I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə70/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   66   67   68   69   70   71   72   73   ...   98

Söyüş söymək



905. Mömini söymək

2912. Allahın Peyğəmbəri(s):«Mömini söymək məhv olmağın kandarında durmaq kimidir.»1

2913. Allahın Peyğəmbəri (s):«Mö’minə təhqiramiz sözlər demək fasiqlik (fisqdir), onunla müharibə etmək küfr, onun ətini yemək (qeybətini etmək) Allaha itaətsizlikdir.»2
906. Söyüş söyməyin qadağan olması

Qur‘an:

«Allahdan qeyrisini çağıranları (sitayiş edənləri) söyməyin ki, belə olan halda onlar da düşmənçilik və cahilliklərinə görə Allahı söyərlər. Beləcə, hər ümmətin əməllərini (öz gözlərində) zinətləndirdik. Onların son qayıdışı Allahın yanınadır. Allah onlara etdikləri əməllərdən xəbər verəcəkdir.»3



Hədis:

2914. Allahın Peyğəmbəri (s):«Küləkləri söyməyin. Onlar (Allah tərəfindən) məmurdurlar. Dağları, anları, günləri və gecələri söyməyin ki, günahkar olarsınız və özünüzə qayıdar.»4

2915. Allahın Peyğəmbəri (s):«İnsanları söyməyin ki, bu işinizlə onların arasında özünüzə düşmən taparsınız.»5

2916. İmam Əli (ə) (onu söymüş olan kişini söymək istəyən Qəmbərə xitabən): «Sakit ol, Qəmbər! Səni söyəni xar və rüsvay halda qoy ki, Rəhman Allahı razı və şeytanı narazı edərək düşməninə cəza vermiş olasan. Toxumu yaran və məxluqatı yaradan Allaha and olsun ki, mö’min öz Rəbbini dözümlülük və güzəşt etmək kimi başqa bir şeylə razı etmədi. Sakitlik kimi bir silah qədər başqa bir şeylə şeytanı qəzəbləndirmədi və axmağa, onun müqabilində susmaq kimi digər bir şey ilə cəza vermədi.»6

2917. İmam Kazim (ə) (iki nəfərin bir-birinə söyüş söydüyünü gördükdə): «Birinci başlayan daha çox zülmkardır və qarşı tərəfin günahı zülmə məruz qalan öz həddini aşmayanadək, onun boynundadır.»1

2918. İmam Kazim (ə):«Heç vaxt bir-birini söyən iki nəfər olmayıb ki, onlardan daha çox söyüş söyən daha aşağı məqama çökməsin.»2


907. Peyğəmbərləri vəsilərini söyən şəxsin cəzası.

2919. Allahın Peyğəmbəri (s):«Kim peyğəmbərlərdən birini söysə, onu öldürün. Kim onların vəsilərindən birini söysə, şəkksiz ki, peyğəmbəri söymüşdür.»3

2920. İmam Sadiq (ə) (Allahın Rəsulunu söyən şəxsin hökmü barədə verilən sualın cavabında): «Ona daha yaxın olan kimsə, onu mühakimə etmək üçün imamın yanına aparmadan öldürsün.»4

908. İcazə verilən söyüş

2921. Allahın Peyğəmbəri (s):«Sizlərdən biriniz (din) qardaşını söyən zaman onun elinə, obasına, atasına, anasına söyməsin. Əksinə, belə desin:«Sən simicsən, sən qorxaqsan, sən yalançısan» Bir şərtlə ki, onun həqiqətən belə olduğunu bilsin.»5


ioooooop


184

Səcdələr



909. Səcdələr

2922. İmam Əli (ə):«Bəndəni heç nə çoxlu səcdələr və rukular qədər pak olan Allaha yaxınlaşdırmaz.»1

2923. İmam Sadiq (ə) :«Səcdə, Adəm övladının ibadətinin zirvəsidir.»2

2924. İmam Sadiq (ə) (Səid ibn Yəsarın «Ruku halında dua edim ya səcdə halında?» sualına cavabından): «Bəli, səcdə halında dua et. Çünki bəndənin Allaha ən yaxın halı səcdədir. O halda dünyan və axirətin üçün Allahın dərgahına dua et.»3


910. Səcdəni uzatmaq

2925. Allahın Peyğəmbəri (s):«Allahın səni mənimlə birgə qəbirdən qaldırmasını istəyirsənsə, vahid Qəhhar olan Allahın dərgahına uzun səcdə et.»4

2926. İmam Əli (ə):«Səcdələri uzadın. Çünki iblis üçün Adəm övladını səcdə halında görmək qədər daha ağır və xoşagəlməz bir mənzərə yoxdur. Belə ki, səcdə etmək ona əmr olunsa da, əmrə itaət etmədi.»5

2927. İmam Sadiq (ə); «Bir dəstə insan Allahın Rəsulunun yanına gəlib ərz etdi:«Ey Allahın Rəsulu! Rəbbinin qarşısında Cənnəti bizə zəmanət ver.» Allahın Rəsulu(s) buyurdu:«Bir şərtlə ki, siz də uzun səcdələrlə mənə kömək edəsiniz.»6

2928. İmam Sadiq (ə):« Əli ibn Hüseyn (ə) səcdəyə gedəndə, bədənindən tər axanadək başını səcdədən qaldırmazdı.»7
911. Səcdə əlaməti

Qur’an:

«Üzlərində səcdələrin əsər-əlaməti var.»8



Hədis:

2929. İmam Əli (ə):«Mən kişi üçün alnının saf görünməyini və onda


səcdədən bir əsər-əlamət olmamasını bəyənmirəm.»2

2930. İmam Baqir (ə):«Atamın səcdə yerində bir nişanə peyda yaranmışdı. İldə iki dəfə və hər dəfə beş qabar ondan kəsərdi. Buna görə o Həzrətə «Zus-səfənat» yə’ni «qabar sahibi» deyərdilər.»3


912. İmam Hüseynin (ə) torpağına səcdə etmək

2931. İmam Sadiq (ə):«Hüseynin (ə) torpağına səcdə etmək yeddi hicabı yarar.»4


ioooooop


185

Məscid



913. Məscid Allahın evidir

Qur’an:

«Həqiqətən, məscidlər və səcdəgahlar Allahındır. Buna görə Allahla bərabər heç kəsi çağırmayın.»1



Hədis:

2932. İmam Sadiq (ə):«Sizlərə məscidlərə getməyi tövsiyə edirəm. Çünki məscidlər Allahın yer üzündə evləridir. Kim pak və təmiz halda oraya daxil olsa, Allah-taala onu günahlardan təmizləyər və zəvvarları sırasında qeyd edər. Beləliklə, məscidlərdə çox namaz qılıb dua edin.»2


914. Məscidləri abad etmək

Qur’an:

«Allahın məscidlərini yalnız Allaha və axirət gününə iman gətirən, namaz qılan, zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayan şəxs abad edər. Ümid var ki, onlar doğru yolu tapsınlar.»3



Hədis:

2933. Allahın Peyğəmbəri (s) (məscidlərin necə abad olunması barədə Əbuzərin sualının cavabında): «Onlarda səslərini qaldırmasınlar, nalayiq və boş-boş sözlərə, işlərə vaxt sərf etməsinlər. Orada alış-veriş edilməsin. Məsciddə olduğun müddətdə hədər və əhəmiyyətsiz işlərdən əl çəkəsən. Əgər belə etməsən, Qiyamət günü özündən başqa bir kəsi danlamağa haqqın yoxdur.»4

2934. İmam Sadiq (ə):«Kim bir məscid tiksə, Allah-taala onunçün Cənnətdə bir ev tikər.»5
915. Məscidlərə getmək

2935. Allahın Peyğəmbəri (s):«Kim camaat namazında iştirak etmək üçün məscidə getsə, atdığı hər bir addıma yetmiş min yaxşı əməlin savabı yazılar və həmin həddlə dərəcəsi ali səviyyəyə yüksələr. Əgər bu halda ölərsə, Allah-taala yetmiş min mələyi, qəbrdən qalxan günədək onu qəbrdə ziyarət etmək, tənhalıqda onunla munis olmaq və günahlarının bağışlanmasını istəməkdən ötrü ayırar.»1


916. Məsciddə oturmaq

2936. Allahın Peyğəmbəri (s):«Ey Əbuzər! Məsciddə oturduğun müddətdə Allah-taala hər aldığın nəfəs üçün sənə Cənnətdə bir dərəcə verər, mələklər sənə salam göndərər, məsciddə çəkdiyin hər bir nəfəs üçün sənə on yaxşı əməlin savabı yazılar və on günahın silinər.»2


917. Məscidlə qonşuluq və onda namaz qılmaq

2937. İmam Əli (ə):«Məscidin qonşuluğunda yaşayan şəxsin bir üzrlü səbəb, ya xəstə olduğu haldan başqa məsciddən qeyri bir yerdə qıldığı namazı qəbul deyil.» Ərz etdilər:«Ey Əmir-əl-mö’minin! Məscidin qonşusu kimdir?» Həzrət (ə) buyurdu:«Məsciddə namaz qılmaq üçün də‘vət səsini eşidən şəxs»3

2938. İmam Əli (ə):«Məscidin ətrafı qırx zirədir, məscidin qonşuluğu isə hər tərəfə qırx evdir.»4
918. Məsciddə ədəb qaydaları

2939. Allahın Peyğəmbəri (s):«Kim bu pis iyli dənəni (yə’ni sarımsağı) yeyərsə, bizim məscidə yaxınlaşmasın. Amma məscidə gəlməyəcək şəxsə yeməyin eybi yoxdur.»5

2940. Allahın Peyğəmbəri (s):«Məsciddə iki rəkət namaz qılmadan onu özünüzün keçid yeri etməyin.»6

ioooooop


186


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə