5
ÜMUMİ FƏSİL
“Bİz İnSAnA YoLU göSTƏrDİk”
( əl-İnsan, 3)
U
zandıqca uzanan, ucaldıqca ucalan ucsuz-
bucaqsız bir yol üstəyik. Önü görünməsə də,
sonu sezilməsə də, bu yolun əvvəli məlum, axırı
bəlli. “Əvvəl odur, Axır odur” ( əl-Hədid, 3) .
Bu yol Allahdan başlar, Allahda bitər. Ondan gəldik,
ona gedirik.
Hər şey iki, hər kəs qoşa,
Tək olana cüt gedirik.
Əlli yaşa, ya yüz yaşa,
Yenə ağzı süd gedirik.
Ha keçsək də öndən sona,
Getmədəyik Ondan Ona.
Ha girsək də dondan-dona,
Lüt gəlmişik, lüt gedirik.
Əvvəlimiz bir az palçıq,
Axırımız ondan artıq.
Yol açıqdan daha açıq,
Biz tünddən də tünd gedirik.
Zatən hər kəs – anlayan da, anlamayan da, diləyən də,
di ləməyən də, inanan da, inanmayan da bu yoldadır. “Ha
mı nız ona dönəcəksiniz. Allahın vədi haqdır” ( Yunus, 4) .
Fəqət Allaha iki cür gedilər: 1) Ona doğru; 2) Ona qarşı.
6
Haqdan Haqqa getməyən yox,
Yaman gedir, yaxşı gedir.
Kimi Ondan Ona doğru,
Kimi Ona qarşı gedir.
Düz gedənlər behişt əhli,
Tərs gedənlər atəş əhli.
Çoxu alış-veriş əhli –
Bütün bazar, çarşı gedir.
Hamının eyni yolda görünməsi hər kəsin eyni yolun
yol çusu olmasına dəlalət etməz. İnsanlardan çox azı bunun
fər qindədir. Fərq isə bundan ibarətdir ki, Allahdan Allaha
doğru gedən Onunla və Onun üçün, Allaha qarşı gedən
isə Onsuz və özü üçün yeriməkdədir. Onlara müjdələr, bun-
lara yazıq lar olsun! “kim rəhmanın zikrindən yayınarsa,
ona şeytanı qoşarıq və ona yaxın olar. Və onlar (şey tan
lar), şübhə siz, bunları yoldan çıxarar. Bunlar isə hesab
edər lər ki, həqi qətən, düz yoldadırlar. Və o (şeytana uyan)
Bizə dön düyü zaman (şeytana) deyər: “kaş ki ara mızda
iki məşriq arası qədər məsafə olaydı. Sən nə pis yoldaş
idin” ( əz-Zuxruf, 36-39) . Bəziləri də bəzən Onunla, bəzən
də Onsuz, yəni şeytanla gedər.
Yol birdi, yol əhli qoşa,
Arzu, niyyət amma başqa.
Cahil gənci düşdük başa,
Çox asilər yaşlı gedir.
İlk insan gil, ya torpaqdı,
Sonra beldən-belə axdı.
Qəlb əhlinə yol açıqdı,
Nəfs əhli naşı gedir.
7
İbrət
Yəhya Peyğəmbər (aleyhissəlam) İblisə dedi: “Mənə
Adəmoğlunun təbiətini anlat.” İblis dedi: “Bizə görə insan-
lar üçdü: Birincilər sənin kimidir; günahlardan uzaq dır,
heç bir şeydə onlara gücümüz yetməz. İkincilərə gəlincə,
çocuqlarınızın əlindəki top necədirsə, onlar da bizim əli-
mizdə elədir. Belələrini nəfslərinə buraxırıq, onlara yetər.
Bizə ən zor gələn üçüncülərdir. Bunlardan birinə müsəllət
olar və işimizi onda tamamlarıq. Fəqət o, dərhal tövbə edər
və çalışmamız puça çıxar. Amma yaxasını burax ma rıq. Yenə
bir xeyli çalışar, nəhayət, aldadarıq. Fəqət o, yenə istiğfar
edərək zəhmətimizi heçə endirər. Qısası, bu cür insan lar-
dan nə məmnuq qalarıq, nə də ümid kəsərik”.
Bütövsənmi, qırıqsanmı –
Əslini de, zatını de.
Yaxınsanmı, qıraqsanmı –
Bayırın xoş, batini de.
Süd iləsən, mey iləsən?
Sur iləsən, ney iləsən?
Yer iləsən, göy iləsən –
Qibləni de, qatını de.
Nəcibləsən, nacinsləsən?
Könülləsən, nəfsləsən?
Allahlasan, iblisləsən,
Hər kimləsən, adını de.
Allaha Onunla gedən sapmaz, zəlalətə düşməz. Çünki
Onunla eşidər, Onunla görər. “Sevdiyim qulumun qulağı,
gözü olaram. Mənim rizam olan sözləri eşidər, mənim rizam
olan şeyləri görər”? (Hədisi-qüdsi). Onunla olana Onsuz
olanlar bir zərər verməz. Allah sevdiyinin vəkilidir və O
kimin vəkilidirsə, o kimsəni iki ən təhlükəli düşməninin
şərindən amanda edər. Belə ki, nəfsi ona kölə, şeytanı isə
yardımçı olar.
8
İbrət
Bir gün Şibli həzrətləri sınıq körpüdən keçər kən ayağı
sürüşüb suya düşdü. Çay dərin idi. O anda bir əl uza nıb
onu sahilə çıxartdı. Əlin sahibinə diqqətlə baxaraq onun
şeytan olduğunu gördü və sordu: “Ey məlun, sənin adətin
təpik vurmaqdı, əl tutmaq deyil. Nədən belə etdin?” Şeytan
ciddiyyətlə cavab verdi ki: “Mən təpiyə layiq olanlara
təpik ataram”.
Adəm oğlu, aşiqmisən?
Aşiqsənsə, sadiqmisən?
Aşiq isən, sadiq isən,
Bu lütfə bəs layiqmisən?
Allahla və Allah üçün yolçuluq edən qəribsəməz, tən-
ha lıq, kimsəsizlik duymaz, Rəhmət mələklərinin əhatə sində
irə liləyər. Yolun başlanğıcında sənə elə gələr ki, gedən sən-
sən. Bu yolda addım-addım, qarış-qarış qabağa get dikcə
bir hiss sənə güc gələr: “Əcəba, sənmi bu yolu gedirsən, ya
bu yolmu səni aparır?” Halbuki nə yoldu səni aparan, nə
sən sən onu gedən. Ancaq O, ancaq O vardır, Onunla gedir -
sən, Onun üçün gedirsən və aparan da yalnız Odur. Onunla
olanın kimə ehti yacı var? Onsuz olanın kimi var? “onlar
(Musa və Harun Fironun yanına getmək əmri aldıqda):
“Ey rəbbimiz! Bizə şiddətli cəza verməsindən və ya azğın
laşaraq həd dini aşmasından qorxuruq”, – dedilər.
(Allah) buyurdu: “Qorxmayın, mən də sizinləyəm.
Eşidirəm və görü rəm!” ( Ta ha, 45)
Bu məclisdə kim baqidi,
Yalnız Ondan söhbət olur.
Könül badə, dil saqidi,
Nuş edənə şərbət olur.
9
Haqq susarsa, süqut sayma,
Batil dinsə, sübut sayma.
Sözsüz Haqqı sükut sayma,
Haqsız söz lağ, qeybət olur.
Haqq ərənlər rəqib olmaz,
Rəqibə Haqq nəsib olmaz.
Yurdsuz ərən qərib olmaz,
Ərənsiz yurd qürbət olur.
İbrət
Əbu Bəkr Bərraq həzrətləri rəvayət edir: “Mək kəyə
səfər edirdim. O yolda bir qadın da piyada Həccə gedirdi.
Məndən kim olduğumu sordu. Dedim: “Qəribəm”. Dedi ki:
“Həccə gedirsən, Allah səninlədir. Allah səninlə ikən necə
qərib olursan?”
Qadının bu sözlərindən elə təsirləndim ki, addım at mağa
taqətim qalmadı”.
Soruşmuram, Adəmoğlu,
Əcəmsənmi, ərəbsənmi,
Bu dünyada sorduğum bu:
Yerlisənmi, qəribsənmi?
Qoşul bizə, qərib isən.
Vətən üçün qəribsəsən,
Nə şərqi seç, nə qərbi sən, –
Cənnətdə ev hörübsənmi?
Çünki əhli-iman oldun,
Bu dünyana mehman oldun.
Dərd selinə ümman oldun,
Dağ selləri görübsənmi?
O dünyanı qəlbdən qoyma,
Atəşi var, çox soyuma.
Nə vermisən xalqa, sayma,
Haqqa könül veribsənmi?
Dostları ilə paylaş: |