I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə147/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   143   144   145   146   147   148   149   150   ...   159

370

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

Seyid  Nigari  burada  Əminə  xanımla  evlənir  və  Siracəddin  adlı  bir  oğlu  dünyaya 

gəlir.  Lakin  Siracəddinin  doğum  tarixi  ilə  bağlı  zidiyyətli  fikirlər  vardır.  Qarabağ-

la  bərabər  bir  müddət  Qazax  mahalında  Xanlıqlar  kəndindədə  yaşayan  şair  bu-

rada  da  ətrafına  xeyli  müridlər  toplamışdır.  Seyid  Nigaridə  bir  çox  nəqşibəndi 

təriqqətinin nümayəndələri kimi XIX əsr rus istilasına qarşı mübarizəyə qoşulmuş-

dur.  Bu  mübarizədə  iştirak  edən  Qafqazın  igid  oğulları  haqqında  öz  əsərlərində 

qeydlər  etmişdir.    Burada  təqiblərə  məruz  qalan  şair  yenidən  Anadoluya  gedir. 

1853-ci ildə baş vermiş Krım müharibəsi zamanı  Qarsa gedən şair Osmanlı ordu-

sunun tərkibində ruslara qarşı vuruşur. Krım müharibəsindən sonra şair Ərzurumda 

3 il dərs verir. Ümumilikdə 1851-ci ildən 1867-ci ilə qədər müxtəlif zamanlara şair 

Ərzurum və İstanbulda yaşayır  və söhbətləri ilə tezliklə daha çox şöhrət qazanır.  

Şair Qarabağa gedərək Xanımını və oğlunuda öz ilə Türkiyəyə gətirir. 1867-ci ildə 

ailəsi ilə birlikdə  Amasiyanın Mərzifon şəhərinə gəlir və burada yaşamağa başlayır. 

Lakin şairin artan nüfuzu getdikcə narahatlıq yaradır və buna görədə Seyid Nigari 

ailəsi ilə birlikdə 1885-ci ildə Samsuna gedir, ordanda Harput şəhərinə köç edərək 

ömrünün sonuna qədər burada yaşamışdır. 

Mənbələrdə qeyd olunur ki, Seyid Nigari 1885-ci il, 29 iyulda yəni Məhərrəm ayı-

nın 13-də vəfat etmişdir. Seyid Nigarinin öz vəsiyyəti ilə onu Amasyada dəfn edirlər. 

Şairin cənazəsi Harputdan Amasiyaya  gətrilərkən havanın isti olmasına və yolun 

uzunluğuna  baxmayaraq  nəşinə  heç  bir  şey  olmamıs,  hər  kəsi  heyrələtləndirmiş 

və onun övlüya olması ilə bağlı rəvayətlər yayılmışdır. Seyid Nigarinin dəfn edildiyi 

yerdə 1894-cü ildə Şirvanlı məscidi tikilmişdir. Bu məscid Türkiyədə Azəri məscidi 

olaraq tanınmaqdadır.

Mir Həmzə Nigarinin Yaradıcılığı:

Seyid Nigarinin yaradıcılığında Divanları xüsusi önəm daşımaqdadır. Həmçinin 

Seyid Nigari şeirlərində daha çox Füzuli və Nəbatinin təsiri hiss edilməkdədir. Şair, 

dərin bir lirizmlə ilahi eşqi özünə xas bir ustalıqla ifadə edir və şeirlərinin bir çoxu 

musiqiyə  uyğun  ritmlə  yazılmışdır.  Nigari,  XIX  əsrdə  həm  Azərbaycanda  həm  də 

Anadoluda  yaradıcılığı  ilə  seçilən  şairlərdən  olmuşdur.  Nigarinin    heca  vəzniylə 

yazdığı  şeirlərinin  bəziləri  xalq  dilinə  yaxın  olmaqla  bərabər  həmçinin  təsəvvüfi  

məzmunlarla da zəngindir. Özündən həqiqi bir Haqq aşiqi olaraq bəhs edən şair, 

şeirlərində XVI əsrin məşhur şairi Fizulinin üslubundan istifadə etmişdir. Eyni za-

manda bir çox tədqiqatçıların fikrinə görə şairin əsərləri türk ədəbiyyatının böyük 

şairi Yunis Əmrə (1238-1320) p��tik fikirləri ilə də müqayisə �luna bilər.

Seyid Nigarinin yaradıclığının əsasını təkşil edən Divanlarından biri  Türkcə Di-

vanıdır. Bu Divan 1884-cü ildə İstanbulda,  1908-ci ildə isə Tiflisdə çap olunmuşdur. 

Divana 642 qəzəl, yüz on doqquz rübai, qırx doqquz qitə, 28 bəndlik tərkibbənd 

şəklində yazılmış bir saqinamə, 19 bəndlik başqa bir tərkibbənd, 18 tərcibənd, 5 

qəsidə, 3 müstəzad, Füzulinin qəzəllərinə yazılmış 5 təxmis, 49 ədəd heca vəzniylə 

yazılmış şeir və “Çaynamə” adlı bir məsnəvidən ibarətdir. Digər bir divanı isə farsca 

divanıdır. 1911-ci ildə İstanbulda çap olunmuşdur. Şairin “Nigarnamə” məsnəvisi İs-

tanbulda 1877-ci ildə çap edilmişdir. Əsər məsnəvi janrında yazılmışdır. Şair əsərdə 

özünün  yuxudaykən  məna  aləmində  gördüyü  Nigara  aşiq  olduğunu  dilə  gətirir. 

Onun ülvi məhəbbət duyğuları ilə döyünən qəlbi mənəvi məclislərdə aşiq və ariflərlə 

eşq haqqında söhbət edərək nəhayət məşuqunu tapmaq ümidiylə səyahətə çıxar.  

Əsər allegorik bir tərzdə qələmə alınmışdır. Orta əsrlər Türk məsnəvilərində və Füzu-



371

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

linin “Leyli və Məcnun”unda olduğu kimi məsnəvi arasına qəzəllər yerləşdirilmişdir. 

Mir Həmzə Nigarinin məsnəvi janrında yazılmış digər əsəri isə Çaynamə adlı 521 

beytlik bir əsəridir. Təsəvvüfi bir əsər olan “Çaynamə” klassik məsnəvilərdə olduğu 

kimi tövhid, münacat və nət ilə başlayır, sonra Seyid İsmayıl Siracəddin Şirvanidən 

bəhs edir. Bu əsər də alleqorik səciyyə daşıyır. Həmçinin içində Qarabağın dilbər 

guşələrinin təsvir də verilmişdir.

Seyid  Nigarinin  öz  mənəvi  həyatını  əks  etdirən  bir  Mənaqıbının  olduğu  da 

məlumdur.

Seyid Nigari, yuxarıda da qeyd etdiyimiz kimi XIX əsrdə iki dildə iki Divan tərtib 

edən  məşhur  şairlərdəndir.  Mənbələrin  verdiyi  məlumata  görə  Nigari,    təriqətə 

girənə qədər şeir yazmamışdır. Nəqşibəndiyyə təriqətinə girəndən sonra o, həm 

klassik tərzdə əruz vəzniylə, həm də heca vəzniylə şeirlər yazmağa başlamışdır. Ni-

garinin şeirlərindəki coşqunluq və lirizm onu qısa vaxtda məşhurlaşdırmış, qəzəlləri, 

heca vəzniylə yazdığı şeirlər təkcə müridləri arasında deyil, geniş xalq kütlələri ara-

sında da çox bəyənilib əzbərlənmişdir. 

Gənc  yaşında  vətənindən  ayrılmağa,  doğma  yurdunu  tərk  etməyə  məcbur 

olan  şair,  şeirlərində  vətən  mövzusu,  ana  yurda  sevgi  duyğuları  qabarıq  nəzərə 

çarpır. Şair, qürbət ağrısından, rusların zülmündən də bəhs edərək vətənini, onun 

gözəlliklərini,  doğma  kəndini,  gözəl  Qarabağını,  buradaki  çayları,  dağları,  xülasə 

hər şeyi məhəbbətlə yad edir  

Nə əcəb dövlət imiş seyri-şikari-Qarabağ,

Nə gözəl nemət imiş söhbəti-yari-Qarabağ.

Rəşki-mişk ənbər imiş buyi-qubari-Qarabağ,

Abi-heyvan imiş ənhari-bukari-Qarabağ.

Gövsəri-tubi imiş cayi-cinari-Qarabağ,

Aləmi-cənnət imiş dar - diyari-Qarabağ.

İmdi bildim nə imiş vəsfi həzari-Qarabağ,

Yeridir ki, cəkərəm ah və zari, Qarabağ.

Dağlayıbdır məni bir laləuzari-Qarabağ,

Yandırıbdır məni bir nari-Nigari-Qarabağ.

İstifadə olunmuş ədəbiyyat

1. Mir Həmzə Seyid Nigari, Nigarnamə Bakı 2012

2. Pərvanə Bayram. Qarabağlı Seyid Mir Həmzə Nigarinin həyatı, yaradıcılığı və türkcə divanının poetik 

strukturu, Bakı - 2008

3. Mehmet Rıhtım. Qarabağın bülbülü, Həmzə Nigari Qarabaği, “İrfan”, 2005 aprel-may-iyun

4. Mehmet Rıhtım, Fariz Xəlilli. Mövlanə İsmayıl Siracəddin Şirvani




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə