I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə148/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   144   145   146   147   148   149   150   151   ...   159

372

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya




373

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



ÜMUMTÜRK ƏDƏBI, FƏLSƏFI FIKRINDƏ TÜRKÇÜLÜYÜN 

MAHIYYƏTI VƏ TƏKAMÜLÜ 

Dr. Faiq Ələkbərov

*

Xülasə

Qədim dövrlərdən eyni tarixi, mədəniyyəti, soykökü, dili, dini inancları və s. payla-

şan Türkiyə, Azərbaycan, Krım, Quzey, Türküstan və b. türklərinin XIX əsrdən etibarən 

türkçülük ideyasının yaranmasında, inkişafında və formalaşmasında bərabər iştirak 

etmələri təbii bir proses olmuşdur. Coğrafi baxımdan böyük bir ərazidə məskunlaşmış 

türklərin ortaq ideyalardan çıxış etməsinin ən başlıca amilləri kimi soykök, dil, din, 

mədəniyyət  birliyini  və  sairəni  göstərə  bilərik.  Əslində  bu  ideya,  hər  hansı  türk 

elindən yaranmasından asılı olmayaraq vahid türk təfəkküründən, türk inancından, 

türk düşüncə sistemindən və s. qaynaqlanmışdır. 

Şübhəsiz,  bütün  bunların  əsil  tarixi-fəlsəfi  mahiyyətini  dərk  etmək  üçün,  istər 

Azərbaycanda, istərsə də Türkiyədə milli şüurumuza yeridilən və indinin özündə də 

bu və ya digər formada yaşadılan saxtalaşdırılmış tarixlərdən, ədəbiyyatdan, qeyri-

milli ideyalardan deyil, vahid bir millətin min illiklər boyu qoruyub saxladığı və ya-

şatdığı milli tarixdən, milli fəlsəfi fikirdən, milli ədəbiyyatdan, milli ideyalardan çıxış 

etməliyik. Çünki vahid türk fəlsəfəsini, türk tarixini, türk dini-fəlsəfi düşüncə sistemi-

ni, türk ədəbiyyatını və s. mənimsəmədən, onun tarixi-fəlsəfi mahiyyətinə varmadan 

heç vaxt türkçülüyün bütün türklər üçün hansı əhəmiyyət kəsb etməsini də, dərk edə 

bilmərik. 

Türkiyə, Azərbaycan və başqa türk ellərindəki türkçülük ideyası istər XIX əsrdə, 

istərsə  də  XX  əsrin  əvvəllərində,  əsasən  eyni  mahiyyət  daşımış,  dövrün  çağdaş 

tələbləri  ilə  uzlaşmağı  da  nəzərə  almaqla  inkişaf  etmişdir.  Bu  baxımdan  həmin 

dövrdə Türkiyə, Azərbaycan və b. türk ellərində yaşayan aydınlardan İ.Şinasi, Ə.Vefik, 

Ə.Cevdət, A.A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabi, H.Nigari, Ş.C.Əfqani, İ.Qaspıralı, 

H.Tunalı,  Ə.Hüseynzadə,  Ə.Ağaoğlu,  Z.Gökalp,  Ə.Topçubaşov,  Y.Akçuraoğlu, 

N.Yusifbəyli, M.Ə.Rəsulzadə, M.Kamal Atatürk və b. islamçılıq və türkçülük uğrunda 

mübarizə aparmışlar. 

Ümumilikdə, türkçülük üç mərhələdən: 1) mədəni türkçülük (dil, tarix, ədəbiyyat 

və s. sahələrdə türkçülük); 2) siyasi-ideoloji türkçülük (türk birliyi, turan birliyi və s.); 

3) milli-etnik türkçülük (Türkiyə türkçülüyü, Azərbaycan türkçülüyü, Krım türkçülüyü, 

Türküstan türkçülüyü və s.) keçmişdir.

 THE ESSENCE OF TURKISM IN COMMON-TURKISH 

LITERARY AND PHILOSOPHICAL SENSE

Abstract

The essence and occuring of Turkism in common-turkish literary and philosop-

hical sense had studied in this article. The Turkism had occured as a common idea 

on basis language, culture and family-roots of turks settled in large geographical 

* AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutu böyük elmi işcisi




374

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



area (Turkustan, Ural-Altay, Kcrim-Gazan, Caucasian-Azerbaijan, Anadolu and etc.) 

In other words this idea had formated from common turkish thought and system of 

turkish thinking. In generally turkism had passed three stage: 1 cultural turkism (lan-

guage, literature, history) 2. political-ideologiacal Turkism (Turk uniti,Turan unity) 3. 

National-etnik or relistic Turkism (Turkism in Turkey, Turkism in Azerbaijan, Turkism 

in Turkustan)

Cultural  turkism  had  apperaed  separatly  in  other  turkish  countries  in  its  first 

period but although to this it had aim general turkish culture and literary. But late 

representatives of political-ideological turkism had fighted for Turk uniti and Turan 

unity. In second stage national-etnik turkism could pass from utopian turk unity to 

real  national  turkish  states  and  had  been  founded  independedd  turkish  states  as 

Turkey (Turkey turkism) and Azerbaijan (Azerbaijan turkism). 

A-GIRIŞ

Qədim dövrlərdən eyni tarixi, mədəniyyəti, soykökü, dili, dini inancları və s. pay-

laşan Türkiyə, Azərbaycan, Krım, Quzey, Türküstan və b. türklərinin XIX əsrin ikinci 

yarısından etibarən türkçülük ideyasının yaranmasında, inkişafında və formalaşma-

sında bərabər iştirak etmələri təbii bir proses olmuşdur. Coğrafi baxımdan böyük 

bir ərazidə (Türküstan, Ural-Altay, Krım-Qazan, Qafqaz-Azərbaycan, Anadolu və b.) 

məskunlaşmış türklərin ortaq ideyalardan çıxış etməsinin ən başlıca amilləri kimi 

soykök, dil, mədəniyyət, bir sözlə türk birliyini, o cümlədən böyük əksəriyyətinin 

inam gətirdyiyi islamı göstərə bilərik. Əslində bu ideyalar, hər hansı türk elindən 

yaranmasından  asılı  olmayaraq  vahid  türk  təfəkküründən,  türk  inancından,  türk 

düşüncə sistemindən və s. qaynaqlanmışdır. 

Qeyd edək ki, bütövlükdə türkçülük üç mərhələdən: 1) mədəni türkçülük (dil, 

ədəbiyyat,  tarix  və  s.  sahələrdə  türkçülük);  2)  siyasi-ideoloji  türkçülük  (Türk  bir-

liyi,  Turan  birliyi  və  s.);  3)  milli-etnik,  yaxud  realist  türkçülük  (Türkiyə  türkçülüyü, 

Azərbaycan türkçülüyü, Türküstan türkçülüyü və s.) keçmişdir.

Türkçülüyün  yaranmasına  başlıca  səbəb  XVIII  əsrdən  başlayaraq  müsəlman 

dövlətlərinin,  o  cümlədən  Osmanlı  və  Səfəvilər  kimi  türk  imperiyalarının  Avropa 

dövlətləri ilə müqayisədə elm və təhsil, texnoloji və başqa sahələrdə geri qalması, 

get-gedə tənəzzülə uğraması idi. 19-cu əsrdən etibarən türk ziyalıları bundan çı-

xış yolu axtarmağa başlamış və belə nəticəyə gəlmişlər ki, tənəzzüldən qurtulmaq 

üçün yalnız Avropa mədəniyyətini, texnologiyasını təqlid və s. yetərli ola bilməz. 

Bu baxımdan, onlar bir millət üçün vacib olan soykök, dil, mədəniyyət, tarix və s. 

məsələləri tədqiq etməyə başlamış, bununla da türkçülüyün ibtidasını, yəni mədəni 

türkçülüyün  əsasını  qoymuşlar.  Mədəni  türkçülük  ilk  dövrlərdə,  bütün  türk  coğ-

rafiyasında  bir-birindən  xəbərsiz  şəkildə  yaransa  da,  çox  keçmədən  ümumtürk 

mədəniyyətini, ədəbiyyatını, dilini və s. hədəfləmişdi. Beləliklə, ilk öncə türk coğra-

fiyasını özündə əhatə edən mədəni türkçülük – «Türk birliyi», hətta «Turan birliyi» 

meydana çıxmışdı.



B-MƏDƏNI TÜRKÇÜLÜK

Mədəni  türkçülük  XIX  əsrin  ikinci  yarısından  başlayaraq,  eyni  vaxtda  Türkiyə, 

Azərbaycan  və  başqa  türk  ellərində  yaranmışdı.  Həmin  dövrdə  Osmanlı  İmperi-

yası türklərin çoxluq təşkil etdiyi və hakim millət olduğu bir dövlət olduğu üçün, 

mədəni  türkçülüyün  əsas  oyanış  mərkəzlərindən  biri  olmuşdu.  İlk  dönəmlərdə 

türkçülər Avropa mədəniyyətinin təsiri altında daha çox milli mədəniyyətdə, mil-




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə