23
prosesinə nəzarət edirlər. Ümumiyyətlə isə inkişaf etmiş ölkələrin payına bütün
səslərin 60,3%-i düşür.
16
Şuranın əsas alt qurumlarından biri də beynəlxalq valyuta siyasəti üzrə
Müvəqqəti Komitədir. Bu komitə 1974-cü ildə yaradılıb.
17
24 üzvdən ibarətdir və
ildə 3 dəfə toplanır. Məsləhətverici funksiya daşıyır. Komitə Beynəlxalq valyuta
sisteminin idarə edilməsi və dəyişən şərtlərə uyğunlaşdırılması, onu gözləyən
təhlükələr və Fondun nizamnaməsinə edilməli olan dəyişikliklərə aid məruzə
hazırlayır. Nizamnaməyə əsasən Müvəqqəti Komitənin qərar qəbul etmək
səlahiyyəti yoxdur. İcraçı Direktorların təyin olunması və seçilməsi 2
ildə bir dəfə
olur. İlkin yarandığı dövrdə 12 üzvü olsa da, hal-hazırda 24 icraçı direktordan
ibarətdir. Fondun kapitalında ən çox payı olan yeddi dövlət ayrıca nümayəndə ilə
təmsil olunmaq hüququna malikdir. Bura Almaniya, Böyük Britaniya, Çin,
Səudiyyə Ərəbistanı, ABŞ, Fransa və Yaponiya aiddir. Ən çox kvotaya sahib olan
5 ölkə öz nümayəndəsini təyin etmək hüququna malikdir: ABŞ, Almaniya,
Yaponiya, Fransa, Böyük Britaniya. Qalan 19 icraçı direktor digər üzv dövlətlər
tərəfindən hər 2 ildən bir seçilir. BVF-nun üzvləri Fonda qızıl və valyuta
ehtiyatları, iqtisadiyyatın vəziyyəti, ödəmə balansı, xarici invstisiyalar haqda
məlumat verməlidirlər. Üzvlük ölkələr üçün Fondun müəyyən etdiyi şərtlər və
zaman çərçivəsində açıqdır. Hal-hazırda ABŞ artıq monopolist şəkildə Fondun
siyasətini müəyyənləşdirə bilmir. Bu sahədə onun rəqibləri Qərbi Avropa və
Yaponiyadır. BVF-da qərarlar faktiki olaraq “10-lar” (Belçika, Niderland, Böyük
Britaniya, Almaniya, İtaliya, Kanada , ABŞ, Fransa, İsveçrə,Yaponiya) və ya “7-
lər”qrupu (Belçika, Niderland və İsveçrəni çıxmaqla) tərəfindən qəbul olunur.
BVF kredit əməliyyatlarını ancaq üzv dövlətlərin maliyyə orqanları ilə
mərkəzi banklar, valyuta stabilləşdirilməsi fondları həyata keçirir. Fond öz
üzvlərinə ödəmə balansının müvəqqəti çətinliklərini həll etməkdə maliyyə
yardımı edir. Bazar İqtisadiyyatına keçidlə əlaqədar ödəmə və ticarət
16
Герчикова И. Н. « Международные економические организации:
регулирование
мирохозяйственных связей и предпрнимателской деятельности». Стр.: 115
17
«Основы международных валютно-финансовых и кредитных отношений» Учебник
под редакции В. В. Кругулова. Стр.: 408