I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə69/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   65   66   67   68   69   70   71   72   ...   98

Zinət



890. Zinət

Qur’an:

«Ey Adəm övladları! Hər bir məsciddə öz zinətlərinizi geyinin, yeyin, için, lakin israf etməyin. O (Allah), israf edənləri sevməz.»1

«Ey Peyğəmbər! De ki, Allahın öz bəndələri üçün yaratdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?» 2

Hədis:

2865. Allahın Peyğəmbəri (s):«Allah mömin bəndəsinin (din) qardaşının yanına gedəndə özünü, onu ziyarət etmək üçün hazırlayıb bəzəməsini sevər.»3

2866. İmam Əli (ə):«Sizlərdən hər biriniz onu ən yaxşı sifətdə görmək istədiyi yad bir insan üçün özünü bəzədiyi kimi, öz müsəlman qardaşının yanına gedəndə də özünü elə bəzəməlidir.»4

2867. İmam Əli (ə):«Batini gözəllik zahiri gözəllikdən yaxşıdır.»5

2868. İmam Əli (ə):«İmanın zinəti batinin paklığı və zahirən gözəl rəftardır.»6
891. Ən gözəl bəzək

2869. Allahın Peyğəmbəri (s):«Kişinin ən gözəl zinəti imanla müşaiyət olunan sakitlikdir.»7

2870. İmam Əli (ə):«Ən gözəl məslək səni insanlarla qaynayıb-qarışdıran, onların arasında səni gözəl göstərən və acı dillərini səndən çəkindirəndir.»8

2871. İmam Əli (ə):«Heç bir bəzənən Allaha ibadət kimi bir zinətlə bəzənməyib.»9



180

Məsuliyyət



892. Mə’suliyyət

Qur’an:

«And olsun sənin Rəbbinə, onların hamısından etdikləri əməllər barədə soruşacağıq.» 1



Hədis:

2872. İmam Əli (ə):«Allahdan, Onun bəndələri və torpaqlarına barəsində qorxun. Çünki siz hətta torpaqlara və heyvanlara görə də cavabdeh olmalısınız. Allahdan qorxun və Ona itaətsizlik etməyin.»2


893. Ümumi Mə’suliyyət

2873. Allahın Peyğəmbəri (s):«Bilin ki, sizin hamınız rəhbərsiniz və rəiyyət3 sahibisiniz. Hamınız öz rəiyyətiniz və əliniz altında olanlar barədə sorğu-sual olunacaqsınız. Rəhbər xalqın başçısıdır və öz rəiyyətinə görə sorğu-sual olunacaq. Kişi öz ailəsinin başçısıdır və onlara görə cavabdehlik daşımalıdır. Qadın öz evinin və ərinin uşaqlarının başçısıdır və onlara görə cavabdeh olmalıdır.»4

2874. İmam Əli (ə):«Hər bir kişi öz tabeliyində olanlara və ailəsinə görə sorğu-sual olunacaq.»5
894. Qulağın, gözün və qəlbin Mə’suliyyəti

2875. «Mən lə yəhzuruhul fəqih»:«Bir kişi İmam Sadiqə (ə)ərz etdi:«Mənim qonşularımın cavan kənizləri var və bu kənizlər xoş avazla oxuyub ud çalırlar. Mən əl-üz yuyulan yerə gedəndə bə‘zən onların çalıb oxumaqlarına qulaq asmaq üçün uzun müddət otururam…» Həzrət buyurdu:«Sən Allah, sən də belə edirsən?!!» Allah-taalanın «Həqiqətən, qulaqdan, gözdən, qəlbdən, onların hamısından soruşulacaqdır» buyurduğunu eşitməmisənmi?»6




181

Sual (1)



Elm öyrənmək

895. «Elmin açarı»

Qur’an:

«Səndən qabaq da özlərinə vəhy etdiyimiz kişilərdən başqa bir kəs göndərmədik. Əgər bilmirsinizsə, zikr əhlindən soruşun.»1



Hədis:

2876. Allahın Peyğəmbəri (s):«Elm xəzinə, onun açarları isə suallardır. Allah sizə rəhm eləsin, soruşun, çünki bu işdə dörd nəfər savab qazanar: soruşan, cavab verən, qulaq asan və onları sevən.»2

2877. Allahın Peyğəmbəri (s):«Sual elmin yarısıdır.»3
896. Gözəl tərzdə soruşmaq

2878. Allahın Peyğəmbəri(s):«Gözəl tərzdə soruşmaq dinin yarısıdır.»4

2879. İmam Əli (ə) (çətinlik doğuran bir sualı soruşan kişinin cavabında): «Öyrənmək niyyəti ilə soruş, əziyyət vermək və səhv axtarmaq niyyəti ilə soruşma. Çünki öyrənmək istəyən cahil alim kimidir. Azğınlığa qədəm qoyan alim isə səhv tutmaq məqsədilə soruşan cahilə bənzər.»5
897. Yersiz sual verməkdən çəkinmək

Qur’an:

«Ey iman gətirənlər! Sizə aşkar olduğu halda xoşunuz gəlmədiyi şeylər barədə soruşmayın. Əgər Qur‘an nazil olanda onlar barədə soruşsanız, sizə aydın olar. Allah onlardan (suallardan) keçdi. Allah bağışlayan və həlimdir»6



Hədis:

2880. Allahın Peyğəmbəri (s):«Mən sizə rüxsət verənədək, siz mənə rüxsət verin. Çünki sizdən qabaqkılar çox sual verməkdən və öz peyğəmbərlərinin yanına çox gəlib-getməkdən məhv oldular. Beləliklə, sizə göstəriş verdiyim zaman, bacardığınız qədər onu yerinə yetirin və bir şeyi qadağan etdiyim zaman ondan uzaqlaşın.»1


898. Bilmədiyin suallara cavab vermək

2881. Allahın Peyğəmbəri (s) (Əbuzərə tövsiyyəsindən): «Ey Əbuzər! Bilmədiyin şey barədə səndən soruşanda «bilmirəm» de ki, onun nəticələrindən xilas olasan. Bilmədiyin şey haqda fitva vermə ki, Qiyamət günü Allahın əzabından nicat tapasan.»2

2882. İmam Əli(ə):«Alimdən cavabını bilmədiyi bir sualı soruşanda «bilmirəm» deməyə utanmaz.»3

2883. İmam Əli (ə):«Kim «bilmirəm» sözündən uzaqlaşsa, özünün ölüm uçurumuna düşər.»4

2884. İmam Sadiq(ə):«Hər verilən suala cavab verən dəlidir.»5

2885. İmam Sadiq (ə):«Alimin, ona verilən sualın cavabını bilməyəndə «Allah daha yaxşı bilir.» deməyə haqqı var. Amma alim olmayanın belə deməyə haqqı yoxdur və «bilmirəm» deməlidir.»6


ioooooop


182

Sual (2)



Hacət istəmək

899. İnsanlardan hacət istəməyin qadağan olması

Qur’an:

«Bu sədəqələr Allah yolunda sıxıntıya düşən və (öz dolanışıqlarını təmin etmək üçün) səfərə çıxa bilməyən yoxsullar üçündür. Onlar çox həyalı olub (dilənçilikdən çəkindiklərinə görə), məlumatı olmayanlar onları varlı hesab edirlər. Sən onları üzlərindən tanıyırsan. Onlar insanlardan israrla heç nə istəməzlər. Şübhəsiz ki, onlara sədəqə verdiyiniz hər bir maldan, Allah agahdır.» 1

2886. Allahın Peyğəmbəri (s):«Ey Əbuzər! Xahişdən və dilənçilikdən ehtiyatlı ol ki, o, düynada xarlığa və yoxsulluğa səbəb olar, Qiyamət günü isə hesab-kitabı uzundur.»2

2887. Allahın Peyğəmbəri (s):«Kim mənə insanlardan heç nə istəməməyi söz verər ki, mən ona Cənnəti verim?» Suban dedi:«Mən.» Bundan sonra Suban insanlardan heç nə istəmirdi.»3

2888. Allahın Peyğəmbəri (s):«Ehtiyacını dilə gətirməyin qapısını öz üzünə açan elə bir bəndə olmadı ki, Allah-taala yoxsulluğun yetmiş qapısını onun üzünə açmasın.»4

2889. İmam Əli (ə):«Kim Allahdan qeyrisindən bir şey istəsə, məhrumiyyətə layiq olar.»5

2890. İmam Həsən (ə):«Bu üç yerdən başqa bir yerdə ehtiyac istəmək rəva deyil: Ağır qanbahasında, ya üzücü borcda, ya öldürücü yoxsulluqda.»6

2891. İmam Səccad (ə):«İnsanlardan ehtiyac istəmək həyatda xarlığa, həya və abrın getməsinə səbəb olar. Eləcə də, insanın vüqarını, əzəmətini azaldar və o, əsl yoxsulluqdur. Ehtiyac əlini insanlara az uzatmaq isə nəğd olan ehtiyacsızlıqdır.»7

2892. İmam Sadiq (ə):«Bizim şiəmiz acından ölsə də, ehtiyac əlini insanlara uzatmaz.»1

900. Ehtiyac olmayan yerdə kömək istəməkdən çəkindirmək

2893. Allahın Peyğəmbəri (s):«Kim, ehtiyac olmadığı halda, ehtiyac əlini uzadarsa nəticəsi başağrı və ürək ağrısı olar.»2

2894. İmam Səccad (ə):«Mən Rəbbimi zamin tuturam ki, ehtiyacı olmadan başqasından bir şey istəyən elə bir kəs olmadı ki, onun bu diləyi bir gün onu həqiqi ehtiyac əlini uzatmağa məcbur etməsin.»3

2895. İmam Baqir (ə):«Kim ehtiyacı olmadan xahiş (və dilənçilik) edərsə, Qiyamət günü üzü çırmaqlanmış halda Allahla görüşər.»4


901. İnsanlardan ehtiyacsız olmağa həvəsləndirmək

2896. Allahın Peyğəmbəri (s):«Kim bizdən bir şey istəsə ona verərik, kim bir şey istəməsə Allah-taala onu ehtiyacsız və varlı edər.»5

2897. Allahın Peyğəmbəri (s):«Sizlərdən hər biriniz kəndir götürüb bir qucaq odun gətirib satsa və bu işlə öz abrını qorusa, bu onunçün ehtiyac əlini uzatmaqdan daha yaxşıdır.»6
902. Yaxşılığı onun əhlindən istəmək

2898. Allahın Peyğəmbəri (s):«Yaxşılığı və bəxşişi ümmətimin səxavətlilərindən və mehribanlarından istəyin ki, onların kölgəsində yaşayasınız.»7

2899. İmam Əli (ə):«Sənin abrın donmuş buzdur, ehtiyac istəmək isə onu damla-damla əridər. Beləliklə, bax gör onu kimin yanında əridirsən.»8

2900. İmam Əli (ə):«Ehtiyacın aradan getməsi onu əhli olmayandan istəməkdən daha asandır.»9


903. Dilək diləməyin qaydası

2901. İmam Sadiq (ə):«Sənə rədd cavabı verməsindən qorxduğun kimsədən heç nə istəmə.»10

2902. İmam Sadiq (ə):«Üç şey məhrumiyyətə səbəb olar: istəməkdə israr etmək, qeybət və rişxənd etmək.»1


904. İstəyəni naümid qaytarmağın qadağan olması

Qur’an:

«Və dilənçini (qapıdan) qovma»2



Hədis:

2903. Allahın Peyğəmbəri (s):«Dilənçinin diləyini rədd etməyin. Çünki dilənçilərin yalan danışmaqları olmasaydı, onların xahişini rədd edən şəxs heç vaxt nicat tapmazdı.»3

2904. Allahın Peyğəmbəri (s):«Dilənçiyə baxın, əgər ona ürəyiniz yansa sədəqə verin. Çünki o, doğru danışır.»4

2905. İmam Əli (ə):«Dilənçini əliboş geri qaytarma, əksinə, üzümün ya xurma dənəsinin yarısı olmuş olsa belə, ona ver.»5

2906. İmam Əli (ə):«Vermək istədiyin sədəqənin azlığından utanma, Çünki (dilənçini) məhrum etmək ondan daha pisdir.»6

2907. İmam Hüseyn (ə): Möhtac xahiş etməklə öz hörmətini və abrını tökmüşdür. Sən də, onu naümid etməməklə öz abrını və hörmətini saxla.»7

2908. İmam Baqir (ə):«Dilənçi onun xahişində və istəyində nə gizləndiyini bilsəydi, heç vaxt heç kimdən bir şey istəməzdi. Əgər xahiş olunan şəxs, naümid qaytarmaqda nə gizləndiyini bilsəydi, heç vaxt heç kəs digərini naümid qaytarmazdı.»8

2909. İmam Sadiq (ə):«Bir şəxs ehtiyac əlini mənə uzadan zaman onun ehtiyacını ödəməyə tələsirəm. Çünki işin işdən keçdiyindən və mənim köməyimin artıq ona fayda verməməsindən qorxuram.»9

2910. İmam Sadiq (ə):« Üç dilənçiyə yemək verin. Bundan sonra ixtiyar sizin özünüzdədir, istəsəniz daha çoxunu yedirdərsiniz, istəsəniz də yedirtməzsiniz. Belə ki, artıq o gününüzün vəzifəsini yerinə yetirmisiniz.»10

2911. Mə’sumlar (ə):«Biz yardıma layiq olanın xahişini rədd etməkdən qorxduğumuza görə, buna layiq olmayanlara da bəxşiş verərik.»11


ioooooop

183


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə