I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə149/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   145   146   147   148   149   150   151   152   ...   159

375

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

li  dilə  və  milli  tarixə  meyil  göstərirdilər.  Məsələn,  İbrahim  Şinasi  və  Ziya  Paşa  ilk 

dəfə fars və ərəb dili ilə qarışıq türkcədən uzaq bir türkcədə şeirlər, mənzumələr 

yazmaqla, dil və ədəbiyyatda türkçülüyün ilk cizgilərini ortaya qoymuşlar. Molye-

rin komediyalarını böyük ustalıqla türkcəyə tərcümə edən Əhməd Vefik Paşa isə 

«Ləhceyi-Osmani» sözlüyündə şüurlu şəkildə türkçülüyə meyil etmiş, yalnız dildə 

türkçlüklə kifayətlənməmiş, tarixdə türkçülüklə də uğraşmışdır (Gökalp, 1991, 26). 

Sonuncu məsələ ilə bağlı daha çox maraqlanan Mustafa Cəlalədddin Paşa isə Qərb 

mədəniyyəti tərzində yazmağa çalışdığı «Əski və yeni türklər» əsərində yalnız türk 

tarixinə  deyil,  türk  etimologiyası  və  siyasətinə  də  nəzər  yetirmişdir  (Akçuraoğlu, 

2010, 43-48). Süleyman Paşa isə Cəlaləddin Paşadan da bir qədər qabağa gedərək 

«Tarixi-Aləm»» kitabının girişində qeyd edirdi ki, indiyədək Avropada türk milləti, 

türk tarixi, türk dili, türk mədəniyyəti və s. haqqında yazılanlar həqiqətdən uzaq 

olmuşdur.  Onun  fikrincə,  Osmanlı  ölkəsində  işlədilən  «Osmanlı»  deyimi  yalnız 

dövlətin adıdır, millətin adı və dili isə türkdür. 

Azərbaycanda  mədəni  türkçülüyün  meydana  çıxması,  Türkiyədə  olduğu  kimi 

yeniləşmənin, maarifçiliyin və ilkin islama qayıtmanın təsiri altında XIX əsrin ikinci yarı-

sında başlamışdır. Fikrimizcə, XIX əsrdə A.A.Bakıxanov, M.Kazımbəy, M.F.Axundzadə, 

H.Zərdabi  və  b.  mədəni  türkçülüyün  Azərbaycanda  ilk  nümayəndələri  olmuşlar. 

Çar  Rusiyasının  Azərbaycan  türklərinin  soykökünü,  dilini,  mədəniyyətini,  tarixini 

saxtalaşdırmaq niyyətini ilk dəfə A.A.Bakıxanov anlamış və millətini gözləyən bö-

yük təhlükəni, yəni milli mənşəyin, dilin və mədəniyyətin assimilyasiya edilməsini 

görərək  «Gülüstani-İrəm»  adlı  milli  ruhlu  tarixi  əsərini  yazmışdır.  O,  açıq  şəkildə 

göstərir  ki,  yalnız  «Tarix»  vasitəsilə  hər  bir  xalq  etnoqrafiyasını,  adət-ənənələrini, 

milli xüsusiyyətlərini öyrənir və keçmişi haqqında məlumat əldə edir (Bakıxanov, 

1951,  11).  Azərbaycan  xalqının  milli  oyanışında  A.A.Bakıxanov  millətin  «Tarix»ini 

yazmaqla bir yol, cığır açmışdırsa, eyni məqsədə xidmət edən işləri Mirzə Kazım 

bəy Azərbaycan türk ədəbi dilinin, eyni zamanda ümumtürk tarixinin, fəlsəfəsinin 

və s. tədqiqi sahəsində davam etdirmişdir. Mirzə Kazım bəy birinci növbədə Ru-

siyanın əsarəti altında yaşayan türk-tatarların, o cümlədən Azərbaycan türklərinin 

şivəsini-«Azərbaycan ləhcəsi»ni tədqiq etmişdir. 

M.F.Axundzadə  isə  türk  dilində  komediyalar  yazmaqla  Azərbaycan  türklərinin 

onlara  məxsus  dilinin  formalaşması,  bu  dildə  ədəbiyyatın  yaranması,  şagirdlərin 

bu dildə təhsil alması haqqında və s. fikirləşmiş, başqa sözlə bu əsərlərində xalqı-

nı  maarifləndirmək,  tərbiyələndirmək,  cəhalətdən  xilas  etmək,  mədəni  millətlər 

səviyyəsinə qaldırmaq və bu kimi maarifçi niyyətlər güdmüşdür. Türkcə yazdığı ko-

mediyalar və povestindən sonra Axundzadənin yeni əlifba layihəsini ortaya atması 

heç də təsadüfi deyildi, əksinə başladığı milli işlərinin davamı idi. Çünki Azərbaycan 

türklərinə məxsus ədəbi türk dilinin forma-laşmasında və türk dilində ədəbiyyatın ya-

ranmasında fəal iştirak edən Axundzadənin bundan sonra, ərəb əlifbasında dəyişiklik 

etmək fikrinə düşməsi, tamamilə məntiqə uyğundur. Bununla yanaşı, M.F.Axundzadə 

ilk  dəfə  Qərb  mədəniyyətinə-fəlsəfəsinə  aid  bir  sıra  anlayışları  («liberalizm»,  «de-

mokratiya», «parlament» və s.) şərh etmiş, eyni zamanda Avropa dəyərlərinin islam 

Şərqi  ölkələrində  də  tətbiq  olunmasının  zəruriliyini  gös-tərmişdir.  M.F.Axundzadə 

Azərbaycan türk millətinin ziyalıları arasında ilk dəfə «millət» sözünü fəlsəfi-ideoloji 

mənada işlətmiş, milli kimliyi əks etdirən «millət»lə dini mənadakı «millət»-«ümmət» 

anlayışlarını bir-birindən fərqləndirmişdir (Axundzadə, 2005, 128). 

Ancaq M.F.Axundzadədən fərqli olaraq H.B.Zərdabi «millət» dedikdə, konkret 

Qafqaz-Azərbaycan  türklərini  nəzərdə  tutmuş,  bununla  da  Azərbaycan  türkçlü-




376

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

yünün  yaranmasında  və  inkişafında  daha  daha  gerçəkçi  olmuşdur.  Ümumilikdə, 

H.Zərdabinin  Qafqaz  müsəlmanlarının-türklərinin  maariflənməsi,  oyanışı  və  milli 

birliyi uğrunda apardığı mübarizə iki başlıca amilə: 1) Azərbaycan türklərinin millət 

kimi  formalaşmasına,  yəni  siyasi-ideoloji  mənada  milli  birliyin-millətin  yaranma-

sına; 2) Qafqaz müsəlmanları arasında, başda türklər olmaqla milli birliyin yaran-

ması yolunda islamın müsbət rol oynaya bilməsi işinə xidmət etmişdir. Fikrimizcə, 

bu  iki  məsələ  -  millətin  formalaşması  və  milli  birliyin  yaranmasında  islamın  rolu 

Zərdabinin  yaradıcılığında  vəhdət  təşkil  etmişdir.  Bu  mənada  Zərdabinin  «İs-

lam  birliyi»  -  «İttihadi-islam»  ideyası  daha  çox  Azərbaycan  xalqının,  Azərbaycan 

müsəlmanlarının timsalında mühüm əhəmiyyət kəsb etmişdir (Zərdabi, 2005, 315). 

Zərdabi  qeyd  edir  ki,  müsəlman  xalqların  qərb  millətlərindən  geridə  qalmasının 

başlıca səbəblərindən biri də, onlardan fərqli olaraq milli birliyin, ittifaqın olmama-

sıdır (Zərdabi, 2005, 449). 

XIX  əsrin  ikinci  yarısında  mədəni  türkçülüyü  canlı  bir  timsal  kimi  XX  əsrin 

əvvəllərinə  daşıyan  H.Zərdabi  bu  dövrdə  nəşr  olunan  «Kaspi»,  «Həyat»  və  b. 

qəzetlərdə dil birliyi, din birliyi, milli cəmiyyətin yaranması və s. milli-dini məsələlərlə 

bağlı çıxış etmişdir. Zərdabi qeyd edirdi ki, hər bir millətin əsas dirəkləri, millət ol-

mağına səbəb dil və din-məzhəbdir. Bunlardan birisi əldən getsə millətin beli sınar, 

ikisi də getsə millət başqa millətlərə qarışar və yox olar. Bu dövrdə Zərdabinin «din 

birliyi» ilə yanaşı, «dil birliyi»ndən bəhs etməsi və bu məsələyə aid ayrıca məqalə 

həsr  etməsi  artıq  «ümmət»çilikdən  «millət»ə  bir  keçid  idi.  Deməli,  H.Zərdabi 

Ə.Hüseynzadə, Ə.Ağaoğlu, M.Ə.Rəsulzadə və başqalarından öncə türkçü olmuş və 

mədəni türkçülüyə xidmət etmişdir. 

C-SIYASI-IDEOLOJI TÜRKÇÜLÜK

XX əsrin əvvəllərində, xüsusilə 1900-1910-cu illərdə türkçülük ikinci mərhələyə 

- siyasi-ideoloji türkçülüyə qədəm qoymuşdu. Artıq XIX əsrin ikinci yarısından fərqli 

olaraq,  XX  əsrin  əvvəllərində  türkçülüyün  davaçıları  bu  ideya  uğrunda  Türkiyə, 

Azərbaycanda,  Krımda,  Tatarıstanda,  Orta  Asiyada  və  b.  türk  ellərində,  eləcə  də 

türk  coğrafiyasından  kənarda  -  Misirdə,  Əfqanıstanda,  Fransada  və  b.  ölkələrdə 

mübarizə aparır, onu bütün türklərin əsas ideyalarından biri kimi qəbul edirdilər. 

Bu  mənada  siyasi-ideoloji  türkçülük  bütün  türk  xalqlarının  siyasi  birliyini,  ən  azı 

mənəvi-ideoloji birliyini hədəfləmişdi.

XX  əvvəllərində  siyasi-ideoloji  türkçülüyün  ilk  ideoloqu  Quzey  türklərindən 

Yusif Akçuraoğlu olmuşdur. «Üç tərzi-siyasət» əsərində, siyasi türkçülüyün nəzəri 

əsaslarını işləyib hazırlayan Y.Akçuraoğlu qeyd edirdi ki, irq üzərinə dayalı bir türk 

siyasi milliyyəti meydana gətirmək fikri çox yenidir. «Nə olursa olsun, irqə dayalı bir 

siyasi milliyyət icadı fikri meyvələrini verir» deyən Yusif bəy açıq şəkildə «Osmanlı 

milləti» ideyasını rədd edir və əsas diqqəti türkçülüyə (türk birliyinə) və islamçılığa 

(islam birliyinə) yönəldirdi. Bunlar arasında hansına üstünlük verilməsi məsələsində 

müəyyən qədər tərəddüdlərinə baxmayaraq, Yusif bəy sonda belə qənaətə gəlir ki, 

bir çox səbəblərdən türk dünyası, o cümlədən Osmanlı Türkiyəsi üçün də (xristian 

dövlətlərinin islam birliyini istəməməsi, ancaq Rusiya əleyhinə türk birliyinə tərəfdar 

olması və s.) islam birliyi ilə müqayisədə türk birliyi daha realdır (Akçuraoğlu, 2010, 

192). O, bu zaman siyasi-ideoloji mənada «türk birliyi»ni ümumi şəkildə götürmüş, 

bütün türk xalqlarının siyasi birliyindən bəhs etmişdi. 

Azərbaycan  türk  mütəfəkkiri  Əhməd  Ağaoğlu  da  islamçılıqla  yanaşı,  siya-

si  türkçülərdən  hesab  olunur.  Belə  ki,  o,  XX  əsrin  əvvəllərində  Türkiyədə  «Gənc 




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə