8
Bankının ilk kredit verdiyi ölkələr isə Çili, Çexoslovakiya, Danimarka, Fransa,
Lüksemburq və Polşa olmuşdur.
Dünya Bankının hazırda 188 üzvü var.
3
Dünya Bankı idarəetmə şurasının rəhbərliyi altında fəaliyyət göstərir.
İdarəedici şura Bankın siyasətini müəyyən edən və qərar qəbul edən ali orqandır.
Hər bir üzv ölkə idarəedici şurada təmsil olunur. Və hər bir üzv dövlət adətən
nazir səviyyəsində hökumət rəsmisindən ibarət olan başçı təyin edir. Üzv olan
ölkələrin icraçı direktorları idarəetmədə öz payları olan aksionerlərdir. Hansı ki,
son qərar qəbul olunanda onların fikri nəzərə alınır. Hər üzv olan ölkə idarəçi və
alternativ idarəçi təyin edir ki, onlar da Baş İdarə Heyətinin qərarlarını yerinə
yetirir. İdarəçilər hökumətin nümayəndələri ilə Dünya Bankının hər ilin payızında
Vaşinqtonda keçirilən iclasında görüşürlər. Onlar Dünya Bankının əsas fəaliyyət
prinsipləri haqqında qərarlar qəbul edir və ya üzvlükdən azad edirlər, ilkin kapital
haqqında dəyişikliklər barədə qərar qəbul edirlər və Dünya Bankının gəlirlərinin
bölünməsini, büdcəni və maliyyə hesabatlarını təsdiqləyirlər. Göründüyü kimi
hökumət nümayəndələrinin görüşü ildə bir dəfə keçirilir. Əsas işi isə Direktorlar
Şurası görür.
Beş iri aksionerin – ABŞ, Fransa, Almaniya, Yaponiya və İngiltərənin
ayrılıqda öz icraçı direktorları var. Ənənəyə görə Dünya Bankının prezidentliyinə
5 il müddətinə ən iri aksioner ölkənin – ABŞ-ın vətəndaşı seçilir. O, Direktorlar
Şurasına rəhbərlik edir və Dünya Bankının ümumi fəaliyyətinə cavabdehdir.
Dünya Bankı Qrupuna:
1. Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı, 1945
2. Beynəlxalq İnkişaf Assosasiyası, 1960
3. Beynəlxalq Maliyyə Korporasiyası, 1956
4. İnvestisiya Təminatı üzrə Beynəlxalq Agentlik, 1988
5. İnvestisiya Mübahisələrinin Nizamlanması üzrə Beynəlxalq Mərkəz –
aiddir.
3
World
Bank Group, 2012
.