I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə156/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   151   152   153   154   155   156   157   158   159

392

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



to be a slave, so divine guidance and generosity was given to her as a gift. Appreci-

ation of God presents her poem as a treasury of wisdom to the mankind and turned 

it not only to a friend of right, but also to a friend of mankind.

A - GIRIŞ

Təsəvvüf Peyğəmbərimizin (s.ə.s.) örnək həyatında ad olaraq deyilməmiş olsa 

da, mahiyyəti baxımdan Allah Rəsulunun ideal əxlaqının təzahür formasıdır. Yalnız 

gözəl əxlaqı tamamlamaq üçün göndərilmiş Hz. Muhəmməd (s.ə.s.) özündən sonra 

gələn vəlilərin ilk və son mükəmməl istinadgahı olmuşdur.

Allaha yaxınlaşmağı və qovuşmağı başlıca hədəf seçən təsəvvüf əhli Allaha sev-

ginin Rəsulullahın (s.ə.s.) yolu ilə getməklə gerçəkləşəcəyini çox yaxşı bildiklərindən 

bütün  məsələlərdə  ona  tabe  olmağı  özlərinə  şüar  seçmişlər.  Kainatın  fəxrinin 

yolu  ilə  getmək  ancaq  onu  sevməklə  və  hər  şeydən  əziz  tutmaqla  mümkündür. 

Vəlilərin kamilliyə çatmasının əsasında məhz rəhmət Peyğəmbərinin şəxsiyyətindən 

öyrənilən mükəmməl örnəklər dayanır.

Təsəvvüf maddi-mənəvi kirlərdən təmizlənib, gözəl əxlaq və xüsusiyyətləri qa-

zanaraq dinin mahiyyətinə uyğun bir şəkildə yaşamaq cəhdidir. Təsəvvüfün qayəsi 

isə ülvi xislətləri mömində bir mənəvi zövq, feyz halına çevirə bilməkdir. 

Təsəvvüf  ədəbiyyat  tarixlərində  nurlu  bir  günəşi  xatırladır.  Belə  ki,  Allahın 

birliyindən bəhs edən tövhid, ona yalvarışları ifadə edən minacat və Hz. Peyğəmbərə 

(s.ə.s.) duyulan eşq, məhəbbət və həssaslığı mövzu seçən nət kimi ədəbi növlər xal-

qın mənəviyyatının gücləndirilməsində, dərdli və yorğun könüllərin təsəlli tapma-

sında, günah, üsyan və qəflətdən uzaqlaşdırılmasında cox faydalı bir vəzifə yerinə 

yetirmiş və ədəbiyyata zənginlik, kamillik bəxş etmişdir.



B - MIR HƏMZƏ NIGARININ SÖZÜNÜN HIKMƏTI

Hz.Peyğəmbərimizə  (s.ə.s.)  varis  olaraq  nəfsini  tərbiyə  edən  və  mənəvi  bir 

məktəbin İlahi eşqinə mübtəla olan vəlilərdən biri də Mir Həmzə Nigaridir.

Təsəvvüf şairi olaraq Seyid Nigari yaradılışın məhz eşq üzərində qurulduğu re-

allığını anlayırdı. Bir hədisdə deyildiyi kimi, “Mən gizli bir xəzinə idim, bilinməyi və 

sevilməyi  istədim  və  aləmi  yaratdım”.-  ifadəsinin  dərinliyindəki  mənada    Allahın 

bilinməyi istəməsi eşqdir. Eşq hər şeydir- dünya eşqdən ibarətdir və bütün möv-

cudatdakı  ilk  cövhər  də  eşqdir.  Kainatda  var  olan  hər  şey  eşqin  əsəri  olduğu  və 

“Mütləq Gözəlliyin” izlərini daşıdığı üçün insanı Haqqa qovuşduracaq gerçək yol 

yenə də eşqdən keçir. Bu ülvi sevgi İlahi hikmət xəzinəsinin açarıdır.

Mir Həmzə Nigari İlahi eşqdən feyz alırdı və şeirinin qaynağı Rəbbin təqdirilə 

kəramət sahibi olan könül evi idi, onun Haqqın əzəmət, qüdrət və gözəlliyi qarşı-

sında böyük bir heyrət və dəhşət içində qalaraq sərxoşluğu Haqqın sonsuz sirlərinə 

heyranlığından irəli gəlirdi.

Aşkdandur cümle eşya innema

Aşkdandur asl u fer‘-i küllemâ

Aşkdandır nur-ı hurşid nur-ı meh

Aşkdandır cümle pertev ve’z-zıya

Aşkdandır devr-i tayr u es-semek

Aşkdandır seyr ü kevkeb ve’s-sema

Aşkdandır gerdiş-i hurşid ü meh



393

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Aşkdandır Kaf-ı sakin ve’s-sera

Aşkdandır gör tecelli ya nasib

Aşkdandır cuş-ı talib ve’s-sena

Aşkdandır ey Nigari her ne var

Aşkdandır cümle eşya intiha.

 O, bu müqəddəs yolda qəm çəkmədən, heç bir əngəl tanımadan irəliləməli ol-

duğuna inanırdı, nəqşibəndi bir üsulla şeirlərində eşqin kitabının olmadığını, dərslə 

öyrənilə  bilməyəcəyini  ifadə  edirdi.  Nigarinin  fikrincə,  ancaq  İlahi  eşqin  şərabını 

içən əsl məbəbbətin dadını, hikmət və sirrini duyub anlaya bilər. Hz.Mövlanənın 

sözü ilə desək, “Haqqın nuru ilə baxan insan zərrədə əbədiyyət, sonsuzluq günəşini 

görər, bir damlada bütün dənizi seyr edər.”

Haqqın nuru gözləri açar, nəfsi çirkablardan arındırar, saf, ləkəsiz hala gətirər. 

Təsəvvüfi mətnlərdə nəfs sanki üçüncü bir şəxsdir. Simvolik olaraq bu üçüncü şəxs 

dünya nemətlərini arzular, dərk etmədiyindən fani olanlardan imtina etmək nəfsə 

ağır  gələr.  Nəfs  bir  imtahandır.  Nəfsi  dünyəvi  arzulardan  təmizləmək  və  Allahın 

istəyinə uygun bir hala gətirmək isə insanın iradəsilədir. Ondan  qurtulmağın tək 

yolu Allaha sığınmaqdır, Allah Rəsulundan, “Quran”dan öyrənməkdir.

Haqq  dostu  Nigari  aşağıdakı  misralarında  əslində  nəfsi  ilə  üz-üzə  dayanmış, 

təzadlarını  göstərmiş,  ondan  şikayətlənmişdir.  Bu  isə  özü  özünü  tərbiyə  etmək 

xarakteri  daşıyır.  Nigarinin  dərdi  “Mütləq  Gözəl”ə,  “Sevgili”yə,  “Əbədi  Vətən”ə-

cənnətə qovuşmaq dərdidir, fani dünyada bacardığı qədər başqa insanlara da Haq-

qı tanıtmaq dərdidir. Sanki Mir Həmzənin “cavabsız” sualı bir məna qatar misraları-

na, insanları düşünməyə vadar edər:

Ancaq Allahın zikrilə qəlblər rahatlıq tapar.

Avare gezer gönlüm, gönlüme ne çarem var?

Bağrımı ezer gönlüm, gönlüme ne çarem var.

Aram eylemez bir dem, aşüfte gezer her dem

Canımı üzer gönlüm, gönlüme ne çarem var?

Lakin bütün bunlara baxmayaraq, nəhayət, Allahı dərk edən könül qaranlıqdan 

aydınlığa çıxar, Peyğəmbərimizin mübarək yoluna qədəm qoyar və yalnız bu yolda 

irəliləyər:

Ey Mir Nigari ger pinhan iderem amma

Dildari sezər gönlüm, gönlüme ne çarem var?

C - NƏTICƏ

Ilahi feyz və bərəkət qəlbinə nəqş olunan Mir Həmzənin şeirlərinin hər misra-

sından eşq qoxusu gəlir. Hətta dünyasını dəyişdikdən sonra belə Nigarinin nəşinin 

gözəl təravəti İlahi eşqin ucalığının bir nişanəsi idi. 

Bəxtim bana üz verdi, şərabdarə yetişdim,

Öpdüm ayağın, kaseyi-sərşarə yetişdim.

Hər şamü səhər kaseyi-sərşar ilə ömrüm

Sərməst keçib, badeyi-əsrarə yetişdim.

Nəqqaşi-əzəl çəkdi bənim nəqşimi aşiq,

Bu rütbeyi-həq dad ilə didarə yetişdim.

Nigari aləmdən sıyrılaraq öz ruhunda dərinləşən hikmət və həqiqətlər sarayının 



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə