I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə73/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   69   70   71   72   73   74   75   76   ...   98

Səfər



940. Səfər

3027. Allahın Peyğəmbəri (s):«Səfərə çıxın ki, sağlam qalasınız və qənimət əldə edəsiniz.»1

3028. Allahın Peyğəmbəri (s):«Səfər əzabın bir hissəsidir. Sizlərdən biriniz səfəri başa vuran kimi, tezliklə öz ailəsinin yanına qayıtsın.»2

3029. İmam Əli (ə):«Səfərdən qabaq öz yol yoldaşınla maraqlan və ev almamışdan qabaq bax gör, qonşun kimdir.»3


941. Səfərin qaydası

3030. Allahın Peyğəmbəri (s):«Üç nəfər həmsəfər olduqda, öz aralarından bir nəfəri başçı seçsinlər.»4

3031. Allahın Peyğəmbəri (s):«İnsanların başçısı səfərdə onlara xidmət edəndir.»5

3032. Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz səfərdən qayıdanda bir daş parçası da olsa öz ailəsi üçün hədiyyə və töhfə gətirsin.»6

3033. İmam Əli (ə):«Sən ona qarşı münasibətdə, onu özündən üstün bildiyin kimi, o da səni özündən üstün bilməyən şəxslə səfərə çıxma.»7

3034. İmam Sadiq (ə):«Öz səfərini sədəqə verməklə başla və istədiyin vaxt yola düş. Çünki sədəqə verməklə səfərin salamatlığını alarsan.»8

3035. İmam Sadiq (ə):«Loğman öz oğluna dedi:«Bir neçə nəfərlə həmsəfər olanda özünə və onlara aid olan işlərdə yol yoldaşlarınla məşvərət et, onlarla gülərüz ol, ehtiyat üçün götürdüyün azuqəndən onlara əliaçıqlıq et. Səni də‘vət etsələr qəbul et. Üç şeydə onlardan üstün ol: susmaqda, çox namaz qılmaqda və öz minik, və ya sərvət və yaxud götürdüyün azuqədə səxavətlilikdə.»9

3036. İmam Sadiq (ə):«Səfərdə mərdlik aşağıdakılardan ibarətdir: yol azuqəndən yoldaşlarına bəxşiş etmək, Allahı qəzəbə gətirməyən zarafat etmək, həmsəfərlərə az müxalifdə olub, az narazılıq etmək və onlardan ayrıldıqdan sonra onları pis sözlərlə yad etməmək.»1


942. Qadağan olunmuş səfərlər

3037. İmam Əli (ə):«İnsan öz dininə və namazına ziyan dəyəcəyindən qorxduğu səfərə çıxmamalıdır.»2

3038. İmam Sadiq (ə) (Məhəmməd ibn Muslimin səfərdə cünub olan və qüsl almaq üçün qardan və buzdan başqa bir şey tapmayan şəxsin hökmü barədə sualına cavabından): «Belə vəziyyətdə zərurət halı vardır. O, bir daha dininə ziyan vuran məkana çıxmamalıdır.»3
923. Gəzmək

3039. İmam Sadiq (ə) İmamın qardaşı Abdullah ibn Muhəmmədin (ə) mənzilində o Həzrətin (ə) yanına gəlib «Sizə fəda olum. Buraya nə məqsədlə gəlmisiniz?» deyə soruşan Əmr ibn Hureysə cavabında buyurdu:«Gəzmək üçün.»4

3040. İmam Rza (ə):«Bir gün xudmani bir gəzintiyə çıxmışdıq. Amma xidmətçilərdən biri duz götürməyi yaddan çıxarmışdı. Buna görə, bizim üçün kəsdikləri kök qoyundan heç nə yeməyib geri qayıtdıq.»5

ioooooop


193

Su içirtmək



944. Su içirtmək

3041. Allahın Peyğəmbəri (s):«Kişinin öz arvadına su içirtməyinin savabı var.»1

3042. Allahın Peyğəmbəri (s):«Günahların çoxalanda, dalbadal təşnələrə su ver.»2

3043. İmam Səccad (ə):«Kim susamış möminə su versə, Allah-taala ona möhürlənmiş Cənnət şərabından içirdər.»3

3044. İmam Baqir (ə):«Kim təşnəyə bir ağız su içirtsə, Allah-taala ona möhürlənmiş Cənnət şərabından içirdər.»4

3045. İmam Baqir (ə):«Qiyamət günü hər şeydən əvvəl hesabatı aparılan şey təşnəyə su verməyin sədəqəsinin savabı olacaqdır.»5

3046. İmam Sadiq (ə):«Ən yaxşı sədəqə yanan ciyəri sərinlətməkdir. Kim bir heyvanın, ya ondan qeyrisinin yanğılı ciyərini sərinlədərsə, Allah-taala Onun kölgəsindən başqa bir kölgənin olmayacağı gün onun üzərinə kölgə salar.»6
945. Su verənə layiq olan cəhət

3047. Allahın Peyğəmbəri (s):«Camaata su verənin özü hamıdan axırda su içməlidir.»7


ioooooop


194

Məstlik



946. Hər məstedici haramdır

3048. Allahın Peyğəmbəri (s):«Hər bir məstedici haramdır.»1

3049. İmam Baqir (ə):«Çoxu məstlik gətirən hər şeyin azı da haramdır.»2
947. Məstedicilərin növləri

3050. Allahın Peyğəmbəri (s):«Ey Məsudun oğlu! Günahın məstliyindən çəkin. Çünki günahın məstliyi şərabın məstliyi kimi, əslində ondan da şiddətlidir. Allah-taala buyurur:«Kar, lal və kordurlar. Buna görə, onlar qayıtmayacaqlar34

3051. İmam Əli (ə):«Məstlik dörd növdür: şərabın məstliyi, var-dövlətin məstliyi, yuxunun məstliyi və hakimiyyətin məstliyi.»5

3052. İmam Əli (ə):«Aqil insan var-dövlətin, qüdrətin tərifin, və gəncliyin məstliyindən çəkinməyə layiqdir. Çünki bu məstliklərin hər birinin əqli zəiflədən və vüqarı aparan çirkin küləkləri var.»6

3053. İmam Əli (ə):«Qəflət və qürurun məstliyi başdan, şərabın məstliyindən geç çəkilib gedər.»7

ioooooop


195

Yaşayış yeri



948. Yaşayış yerinin genişliyi

3054. Allahın Peyğəmbəri (s):«Müsəlmanın xoşbəxtliyindən biri də geniş yaşayış yerinin olmasıdır.»1

3055. İmam Baqir (ə):«Yaşayışın dərdlərindən biri də mənzilin darlığıdır.»2
949. Ehtiyacdan artıq tikməkdən çəkindirmək

3056. İmam Əli (ə):«Əziyyətlərdən biri də insanın yığdığı malı yeməməsi və tikdiyi binada yaşamamasıdır. Sonra da Allah-taalanın yanına maldan və binadan məhrum olduğu halda köçəcəkdir.»3

3057. İmam Sadiq (ə):«Ehtiyacdan artıq olan böyük bina Qiyamət günü sahibinin boynuna yük olacaqdır.»4

3058. İmam Sadiq (ə):«Yaşayış ehtiyacından artıq bina tikən şəxs Qiyamət günü onu daşımağa məcbur olacaq.»5


950. Evin satılması

3059. Allahın Peyğəmbəri (s):«Kim bir ev satıb puluna onu kimisini almasa, malı bərəkət tapmayacaq.»6

3060. Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz bir mənzil, ya mülk satanda, bilsin ki, onu kimisini almasa, onun pulu bərəkətə layiq deyil.»7

ioooooop


196


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə