47
keçərək daxildə istehsalı təşkil etdilər. Xarici iqtisadi ekspansiyanın konyunktur
tərəddüdlərini yumşaldılması işində vasitə kimi effektivlik həmişə yüksək
qarşılanır və iqtisadi riskin azaldılması üçün təmiz milli xarakterli üsulları təmin
edən faktorlardan daha yaxşı hesab edilir. Öz istehsal ölçüləri ilə korporasiya o
vaxt müstəqil manevr edə bilər ki, o istehsalın kiçik ölçüsündə belə gəlir
götürmək qabiliyyətinə malik olsun. İstehsal filiallarının müxtəlif ölkələrdəki
ümumdünya şəbəkəsi TMK-lara maksimal xeyirlə məhsulu realizə etmək şəraiti
verilən yerdə istehsalı gücləndirmək, ziyan olan yerdə isə məhdudlaşdırmaq
imkanı verir. Beynəlxalq konsernlərə daxil olan firmalar ağır vəziyyətlərdə ziyan
gətirən məhsulu dayandırmaq imkanına sahibdirlər. Milli firmalarla müqayisədə
TMK-ların fəaliyyətinin daha qətiyyətli olması onunla
izah olunur ki , onlar daimi
xərclərini ört-basdır etmək üçün nəinki ziyanlı istehsalın saxlanması yolundan
istifadə edir, eləcə də digər ölkələrdən alınan gəlirlərin hesabına bunu realizə
edirlər.
Həlli tələb olunan məsələlərdən ən əsası kapitalın hansı ölkələrdən daxil
olması deyil, hara onun meyl etməsi, harada əməliyyat şəklində təşkili, gəlirlərin
haradan cəlb edilməsidir.
Beynəlxalq korporasiyalar aşağıdakı əsas xüsusiyyətlərlə xarakterizə
olunur :
Birincisi, o dünya təsərrüfatının inkişafında, BƏB prosesinin fəal
iştirakçısıdır.
İkincisi, ona milli sərhədlərdə baş verən proseslərdən irəli gələn kapital
axınının nisbi müstəqilliyi xarakterikdir.
Üçüncüsü, yüksək gəlirin əldə edilməsi məqsədilə daxili əməliyyatlarını
realizə edərək , dünya təsərrüfatı münasibətlərini obyektiv tənzimləyir.
40
TMK-ların ekspansiya xüsusiyyətləri xarici idarə edilən korporasiyalara
məhsul istehsalı işinin təşkilindən ibarətdir. Xarici bazarlarda fəaliyyət göstərən
milli firma, bir qayda olaraq xarici filiallara və investisiya qoyuluşuna malik deyil
40
Транснациональные корпорации //Семенов К.А. Международные экономические отношения: Курс
лекций. - М.: Гардарика, 1998