42
II FƏSİL Transmilli münasibətlər və transmilli korporasiyalar
2.1 Transmilli korporasiya anlayışı, strukturu və onların yaranma səbəbləri
Transmilli şirkət anlayışı, sürətlə irəliləyən texnoloji inkişafla eyni vaxtda
yaranan anlayışdır. Transmilli şirkət anlayışının izahına bir çox yanaşmalar
mövcuddur. Ən sadə izaha görə, fərqli ölkələrlə əlaqəli quruluş və mərkəz
büroları əhatə edən və fərqli məqsədləri olan şirkətlərin coğrafi cəhətdən
parçalandığı qruplardan meydana gələn şirkətdir.
30
Geniş mənada izaha görə, transmilli korporasiya müxtəlif ölkələrdə qız
şirkətlər və filialları ilə fəaliyyət göstərən, ümumi satışlarının və iş prosesinin
20%-i “ana ölkə” xaricində olan şirkətlərdir.
31
Birbaşa xarici investisiyaların tez
bir şəkildə artımı, əməyin texnoloji bölgüsünün firma, sahələrdən və milli
sərhədlərdən kənara çıxması müxtəlif ölkələrdə və hətta müxtəlif qitələrdə
filialları ilə birlikdə nəhəng beynəlxalq elmi istehsal komplekslərinin yaranması
ilə
müşayət olunur. Transmilli korporasiyalar elmi-texniki inkişafın
sürətlənməsini istehsalın effektivliyi, menecment formalarının təkmilləşdirilməsi,
müəssisələrlə idarəçilik kimi istiqamətlərində təmin etməklə dünya iqtisadiyyatını
dünya istehsal təsərrüfatına çevirir.
Rugman və Hodgetts transmilli korporasiyanın izahını bu cür vermişdir:
“TMK mərkəzi bir ölkədə olub fəaliyyətləri digər ölkələrdə də davam edən
şirkətdir”
32
.
TMK-lar haqqında iki önəmli məsələ vardır:
33
1.
Bu şirkətlərin həqiqətən istehsala istiqamətlənmiş fəaliyyət
göstərmələri;
2.
Səlahiyyətlərinin birdən çox ölkədə rellaşdırılması.
30
Sumantra Ghoshal & Christopher A.
Bartlett, “The Multinational
Corporation as an
Interorganizational Network”, The Academy of
Management Review, Cild. 15, №. 4,
October
1990, s. 603
31
Fikret Güntekin, “Çok Uluslu İşletme ve Uluslar arası İşletme”, s.3
http://fikretgultekin.com/yukseklisans/%C3%87okuluslu%20%C4%B0%C5%9Fletmeler.pdf
(17 Haziran 2009)
32
Rugman və Hodgetts (1995) səh.51
33
Erkal Fidan, “Çok Uluslu Şirketler ve Az Gelişmiş Ülkelere Etkileri”,Celal Bayar Üniversitesi İİBF
Yönetim ve
Ekonomi Dergisi, Cilt:1,Sayı:1,1995,səh.102