32
Bu bank “Banco del Sur” – Cənub Bankı adlandırılır. İdeya ilk dəfə 2006-cı ilin
dekabrında Venesuela Prezidenti Huqo Çavez tərəfindən irəli sürülmüşdü. O,
beynəlxalq maliyyə təşkilatlarını “ ABŞ-ın alətləri” adlandırırdı. Argentina,
Braziliya, Boliviya, Ekvador, Paraqvay, Uruqvay bu təşəbbüsə qoşulurlar. Çili və
Peru isə bitərəfdirlər. Venesuelanın maliyyə vəsaiti, Argentina və Braziliyanın
siyasi iradəsi vasitəsilə bu bank gerçəkliyə çevrilə bilər. Venesuela BVF-dan
çıxmaqla hədələyir. Lakin digər dövlətlər BVF-nu tərk etmək niyyətlərini
bildirməyiblər. Braziliyanın prezidenti Lula da Silvanın Konqo respublikasındakı
çıxışı diqqəti cəlb edir: “İnkişaf etməkdə olan ölkələr varlı xalqların institutları
olan BVF, DB kimi qurumların tərkibində əziyyət çəkməkdənsə, öz maliyyə
mexanizmlərini yaratmalıdırlar.........artıq oyanmaq vaxtıdır.”
21
O, sadəcə olaraq,
hamının bildiyi şeyi açıq səsləndirdi. Yaradılacaq yeni bank Vaşinqtonda
yerləşən
başqa beynəlxalq institutlardan fərqli olaraq, borc alan ölkələrin qarşısına iqtisadi
siyasətin dəyişilməsi kimi şərtlər qoymayacaq. Xüsusilə, beynəlxalq maliyyə
təşkilatlarına üzv olmaq üçün müəyyən şərtlər irəli sürülürdü.
Ölkə Tərəfdaşlıq Strategiyası ( CPS, yaxud keçmiş CAS) DB-nın adətən 3
ilə müəyyən bir ölkədə apardığı əməliyyatların işçi planıdır. Burada hökumətin
iqtisadi və sosial fəaliyyəti, ölkənin qısa inkişaf strategiyası əks olunur. Həmin
müddətdə dövlətdə həyata keçiriləcək bütün əməliyyatlar – borc vermə, analitik
iş, texniki yardım – hamısı bu paketə daxildir. CPS müzakirə olunan sənəd deyil.
Dövlətin öz inkişaf strategiyası ilə bankın dəstəklədiyi strategiya arasında fərqlər
sənəddə işıqlandırılır. CPS ictimaiyyətə ancaq Vaşinqtondakı Direktorlar
Şurasının və dövlətin öz razılığı ilə açıla bilər. DB-nın dəstəyi ilə Birinci Struktur
İslahatlar krediti ( SAC1 ) 1997-ci ildə təşkil edilmiş və özündə ticarətin
qaytarmaq üçün onların sosial xidmətləri , güzəştləri ləğv olunur. Ekvadorun
borcu onun illik büdcəsinin 50%-nə bərabərdir. Ekvador kimi üçüncü dünya
dövlətləri çoxdur. Onlar borclarının əvəzini başqa yolla ödəyirlər. Məs.: Ekvador
öz tropik meşələrini və aborigen əhalinin həyat tərzini məhv etməklə, neft
21
Alternet.org. 2007 31 oct. “ A bank of their own: LA casting off Washington’s shackling”.
By Mark Wesbrot
33
ölkələri nefti ucuz qiymətə satmaqla borclarını qaytarırlar. DB-nın verdiyi
kreditlərin 90%-i yenidən ABŞ-a qayıdır. Çünki nəzərdə tutulan layihələri
Bechtels, Halliburtons kimi iri Amerikan korporasiyaları həyata keçirirlər.
Tez-tez beynəlxalq məliyyə və ticarət təşkilatlarının fəaliyyəti dünyanı
əhatə edən imperiya ilə müqayisə edilir. Bu imperiyanı böyük bankların ,
korporasiyaların və hökumətlərin rəhbərləri idarə edir.
22
Buna ən yaxşı nümunə
Mac Namaradır. O, “Ford” kompaniyasının prezidenti idi. Sonra Kennedi və
Conson administrasiyasında müdafiə nazirinin katibi oldu. Ən axırda isə DB-nın
prezidenti təyin olundu. DB-nın keçmiş prezidenti Pol Vulfovitsi neokonservativ
Robert Zollik əvəz etdi. O, DTT-da ABŞ-ın ticarət təmsilçisi idi və hansı yolla
olur olsun, qərarların ABŞ-ın xeyrinə qəbul edilməsinə nail olmağı ilə tanınırdı.
Hal-hazırda dünya dəhşətli aclıq təhlükəsi ilə üz-üzədir. Bunu beynəlxalq
maliyyə qurumları özləri də etiraf edirlər. Halbuki onların bu uzunmüddətli
fəaliyyət dövründə 3-cü dünya ölkələrində vəziyyət yaxşılaşmalı idi. DB etiraf
edir ki, kənd təsərrüfatı ilə bağlı zəif fəaliyyət qurub. DB kənd təsərrüfatında özəl
sektorun payını artırmağa çalışır. Lakin dövlət sektoru bu sahədən uzaqlaşdıqda
özəl sektor müxtəlif səbəblərdən bu boşluğu doldura bilmir.
23
Ticarətin
liberallaşdırılması barədə müqavilələr və DB qarşısında borc öhdəlikləri ərzaq
suverenliyini mümkünsüz edir. İnkişaf etmiş ölkələrdə istehsal olunan ucuz
mallar isə kiçik biznesi məhv edir.
Bilindiyi kimi, Beynəlxalq maliyyə təşkilatlarının quruluşu az sayda varlı
dövlətin ciddi inhisarçılığına əsaslanır. BVF-nun 70 illik tarixində Yaponiya və
Avropa dövlətləri demək olar ki, bir dəfə də ABŞ-ın qərarına zidd qərar
verməyiblər. Aİ BVF-nun baş direktorunu, ABŞ isə DB-nın prezidentini təyin
edir. Dünya iqtisadiyyatında Çin kimi nəhəng ölkə var. Çinin iqtisadi gücü ABŞ-
dan çoxdur. Bu institutlarda islahatların keçirilməsi də elə ABŞ və Aİ-nın öz
mənafelərinə uyğundur. Çinin sürətlə iqtisadi inkişafını nəzərə alaraq, DB-da
22
“ Financial Globalization and Exchange Rates” Philip R.
Lane Gian Maria, Milesi Ferrenti
23
World Bank, 1998, Assessing Aid:
What Works, What Doesn't and Why
(New York: Oxford
University Press).