I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə151/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   147   148   149   150   151   152   153   154   ...   159
    Bu səhifədəki naviqasiya:
  • Amasiya

379

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



NƏTICƏ

Bizə  elə  gəlir  ki,  yuxarıda  qeyd  etdiklərimizin  tarixi-fəlsəfi  mahiyyətini  dərk 

etmək  üçün,  istər  Azərbaycanda,  istərsə  də  Türkiyədə  milli  şüurumuza  yeridilən 

və indinin özündə də bu və ya digər formada yaşadılan saxtalaşdırılmış tarixdən, 

ədəbiyyatdan, qeyri-milli ideyadan deyil, vahid bir millətin min illiklər boyu qoru-

yub  saxladığı  və  yaşatdığı  milli  tarixdən,  milli  fəlsəfi  fikirdən,  milli  ədəbiyyatdan, 

milli ideyadan çıxış etməliyik. Çünki vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-

fəlsəfi düşüncə sistemini, türk ədəbiyyatını və s. mənimsəmədən, onun tarixi-fəlsəfi 

mahiyyətinə varmadan heç vaxt türkçülüyün bütün türklər üçün hansı əhəmiyyət 

kəsb etməsini də, dərk edə bilmərik. Başqa sözlə, ayrıca götürülmüş bir ölkənin 

(Azərbaycan,  Türkiyə,  Qazaxıstan,  Özbəkistan,  Tatarıstan  və  b.)  fəlsəfəsi,  tarixi, 

ədəbiyyatı, mədəniyyəti və s. ilə yanaşı, ümumi türk fəlsəfəsi, türk dini-fəlsəfi dün-

yagörüşü, türk mədəniyyəti, türk ədəbiyyatı, türk tarixindən də bəhs olunmalı, tədris 

edilməlidir. Ancaq bu halda türk dövlətlərində, o cümlədən ötən əsrin sonlarında 

keçmiş SSRİ-nin tərkibindən çıxaraq yenicə müstəqillik əldə edən ölkələrin gənc 

nəsilləri, sözün həqiqi mənasında türkçülüyü - türk kimliyini, türk mədəniyyətini, 

türk fəlsəfəsini, türk tarixini və s. daha dərindən və yaxından anlamış olacaqlar.

İstifadə olunmuş ədəbiyyat

1.   AĞAOĞLU Ə. (2007), Seçilmiş əsərləri. Şərq-Qərb, Bakı. 

2.   AKÇURAOĞLU Y. (2010), Türkçülüyün tarixi. Qanun, Bakı.

3.   AXUNDZADƏ M.F. (2005), Əsərləri. Üç cilddə. III cild. Şərq-Qərb, Bakı. 

4.   BAKIXANOV A.A. (1951), Gülüstani-İrəm. Azərnşər, Bakı.

5.   BAYKARA H. (1992), Azərbaycan istiqlal mübarizəsi tarixi. Azərnşər, Bakı.

6.   GÖKALP Z. (1991), Türkçülüyün əsasları. Maarif, Bakı.

7.   HÜSEYNZADƏ Ə. (2007), Seçilmiş əsərləri. Şərq-Qərb, Bakı.

8.   HÜSEYNOV Ş. (2007), Mətbu irsimizdən səhifələr. Çənlibel, Bakı .

9.   RƏSULZADƏ M.Ə. (1990), Əsrimizin Səyavuşu, Çağdaş Azərbaycan ədəbiyyatı, 

 

Çağdaş Azərbaycan tarixi. Gənclik, Bakı.



10.   ZƏRDABİ H. ƏKİNÇİ – 1875-1877. (2005), Şərq-Qərb, Bakı.


380

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




381

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



HƏMZƏ NIGARININ MÜRIDI HACI MAHMUD ƏFƏNDI

Faiq NƏSİBOV

*

Xülasə

Qazaxın Aslanbəyli kəndinin qədim qəbiristanlığında Hacı Mahmud Əfəndi türbəsi 

yerləşir. Bu türbə xalqın öz oğluna bəslədiyi böyük hörmətin, məhəbbətin rəmzidir. 

Hacı  Mahmud  Əfəndinin  dördbucaqlı  türbəsi  ornament  və  kitabələrlə 

bəzədilmişdir. Türbə geniş və möhkəm hərəmin (hasarın) içərisindədir. Türbədə iki 

qəbir  yerləşmişdir.  Sol  qəbir  Hacı  Mahmud  Əfəndi  Qaraniyə  (1250-1313)  (1835-

1896), o biri isə onun məsləkdaşı və yaxın dostu olan Seyid Yasinə (?-1309) (?-1892) 

məxsusdur.

Hacı  Mahmud  Veysəl  Qarani  oğlu  1835-ci  ildə  Qazaxın  Aslanbəyli  kəndində 

anadan olub. İlk təhsilini atasından alan Hacı Mahmud, sonralar bir müddət Şəkidə 

zahiri və batini elmləri, fars və ərəb dillərini öyrənir. 1870-ci illərdə Hacı Mahmud 

Əfəndi Türkiyənin Amasiya şəhərinə gedir və orada nəqşbəndiyyə təriqətinin şeyxi 

Mirhəmzə Seyid Nigarinin tələbəsi olur. Seyid Nigarinin Türkiyə, Azərbaycan, Gür-

cüstan və Dağıstanda çox sayda müridi olmuş, və o, onlardan bir neçəsini xəlifəlik 

adına layiq görmüşdür. Xəlifələrdən biri də Hacı Mahmud Əfəndi olmuşdur. 

Hacı Mahmud Əfəndi sonralar öz doğma Aslanbəyli kəndinə dönür. Burada elmi 

bilikləri təbliğ etmək üçün mədrəsə tikdirir. Xalqın böyük rəğbətini qazanmış, bütün 

elin həm mənəvi atası, müəllimi, həm də himayədarı olmuş Hacı Mahmud Əfəndi 

insanların maddi və mənəvi problemlərinin həllində vasitəçi olurdu. Çar hökuməti 

onu  Rusiyaya  sürgün  etmək  istəsə  də,  sonralar  xalqın  qəzəbindən  ehtiyatlanaraq 

ona müsəlman ölkələrinin birinə köçməyə icazə vermişdir. Türkiyəyə yola düşən Hacı 

Əfəndi,  müəllimi  Mirhəmzə  Seyid  Nigarinin  artıq  vəfat  etdiyini  xəbər  tutur.  Hacı 

Mahmud Əfəndi Qarani sevimli müəllimə ehtiram əlaməti olaraq Azərbaycandakı 

müridlərin yardımı ilə Amasiya şəhərində Mirhəmzə Seyid Nigarinin dəfn olunduğu 

yerdə türbə və böyük bir Came (məscid) tikdirmişdir. 

Hacı Mahmud Əfəndi 1896-cı ildə dünyasını dəyişdi və Aslanbəyli kəndində dəfn 

edildi. Məzar daşında “Ya Allah, Ya Seyid Nigari, Ya Həzrət Mövlanə” sözləri və Həmzə 

Nigarinin qəzəllərindən parçalar həkk olunmuşdur. Dünyasını dəyişdikdən sonra da 

Hacı Mahmud Əfəndinin minlərlə sevənləri və ziyarətçiləri olub. Hal-hazırda məzarı 

Azərbaycanın tanınmış ziyarətgahlardan biridir. Hacı Mahmud Əfəndinin türbəsi və 

müsafirxanası dövlət tərəfindən qorunan abidələr siyahısına daxildirlər. 

Abstract

There is a famous tomb in the ancient cemetery of the Aslanbeyli village in the 

Gazakh district. This is a tomb of Hadji Mahmud Effendi who had great esteem of the 

people not only in Gazakh but also far beyond the district borders.

A square shaped tomb of Hadji Mahmud Effendi has decorated with ornaments 

and old inscriptions. The tomb is surrounded by a broad and strong fence. There are 

* BP şirkətində Layihə Rəhbəri, Tədqiqatçı




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə