73
yaradılmış olan qlobal dünya cəmiyyəti dünyanı əvvəlki əsrlərdə baş vermiş elmi
nailiyyətlər, kəşflər, yeniliklər, ixtiralar və ixtiraların dəyişdirildiyindən də, daha
radikal və tez olaraq dəyişdirməkdədir. Bu dəyişikliklərin malik olduğu sürət və
miqyas bəşəriyyəti ətraf aləmdə düzgün istiqamətlənməyə və yaşanan
dəyişikliklərin kordinatlarını müəyyən etməyə sövq edir. Biz bu fikri daha dəqiq
ifadə etsək, belə alınacaqdır: dəyişməkdə olan bu dünyanın izaha ehtiyacı vardır.
Bu izahlardan birincisini P.Kennedi (tarixçi-alim) vermişdir. “Böyük dövlətlərin
qalxımı və tənəzzülü” adlanan əsərində P.Kennedi göstərirdi ki, bütün dövlətlər
əvvəlcə qalxım dövrlərini yaşayırlar, sonra isə sabitlik dövrü gəlir. Sonra isə bu
dövlətlər qaçılmaz gərginlik yaşayırlar və nəhayət süquta uğrayırlar. Həmçinin
P.Kennedi bu əsərdə göstərir ki, “soyuq müharibənin” triumfatorları da bu cür
aqibətlə üzləşəcəklər. Bu aqibət qaçılmazdır. Çünki bunu tarixin məntiqi tələb
edir.
82
Qlobal qarşıdurma qurtardıqdan sonra, dünyada baş verən bu
dəyişikliklərin ikinci dəfə izahını Harvard universitetinin professoru S.Hantinqton
vermişdir. O, dünyaya bir neçə sivilizasiyanın qarşıdurması prizmasından baxmış
və mədəni qüvvələrin öz xüsusi dünyalarını (nəhəng sivil cəmiyyətləri)
yaratdığını qeyd etmişdir. Dövlət loyallığının etikası mədəni eyniliyin daha geniş
pafosu ilə əvəz olunur, sivilizasiya əsas tarixi amil kimi milləti əvəz edir.
Hantinqtona görə, yeni qlobal iqtisadi siyasi sistemin yaradılması qeyri-
mümkündür.
83
Yeni dünyanın izahını verməyin üçüncü cəhdini amerikan sosioloqu
F.Fukuyama məhz bu cür etməyə çalışmışdır: “İqtisadi qüvvələr sinfi milli
məhdudiyyətlərlə əvəz etməklə mərkəzləşmiş, hegemon cəmiyyət yaradaraq
əvvəlcə millətçiliyi əmələ gətirmişlər”. Həmin bu iqtisadi qüvvələr indi vahid
inteqrasiya olunmuş dünya bazarı yaratmaq vasitəsi ilə milli əngəlləri sıradan
çıxarırlar. Millətçiliyin süqutu isə yalnız vaxt məsələsidir.
84
82
“Böyük dövlətlərin qalxımı və tənəzzülü” P.Kennedi
83
"Sivilizasiyaların toqquşması və dünya nizamının yenidən qurulması" Samuel Hantinqton 1996
84
“Tarixin sonu və sonuncu insan” Frensis Fukuyama
74
Başqa bir izah isə, texnologiya yeniliklərinin tətbiq olunma sürəti ilə bağlı
olan izahdır ki, burada da söhbət qloballaşmadan gedir. Müasir dövrümüzdə
qloballaşmanın güclü təsirlərinin müşayiət olunduğu bir zamanda ölkələr arasında
istehsal amillərinin sərbəst hərəkətinin tədqiqi, burada TMK-ların iştirakı və
onların bu prosesə təsiri xüsusi bir əhəmiyyətə malikdir. Bu baxımdan da, TMK-
ların tədqiqi çox vacibdir.
Beynəlxalq Valyuta Fondunun müəyyənləşdirilməsinə əsasən, qloballaşma
“həm əmtəə və xidmətlərin, həm də kapitalın artan dərəcədə intensiv
inteqrasiyasıdır”.
Qloballaşma dövlətlərin qarşılıqlı iqtisadi asılılığına gətirib çıxarır,
nəticədə milli iqtisadi dövlət müstəqilliyinin tədricən dağılması və milli iqtisadi
təşkilatların-qlobal korporasiyaların – transmilli idarəetmə strukturlarının
meydana çıxması baş verir.
Dünya iqtisadiyyatının inkişafında, istehsalların beynəlmiləlləşməsində,
kapitalın səmərəli dövr etməsində, beynəlxalq miqyasda elmi və texniki
nailiyyətlərin istehsala kompleks tətbiq edilməsində, iş yerlərinin yaradılmasında,
iqtisadi inteqrasiya proseslərinin güclənməsində və sairə bu cür texniki, texnoloji,
təşkilati iqtisadi və sosial məsələlərin həll edilməsində TMK-nın rolu böyükdür.
TMK-nın bir mühüm cəhəti də vardır. Onlar nəyin bahasına olursa-olsun mənfəət
(təmiz mənfəət) əldə etməyə yox, nəyin bahasına olursa-olsun istehsalın və
xidmətlərin həcminin artırılmasına çalışırlar və bu yolla da, həqiqətən, mütəmadi
olaraq çoxlu mənfəət əldə edirlər.
85
Transmilli korporasiyaların fəaliyyəti onların əmələ gəldiyi dövlətlərin
maraqları ilə sıx əlaqədardır. Bir qayda olaraq, transmilli korporasiyaların əmələ
gəldiyi ölkələrin məqsədləri parlaq şəkildə ifadə olunmuş milli-eqoistik çalarlara
malikdir, məhz: öz vətəndaşlarının yüksək həyat səviyyəsinin təmin edilməsi və
öz dövlətlərinin gücünün və nüfuzunun artırılması bunlara misal ola bilər. Bu cür
vəziyyət bu ölkələr tərəfindən istisna olaraq öz maraqları daxilində
85
Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı 2003
75
istiqamətləndirilən birtərəfli qloballaşmanın inkişafına kömək edir. Lakin
qloballaşmanın öz inkişafının daha da yüksək səviyyəsinə hər yeni keçidi ilə
dövlətlərin qarşılıqlı asılılığı son nəticədə bir sıra ölkələrin onların imperiya
ambisiyalarına cavab verən yeni iqtisadi qayda yaratmaq ümidləri heçə enməlidir.
TMK-nın dövlət aparatı üçün kadrların seçilməsində də fəal iştirak edirlər
və çox zaman da bu yola öz dövlətlərində beynəlxalq fəaliyyətlərinə mane
olmayan münasib qanunların qəbul edilməsinə nail olurlar. Bununla da onlar öz
dövlətlərinin daxilində korrupsiyanın, rüşvətvermənin, yersiz yoxlamaların,
qorxutmaların qabaqcadan qarşısını almış olurlar. Nəticəsi də göz qabağındadır.
TMK-lar olan ölkələrin hamısında həm dövlət və həm də sahibkarlar kifayət
qədər varlıdırlar, əhali də yaxşı yaşayır.
86
Beləliklə, qlobal iqtisadiyyat dövlətlərarası iqtisadi konfliktlərin həlli
sahəsinə çevrilir, bundan belə nəticəyə gəlmək olar ki, dövlətlərin və onların
ərazisində yerləşən transmilli korporasiyaların əsaslı maraqları obyektiv olaraq
üst-üstə düşür, belə ki, transmilli korporasiyalar onların yerləşdikləri dövlətlərə
başqa ölkələrin resurslarına daxil olmağa imkan verir. Bundan başqa, öz
istehsallarını xaricdə yerləşdirən transmilli korporasiyalar öz dövlətlərinin
proteksionist sədlərinin yarandığı hallarda onlarıdəf etməkdən azad edirlər.
Transmilli korporasiyalar öz mülkiyyətlərinin anklavlarını filiallar və qız
müəssisələri şəklində başqa ölkələrin ərazilərində yaratmaqla öz dövlətlərinin
mövqeyini möhkəmləndirirlər. Xaricdə mülkiyyətin belə sistemi dövlətin
beynəlxalq real nüfuzunu təmin edir. Lakin transmilli korporasiyaların iqtisadi
qüdrətinin artımı korporasiyaların dünya arenaında qlobal siyasi təsirinin
artmadığını və müvafiq olaraq dövlətlərin hökumətlərinin zəifləməsinin səbəb
olması labüddür. Transmilli korporasiyaların təsir dairəsinin artması ilə güclənən
transmilliləşmə prosesi ilk növbədə kapitalın iki və daha artıq ölkə arasında
hərəkəti olduğundan, burada ən əsas məna kəsb edən termin investisiyadır.
İnvestisiya-iqtisadiyyatın müxtəlif sahələrinin müəssisələrinə və təşkilatlarına
86
Dünya iqtisadiyyati: müasir dövrün problemləri // Aqil Əliyev, Arif Şəkərəliyev, İdris Dadaşov //Bakı 2003
Dostları ilə paylaş: |