I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə150/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   146   147   148   149   150   151   152   153   ...   159

377

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

türklərin»  türkçülük  uğrunda  apardıqları  mübarizəni  müdafiə  etmiş,  yalnız  iki 

məsələdə:  1)  Avropa  ideyalarını  ifrat  şəkildə  təqlid  etdiklərinə;  2)  islamçılığın  və 

tüklçülüyün  elmi  nəzəriyyəsi  yaranmadan  siyasiləşdirdiklərinə,  yəni  siyasi  partiya 

halına gətirdiklərinə görə onlarla razılaşmamışdı (Ağaoğlu, 2007, 33). 

Y.Akçuraoğlu  və  Ə.Ağaoğlu  kimi,  ilk  siyasi-ideoloji  türkçülərdən  biri  də 

Əli  bəy  Hüseynzadə  olmuşdur.  Fikrimizcə,  bir  çox  ziyalıların  da  təsdiqlədiyi 

kimi  Ə.Hüseynzadə  də  əsil  milliyyətçilik,  siyasi  türkçülük  fəaliyyəti  Türkiyədən 

Azərbaycana  dönüşündən  sonra,  yəni  Rusiya-Yaponiya  müharibəsi  ərəfəsində 

meydana çıxmışdır. Hələ, Ə.Hüseynzadə 1904-cü ildə «Türk» qəzetinə göndərdiyi 

«Məktubi-məxsus»  məqaləsində,  bəzi  istisnaları  nəzərə  almasaq,  bütövlükdə 

Y.Akçuraoğlunun «Üç tərzi-siyasət» əsərindəki «osmançılıq, islamçılıq və tükçülük» 

ideolojisi  ilə  razılaşdığına  işarə  etmişdir.  Belə  ki,  Ə.Hüseynzadə  də  Y.Akçuraoğlu 

kimi «osmanlı milləti» ideyasını rədd edərək, əsas diqqətin islamçılıq və türkçülük 

üzərində cəmləşdirmiş, yeni ideyanın islam və türk anlayışları ətrafında yaranmasını 

vacib saymışdır (Hüseynzadə, 2007, 30). Bu dövrdə Ə.Hüseynzadə mədəni cəhətdən 

islamı və türklüyü bütöv şəkildə gördüyünü ifadə etsə də, siyasi cəhətdən hər bir 

türk millətinin milli kimliklərini (türklüklərini) və dinlərini (islamlıqlarını) tanımları-

nı, bilmələrini də vacib saymışdır (Hüseynzadə, 2007, 30-31). 1905-1907-ci inqilab 

illərində və sonralar isə Ə.Hüseynzadənin yaradıcılığında nəzəri-fəlsəfi xarakter da-

şıyan «türkləşmək, islamlaşmaq və avropalaşmaq» kimi «üçlü» düsturu mühüm yer 

tutmuşdur. O, «osmanlı türkçülüyü»nü Azərbaycan türkləri arasında aparılan rus-

laşdırma və farslaşdırma siyasətinə qarşı qoymuşdur. Bu baxımdan onun «osmanlı 

türkçülüyü»  ideyası  «üçlü»  düsturunun  tərkib  hissəsindən  başqa  bir  şey  deyildi. 

Çünki bütün hallarda, onun bu «üçlü» düsturundan sonralar, xüsusilə 1910-1920-ci 

illərdə bütün türk millətləri, o cümlədən Azərbaycan türkləri (M.Ə.Rəsulzadə və b.) 

və Türkiyə türkləri (Z.Gökalp və b.) eyni dərəcədə yararlanmışdır.



D-MILLI-ETNIK TÜRKÇÜLÜK

Fikrimizcə,  siyasi-ideoloji  türkçülüyün  davamı  olan  etnik-milli  türkçülük  bü-

tün  türk  ellərində,  o  cümlədən  Azərbaycan  və  Türkiyədə  1910-cu  illərin  ortala-

rında meydana çıxmışdı. Bəs etnik-milli türkçülük nə deməkdir? Fikrimizcə, bu ilk 

növbədə türk dünyasının ayrı-ayrı bölgələrində yaşayan türk xalqlarının müstəqil 

dövlət  yaratmaları  ilə  bağlı  olmuşdu.  Yəni,  etnik-milli  türkçülük  bir  növ  xəyali 

ümumtürk  birliyindən,  turan  ideyasından  kənara  çıxaraq,  daha  konkret  xarak-

ter  almış  (Azərbaycan  türkçülüyü,  Türkiyə  türkçülüyü  və  s.),  bununla  da  ayrı-ayrı 

türk dövlətlərinin yarana bilməsini hədəfləmişdi. Hətta bunun nəticəsi olaraq, çox 

keçmədən Azərbaycan Cümhuriyyəti və Türkiyə  Cümhuriyyəti kimi  müstəqil  türk 

dövlətləri yaranmışdı. Şübhəsiz, türkçülüyün sonuncu mərhələsi kimi qiymətləndirə 

biləcəyimiz etnik-milli türkçülüyün ən tanınmış nümayəndələri isə Türkiyədə Ziya 

Kökalp,  Azərbaycanda  isə  Məhəmməd  Əmin  Rəsulzadə  olmuşdur.  İlk  dəfə  onlar 

müstəqil  türk  dövlətlərinin  yarana  bilməsi  fikri  ilə  çıxış  etmiş  və  bunu,  müdafiə 

etmişlər. 

Türkiyədə  etnik-milli,  müstəqil  türkçülük  ideologiyasının  əsas  ideoloqu 

Ziya  Gökalp  yazır  ki,  bir  vaxtlar  islamçılıq  ideologiyasının  müsəlman  xalqlarının 

müstəqilliklərini  təmin  edəcəyi,  müstəmləkə  vəziyyətindən  xilas  olacaqları  düşü-

nülürdü. Təcrübə isə göstərdi ki, islamçılıq müsəlman dünyasında milli ideologiya-

nın meydana gəlməsinə maneçilik törədir. Milli özünüdərk prosesinin ləngiməsi isə 

xalqların öz müstəqil dövlətlərinin yaratması fikrinə sipər çəkmək deməkdir. Məhz 



378

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

belə  bir  dövrdə  türkçülük  ideologiyası  ön  plana  keçir.  Z.Göyalpa  görə,  türkçülər 

siyasətdə  xalqçı,  yəni  müstəqil,  demokratik  türk  dövlətlərinin  yaranmasının, 

mədəniyyətdə isə türkçü, türk birliyinin olmasının tərəfdarıdırlar: «Türkçülük siyasi 

bir partiya deyildir, elmi, fəlsəfi, estetik bir məktəbdir, başqa bir deyimlə, kültürlə 

bağlı bir çalışma və yeniləşmə yoludur. Bu səbəbdəndir ki, türkçülük indiyə qədər 

bir partiya şəklində siyasi mübarizə meydanına atılmadı, bundan sonra da, şübhəsiz 

atılmayacaqdır. Bununla birlikdə, türkçülük büsbütün siyasi ülkülərə (məfkurələrə) 

də biganə qalmır. Ona görə ki, türk kültürü digər ülkülər ilə birlikdə siyasi ülkülərə 

də malikdir» (Gökalp, 1991, 132).

Qeyd edək ki, bu dövrdə Z.Gökalpın dərin təhlil edib təkmilləşdirdiyi «türkçülük» 

ideyasının M.Ə.Rəsulzadəyə böyük təsiri olmuşdu. Z.Gökalpın «Türk millətindənəm, 

islam  ümmətindənəm,  Qərb  mədəniyyətindənəm»  şəklində  irəli  sürdüyü  şüarı 

türkçülük, xalqçılıq vəzifələri üzərində təşəkkül edən «Müsavat»ın proqramına sa-

lan  Rəsulzadə,  bununla  da  Azərbaycanda  etnik-milli  türkçülüyün  təməl  daşlarını 

qoymuşdu. Bunu, «Açıq söz» qəzetinin ilk sayında nəşr olunan «Tutacağımız yol» 

(1915) məqaləsində M.Ə.Rəsulzadə açıq şəkildə ifadə etmiş,  etnik-milli  türkçülü-

yün əsas prinsiplərini göstərmişdir. Onun fikrincə, etnik-milli türkçülüyün əsas idealı 

millətin müstəqil varlığıdır ki, 20-ci əsr də milliyyət əsri olduğuna görə, Azərbaycan 

türkləri bir milliyyət olaraq meydana çıxmalıdır. 

Onun fikrinə görə, hər bir milliyyət, millət azad yaşayıb da, tərəqqi edə bilmək 

üçün üç əsasa: 1) dil; 2) din; 3) zaman-müasirliyə istinad etmək məcburiyyətindədir. 

Milliyyətin birinci əsası dildir ki, dili türk olan bu xalqın etnik mənsubiyyəti də türk-

dür: «Dilcə - biz türküz, türklük milliyyətimizdir» (Hüseynov, 2007, 101). Milliyyətin 

ikinci  əsası  isə  dindir:  «Dincə  -  müsəlmanız.  Hər  bir  din  ona  inananları  arasında 

məxsusi bir yeniləşmə vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət 

səbəbi  təşkil  edir.  Müsəlman  olduğumuz  üçün  biz  türklər  beynəlmiləliyyəti-

islamiyyəyə daxiliz» (Hüseynov, 2007, 102). Milliyyətin varlığının üçüncü əsası isə 

zamandır-müasirləşməkdir: «Zamanca da - biz texnikanın, elm və fənnin möcüzələr 

yaradan bir dövründəyiz» (Hüseynov, 2007, 102). O sonda belə bir nəticəyə gəlir: 

«Demək  ki,  sağlam,  mətin  və  oyanıq  məfkurəli  bir  milliyyət  vücuduna  çalışmaq 

istərsək ki, zaman bunu tələb ediyor - mütləqə üç əsasa sarılmalıyız: türkləşmək, 

islamlaşmaq və müasirləşmək. İştə millətimizin ictimai həyatının islahı üçün üzərinə 

dayandığımız üç payeyi-mədəniyyət!» (Hüseynov, 2007, 102). Azərbaycan türkçü-

lüyü ideyasının müəllifi Rəsulzadə və onun silahdaşları müstəqil Azərbaycan türk 

milləti, Azərbaycan türk dili və s. ilə bağlı nəzəri ideyalarını 1918-ci ilin mayın 28-də 

qurulan Azərbaycan Cümhuriyyətinin dilinin və millətinin adını türk olaraq əməli 

şəkildə müəyyənləşdirməklə, bu məsələyə son nöqtəni qoymuş oldular. Bununla da 

Azərbaycan türkçülüyü öz rəsmi ifadəsini milli və müstəqil Azərbaycan ideyasında-

Azərbaycan Cümhuriyyətində tapmış oldu. 

1920-ci  ilin  əvvəllərində  də  M.Ə.Rəsulzadə  hesab  edirdi  ki,  müstəqil  türk 

dövlətlərinin yaranması Türk-Turan birliyini parçlamır, əksinə Azərbaycan turançıları 

bunu siyasi bir fəlsəfə kimi qəbul edərək qurduqları milli siyasi partiyanın prinsipi 

elan  ediblər.  Bu  siyasi  fəlsəfəyə  görə,  bütün  müsəlmanları  «İslam  birliyi»  altında 

birləşdirmək mümkün deyilsə, ancaq bütün türklər öz aralarında böyük dünya fe-

derasiyasına nümunə olmaq üzrə bir federasiya yarada bilərlər: «Yeni Turan, mədəni 

birlik  üzərində  təsis  edilib  ancaq  gələcək  birər  Türk  hökumətlərinin  federasyonu 

şəklində təsəvvür oluna bilər. Azərbaycan da bu gələcək Turan silsiləsinin mühüm 

bir halqasıdır» (Rəsulzadə, 1990, 36).




Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   146   147   148   149   150   151   152   153   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə