I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə77/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   73   74   75   76   77   78   79   80   ...   98

Siyasət



983. Siyasət

3158. İmam Əli (ə) :«Mülkün idarəçiliyi siyasətdir.»1

3159. İmam Əli(ə):«Başda oturanların bəlası siyasətdə acizlikdir.»2

3160. İmam Əli (ə):«Gözəl siyasət rəhbərliyin davamiyyətinə səbəb olar.»3

3161. İmam Əli (ə) :«Gözəl siyasət xalqın möhkəmliyinin mənşəyidir.»4

3162. İmam Əli (ə):«Yaxşı tədbir görmək və israfçılıqdan çəkinmək gözəl siyasətdir.»5

3163. İmam Əli (ə):«Pis tədbir tökmək viran olmağın səbəbidir.»6

3164. İmam Əli(ə):«Siyasətin me‘yarı ədalətdir.»7

3165. İmam Əli(ə) :«Mehribanlıq siyasətin başıdır.»8

3166. İmam Əli (ə):«Dözümlü olmaq siyasətin zinətidir.»9


984. Nəfsə hakim olmaq

3167. İmam Əli (ə):«Kim öz nəfsi ilə siyasət apararsa, (onun ağası və rəhbəri olarsa) xalq üzərində də siyasət yürütmək məqamına çatar.»10

3168. İmam Əli(ə):«Öz nəfslərinizlə təqva ilə siyasət aparın və xəstələrinizi sədəqə verməklə müalicə edin.»11

3169. İmam Əli(ə):«Hökmdar öz ordusu ilə siyasətlə davranmazdan əvvəl, özü ilə siyasətlə davranmalıdır.»12

ioooooop

208

Bu günün işini sabaha saxlamaq



985. Bu günün işini sabaha saxlamağın qadağan olması

3170. Allahın Peyğəmbəri (s):«Ey Əbuzər! Arzunun tə‘sirindən bu günün işini sabaha saxlamaqdan ehtiyat et. Çünki sən sabahda yox, bu gündə yaşayırsan. Belə ki, əgər sənin üçün sabah açılarsa, sabah da bu gündə olduğun kimi ol və əgər sənin üçün sabah olmasa, bu günün işində səhlənkarlıq etdiyinə görə peşman olmayasan.»1

3171. İmam Əli (ə) (öz dostlarından birinə məktubundan): «Ömründən sənə nə qalıbsa əldən vermə və «sabah və birigün» demə. Çünki səndən qabaqkılar öz arzularına arxayın olduqlarına və «bu gün-sabah» etdiklərinə görə məhv oldular. Belə ki, Allahın (ölüm) fərmanı bu qafilləri gözlənilmədən haqladı.»2

3172. İmam Əli (ə):«Kimin möhləti başa çatıbsa (əldən verdiyini, ələ gətirmək üçün) möhlət istəyər. Kimə möhlət verilərsə, işi yerinə yetirməkdə «bu gün-sabah» edər.3

3173. İmam Əli (ə):«Əməli olmadan axirətə ümid bəsləyən və uzun arzulara görə tövbəni tə‘xirə salan şəxs kimi olma... onun qarşısına bir şəhvət çıxanda günahı qabağa və tövbəni tə‘xirə salar.»4

3174. İmam Səccad (ə) (duasında): «Ey Allahım! Mənə öz halıma ağlamaqda kömək et. Çünki «bu gün sabah» etməklə arzu və amallarla ömrümü hədərə verib, puç etmişəm və artıq öz xeyrinə, nicatına ümidini itirənlərdən olmuşam.»5

3175. İmam Baqir (ə):«Bu günün işini sabaha saxlamaqdan ehtiyat et, Çünki bu iş elə bir dənizdir ki, insanlar onda batıb məhv olublar.»6

3176. İmam Sadiq (ə):«Tövbəni tə‘xirə salmaq özünü aldatmaqdır və «bu gün-sabah» etmək məəttəl qalmaqdır.»7

ioooooop

209

Bazar



986. Bazarın məzəmmət olunması

3177. Allahın Peyğəmbəri (s):«Bazar bixəbərlik və qəflət sarayıdır. Kim bazarda bir təsbih desə, Allah-taala ona min-min savab yazar.»1

3178. İmam Əli(ə) -Haris Həmdaniyə yazdığı məktubdan- «Bazarların yığıncaq yerlərindən çəkin ki, ora şeytanların toplandığı meydan, fitnə və azğınlıqların yarandığı yerdir.»2

3179. İmam Baqir (ə):«Yer üzünün ən pis yerləri bazarlardır. Bazar şeytanın meydanıdır, sübh tezdən öz bayrağını orada sancıb taxtını qurar və övladlarını hər tərəfə peymanələri (mayelərin ölçü qabı) az verənlərə, ya tərəzini yüngül çəkənlərə və metrədə oğurluq edənlərə, ya malını satmaq üçün yalana əl atana tərəf göndərər. O, öz övladlarına deyər:«Sizin atanız (iblis) hələ sağ olduğu bir halda atası (Həzrəti Adəm) ölmüş kişini aldatmağı sizə tövsiyyə edirəm. İblis bazara girən birinci şəxslə daxil olar və bazarı tərk edən axırıncı şəxs ilə oradan çıxar.»3


987. İmam Əlinin(ə) bazar əhlinə nəsihəti

3180. Əbu Səid:«Əli (ə) bazara daxil olub buyurardı:«Ey bazar əhli! Allahdan qorxun və and içməkdən çəkinin. Çünki and içmək alveri canlandırar, amma bərəkəti aparar. Həqiqətən, qazanc əldə edən və tacir öz ticarətində haqqa riayət etməyincə günahkardır. Vəssəlam!» Sonra gedər və bir neçə gündən sonra yenidən gəlib belə sözlər buyurardı.»4


ioooooop


210

Dişləri fırçalamaq



988. Dişləri fırçalamağa həvəsləndirmə

3181. Allahın Peyğəmbəri (s):«Əgər ümmətimin çətinliyə düşmək qorxusu olmasaydı, onlara hər namazda dişləri fırçalamağı əmr edərdim.»1

3182. Allahın Peyğəmbəri (s) (Əliyə (ə) tövsiyyəsindən): «Hər dəstəmaz alanda, dişləri fırçalamağı sənə tövsiyyə edirəm.»2

3183. Allahın Peyğəmbəri (s) (həmçinin buyurur): «Ey Əli! Sənə dişləri fırçalamağı tövsiyə edirəm. Bacardığın qədər bu işin azalmasına yol vermə. Çünki dişləri fırçalanmış halda qılınan hər namaz, qırx gün dişləri fırçalanmadan qılınan namazlardan üstündür.»3

3184. Allahın Peyğəmbəri (s) :«Dəstəmaz imanın, dişləri fırçalamaq isə dəstəmazın bir hissəsidir.»4

3185. Allahın Peyğəmbəri (s):«Öz ağızlarınızı dişləri fırçalamaqla ətirli edin. Çünki ağızlarınız Qur‘anın keçid yeridir.»5

3186. Allahın Peyğəmbəri (s):«Cəbrayıl daim dişləri fırçalamağı mənə tövsiyyə edərdi. O həddə ki, tezliklə bu işi vacib edəcəyini güman etdim.»6

3187. İmam Sadiq (ə) («Bu məxluqların hamısı insan hökmündədirmisualının cavabında) : « Dişlərini fırçalamayan şəxsləri onların sırasından çıx.»7


989. Dişləri fırçalamağın faydası

3188. Allahın Peyğəmbəri (s):«Dişləri fırçalamaq kişinin gözəl nitq söyləmək qabiliyyətini artırar.»8

3189. İmam Sadiq (ə):«Dişləri fırçalamağın on iki xasiyyəti var: sünnədən olması, ağzı təmizləməsi, gözün nurunu artırması, Rəhman olan Allahı razı etməsi, dişləri ağartması, onların çürüməsinin qarşısını alması, damağı möhkəmlətməsi, iştahı açması, bəlğəmi aparması, hafizəni gücləndirməsi, savabları iki dəfə artırması və mələklərin şad olması.»1

3190. İmam Sadiq (ə):«Sizə dişləri fırçalamağı tövsiyə edirəm. Çünki bu iş qəlbdən vəsvəsəni aparar.»2

3191. İmam Rza (ə) :«Dişləri fırçalamaq gözün nurunu artırar, saçı çoxaldar və gözdən mirvari suyunu aparar.»3
990. Dişləri fırçalamağın qaydası

3192. Allahın Peyğəmbəri (s):«Fırçanı dişlərinizə uzununa (yəni sağan sola) yox, eninə (aşağı-yuxarı) çəkin.»4

3193. «Biharul-Ənvar»:«Peyğəbmər (s) misvak çəkəndə, eninə və gecə üç dəfə çəkərdi: biri yatmamışdan qabaq, biri gecə Allaha ibadət etmək üçün yuxudan oyananda, biri də sübh namazına çıxmamışdan qabaq. O Həzrət (s) Cəbrayılın tövsiyyəsilə misvak ağacının çöpü ilə misvak çəkərdi».5

3194. İmam Baqir (ə):«Səhərlər dəstəmazdan qabaq dişləri fırçalamaq sünnədəndir.»6


ioooooop


211


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə