66
sıra hökumətlərin siyasət və imkanları barədə qabaqcadan xəbər tutsaydıq da belə,
bu yenə də bizə TMK-ların cəlb olunduğu sistemin gələcək xarakteri və
nəticələrini dəqiq söyləməyə imkan verə bilməzdi. Ayrı-ayrı dövlətlər bəzi
mənada transmilli güclərlə toqquşma zamanı “udurlar”, ancaq onların vəziyyəti
həmin bu korporasiyaların qərar və hərəkətinə bağlı olduğundan, bu da onların tez
bir vaxtda siyasətlərinin dəyişməsinə səbəb olur ki, daha sonra baha başa gələn
konfrontasiyadan qaçmaq mümkün olsun. Beləliklə də, belə qənaətə gəlmək olar
ki, mərkəzi-dövlət paradiqması nəinki müasirliyin tələblərinə cavab vermir, eləcə
də transmilli münasibətlərdə öz əksini tapan tələblərə çox zəif şəkildə cavab verir.
2.3 Qloballaşma dövründə TMK-ların rolu
Sənayenin sürətlə inkişafı yeni nəqliyyat və rabitə vasitələrinin kəşfi, dünya
iqtisadi bazarının formalaşması, kütləvi miqrasiyalar, beynəlxalq əlaqələrin və
mübadilənin intensivləşməsi ölkələrin və millətlərin bir-birlərindən təcrid
olunmuş şəkildə mövcudluğuna son qoydu. Dünya təsərrüfat əlaqələri çox sürətlə
artır, beynəlxalq münasibətləri tənzimləyən dünya sistemləri yaradılır, qarşılıqlı
mədəni təsirlər artır, böyük məsafələr asanlıqla qət edilir, zamanın gedişi
sürətlənir, dünya bütöv, vahid bir tam halını almağa başlayır. Texnoloji inkişaf
nəticəsində müasir dövrdə dünya “qlobal kənd”, cəmiyyət “elm cəmiyyəti” və
insanın əldə edə bildiyi vaxt isə “tarixin sonu” olaraq adlandırılmışdır və nəticədə
qloballaşma insanın idarəsi xaricində inkişaf edən tarixi bir dövrdür.
68
Qloballaşmaya münasibət heç də birmənalı deyildir. Bəziləri qloballaşmanı
mənfi bir proses kimi, Qərbin iqtisadi və mədəni maraqlarının qalan bütün dünya
üzərində dominantlığı kimi qiymətləndirirlər. Bu dominantlıq varlı və kasıb
ölkələr, regionlar arasında bərabərsizliyin davam etdirilməsi anlamına gəlir.
Burada problem yalnız kəskin bərabərsizliyin davam etməsi deyil, həm də
dünyanın ''Koka-Kolonizasiyası''dır. Belə ki, Üçüncü Dünyanın əhalisi qlobal
iqtisadiyyata standartlaşmış məhsulların passiv istehlakçıları kimi qoşulurlar.
68
Camilleri, Jozeps A. Ed.(2002), Democratizing Global
Governance, Gordonsville,USA:
Palgrave Macmillian