4
predmetidir. Bu mübahisəli və müqyisəli yanaşmanı özüm üçün prioritet hesab
etdiyimdən bu nisbəti dissertasiya işimdə araşdıraraq verməyə çalışmışam.
İşin strukturu və həcmi. Dissertasiya işinin strukturu qarşıya qoyulan
məqsədə uyğun olaraq formalaşdırılmışdır. Mövzu quruluşu girişdən, üç fəsildən,
nəticə və təkliflərdən və sonra istifadə olunmuş ədəbiyyat siyahısından ibarətdir.
Dissertasiya işinin yazılması zamanı informasiya mənbəyi kimi mövzu ilə
əlaqədar mövcud milli və xarici elmi və dərslik ədəbiyyatından, yerli və xarici
alimlərin və mütəxəssislərin araşdırmalarından, internet resurslarından istifadə
edilmişdir. Dissertasiya işi ümumilikdə 111 səhifədən ibarətdir.
Dissertasiya işinin birinci fəsli “Beynəlxalq maliyyə qurumlarının
təsnifatı və onların beynəlxalq əməkdaşlıqda rolu” adlanır. Burada beynəlxalq
maliyyə qurumlarının yaranma tarixi, strukturu, məqsədi və vəzifələri, əsas
fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilmişdir. Dünya Bankı (DB)
rəsmi olaraq BMT-nin Monetar və Maliyyə Konfransı (01-22 iyul, 1944)
nəticəsində
qəbul
edilən
Bretton-Vuds
Sazişinin beynəlxalq arenada
ratifikasiyasından sonra yaradılmışdır. DB-nin fəaliyyətinin əsas məqsədi
dünyada
yoxsulluq
səviyyəsini
azaltmaq, insanların həyat şəraitini
yaxşılaşdırmaq, üzv ölkələrin iqtisadi maliyyə islahatlarına yardım etmək, xarici
maliyyə qaynaqlarından daxil olan investisiya vəsaitləri ilə təmin etmək, ölkələrin
xarici dövlət borcu mexanizmini normal hala gətirmək və beynəlxalq iqtisadi
tarazlığı təmin etmək, yerli şirkətlərin maliyyə vəsaitlərinə yaranan ehtiyaclarını
aradan qaldırmaq və s.dən ibarət olmuşdur. Beynəlxalq maliyyə qurumları
dünyanın zəif inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrinə qrant və güzəştli
kreditlər təqdim edir.
Dissertasiya işinin ikinci fəsli “Transmilli münasibətlər və transmilli
korporasiyalar” adlanır
. Burada transmilli korporasiyaların strukturu, transmilli
qarşılıqlı əlaqələr və təşkilatlar, dövlətlərin sosial-iqtisadi həyatında rolu,
transmilli münasibətlərdə mərkəz-dövlət paradiqması, TMK-ların inkişafında əsas
5
tendensiyalar, istehsalın beynəlxalq kooperativləşməsi və TMK-larda idarəetmə
modellərindən ətraflı bəhs olunmuşdur.
Dissertasiya işinin üçüncü fəsli “Azərbaycanın beynəlxalq maliyyə
qurumları və transmilli korporasiyalarla əməkdaşlığının perspektivləri” adlanır.
Dissertasiya işinin bu fəslində Azərbaycan və beynəlxalq maliyyə qurumlarının
əməkdaşlığından, transmilli korporasiyaların iqtisadi qloballaşmaya təsirindən
bəhs olunur. Ümummilli Lider Heydər Əliyevin sosial-iqtisadi inkişaf
strategiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev
tərəfindən inamla davam etdirilməsi sayəsində Azərbaycanda yaradılmış sosial-
iqtisadi potensial davamlı iqtisadi inkişafı və makroiqtisadi sabitliyi təmin
etmişdir. Bu strategiyanın həyata keçirilməsi nəticəsində iqtisadiyyatın
diversifikasiyası, qeyri-neft sahələrinin, regionların inkişafı sürətlənmiş, strateji
valyuta ehtiyatlarının səmərəli istifadəsi təmin olunmuşdur. Ölkə başçısının
müəyyən etdiyi siyasətin həyata keçirilməsi gələcək illər üçün dayanıqlı inkişafın
möhkəm təməlinin yaradılmasına, Azərbaycan Respublikası iqtisadiyyatının
dünya iqtisadi sisteminə inteqrasiyasının sürətləndirilməsinə, əhalinin həyat
səviyyəsinin daha da yaxşılaşdırılmasına imkan vermişdir.
Dissertasiya işi nəticə ilə tamamlanır. Beləliklə, Beynəlxalq maliyyə
qurumları yarandığı anda əsas məqsədi dünya ölkələrini 2-ci dünya
müharibəsindən sonra dirçəltmək idisə, hal-hazırda ən başlıca məqsədi
yoxsulluğun qlobal səviyyədə ləğv edilməsidir. Beynəlxalq maliyyə qurumlarının
fəaliyyəti də məhz bu məqsədə çatmaq üzərində cəmlənib. Transmilli
korporasiyalar beynəlxalq münasibətlərin yalnız iştirakçı aktoru deyil,
o, özü
dəyişmə, hərəkət və daşınma hərəkatlarının başında gedən siyasi cərəyanın
nəhənglərindəndir.
6
I Fəsil Beynəlxalq maliyyə qurumlarının təsnifatı və
onların beynəlxalq əməkdaşlıqda rolu
1.1 BMT-nin nəzdində olan maliyyə qurumları
BMT-nin nəzdində olan maliyyə təşkilatları beynəlxalq maliyyə sistemində
əsas rol oynayır. Dünya Bankı Qrupu dünyada ən böyük investisiya instititudur.
Dünya Bankının yaranma kökləri hələ 1923-1932-ci illərdə bütün dünyanı
bürümüş olan dərin iqtisadi böhranlar dövrünə gedib çıxır. İqtisadi
ədəbiyyatlarda o dövrü “böyük depressiya” dövrü adlandırırlar. Kənd təsərrüfatı
məhsulları və torpaq dəyərindən dəfələrlə ucuz satılır, heyvandarlıq ziyanla
işləyir, minlərlə bank müflisləşir, bütün sahələrdə işsizlik baş alıb gedir, zavodlar
işləmirdi. Bir sözlə, iqtisadiyyatın bütün sahələri “iflic” vəziyyətinə düşmüşdü.
Bu vəziyyət eyni zamanda özünü beynəlxalq və pul-kredit bazarında da
göstərirdi. Bir sıra ölkələr, o cümlədən, Birləşmiş Krallıq qızıl standartlarından,
yəni valyuta dəyərinin qızılla təyin edilməsi prosesindən məcburi surətdə imtina
etməli oldular. Hansı ki, bu qanun uzun müddət idi ki, pulun dəyərinin sabit
saxlanmasına qulluq edirdi. Kağız pulun dövriyyəyə buraxılması azaldıldı. Bu da
iş yerlərinin azalmasına səbəb oldu. Həyat səviyyəsi kəskin şəkildə aşağı düşdü.
Bəzi ölkələr milli pulun xarici pula dəyişdirilməsinə qadağa qoydular və barter
mübadiləsini tətbiq etməyə başladılar. Bir qism ölkələr isə öz milli valyutalarını
dəyərlərindən aşağı qiymətə xarici alıcılara satmaqla öz kənd təsərrüfatı
məhsullarını əslində çox ucuz qiymətə satdılar. Bununla da onlar digər ölkələrin
ticarət əlaqələrini pozurdular. Yəni rəqabət devalivasiyası yaradırdılar. Məhsulun
dəyəri ilə pulun nisbəti pozulurdu. Beləliklə, bütün bunlar nəticə etibarı ilə dünya
iqtisadiyyatının dağılmasına gətirib çıxartdı.
1
Bu problemləri həll etmək üçün 30-
cu illərdən başlayaraq dəfələrlə beynəlxalq konfranslar çağırılsa da, lakin qəbul
edilmiş müvəqqəti qərarlar məsələni tam həll etmirdi. Bunun üçün dünyanın
əksər ölkələrinin birgə əməkdaşlığı lazım idi. Yalnız bu halda bütün dövlətlərdə
valyuta sistemini tənzimləyən və böhran nəticəsində iqtisadiyyatı dağılmış
1
Х. А. Шреплер « Международные економические организации».
Dostları ilə paylaş: |