I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə153/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   149   150   151   152   153   154   155   156   ...   159

384

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




385

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



SEYID HƏMZƏ NIGARI TƏRIQƏT ŞAIRIDIR

Şahismayıl İsmayılov

*

 

Xülasə



Azərbaycanda yetişən tarixi siyasətçilərin din xadimlərinin həyatını, əsərlərini və 

fikirlərini araşdırmaq, Azərbaycanın mədəni köklərini öyrənmək və yetişən nəsillərə 

öyrətmək  önəmli  milli  vəzifələrdən  biridir.  Sovetlər  dövründə  Azərbaycan  və  türk 

xalqlarının tarixi keçmişlərinin öyrənilməsinə açıq və gizli qadağalar qoyulmuşdur. 

Minlərlə sənətkarlar, din xadimləri XVIII-XIX-əsrlərdə öz sözlərini demişlər bunlara 

baxmayaraq, bir çox haqsızlıqların qurbanı olmuşlar. 

Bunlardan Seyid Mir Həmzə Nigarı, onun müridlərindən Qazax rayonun “İncə 

dərəsi” adlanan elin Aslanbəyli kəndində anadan olub yaşayan Hacı Mahmud Əfəndi 

və başqaları olmuşdu.

Seyid Mir Həmzə Nigari həm də eşq, ilahi şairi olmuş, onun əsərlərində allah, 

vətənə, gözələ məhəbbət böyük yer tutur. Bu məhəbbət şerlərindən öz əksini tapır. 

Onun yaradıcılığının əsasında , məhəbbət, həsrət, dini görüşlər dayanır. Əsərlərində 

insanın Yaradanla təması müxtəlif sahələrdən təqdim olunur.

Nigarının şerləri içərisində Qarabağa həsr olunmuş parçalarda ürək parçalayan 

misralar vardır. Qarabağ həsrəti, Qarabağ yanğısı Nigarini qəlbən titrədir duyğulan-

dırır, hər an vəcdə gətirir. Qarabağa həsr etdiyi şer parçalarında insan qəlbən ağlayır.

İnsan özü ilə bərabər misralardakı Seyid Nigarının hıcqırıqlarını da eşidir. “Hərdən 

gözlərindən qanyaş töküldüyünü, sinəsinə çar- çarpaz dağlar çəkildiyini dilə gətirir.

Həmzə  Nigari  Qarabağın  Ruslar  tərəfindən  işğalından  sonra  yazdığı  şerindən 

bu faciəli hadisənin sinəsinə saplanan xəncər kimi onu izdiraba qərq etdiyini ifadə 

edir.  Bununla  birlikdə  sanki  o,  Qarabağın  ermənilər  tərəfindən  işğal  edilib  talan 

ediləcəyini hiss etmiş kimi bu günki insanların əhval ruhiyəsini şerində əks etdirmiş-

dir. Şeyx Mir Həmzə Nigarı öz doğma vətəni Qarabağa böyük məhəbbət bəsləmiş. 

Həmzə Nigarının Türkiyə ,Azərbaycan,Gürcüstan və Dağıstanda çox sayda mürvidi 

və xəlifəsi olmuşdur.

Türkiyə və Azərbaycanda onun nəslindən olan bir çox insanlar olub və bu gündə 

yaşayırlar. 

Açar sözləri: Osmanlı,Anadolu,Amasya,Qazax,Qarabağ

Abstact

To research the life and creative activity of historical personalities and religio-

us leaders in Azerbaijan and to teach it to the coming generations is uone of the 

most important national duties. During the Soviet Empire there were some open and 

secret restrictions for research and teaching the historical past of Turkish peoples. 

Hundreds of writers and artists have said their words in XVIII and XIX centuries and 

some of them have been victims of injustice. Seyyid Mir Hamza Nigari, and one of 

* AMİ Mingəçevir filialının baş müəllimi 




386

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



his followers Mahmud Efendi, who lived in “Ince Valley” of Gazakh region and some 

others may be brought as an example. 

Seyyid Mir Hamza Nigari has also been a great poet of Love and written poems 

dedicated to God and patriotism. Love poems take important place in his poetry.

His creative activity is mainly dedicated to love, religious views. In his creative 

activity there is specific contact between humans and God which is clearly reflected 

in his poetry. 

There are touching and heartbreaking pieces of poems about Garabagh among 

the poems of Seyyid Nigari. Love of Garabagh, deep regret to native land touches his 

heart and makes him sad. In the poems devoted to Garabagh, there is a silent weep 

between the lines. One can hear a weeping poet reading his poems. 

He often writes how his eyes are bleeding from the woe thinking about Garabagh. 

Seyyid Hamza Nigari grieves about native places of Garabagh and characterizes 

the invasion of Garabagh by the Russians as a dagger stung in his heart, and expres-

ses this invasion as a tragedy. Seyyid Nigari says that the invasion of Garabagh lands 

brought to him an everlasting sadness. As if, this invasion had foretold him about the 

forthcoming invasion of Garabagh by Armenians. This is felt at every line of his po-

ems about Garabagh. In his sad poetry he had foreseen the unforgivable plunder of 

native lands by the enemies. He had reflected the spirit of those people in his poetry. 

He loved his native land as nobody could love.

Hamza Nigari has had a number of students and followers in Turkey, Azerbaijan 

and Daghistan. Some of his descendants lived Turkey and Azerbaijan

Keywords: Osmanl; Anadoloo, Amasya, Kazakh, Karabakh.

Giriş

Azərbaycanda  yetişən  tarixi  siyasətçilərin  həyatını,  əsərlərini  və  fikirlərini 

araşdırmaq,  Azərbaycanın  mədəniyyət  köklərini  öyrənmək  və  yetişən  nəsillərə 

öyrətmək  önəmli  milli  vəzifələrdən  biridir.Azərbaycan  xalqının  gələcəyinin  daha 

inamla irəliləməsi, keçmişin doğru və düzgün öyrənilməsidir.

Sovetlər  dövründə  Azərbaycan  və  türk  xalqlarının  tarixi,  keçmişlərinin 

öyrənilməsinə açıq və gizli qadağalar qoyulmuşdur.

Ümumiyətlə,Azərbaycan-Türkiyə  əlaqələrinin  hər  bir  sahəsində  mövcud  olan 

qardaşlıq  münasibətləri  tarixi-sınaqlardan  keçərək  günümüzə  qədər  mürəkkəb 

və keşməkeşli bir yol keçmişdir. Xüsusən bu yolda çəkilən bütün cəfalar elmi-dini 

mərkəzlərin  üzərinə  düşmüşdür.  Belə  ki,o  dövrün  mədəni  inkişafına  elm  və  din 

xadimləri qarşılıqlı olaraq Azərbaycandan Osmanlıya, Osmanlıdan isə Azərbaycana 

daşıyaraq mədəni əlaqələrini yaşatmışdılar.

1. Dini təriqətlərin yayılması

Əslən Qazaxdan olan tanınmış tibb profesoru İbrahim İldırım öz araşdırmaların-

da göstərir ki,ilk zamanlar elmi köç Azərbaycandan Türkiyəyə ixrac etmişdir.

Türkiyə  də  Amasya  bölgəsi,  Azərbaycanda  isə  Şirvan  bölgəsi  islam  dininin 

möhkəmlənməsində, mədəni-maarif əlaqələrinin inkişafında baza rolunu oynamış-

dır. Şirvan Azərbaycanın şimal - şərqində geniş yerləşən bir coğrafi ərazidir. Şirvan 

bölgəsi ilə Amasyanın mədəni əlagələri XIII əsrə qədər gedib çıxır.

Həmzə  Seyid  Nigari  1797-ci  ildə  (bəzi  mənbələrə  görə)Qarabağ  xanlığının 




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   149   150   151   152   153   154   155   156   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə