15
1. Bazar qiymətlərinə uyğun gələn faizlər vermək imkanında olmayan
inkişaf etməkdə olan ölkələrə borc verir.
2. BİA vasitəsilə beynəlxalq maliyyə bazarlarından kredit almaq qabiliyyəti
olmayan ölkələrə kredit verir. BYİB orta və aşağı gəlirli ölkələrə kredit verir. Bu
zaman ölkənin kredit qabiliyyətli olub-olmadığı nəzərə alınır. Həmçinin texniki
dəstək və məsləhət verir, informasiya ilə təmin edir, treyninqlər keçirir. BYİB öz
maliyyə vəsaitlərini öz üzvlərindən, beynəlxalq kapital bazarlarından, bank
gəlirlərindən əldə edir.
1995-ci ildə Bank öz fəaliyyətinin 4 əsas istiqamətini elan etdi:
1. İnkişaf etməkdə olan ölkələrin tələbatını ödəmək üçün kifayət qədər
resursların cəlb olunmasına
nail olmaq;
2. İnkişafa
vahid yanaşma müəyyən etmək;
3. Həm qlobal, həm də lokal səviyyədə DB-nın tərəfdaşlarının
möhkəmləndirilməsi və genişləndirilməsi;
4. Bankın fəaliyyətinin möhkəmləndirilməsi.
DB 1994-cü ildə Vaşinqton, London, Paris, Tokioda
üzv dövlətlərdə həyata
keçirilən layihələr haqqında məlumat təqdim edən informasiya mərkəzləri açdı.
Orada rəsmi sənədlərlə, ekspertizaların nəticələri, ətraf mühitin mühafizəsi ilə
bağlı proqramlar və s. ilə tanış olmaq olar.
BİA 1960-cı ildə yaradılıb. Öz nizamnaməsi və maliyyə bazası olduğuna
görə rəsmi olaraq müstəqil sayılır. Lakin faktiki olaraq, BYİB tərəfindən idarə
olunur, onun filialı hesab olunur. BYİB-nın prezidenti eyni zamanda, BİA-nın
prezidentidir. BİA BMT-nin nəzdində ixtisaslaşmış qurumdur. BİA-nın aşağıdakı
məqsədləri var:
1.İqtisadi inkişaf uğrunda əməkdaşlıq;
2.Əmək məhsuldarlığının artırılması;
3.Üzv inkişaf etməkdə olan ölkələrdə həyat şəraitinin yaxşılaşdırılması.
Assosiasiyanın və BYİB-in rəhbər orqanları müştərəkdir. BYİB-in prezidenti,
müdirləri və direktorları BİA-da analoji vəzifələri tuturlar. BİA-da «çəkili» səslər