3
Ön sÖz əvəzİ
Bismilləhir-rahmənir-rahim
Şahidlik edirəm ki, Allahdan başqa ilah, İslamdan qeyri din,
Həzrət Muhəmməddən (
salləllahu aleyhi və səlləm) sonra pey
ğəmbər yoxdur. HaqqTəala həzrətlərinə sonsuz həmdsənalar,
Rəsuluna, onun mübarək əhlibeytinə, əsha bına, arxasınca ge dən
lərə saysız salavat və salamlar olsun!
AllahTəala ilk insanı torpaqdan, sonrakıları bildiyimiz şey
dən yaradaraq yer üzünü bizlərə beşik qıldı.
“O, yer üzünü sizin
üçün bir beşik etdi və doğru gedəsiniz deyə, orada sizin üçün
yollar meydana gətirdi” (
əz-Zuxruf, 10)
.
İnsan yaranandan “İnsan nə üçün yarandı” sualına ca vab ax
tarmaqdadır. Haqq sual elmin, batil sual elmsizliyin ni şa nəsi dir.
Əslində, Adəmoğlu “İnsan nə üçün yarandı?” deyil, “İnsan kim
üçün yaradıldı?” şəklində sual qoyma lı dır. Əgər o bu suala cavab
taparsa, nə üçün yarandığı, haradan gəlib, haraya getdiyi kimi
suallara da aydınlıq gətirmiş ola caqdır.
“Ey Adəm övladı! Hər
şeyi sənin üçün, səni də Özüm üçün yaratdım” Qüdsihədisi də
bunu təsdiqlə mək dədir. Durum bu olduqda, bizi Xəlq edənin istə
diyini istə mək, istəmə di yini də istəməmək yaradılışımızın qayə
sini, təyinatını təşkil edir. Çünki yalnız Ona məxsusuq, ancaq
Onun üçünük. Bu zaman da haradan gəlib haraya getdi yi miz də
məchul qal mır.
Ondan gəlmişik, Ona gedirik.
AllahTəala həzrətlərinin istədiyi, bircə kəlmə ilə desək,
Axi rətdir. Dünyanın Onun qatında heç bir dəyəri yoxdur. İnsan
bu ilahi istəyə uyğunlaşarsa, öz dünya həyatının məna sını tapmış
olur. Mənalı ömrün mükafatı isə hədisdə ifadə edilən “Hər şey”dir.
Aydındır ki, hər şey, yəni bildiyimiz, bilmədiyimiz və tükənməz,
əbədi olan bütün nemətlər ancaq Behiştdədir. Yalnız Behişt əhli
hər şeyə şahid və sahib ola caqdır.
4
“Beşikdən behiştə” kitabı HaqqTəala həzrətlərinin izni və
lütfü ilə, elmlənmək və ondan da çox paklanmaq istəyənlər üçün
yazıldı. Zatən beşik pak və məsum məxluqlar, yəni tövbə qun
dağına bürünərək anadan yenicə doğulmuş kimi təmiz olanlar
üçündür və Behişt əhli də məhz onlardır.
Kitabda AllahTəalanın gerçək qulları “necə olmalıdır” yox,
“necə olublar” prinsipi ilə hərəkət edərək öyrənilən elmi deyil, ya
şanan elmi oxucuların nəzərinə çatdırmaq istədik. Bu düşün cəylə
beşikdən Behiştə aparan Haqq yol yolçularının yaşadığı halları
topladıq və bəzən qafiyəli, bəzən də qafiyəsiz olaraq söhbət ləri
mizi həmin hallar üzərində qurduq. Əslində, kitabın həqiqi müəl
lifi məhz onlar, yəni fikir və fəzilətlərindən bolbol faydalandı ğı
mız Allah dostlarıdır. Könül əhlindən Əli Havas Berlisi həzrətləri
buyurdu ki: “Bir kimsə öz elmi dərəcəsini bil mək istərsə, – bir
yəqin halıyla, şəksiz olaraq – hafizəsində daşı dığı hər sözü sahi
binə buraxsın. Bundan sonra elminə baxsın. Özündə nə bulursa,
elmi o qədərdir. Sanıram ki, bundan sonra onda çox az bir bilgi
qalar ki, bununla da ona alim adı veril məz”. İbn Ata həzrətləri isə
tələbələrinin: “Nə etməli, nə söyləmə li yik?” sualına bu cavabı
verdi: “Ən yaxşı iş edilmiş, ən yaxşı elm söy lə nilmişdir”. O halda
indiyə
qədər edilməmiş bir işi etmə, söylən məyən sözü söyləmə”.
Biz Uca Rəbbimizdən tovfiq diləyərək acizanə bir cəhddə
bulunduq. Umuruq ki, bu cəhdimiz, kitabda adı
və sözü keçən din
böyüklərimizin xəstə qəlblərə dərman, zəif könüllərə qüvvət ola
biləcək hal və hekayətlərindən, örnək yaşayışlarından verdiyi miz
cüzi misallar oxucunu bu mübarək zatlar barəsində yazılmış,
yaxud o zatların yazdığı əsərlərlə tanışlığa sövq edər. Onların
hikmətlə dolu deyim və davranışları “siratin müstəqim”in, yəni
Allahdan Allaha aparan yeganə doğru yolun yolçusu olmaq istə
yənlər üçün,
gerçəkdən, əvəzsiz mənbədir.
HaqqTəala həzrətləri qəlbimizi xəyanətdən, qələmimizi xəta
dan qorusun! Çünki onun rizasını qazanmaqdan başqa niyyə ti miz
yoxdur. Uca Rəbbimiz lütf və ehsanda bulunaraq, bu kitabın oxu
cularını da, bizi də Öz rəhmətiylə bağışlayıb həqiqi qullarının
sırasına qəbul eyləsin. Amin!