I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə158/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   151   152   153   154   155   156   157   158   159

397

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya



Laçın şəhəri 

1822-ci  ildə  Qarabağ  xanlığı  ləğv  olunana  qədər  Laçın  rayonunun  ərazisi,  o 

cümlədən CiCimli kəndi də həmin xanlığın tərkibində olmuşdur. Xanlıq ləğv olu-

nandan  sonra  ərazidə  eyni  adlı  əyalət  yaradılır.  Çarizmin  müstəmləkə  əsarətinə 

qarşı yerlərdə baş verən narazılıqları və üsyanları görən Çar höküməti komendant 

üsul-idarə sisteminin ləğvi və yeni inzibati idarə üsulu haqqında fərman verir. 1840-

cı il 10 aprel tarixli fərmana əsasən Qarabağ əyaləti Şuşa qəzasına çevrilir. 1868-ci 

ildə  Gəncə  quberniyası  yaranan  zaman  Şuşa  qəzası  yeni  yaranmış  quberniyanın 

tərkibinə  daxil  olur.  1874-cu  ildən  sonra  Quberniyanın  tərkibində  yeni  bir  qəza– 

Zəngəzur qəzası yaradılır (7, 43). Laçın rayonunun ərazisi həmin qəzanın tərkibinə 

daxil olur. Bu cür inzibati bölgü 1921-ci ilə qədər mövcud olmuşdur. 

1921-ci  ildə  Ermənistan  SSR  yaradılanda  tarixi  Qarabağın  xeyli  hissəsi 

(Zəngəzurun xeyli hissəsi) Ermənistana verilmişdi. 1923-cü ildə Qarabağın dağlıq 

hissəsinə muxtariyyat verildi. Bura Cavanşir qəzası, Şuşa və Cəbrayıl qəzalarının dağ-

lıq hissələri daxil edilmişdi. Lakin, elə həmin il DQMV-nin təşkili ilə əlaqədar olaraq 

Şuşa Qəzası ləğv olunur və onun əvəzində Ağdam qəzası təşkil olunur. Mərkəzdən 

ucqarda olmaqla, geniş bir ərazini əhatə edən Qubadlı, Laçın və Kəlbəcər torpaqla-

rının vahid qəza kimi birləşməsi məsələsi ortaya çıxır.

Ermənistana verilməsi vəd edilmiş– tarixi Azərbaycan torpaqları olan Qara-bağ 

və Zəngəzurun bütünlüklə Ermənistana birləşdirilməsini asanlaşdırmaq məqsədilə 

yeni  planlar  cızılır.  Beləliklə,  ehtiyac  olmamasına  baxmayaraq  Zəngəzur  qəzasını 

parçalayıb ərazinin bir hissəsində Kürdüstan qəzasının yaradılması məsələsi ortaya 

atılır. 1923-cü il avqust ayının 6-da Qubadlı qəzasının Şimal və Cavanşir qəzasının 

qərb hissəsində Kürdüstan qəzasının təşkil edilməsinə dair Azərbaycan SSR Mərkəzi 

İcraiyyə  Komitəsində  qərar qəbul  olunur.  (8,  27)  Qəza  mərkəzi  əvvəlcə  Pircahan, 

sonra isə Minkənd təsdiq edilmişdir. Lakin qəza mərkəzi müba-hisə doğurduğun-

dan idarələr müvəqqəti olaraq Şuşa şəhərində yerləşdirilmişdir.

1924-cü ilin əvvəllərindən qəzanın mərkəzi Laçın şəhəri müəyyənləşdirilir. 

Beləliklə 1924-cü ildən Laçın şəhərinin bünövrəsi qoyulur. Tikinti hələ qurtar-

mamış Laçın hər yerdə şəhər kimi tanınırdı. 1929-cu il aprelin 8-də qəzalar ləğv 

olunur. Laçın şəhəri 1930-cu ildən Laçın rayonunun mərkəzi elan edilir (2, 10). 

Buradan, bu inzibati ərazi bölgüsündın aydın olur ki, Seyid Mir Həmzə Nigari 

Zəngəzur qəzasının indiki Laçın rayonunun Cicimli kəndində anadan olmuşdur.

Cicimli kəndi Zəngəzur qəzasının Laçın rayonunda, rayon mərkəzindən 30 km. 

cənubda, həkəri çayından 12 km qərb istiqamətdə yerləşir. Əhalisi 1992-ci il üçün 

600 nəfər idi. Kənd Şimaldan Ermənistanın (Zəngəzurun) Goruş rayonunun Xinzirək, 

Şərqdən Qornidzor kəndləri, cənubi şərqdən Qayğı qəsəbəsi və Malxələf kəndləri, 

cənubdan Qazıdərəsi, Rəfi, Bayramuşağı və Qərbdən isə Qubadlı rayonunun ərazisi 

ilə həmsərhəddir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıq, bağçılıq, tərəvəzçilik və 

taxılçılıq  olmuşdu.  Kənddə  orta  və  ibtidai  məktəb,  kinoqurğu  müəssisəsi,  rabitə 

şöbəsi, tibb məntəqəsi, klub, kitabxana vardı. 

Cicimli kəndi əslində iki yaşayış məntəqəsindən ibarətdir- aşağı Cicimli, yuxarı 

Cicimli.  Aşağı  Cicimlinin  ilk  adı  Ağalıq  Cicimli  olubdur.  Kəndin  adı  haqqında  bir 

neçə rəvayət var: Deyilənə görə kənd yuxarı Cicimlidəki Cicim ocağı adlanan qəbir-

pirin adı ilə adlanmışdır. Digər bir rəvayətə görə kənd ərazisindən Zəngəzur-Salvartı 

dağlarına yaylağa gedən köçdən bir qız xəstələnir. Onun dağa aparmağın müm-

kün olmadığını görən atası övladını kənddən keçərkən pirin yaxınlığında bir nəfərə 



398

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

əmanət edir. El dağdan qayıdanda xəstə övladının sağ-salamat görən qız uşağının 

sahibi bu yaxşılığa cavab olaraq ev sahibinə deyir Cicim olasan. Elə o vaxtlardan da 

kəndin Adı Cicimli adlandırılmışdır. İndi də Naxçıvanın Şahbuz rayonu yaxınlığında 

ki, dağ yaylaqlarında Cici yurdu deyilən yer də var.

Cicimli  kəndi  ulu  keçmişlərdən  bugünki  nəslə  yadigar  qalmış  ən  qiymətli 

abidələri  ilə  də  zəngindir.  Kəndə  məxsus  inzibati  ərazidə  dəmir  dövrünə  aid 

«Qız qəbri» kurqanı, orta əsrlərə aid olan «Çobandaş»abidəsi, XI-XIV əsrlərə aid 

Məlikəcdər türbəsi, XVII-XVIII əssrlərə aid olan türbələr, XIX əsrə aid Olan məscid, 

kaha və çəvliklər kənd ərazisindəidi. Bu abidələr qədim tariximizdən xəbər

 

Cicimli kəndində- Məlik-Əjdər türbəsi (XII-XIV əsr).

verən nadir memarlıq nümunələridir. 

Abi-dələrin tikilmə tarixi dəqiq məlum 

deyil. Məsələn rəvayətlərin birində de-

yilir ki, Səlahəddin Əyyubi yüz illik Səlib 

müharibəsini  məğlub  etdikdən  sonra 

Qafqazda  xristianlarla  müharibələr  za-

manı  böyük  qəhrəmanlıq  göstərmiş 

sərkərdələrdən  Məlik  və  Əjdərin 

şərəfinə bu türbələr tikilmişdir. Nankor 

ermənilər  abidələrin  üstündəki  yazıları 

qaşımış,  abidələrin xeyli Daş  kitabələri 

çıxarıb  aparmışlar.  Bunlara  baxmaya-

raq abidələrin bizə gəlib çatanları tariximixin qəhrəmanlaq səhifələrindən, müdrik 

keçmişindən xəbər verir.

Bu yerlərin müdrik qocaları Şah İsmayılın Gəcəvə yolu ilə İrəvan çökək-liyinə 

gedərkən  həmin  abidələrdə  gecələdiyindən,  abidədən  bir  qədər  aralıda  tikimiş 

(ermənilərin hələ hadisələrdən əvvəl iki dəfə partlatdıqları) Lələ abidə-sinin qədim 

günbəzinndən danışırlar. Ən maraqlısı budur ki, Yelzevetopol quberniyası Zəngəzur 

qəzasının Bağırbəyli kəndinin sakini Məşədi Qəhrəman bəy Cəbrayıl bəy oğluna 

1911-ci il sentyabrın 4-ü tarixində verilmiş Pasporta (Pasport-naya knijka) (7, 37) 

əsasən tam dəqiqliklə demək olar ki, Yelzevetopol quberniyası Zəngə-zur qəzasının 



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   151   152   153   154   155   156   157   158   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə