61
dəstəklənməsi- bütün bunlar “qeyri-rəsmi diplomatiyanın” ünsürləridir. Bunula
belə hökumətlər tez-tez bağladıqları iqtisadi sazişləri öz iqtisadi siyasətlərinə
uyğun şəkildə yönləndirirlər. Böyük dövlətlər tarif və kvota siyasətlərindən
istifadə etməklə,beynəlxalq ticarətə təsir göstərə bilər.
TMK-lar dövlətlərə xarici siyasətlərinin həyata keçirilməsi işində bundan
onlara nəzarət etmə forması kimi istifadə və ya hər hansı arzu olunan ittifaqın
yaradılması üçün yardımçı ola bilər. Məhz bu məqsədlər naminə Birləşmiş
Ştatlar höküməti öz ölkələrində əsası qoyulan çox millətli korporasiyaların
işindən yararlanmağa çalışır. Belə ki 1960-cı illərdə ABŞ Fransanın nüvə
potensialının inkişafını ləngitmək məqsədilə müharibə hədələri və ya
ultimatumlarla deyil, Fransadakı İBM şirkətinin fransız hökumətinə
kompüterlərin bəzi növlərinin satışına qadağa qoymaq yolu ilə ləngitməyə çalışıb.
O, həm də TMK-lardan ÇXR və Kubaya qarşı tətbiq edilən embarqonun
beynəlmiləl səviyyəyə qaldırmaq üçün istifadə etmişdir. Tarixdən gördüyümüz
bəzi hadisələr vardır ki, məxsus olduqları hökümətlərinin xarici siyasəti ilə
səsləşən öz siyasət kursunu ortaya qoyaraq amerikan və ingilis həmkarlar
ittifaqları real və ya uydurma kommunist ideologiyası ilə mübarizə aparmaq
məqsədilə dövlətlərin daxili işlərinə qarışırdı. Hətta dövlətlə açıq-aşkar
münasibətlər qurulmasa belə, həmin dövlətlər üçün TMK-lar yenə də faydalılıq
əmsalını itirmir. 1967-ci ildən bu yana Ford Fondu ərəb şeyxləri ilə Birləşmiş
Ştatları birləşdirən xüsusi həlqə rolunu oynayır. Vallierin iddiasına görə, böyük
resursların sahibi, transmilli resurslar sistemində həlledici mövqe tutan və onu
qorumağa çalışan dövlətlər bu sistemdə tam qüvvəsi ilə fəaliyyət göstərən bütün
“fondları” daima mobil vəziyətə gətirə bilər.
Dövlətlərarası siyasətə transmilli münasibətlərin təsir imkanlarının başqa
bir variantı dünya siyasətində inqilabi hərəkatlar, həmkarlar ittifaqları, çox
millətli korporasiyaları misal göstərsək, muxtar və kvazi-muxtar aktorlar şəklində
təmsil olunan TMK-lardan asılıdır. Bu korporasiyaların çoxu böyük resurslara
sahibdir: 1967 ci il statistikasına görə 85 nəhəng TMK-lardan hər birinin illik
62
satışdan götürdüyü gəlir, hər biri BMT-də səs hüququna malik olan 57 üzv
dövlətin ÜMM göstəricilərindən çox idi. Təqribən 20 böyük bankda yerləşən
valyuta resurslarının tənzimlənməsi sahəsində, ən qısa vaxta belə, aparıcı
dövlətlərin milli valyuta orqanlarının gücünü heçə endirə bilər. Beləliklə, bir çox
geniş məsələlər vardır ki, bu məsələlərin həlli anında muxtar təyinatlı TMK-lar
potensial olaraq və tez-tez hökumət siyasətlərinin həyata keçirilməsi prosesində
son maneə rolunu oynayır. Məs., İtaliyada boşanmaların liberallaşdırılması,
İsraildə Yaxın Şərq regionunda sülhün qorunması, B.Britaniyada fransız
iqtisadiyyatının fəallığı.
Hökumətlərlə TMK-lar arasında konflikt həmin təşkilatların arxasında
duran hökumətin yürütdüyü siyasətdən və ya TMK-ların sahibi olan hökumətlərin
xarici siyasətindəki anlaşılmazlıqlar və boşluqlar üzündən yarana bilir, çünki
digər hallarda təşkilatları öz ərazilərində qəbul edən hökumətlər çox vaxt
konfliktə can atmır.
64
Əgər təşkilatı öz ərazisində qəbul edən ölkə hökumətləri konfliktə
girərlərsə, TMK-ların bu konfliktlərdə iştirakı zamanla yumşalmayan
dövlətlərarası siyasətə çox ciddi nəticələr törədə bilər. Öz fəaliyyətləri ilə demək
olar ki mövcud beynəlxalq konflikti gücləndirən bir sıra neft kompaniyalarının
iştirak rolunu qiymətləndirməsək, 1951-53-cü illər ingilis-fars münasibətlərini,
1959-61-ci illərdəki amerikan-kuba münaşiqələrini dərk etmək çətin olar. Digər
hallarda TMK-lar dövlətlər arasında xoş münasibətlərin qurulmasına şərait
yaradırlar: belə ki həmin neft kompaniyaları ABŞ-la ərəb dünyası arasında
əməkdaşlığın qurulmasına yardım etməyə çalışıblar.
Dövlətlərarası konfliktlərə TMK-lararası, TMK-larla dövlətlər arasındakı
mübarizəni, TMK-larla və hərəkatlar arasında təsir dairəsi uğrunda mübarizəni
daha da kəskinləşdirən dövlətlərarası konfliktləri aid edirlər.
Dünya siyasətinin qlobal kontekstdə dəyişilməsinə dair söylənən fikirlər
heç də hökümətlərin bütün siyasi oyunlarda ən vacib faktor kimi iştirakını şübhə
64
Фокин С. (2002). “Влияние транснациональных компаний на конкурентоспособ- ность стран”. Москва:
МГУ им. Ломоносова
63
altına salmır. Bununla yanaşı TMK-lar 1914 və ya 1945-ci ilədək olan vaxtdan
daha çox böyüyüblər və daha böyük söz demək payına sahibdirlər. I dünya
müharibəsindən bəri görünən odur ki, hökumətlər əvvəl etinasiz qəbul etdikləri
bir çox fəaliyyət növlərinin daxil olduğu xarici hadisələr və güclər üzərində öz
nəzarətini nəinki qoruyur, hətta gücləndirməyə çalışırlar. Məsələn, 1914-cü ildə
hökumətlər üçün pul axını indi olduğundan daha az əhəmiyyət kəsb edirdi. Onda
da hökumətlər öz ölkələrində iqtisadi artımı planlaşdırmağa və ya tam
məşğulluğun təminatına can atırdılar.
65
Hökumətlər bu dünyada sosial qüvvələrin geniş miqyaslı fəaliyyəti və
texnologiyanın inkişafı nəticəsində tez bir zamanda dəyişikliklər baş verərdisə,
heç vaxt uzun müddət ərzində onları əhatə edən ətrafdakıları nəzarətdə saxlaya
bilməyib, ya da bunun üçün imkanı və gücü yetərli olmayıb (burada TMK-ların
əks-tədbir çərçivəsində və belə desək, ekspansiyasını milli nəzarət bloklarından
qorumaq üçün atdığı adekvat addımları unutmaq qeyri-ədalətli olardı). Kiçik və
orta dövlətlər, hətta nəhəngləri belə qüvvələr balansı sistemində xarici dünyaya
nəzarətin aşağı səviyyəsi ilə barışmalıdır: tarixin gedişatına təsir edən qüvvələri
(məs., TMK-ları) dəyişməkdənsə, özləri dəyişikliləri daha həvəslə və daha tez
qəbul etməlidir ki, sonrakı mərhələlərdə uyğun bərabərsizliyi uğurla dəf edə
bilsin. Hökumətlər bu dəyişiklikləri şöhrətpərəstliklə nə qədər çox sıx
bağlayarlarsa, müvafiq olaraq belə görünməyə çalışarlarsa, TMK-ların təsiri
“nəzarət sahəsində boşluq”, daha doğrusu, nəzarət etməyə cəhdlə nəzarəti həyata
keçirmə xüsusiyyəti arasında uçurum yarada bilər. Eyni zamanda TMK-lar
dövlətlər arası nəzarət imkanlarını yenidən bölüşdürə bilər, burada udan tərəf
transmilli şəbəkənin periferiyasında ilişib qalanlara dəyən zərər hesabına bu
şəbəkəyə daha çox cəlb olunanlar olacaq. Ona görə də “nəzarətin itirilməsi”
termini daxilində cavab axtarmaqdansa, tədqiqat üçün nəzarətə aid mövzular üzrə
məsələlərin qaldırılması daha məqsədəuyğundur.
65
Государство и транснациональные компании // Проблемы теории и практики управления/ Шиман М.:
М, 1999.
Dostları ilə paylaş: |