I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə155/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   151   152   153   154   155   156   157   158   159

389

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

dir.Bu  türbələr,evləri  və  şəxsi  əşyaları  Sovetlər  dönəmindən  qəhrəman  xalqımız 

tərəfindən qorunub saxlanılmiş və bugünkü dövrümüzə kimi gəlib çıxmışdır.

Mir  Həmzə  Seyid  Nigarinin  Amasyaya  gətirdyi  iki  müridindən  biri  olan  Hacı 

Mahmud Əfəndi (1835-1891) Qazax rayonun “İncə dərəsi”adalanan elin Aslanbəyli 

kəndində anadan olub (İncədərəsindən gələrək Amasyaya yerləşən bir qisim ailələr 

“İncəli ”soyadının almışdır). Hacı Mahmud Əfəndi ilk təhsilini atası Veysəl Qaranidən 

almış,ərəb və fars dillərini mükəmməl öyrənmişdi.O,müəyyən müddət Şəkidə təhsil 

almışdır. Hacı Mahmud Əfəndi təhsilini tamamladıqdan sonra yenidən Aslanbəyliyə 

qayıdır. Burada elmi bilikləri tədris etmək üçün hücrə tikdirir.Onun ətrafına uzaq 

və  yaxın  yerlərdən  çoxlu  sayda  tələbələr  toplaşır.  1863-cü  ilin  rəsmi  rus  hərbi 

sənədində incəli Mahmud Əfəndinin adı Tiflis quberniyasının müridləri içərisində 

qeyd  olunur.Amasya  –Azərbaycan  mədəniyyəti  öncülləri  arasında  Hacı  Mahmud 

Əfəndidən də qabaq “İncə dərəsi”ndənAmasyaya getmiş elm insanları da olmuş-

dur.Amasyada  Azərbaycan  türklərinə  məxsus  “Şirvanlılar  Camisi”  Hacı  Mahmud 

Əfəndinin  Azərbaycandan,  xüsusən  Qazaxlı  ağa  və  bəylərdən  topladığı  paralarla 

Mir Həsən Əfəndiyevin (Həmzə Nigarinin oğlu) nəzarətində inşa edilmişdir. Hacı 

Mahmud Əfəndinin Şeyx Şamillə də çox yaxın münasibətləri olub.Belə ki,hər ikisi 

də Mövlanə İsmayıl Səracəddin Əfəndinin (1782-1853) müridi olaraq Nəqşibəndi 

təriqətinin  “Xalidi”qolunun  yayıcısı  olmuşdur.  Hacı  Mahmud  Əfəndi  Amasyada 

və Azərbaycanda çox sayilib seçilən,dini dərindən bilən övliyya kimi qəbul edilib.

Amasyada yaşayan həmyerlilərinin demək olar ki,bütün problemlərini həll etməyə 

qadir  insan  olub.  Mahmud  Əfəndi  uşaqlarını  Amasyada  təhsil  üçün  saxlamış  və 

özü  Aslanbəyli  kəndinə  dönmüş  və  bir  müddət  sonra  Həcc  ziyarətinə  getmişdir.

Əfəndi 1891-ci ildə vəfat etmişdir.Vəfatından az əvvəl rus məmurları tərəfindən ona 

yenidən  Osmanlı  dövlətinə  köçmək  tövsiyyə  olunmuşdur.  Hacı  Mahmud  Əfəndi 

Aslanbəyli  kəndində  dəfn  olunuşdur,müridlərinin  vəsaiti  və  köməkliyi  hesabına 

qəbri üzərində türbə ucalmışdır.Türbənin içərisində iki qəbr vardır.İkinci qəbr Se-

yid Yasin adlı süfiyə məxsusdur. Bu qəbr ziyarət vaxtı sol tərəfə düşür.O, bu kəndə 

gəlmə olmuş,Hacı Mahmud Əfəndi tərəfindən hörmət görmüşdür. Hacı Mahmud 

Əfəndinin məzar daşında “Ya Allah, Ya Seyid Nigari, Ya Hz.Mövlanə”və şeyxin öz adı 

yazılmışdır.

Bu türbəyə Gəncəbasar, Qazax, Borçalı bölgələrinin sakinləri ən böyük inam yeri 

kimi baxırlar.Hələ sovetlər vaxtında qədim yurd yerimiz olan İrəvandakı Ağbaba ma-

halında yaşayan insanlar Hacı Mahmud Əfəndinin türbəsini həmişə ziyarət ediblər. 

 

Nəticə

Seyid Həmzə Nigari XVIII əsrin sonu XIX əsrin 80-ci illərində yaşayıb-yaratmış 

sənətkarlardandır. Onun yaradıcılığının əsasını təsəvvüf görüşləri təşkil edir, insa-

nın  yaradanla  təması  əsərlərində  göstərilir.  O,  şeirlərində  ulu  tanrıya,  sevgiyə  və 

məhəbbətə daha geniş yer verir. Seyid Həmzə Nigarinin əsərləri, onun bədii dili 

rəngarəngdir. Bu-Seyid Həmzə Nigarıya olan bir sevgi qoludur. Bu gün Azərbaycan 

alimləri Türkiyənin Amasiya bölgəsində olan Həmzə Nigarı türbəsini ziyarət edir və 

onun haqqında elmi məqalələrlə sipmoziumda çıxış edirlər.

Azərbaycan  Respublikasında  müstəqillik  elan  edildikdən  sonra  onlara  bəraət 

verilmiş və əsərlərinin işıq üzü görməsinə yardım göstərilmişdir. 

Seyid Həmzə Nigarinin ədəbi irsi yenidən öyrənilməyə başlanılmış, divanı çap 

olunmuş və 2004 – cü ildə Seyid Həmzə Nigari haqqında film çəkilmişdir. 




390

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

İndi bir müjdə də Türkiyənin Amasiya şəhərində Seyid Həmzə Nigari simpoziu-

munun keçirilməsidir. 

 

İstifadə olunmuş ədəbiyyat



1.  “Azərbaycan Ədəbiyyatı” Köçərli , F.B. - Bakı 1981

2.  “XIX əsr Azərbaycan Ədəbiyyatı tarixi”. Qasımzadə F. Bakı,M----- 1974,487 s

3.  Azərbaycan Ədəbiyyatı Tarixi,C II,Azərbaycan SSR Elmləri Akademiyası Nəşriyyatı, Bakı,1960.

4.  ”Azərbaycan Tarixi” Ziya Bünyadov Bakı 1996-cı il 

5.  Mövlanə İsmayil Sirəcəddin Şirvani.Məhəmməd Məhəmmədcəlir

6.   “Səyahətnamə”  Evliya  Çələbi.  türk  dilindən  tərcümə.  tarix  elimlər  doktoru  Seyidağa  Onnilahi. 

Azərbaycan Dövlət nəşriyyatı Bakı 1997

7.   Azərbaycan Səfəvilər Dövləti” Əfənidyev.O.Ə.”Bakı Azərbaycan Dövlət nəşriyyatı 1993

8.   “Azərbaycan tarixi” S.A.Məmmədov.Bakı: Çaşıoğlu - 2004

9.   “Azərbaycan tarixi” Süleyman Əlyarlı Bakı - 2009 Şahismayıl Ağbabalı




391

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



MIR HƏMZƏ NIGARININ HIKMƏT XƏZINƏSI

Şəbnəm MƏSTƏLİLİ 

*

Xülasə

Ədəbiyyatda dahilər tərəfindən deyilmiş hər bir söz əsrlərin süzgəcindən keçərək 

bugünümüzdə öz aktuallığı ilə yaddaşlarda qalmışdır. Deyərdim ki, Mir Həmzə Ni-

gari bir təsəvvüf dahisi olaraq sözlərindən hikmət damlayan xəzinənin sahibinə çev-

rilmişdir. O hikmət xəzinəsi ki, Allaha və Hz. Muhəmmədə (s.ə.s.) olan sevgidən ilham 

almışdır. Onun qərq olduğu eşq dəryasında hər bir damladan müşk-ənbər qoxusu 

gəlir. İlahi bir kəramət Nigarini həm Allah qatında, həm də insanlıq aləmində mənəvi 

zirvələrə ucaltmışdır.

Açar sözlər: Mir Həmzə Nigari, təsəvvüf, ilahi eşq, hikmət xəzinəsi.

TREASURY OF WISDOM OF MIR HAMZA NIGARI

Abstract

Sufism essentially is the manifestation form of ideal morality of Allah`s Rasul. 

Hz.Muhammed, who was dispatched only to compelete the good moral was the first 

and last perfect interrogation for his followers.

Sufism is an attempt to live, in accordance with the substance of religion, cleared 

from material and moral dirts, winning good moral and characteristics. The aim of 

sufism is to turn elevated features to spiritual pleasure and delight case in a devout 

man.

One of the people who bringing up her passion and getting into divine love of 

moral school is the heiress of Hz. Prophet, Mir Hamza Nigari.

Mir Hamza Nigari took delight in divine love and the source of her poem was soul 

home being the owner of virtue with Lord`s estimation. Mir Hamza Nigari believed 

that she had to move forward without knowing any  hindrance and regret on the way 

of love. Nigari carefully explained that there was no love book in her poems and it 

was impossible to learn it by lesson. In her opinion, only the one trying the real love`s 

wine can taste the divine love and to feel wisdom and mystery of it. With the words 

of Hz. Movlana, the man who looks with the light of justice may see the eternity and 

the sun of endlessness in a bit, may watch all the sea in a drop.

Each hemistich of poem of Mir Hamza who was attached to divine delight and 

abundance`s heart, smells love of divine. Even after the death of Nigari, the wonder-

ful freshness of her body was a sign of prestige of divine love. 

Praying to Allah, closing the book of creature, becaming free from all human 

desires all life long and giving up all frail world`s property, she was heady against 

divine force and beauty. Nigari annihilating her being in justice`s creature succeeded 

* Türk xalqları ədəbiyyatı üzrə Azərbaycan Müəllimlər İnstitutunun Cəlilabad filialında müəllimə




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə