I cild Mizanul – hikmət (xülasəsi) Peyğəmbər(s) və İmamlar(ə)ın mübarək hədisləri Toplayan



Yüklə 17,45 Mb.
səhifə74/98
tarix06.02.2018
ölçüsü17,45 Mb.
#26138
növüXülasə
1   ...   70   71   72   73   74   75   76   77   ...   98

Silah



951. Silah düzəltməyin mukafatı

3061. Allahın Peyğəmbəri (s):«Allah-taala bir döyüş oxuna görə 3 nəfəri Cənnətə aparacaq: onu xeyir niyyətlə düzəldəni, onu atanı və bu oxu onun ixtiyarına verəni.»1


952. Silah və xeyir

Qur‘an:

«Kafirlər sizin öz silahlarınızdan qafil olmadığınızı istəyirlər.»2



Hədis:

3062. Allahın Peyğəmbəri (s):«Xeyirlərin hamısı qılıncda və qılıncın kölgəsi altındadır. İnsanları qılıncdan qeyri bir şey islah etməz. Qılınclar Cənnət və Cəhənnəmin açarlarıdır.»3

3063. Allahın Peyğəmbəri (s):«Cənnət qılıncların kölgəsi altındadır.»4

3064. İmam Sadiq (ə):«Allah-taala öz Rəsuluna on il İslamı insanlara dil ilə təbliğ etməyi əmr etdi. Amma onlar bu dini qəbul etməkdən boyun qaçırdılar. Nəhayət, ona müharibə fərmanını verdi. Buna əsasən, xeyir qılıncda və qılıncın kölgəsindədir. Əvvəldə belə olduğu kimi, yenidən bir daha belə olacaq.»5


953. Din düşmənlərinə silah satmağın qadağan olması

3065. Allahın Peyğəmbəri (s) (Əliyə (ə) tövsiyyəsindən): «Ey Əli! Bu ümmətdən 10 nəfər böyük Allaha qarşı küfr edəndir: ……. hərb əhli (müsəlmanlarla muharibə edən düşmənlərə) silah satan şəxs.»6

ioooooop

197

Sultan

3066. Allahın Peyğəmbəri (s):«Sultanın xidmətində durmaqdan ehtiyatlı ol ki, bu iş dini aradan aparar. Ona köməklik göstərməyə ehtiyat et. Çünki onun işlərini bəyənməyəcəksiniz.»1

3068. Allahın Peyğəmbəri (s):«Kim Sultana xidmət etmək yolunu seçərsə fitnə və azğınlığa düçar olar. Kim sultana daha çox yaxınlaşsa, Allahdan daha uzaq olar.»2

3068. Allahın Peyğəmbəri (s):«Sultanın dərgahından və ətrafından uzaq ol. Çünki sizlərdən sultan dərgahına və ətrafına ən yaxın olanınız Allahdan ən uzaq olanınızdır. Kim sultanı Allahdan üstün bilsə, Allah-taala təqvanı ondan götürər, onu çaşqın və məəttəl edər.»3

3069. İmam Əli (ə):«Sultanın yaxını və sirdaşı olmaq şiri minmiş şəxs kimidir. İnsanlar onun məqamına qibtə etsələr də, özü neçə təhlükəli vəziyyətdə olduğunu daha yaxşı bilir.»4

3070. İmam Əli (ə):«Sultandan uzaq ol ki, onun hiylə və məkrlərindən amanda qalasan.»5


955. Sultanın qarşısında baş əymək

3071. Allahın Peyğəmbəri (s):«Kim öz ehtiyacına görə zalım sultanın qarşısında özünü alçaltsa, Cəhənnəm atəşində onunla birlikdə olar.»6

3072. Allahın Peyğəmbəri (s):«Kim bir şeyə tamahlanaraq zalım sultanı tərifləsə və özünü onun qarşısında xar və yüngül tutsa, Cəhənnəmdə ona yoldaş olar.»7

3073. İmam Sadiq (ə):«Əgər mömin bir qüdrət sahibinin, və ya onun dininə müxalif olan şəxsin qarşısında onun dünya malından bir şey əldə etmək niyyəti ilə baş əyib qulluğunda dayanarsa, Allah-taala onun ad-sanını yox edər. Bu işə görə ona qəzəblənər və özbaşına buraxar. Əgər onun dünya malından bir şey əldə edərsə, Allah-taala o maldan bərəkəti götürər.»1


956. Ədalətli sultanın fəziləti

3074. Allahın Peyğəmbəri (s):«Təvazökar, ədalətli sultan yer üzündə Allahın kölgəsi və Onun nizəsidir.»2

3075. İmam Əli (ə):«Rəhbərlər yer üzündə Allahın hökmlərini qoruyanlardır.»3

3076. İmam Əli (ə):«Həqiqətən, Allahın sultanı (haqq dinin hakimiyyəti və rəhbərliyi) sizin işlərinizin qorunmasının və sahmana düşməsinin səbəbkarıdır. Buna görə, vaxt itirmədən öz meyliniz və ixtiyarınızla ona itaət edin. Allaha And olsun, ya siz bu işi edəcəksiniz, ya da Allah-taala İslam sultanını (islamın haqq hökumətini) sizin əlinizdən alıb, bir daha heç vaxt sizə nəsib etməyəcək və hakimiyyət sizdən qeyrisinə tapşırılacaqdır.»4

ioooooop

198

İslam



957. İslam

Qur‘an:

«Həqiqətən, Allahın yanında yeganə din İslamdır.» 1

«Kim İslamdan qeyri bir dini seçərsə, heç vaxt ondan qəbul edilməyəcək və axirətdə xəsarətə uğrayanlardan olacaqdır.»2

Hədis:

3077. Allahın Peyğəmbəri (s):«İslam üstün olaraq qalacaq və heç bir şey ondan üstün olmayacaq.»3

3078. Allahın Peyğəmbəri (s):«Kimin İslamı gözəl və həqiqi olarsa, öz cahiliyyət dövründə etdiyi əməllərə görə sorğu-suala çəkilməyəcək. Kimin İslamı pis, çirkin olarsa, etdiyi və edəcəyi əməllərə görə hesabatı aparılacaq.»4

3079. İmam Əli (ə):«İslamdan böyük şərəf yoxdur.»5

3080. İmam Əli (ə):«Həqiqətən, bu İslam Allah-taalanın özü üçün seçdiyi dindir. Öz nəzarəti altında tərbiyə etdiyi yaradılmışların ən yaxşısına onu təbliğ etməyi əmr etdi. Onun sütunlarını Öz məhəbbəti üzərində qurdu. Onun izzətilə digər dinləri xar etdi və onu ucaltmaqla başqa məzhəbləri aşağı endirdi.»6

3081. İmam Əli (ə) (İslamı vəsf edərkən): «İslam ən işıqlı yol, ən aşkar keçiddir. Onun yol nişanələri uca, baş yolu parlaq, çıraqları işıqlı və nur saçandır.»7


958. Müsəlman kimdir?

3082. Allahın Peyğəmbəri (s):«Müsəlman müsəlmanın qardaşıdır. Ona zülm etməz və nalayiq sözlər deməz.»8

3083. Allahın Peyğəmbəri (s):«Müsəlman müsəlmanın qardaşıdır, ona xəyanət etməz, yalan söyləməz və onu tək, köməksiz qoymaz.»1
3084. Allahın Peyğəmbəri (s):«Müsəlman müsəlmanın güzgüsüdür.»2

3085. İmam Sadiq (ə):«Müsəlman odur ki, insanlar onun əlindən və dilindən arxayın olsunlar. Mömin odur ki, insanlar öz mallarında və canlarında onu əmin bilsinlər.»3


959. İslamın dayaqları

3086. Allahın Peyğəmbəri (s):«İslam çılpaqdır. onun libası həya, zinəti vəfa, mərdliyi xeyir və ləyaqətli əməl, sütunu «vərə»dir (günahlardan çəkinmək). Hər şeyin dayağı var, İslamın dayağı da biz – Əhli-Beytə (ə) məhəbbətdir.»4

3087. Allahın Peyğəmbəri (s):«İslamın dayağı mənə və mənim Əhli-Beytimə (ə) məhəbbətdir.»5

3088. İmam Əli (ə):«İslamın yeddi dayağı var: onlardan birincisi əqldir və səbr onun üzərində qurulubdur. İkinci dayaq abrı saxlamaq və doğru danışmaqdır. Üçüncü dayaq Qur‘an oxumaqdır (lazımi qaydada və peyğəmbərə nazil olduğu kimi). Dördüncü dayaq Allaha xatir dostluq və düşmənçilik etmək, beşincisi Ali Məhəmmədin haqqı və onların vilayətini tanımaqdır. Altıncı dayaq (din) qardaşlarının haqqı, onların himayəsi və müdafiəsidir. Yeddinci dayaq insanlarla gözəl qonşuluq etməkdir.»6

3089. İmam Baqir (ə):«İslam 5 sütun üzərində qurulubdur: namaz qılmaq, zəkat vermək, Ramazan ayının orucunu tutmaq, Allahın evi olan Kəbənin həcc ziyarəti və biz Əhli-Beytin(s) vilayəti.»7

3090. İmam Rza (ə):«İmamət İslamın artan kökü və uca şaxəsidir.»8


960. İslamın mənası

3091. Allahın Peyğəmbəri (s):«İslam qəlbini təslim etməyin və müsəlmanların sənin əlindən, dilindən rahatlıqda və amanda olmasıdır.»9

3092. Allahın Peyğəmbəri (s):«Gününü başlayan və müsəlmanların işlərindən ötrü çalışmayan şəxs müsəlman deyil.»10

3093. İmam Əli (ə):«İslam elə təslim olmaq, təslim elə əminlik, əminlik elə təsdiq, təsdiqin özü e‘tiraf, e‘tiraf elə icra və icra elə əməldir.»1

3094. İmam Əli (ə):«Xəyanətdən uzaqlaşın. Çünki xəyanət İslamdan uzaqdır.»2

3095. İmam Əli (ə):«Müsəlmanın əleyhinə kömək edən şəxs İslamdan uzaqdır.»3

3096. İmam Sadiq (ə) (O Həzrətdən suallar soruşan və cavab aldıqdan sonra «Allaha and olsun, İslama gəldim» deyən Şam əhlindən bir nəfərə xitabından): «Xeyr. Əksinə, indi Allaha iman gətirdin. İslam imandan qabaqdır. İslamın vasitəsilə bir-birindən irs aparar, bir-biri ilə evlənərlər. Amma imanın vasitəsilə savab və mukafat qazanarlar.»4

3097. İmam Sadiq (ə):«İslamın vasitəsilə insanların qanı qorunur, əmanət sahibinə çatdırılır, evlənmək halal olur, ancaq savab imanın müqabilində verilir.»5


ioooooop


199


Yüklə 17,45 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə