunda 

olan Əhmədli adlı camaatın içinə gəlir, orada qalır, Yetər adlı bir qızla evlənir. On-

dan Məhəmməd və Mustafa adlı iki oğlu olmuşdur. Az sonra dağın ətəyində özünə 

məxsusi məskən salır. Özü, orda vəfat edib və orada dəfn edilir, özündən sonra oğlu 

Məhəmməd Çələbi həmin yerdə məscid, mədrəsə və hamam tikir və məscidin qa-

pısında tarix olaraq, “səneyi– 1088” rəqəmini yazmışdır ki, bu, yoldaşların Qarabağa 

gəldikləri vaxtdan 30 – 40 il sonradır. 

Qara  Pirim  isə  daha  uzağa  gedir.  İndiki  Ağdam  nahiyəsində  olan  Qara  Pirim 

adlı kəndin yerinə çatır, orada məskən salır. Qara Pirim kəndin ondan qalıb, qəbri 

də oradadır. Məqbərəsinin üzərinə tikildiyi tarixdə yazılmışdır. Nigari təxəllüslü Mir 

Həmzə əfəndi Ağa Balımın altıncı arxadan övladıdır. O, öz divanında Ağa Balımdan 

və Aşiqdən bəhs etmişdir.

Sovet  dönəmində  təriqət  şairlərinin,  Seyid  Həmzə  Nigarinin,  Tağı  Qumru 

Dərbəndinin mərsiyələri, sinəzənləri və digər şeirləri elə bil ki, məhbus olunub. On-

ların oxunması, şeir müəlliflərinin adlarının çəkilməsi qəti qadağan edilirdi. Hətta 

milli duyğuları olan, onları sevən, onlar haqqında məlumatı olan Əmin Abid kimi, 

Bəhlul Bəhcəd kimi alimlər represiyaya uğrayıb və güllələniblər. Onların da elmi- 

ədəbi irsləri yandırılır və yaxud da üzə çıxarılmağa qoyulmur. 

Bu və digər tərigətlər həmin məktəblərin müdirləri tərəfindən Amasyadan Şirva-

na –Quba,Şamaxı,Kürdəmir,Şəki kimi şəhərlərə,Gəncəbasara-Qazax,Borçalı bölgəsi 

və Ahıskaya,Tiflis və digər bölgələrə getmişlər.Həmin təriqət daşıyıcıları olan elm və 

din xadimi olmuş müridlərin Amasyada və yuxarıda adı çəkilən şəhərlərdə türbələri 

və  qəbirləri  günümüzə  kimi  gəlib  çıxmışdır.  Qazax  rayonu  Aslanbəyli  kəndində 

Hacı Mahmud Əfəndinin,Qağlıq Qarabağın Çəmənli kəndində Seyid lazım Ağanın, 

Məhəmməd Ağanın, Bakıda Mir Mövsüm Ağanın qəbirləri ziyarətgaha çevrilmiş-



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə