85
rifahının artırılmasıdır. Baxmayaraq ki, Azərbaycanın ÜMM-nun əsas hissəsi neft
sektorunun payına düşür, burada yalnız əhalinin 1%-i çalışır.
Hər il Bankın personalı, Azərbaycan iqtisadiyyatının analizini aparır və
hesabatlar dərc edir. Dünya Bankının hesabat və digər sənədlərinə çıxış Bakıda
yerləşən İctimai İnformasiya Mərkəzi vasitəsilə əldə edilir. Bundan başqa, bu
sənədlər həmçinin, Axundov adına Milli Kitabxanaya da yerləşdirilir.
Birinci Struktur İslahatlar Krediti (SAC 1), 1997-ci ildə təsdiq edilmiş və
özündə ticarətin liberallaşması, özəlləşdirmə, qanunvericilik və bank işi
islahatlarını cəmləşdirir. Həmçinin SAC1-ə Rusiyanın maliyyə böhranında
yaranan əlverişsiz effektlərin aradan qaldırılması üçün 7 milyon ABŞ dolları
ayrılmışdır. İqtisadi islahat proqramında struktur islahatların tezləşdirilməsinə
yardım məqsədilə İkinci Struktur İslahatlar Krediti (SAC2), 12 mart 2002-ci ildə
təsdiq edilmiş və bunun üçün 60 milyon ABŞ dolları ayrılmışdır. SAC 2-də
dövlətin maliyyə durumunun yaxşılaşdırılması, yoxsulluğun aradan qaldırılması,
iqtisadi inkişafın tezləşdirilməsi üçün dövlətin sərf etdiyi xərclərin səmərəli
istifadə olunması, müəssisələr və xarici investisiya üçün əlverişli şəraitin
yaradılması, əhalinin təmiz su ilə təmin olunması və s. gözlənilirdi. 31 dekabr
2005-ci ilə qədər Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycana ayırdığı
maliyyə və texniki yardımların siyahasına aşağıdakılar aiddir:
Bakının su təchizatı
layihəsi;
Ümumi reabilitasiya layihəsi;
Mütləq ətraf mühitin qorunması layihəsi;
Pilot rekonstruksiya layihəsi;
Mədəniyyət irsinin qorunması layihəsi;
Kənd təsərrüfatı layihəsi;
Ümumi nəqliyyat layihəsi;
Səhiyyə sektorunun inkişafı layihəsi;
Kənd yerlərində sərmayə mühitinin yaradılması layihəsi
86
Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının
dəstəklənməsi layihəsi (2011-2015-ci illər)
Kapital Bazarlarının Müasirləşdirilməsi layihəsi (2011-2015-ci illər)
Sudan İstifadəedənlər Birliklərinin İnkişafına Dəstək layihəsi (2011-
2016-cı illər)
və s.
Yoxsul ailələrin reabilitasiyası proqramı Azərbaycanda bir neçə pilot
rayonda keçirilir. Amma elə mexanizmlər işlənilməlidir ki, həmin yardımların
verilməsi əlavə korrupsiya elementlərinə yol açmasın.
Dünya Bankının Azərbaycana ayırdığı ilk kredit neft sektoruna
istiqamətlənmişdir. Neftin Azərbaycan iqtisadiyyatındakı çəkisi və yeri diqqətə
alındıqda həmin kreditin iqdisadiyyata nə qədər əhəmiyyətli olduğu aydın olur.
Dünya Bankı tərəfındən ayrılan kreditlər də xarici investisiya kimi
iqtisadiyyat
üçün eyni müsbət töhfələr verir. Bank kreditlərinin ayrı bir xüsusiyyəti isə, həmin
kreditlərin uzun müddətli və çox az faizli olmasıdır. Dünya Bankı Azərbaycana
kreditləri 35 il müddətinə və faizsiz verir, hökumət Banka ildə 0,75% xidmət
haqqı ödəyir.
96
Dünya Bankı Qrupunun Azərbaycan üzrə Ölkə Tərəfdaşlıq Strategiyası
(ÖTS) 2011-ci il maliyyə ilindən 2014-cü il maliyyə ilinə qədər 4 illik müddəti
əhatə etmişdir. ÖTS Azərbaycanın orta müddətdə üzləşdiyi çağırışlar əsasında
qurulur. O, iki istiqamət üzrə nəticələrin əldə edilməsinə yüksək diqqət yetirir: (i)
rəqabətli qeyri-neft sektorunun qurulması və (ii) insan və sosial xidmətlərin
gücləndirilməsi. Həmin iki istiqamət müstəqil inkişaf məqsədlərini təşkil edir,
lakin, eyni zamanda, bir-birini gücləndirir. Bundan əlavə, əvvəlki ÖTS-dan
çıxarılmış nəticə göstərir ki, dövlət investisiyalarının artım tempi institusional
potensialın mümkün artım tempindən yüksəkdir, və bununla rüşvətxorluq üçün
imkanların yaranması və icranın ləngiməsi ilə nəticələnir.
96
Məmmədov M., İbadov E. Beynəlxalq iqtisadi
təşkilatlar, Bakı 2008