I beynəlxalq həMZƏ Nİgari



Yüklə 3,3 Mb.
Pdf görüntüsü
səhifə22/159
tarix06.02.2018
ölçüsü3,3 Mb.
#26689
1   ...   18   19   20   21   22   23   24   25   ...   159

50

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

rada irfan yolunun ən böyük mənəvi dayağı olmuş, irəlidə də qeyd ediləcəyi kimi 

bir çoxları tərəfindən   qibtə ilə izlənmişdir.

İctimai-sosial həyatda bunun təzahürləri bir neçə sahədə şaxələnmişdir ki, onlar 

haqqında aşağıdakıları sadalamaq olar



I. 

Elm-irfan 

Bölgədə  yazı-pozu  məşrəbli  bir  mədəniyyətin  ən  yüksək  səviyyədə  olduğu 

diqqəti daha çox cəlb edir. Bununla bağlı əlyazma əsərlər o dövrün açıq sübutudur. 

İslam hüququ /fiqh sahəsində, Molla Şaban Silbani, Şaban Əfəndi Masexi, Yunus 

Əfəndi İbn Əhməd Qımıri, Murad Əfəndi ibn Əhməd Qımıri və s. kmi alimlər orjinal 

fiqh əsərlər yazmaqla yanaşı bir sıra məşhur elmi əsərlərin də əlyazma nüsxələrini 

yazaraq tədrisi ilə məşğul olmuşdurlar. 

Astronomiya və ya nücum elmində Hafiz Qurban Əfəndi əl-Meşləşi dərin elmi 

ilə bu sahənin piri olmuş onun “علم النجوم/elmi-nücum” əsəri bizə elə gəlir ki, 

bürclər haqqında söz haqqına sahib ümumən islam aləmində yeganə elm adamı-

dırBölgədə,  elmdə ən böyük nailiyyətlərdən biri Məntiq elmi sahəsində olmuşdur 

ki,  Aristotel məntiqinə giriş üçün xııı əsrdə Əbhəri tərəfindən yazılmış türk aləminin 

məşhur  İsağuci əsərinin əlyazmalarının burada geniş tədrisi diqqəti xüsusilə cəlb 

edir.  Məhəmməd Vəli əl-Cari, Məhəmməd ibn Şaban kimi alimlər bu elmin tədrisi 

ilə məşğul olmaqla yanaşı bu sahədə orjinal əsər də qələmə almışdırlar.

Xəttatlıq  sənəti  əlyazmalar  arasında  xüsusi  diqqəti  cəlb  edir.  İstər  əlyazmalar 

istər daş kitabələr, üslubu və gözəl təsvir nümunəsi kimi qonşu bölgələr arasın-

da diqqəti cəlb edəcək qədər seçilir. Abdussalam ibn Abdullah əl-Masexi, Məcdi 

Əfəndi Masexi və Hafiz Qurban Əfəndi gözəl xəttattlıq nümunələri göstərmişlərsə 

də Tala məscidi imamı olmuş Şaban Əfəndinin əl yazıları onlar arasında xüsusi se-

çilir.

Bölgədə ərəb, fars və türk dili , xüsusilədə sərf və nəhv elmi yüksək səviyyədə 



tədris  edilmişdir.  Bununla  yanaşı  dil  fəlsəfəsi  sahəsində  orjinal  əsərlər  təlif  edil-

mişdir. Zaqatala Diyarşünaslıq Muzeyinə məxsus “Divanul-Məmnun” əsəri bunun 

ən gözəl nümunəsidir. Car mədrəsəsində bölgə alimlərindən dil və məntiq elmini 

necə öyrəndiyini böyük fəxrlə qeyd edən müəllif Həsən Əfəndi Kurəvi əd-Dağıstani 

nəzm əsəri tərtib edərkən üç dildən də ustalıqla istifadə etmişdir.

Bütün  bu  sadalananlar  göstərir  ki,  sufizm  kimi  güclü  bir  məktəb  həyatın  hər 

sahəsində  dərin  təsir  dairəsilə  təşəkkül  tapmışdır.  Bu  məktəb  bölgədə  o  gədər 

güclü  təlim  yolu  keçmişdi  ki,  məşhur  qafqazşünas,  dilçi  rus  alimi  Pyotr  Karloviç 

Uslar  yazırdı:  “Əgər  xalqın  savadlılıq  dərəcəsi  dini  məktəb  nisbətində  götürülərsə, 

onda Qafqazın bu hissəsi avropanın maariflənmiş xalqlarını çoxdan arxada qoymuş 

olar”.

***

  

Bu elmi potensiala görədir ki, məşhur rus şərqşünası Bartold bölgə haqqında 



deyirdi ki: “Heç bir qeyri-ərəb ölkəsində ərəb dili və ədəbiyyatı xx əsrin ortalarınadək 

bu  cür  tam  canlılığını  saxlamamışdır.”

****


  Kraçkovski  isə  belə  qeyd  edir  “İslam 

mədəniyyəti Qafqazda özünəməxsus nümunə kimi şıxış etmişdir.

*****


Qeyd edək ki, bölgənin maarifçiliyi rusları o qədər heyrətə salırdı ki, onlar din 

*** Габуниа,  Г�н��а� ���а� и �а��а���и� ����и, �. 24, ��� �а��а�а, No 1. 1992

�н��а� ���а� и �а��а���и� ����и, �. 24, ��� �а��а�а, No 1. 1992

****  В. Ба�т��д,  �а���тан, ���ин�ни�, �. 417-418, t. 3. M. 1963.

�а���тан, ���ин�ни�, �. 417-418, t. 3. M. 1963.

*****  И. Ю. ��а������и�, ���ин�ни�, �. 571-616,  t. 6, M. �.  1960. 

��а������и�, ���ин�ни�, �. 571-616,  t. 6, M. �.  1960. 



51

I BEYNƏLXALQ HƏMZƏ NİGARİ SİMPOZİUMU | Amasiya

adamlarını, “инт�����нтн�� ���ш�нни�и / intellektual din adamları” adlandırırdılar.

Bölgə insanını özünə ram etməkdən aciz qalan rus siyasəti şairin dediyi kimi 

“ələ  gəlməzsə  əgər  sevdiyimiz  /  nə  çarə  əldəkini  sevməliyiz”  mövqeyindən  çıxış 

edərək  bəzi  “xidmətlər”  göstərməyə  məcbur  olmuşdur.  Nəticədə  burada  tədris 

edilən  bəzi  kitabların  Peterburqda  çap  edilməsi  qərarına  qəlmişdirlər.  Dağıstanlı 

alim Mirzə Məhəmməd Xanın başçılığı altında bəzi kitabların çapına icazə verildi 

ki, bu kitablar ancaq məntiq və ərəd dili (sərf və nəhv) kitablarından ibarət olub 

digərlərinə icazə verilmirdi.



II.  Örf və adətlər

Mahmudiyyə nəqşi qolunun mənəvi irsi ictimaiyyətdə, o qədər dərin köklərə 

sahib  olmuşdur  ki,  indi  də  bölgənin  milli-mənəvi  dəyərlərinin  əsasını  təşkil  edir. 

Bunun başında Peyğəmbər sevgisi ilə taclanan örf-adət və ənənələr gəlir ki, bunun 

ən gözəl nümunəsi bu gündə xalq arasında davam edən  “mövlud mərasimləri”dir. 

Hər  işinin  peyğəmbər  bərəkəti  ilə  olmasını  arzulayan  insanımız,  övladını  vətənə 

xidmət üçün əsgərliyə yola salarkən, xidmətdən qayıdarkən, toy edərkən, təzə evə 

köçərkən və sair kimi əlamətdar işlərini mövlud məclisləri ilə qeyd edir.

Şimal –qərb bölgəsində xüsusilə də Zaqatala rayonu bir digər adı ilə bu gündə 

“qızılgüllər diyarı” adlanır ki, bu heç də təsadüfi deyil. Çünki islamın ən güclü yaşan-

dığı sufizm, müridizm məktəbində  gızılgül Həzrət Peyğəmbərin simvolu olmuş gü-

lün öz ətrini Peyğəmbərin tərindən aldığıma inanılmışdır. Bölgədə istisnasız hər bir 

həyət bacada gızılgül yetişdirilməsi, gül yağı və ya gül suyundan istifadə edərkən 

salavatlar gətirilməsi Peyğəmbər sevgisini baştacı etmiş köklü bir ənənədir.

Əhali arasında Əhməd, Mahmud, Məhəmməd, Mustafa kimi Həzrət Peyğəmbərin 

dörd adı ən çox görülən adlardır. Anadoluda “Mehmətçik” forması  adı kimi, burada 

da Mahoma və Muhma adlarından xeyli istifadə edilmiş olması ona olan sevginin 

təzahürüdür. Bu adət isə ümumiyyətlə islam aləmində nadir görülən, Peyğəmbər 

adının əziz tutulduğunu göstərən bir sevgi nümunəsidir. 

Çar canişinlərinin amansız təzyiqləri, təhqirləri, qadağaları və hətta meyvə ağac-

larını belə kəsərək insanları ac qoymalarına baxmayaraq yüz ilə yaxın səbrlə qurtu-

luş gününü gözləyən bölgə insanı dini arqumentlər, xüsusilə də sufizm sayəsində 

hər cür təhlükəyə qarşı mərdliklə sinə gərmişdirlər. Qeyd etmək lazımdır ki, “Kəhf 

cüzü ənənəsi” bölgəyə xas və geniş yayılmış bir adətdir. Qurani Kərimdən sadəcə 

kəhf surəsini ayrı cüzlər şəklində,  həm də gözəl xəttatlıq nümunəsi əksetdirməklə 

yazaraq məscidlər və hücrələrdə cümə axşamları və cümə günləri böyük bir ibadət 

eşgi ilə oxumuşlar. İslam aləmində yeganə adətdir ki, o da bu bölgəyə  məxsus olub 

və hələ də davam etməkdədir. Şafei məzhəbində cümənin mənduplarından olsa da, 

bunun vacib bir ibadət halına gəlməsi sırf rus zülmünə qarşı Allahın inayəti ümid 

edilmişdir. Məlumdur ki, bu Həzrət Peyğəmbər əlryhissalamın hədisi-şərifində kəhf 

oxuyanın dəccalın fitnəsindən -dövrün bəlasından- azad olacağı müjdəsinə

******


 da-

yanan bir ənənəyə çevrilmişdir. Bu meyarda həmçinin bölgəyə xas nümunədir ki, 

əlyazma Qurani-Kərim kitablarında məhz kəhf surəsinin başlanğıc və son səhifələri 

təhzib üsulu ilə bəzədilmişdir. 

Qəlbində  iman,  dilində  zikir  əksik  olmayan  bölgə  insanının  gündəlik  zikir  və 

virdlərini təşkil edən xüsusi salavat formaları, rastladığımız xüsusi əlyazma salavat 

****** Buxari, Mənaqib, 25; Tirmizi, Fitən, 59.



Yüklə 3,3 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   159




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə