I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə23/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   19   20   21   22   23   24   25   26   ...   159

52

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

məcmuələri onun qəlblərdə olan yerini göstərməklə yanaşı demək olar ki, hətta 

islam aləmi üçün unikal əlyazma nümunələrdir. Bölgəyə məxsus  əlyazma əsərlərin 

elmi  sahəsi  nə  olarsa  olsun  hər  birinin  müqəddiməsinin  mütləq  o  həzrətə  həsr 

edilməklə başlaması özləri də birər ziya olan alimlərimizin onun bərəkətindən necə 

mədət umduğunu göstərir.

Həzrət Peyğəmbər eşgi ilə ilə yazılmış qəsidələrdən istər Kaab b. Züheyrin, istərsə 

də İmam Buseyrinin qəsideyi-bürdələri, həmçinin hal-hazırda Zaqatala muzeyində 

saxlanan  Buseyrinin  “həmziyyə”  və  “dürriyyə”  qəsidələri  salavat  və  zikirlər  qədər 

dillər əzbəri olmuşdur. Avamil, Molla Cami kimi dərsliklər və bir çox əlyazma ki-

tabların üst və alt qapaqları bürdə qəsidələri ilə bəzənmiş, hətta qəbir daşları belə 

qəsidə sətirləri ilə zənginləşdirilmişdir. Məsələn yaxın vaxtlarda Şəki məzarlıqlarında 

tapdığımız Kərimət xanımın qəbir daşı bunun ən gözəl nümunəsidir. İlisu Sultanı 

Danyal Sultanın qızı, eyni zamanda Şeyx Şamilin gəlini Kərimət xanımın bu qəbir 

daşı ikili başdaşı olması ilə unikal bir məzar olmaqla yanaşı, əlavə daşın epiqrafi-

yasında Buseyri qəsidəsindən sətirlərlə bəzənməsi əlbətdə nəzər diqqəti cəlb edir.

III. Vəqflər

Hər  şeydən  əvvəl  qeyd  etmək  lazımdır  ki,  bu  bölgədəki  vəqflərin  əksəriyyəti 

məscid, hücrə su kəmərləri, müxtəlif məzmunlu əsərlər, xüsusəndə misallardan da 

görəcəyimiz  kimi  insan  mənafeyinə  xidmət  edən  hər  şeydir.  Vəqfnamələrdən  və 

bölgə tarixçilərinin məlumatlarından aydın olur ki, bu məscid və hücrələrin böyük 

hissəsi vəqf edilən torpaqlarla, şəxsin və ya ailənin şəxsi mülkünə aid torpağında 

bina tikərək birbaşa insanların istifadəsinə verməsi ilə olmuşdur

*******


Tarixi əhəmiyyətə malik məlumatlardan biridir ki, bölgədə 1820, 1824, 1830 və 

nəhayət  1863  cü  il  üsyanlarının  hamısında  rusların  torpaq  siyasəti  dururdu.  Hər 

bir  islahat  cəhdlərində  insanlar  üsyana  qalxmış  əlindəki  torpaqları  verməmişdir. 

Mülkiyyəti üçün ruslara qarşı belə bir qarşıdurma göstərən bölgə insanı özünün  

mənəvi    dəyərləri  qarşısında  həddidndən  çox  comərd  və  xeyirxahlıq  nümunəsi 

göstərmişdir.

Bölgə ərazisində ən böyük vəqf ərazi Tala məscididir ki, 1700 nəfərin eyni anda 

ibadət edəcəyi möhtəvaya sahibdir. Vəqfnaməsindən məlum olur ki, ərazisi 1828-ci 

ildə Daşdəmir Kuxə tərəfindən vəqfedilmiş ərazidə

********

 Nəqşi şeyhi Talalı Əhməd 

Əfəndinin (1839-1903) başçılığı və Tala camaatının yardımları ilə tikilmişdir.

Eyni  zamanda  Balakən  mərkəz  məscidi  Hallac  Məhəmməd  oğlu  Leko

********

 

tərəfindən  vəqf  edilmiş  böyük  bir  ərazidə  tikilmişdir.    Məscid  ərazisi  haqqında 



söylənən əhvalat bu işin bir tövbə mahiyyəti daşıdığından xəbər verir. Belə ki, bölgə 

insanın xristiyanlaşdırılmasında hər şeydən ümidini kəsən çar canişi

********

 Halacoğul-

larından bir neçə nəfəri Peterburqa apararaq onlara xristiyan təmayülləri öyrədib 

******* 


 Qax rayonu Suskan kəndi məscidinə aid vəqfnamə kimi sənədlər bunu göstərir.

******** 

 Vəqfiyyə sənədində belə deyilir: “... Daşdəmir Koxə bu torpağı satın aldıqdan sonra şəri qaydada 

səhih vəqflə vəqf etdi.Bundan sonra o satıla bilməz, mirasyolu ilə  verilə bilməz, rehin qoyula bilməz. Bunu 

eşitdikdən  sonra kim onu dəyişdirərsə günahı onu dəyişdirənlərindir . 

******** 

 Bax: Məscidin sol giriş qapısının üstündə divara yerləşdirilmiş daş kitabədə belə qey edilmişdir: 

Bu hasara alınmış torpağı Halac Məhəmməd oğlu  Leko məscid, hücrə və qəbrlər üçün vəqf etdi. ” 

******** 

  Çar  Rusiyasının  bölgənin  xristiyanlaşdırma  siyasətində  kəndlər  talan  edildi,  meyvə  ağacları  

kəsilərək insanlar ac qoyuldu,  Knyaz Voronsov öz əlləri ilə zorla uşaqları xaç suyuna çəlmək istədi, Yer-

molov həc qadağası gətirdi. Balakən mərkəzində insanlara zorla din dəyişdirmə mərasimi təşkil etdilərsə 

də bunların heç biri nəticə vermədi. Bunlar baş tumadığını görən ruslar çara tabe olmaları üçün insanları 

məscidlərdə Qurana and içdirdilər. Bu və bu kimi hallar  və planlar heç biribölgə insanını dəyişdirə bilmədi.




53

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

bölgəyə qaytarma işinə əl atdı. Maraqlısı budur ki, çar canişininin bu planı da baş 

tutmadı və onlar Allah qarşısında  ancaq belə bir xetriyyə işi ilə tövbəkar ola bilərdi. 

Bölgədə xeyriyyəçiliyin bir nümunəsi də ətraf-bayır, dağ-daş hər tərəfdə ən çox 

gözə dəyən meyvə ağacının tut ağacı olmasıdır. Sədəqə ağacı kimi baxılan bu ağa-

cın meyvəsinin satılması günah hesab edilmişdir. Bu da yəqin ki, insan da içində 

olmaqla bahara çıxmış canlıların ilk qovuşduqları ən şirin meyvə olmasıdır. İndiki 

yaşlı nəslin dilində: “Tut bazara çıxıbsa qiyamət yaxınlaşıbdır” deyərək zehin dünya-

sındakı təəssüflərini bəyan etmələri bunun ən gözəl isbatıdır. 



IV. Xalqın mübarizə əzmi

Yad  ünsürlərə,  xüsusilə  də  rusların  xristianlaşdırma  siyasətinə  qarşı  bölgə 

xalqının  mübarizə  əzmi  nümunəvi  xarakter  daşıyır.  Çünki  o  dövrlərdə  bölgənin 

müstəqilliyi üçün sinə gərmiş bölgə insanı hələ o vaxtlar bir-başa Azərbaycanın bu 

günki müstəqilliyinə xidmət etmişdirlər. Bunun bir çox nümunəsi vardır ki onlardan 

bəziləri aşağıdakı kimidir; 

Bölgənin rus çarlığına tabeçilik siyasətinin ən fəal canişini Qraf Paskeviç, qıra 

bilmədiği mübarizə əzmi və tabeçilik siyasətinin baş tutmaması qarşısında müxtəlif 

üsullara  əl  atmağa  başladı.  O,  I  Nikalaya  sədaqət  andı  hazırlarkən  əhdnamə 

mətnini “Müqəddəs Qurana Allah qarşısında and içirəm” sözlərilə yekunlaşdırmışdır. 

Andiçmə və ya yemin mərasiminin də məhz məsciddə yerinə yetirilməsini planlaşdı-

ran Paskeviçin bütün hesabları bölgə insanının qıra bilmədiyi mənəvi dəyərlərindən 

sui-istifadə idi.

********


 

Bölgə insanı ilə başara bilməyən ruslar başqa bir siyasətə əl ataraq möminlərin 

həc  ziyarətinə  qadağalar  gətirməyə  başladı.  Belə  ki,  çarın  bölgədəki  ən  qəddar 

nümayəndəsi general Yermolov çara məktub yazaraq ondan belə tələb etdi:

Möhtərəm  əlahəzrət!  Müsəlman  əyalətin  sakinləri  Məkkə  ziyarətinə  gedirlər. 

Türkiyədəki  işlərin  indiki  vəziyyətini  nəzərə  alaraq  bunun  qadağan  edilməsini 

düşünürəm ki, xeyirli olardı. Həc ziyarətindən qayıdanlar nəinki özləri ilə müxtəlif 

şayiələr gətirir, habelə türklərin xristianlarla pis münasibətinin şahidi olurlar. Sultanı 

öz xəlifələri hesab edərək onun qüdrətinə daha çox inanırlar... ”

********


 

Məktuba cavab verən çar I Aleksand isə:

  “İmperator  həzrətləri  müsəlman  əyalətlərinin  sakinlərinin  müəyyən  müddətə 

Məkkə  ziyarətinə  getmələrinə  qadağa  qoyulmasını  lazım  bilmişdir...”  deyərək  həcc 

ziyarətini qadağan etmişdir ki,

********

 bu 1822-ci ildən 1905-ci ilə qədər davam etmiş, 

1905-ci ildə isə Azərbaycan Xalq Cumhuriyyətinin görkəmli şəxsiyyətlərindən Aslan 

bəy Qardaşovun Varantsovla apardığı danışıqlarla qadağa nisbətən götürülmüş 50 

yaş üstü olanlara həcc icazəsi verilmişdir.

********


  

Bölgədə Qunta Hacının sufizm hərəkatı 1860-cı illərdə şimali qafqazda geniş 

vüsət almış bir təriqət qolu olmuşdur. Zaqatala dairəsinin yerli əhalisi bunu “caz-

ba”  adlandırırdı.  Qunta  Hacı  50  min  müridinə  “silah  gəzdirməyin!  öldürməyin!” 

******** 

 АБПР, ф, �ПБ ф. Г�а�н�  а��и� 1-7 �п.. 6, 1829, д. 1, � 23-25  �б (n�д�инни�). Rusiyaın 

qafqazşünas alimləri tərəfindən tədqiq edilən sənədin əsli hələ elmi dövriyyəyə cəlb edilməmişdir. Bax: 

Soltanov Cahangir, “Zaqatalanın tarixi-siyasi həyatının müəyyən dövrlərində İslam faktoru”, Bakı İslam Uni-

versiteti Zaqatala Şöbəsi Elmi Məcmuəsi, No 3-2008, s 179-dan nəqlən.

******** 

 Bax: Əlavələr 1.

******** 

 Bax: Əlavələr 2.

******** 

 Daha geniş bax: Soltanov, e.a.ə., s 182. 



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə